Düşüncə Jurnalı

header photo

Bütün dünya vaz keç deyəndə

- Həyat heyrətamiz bir şeydir. Udmaq üçün bütün kartlar sənin əlində olanda, o, səninlə şahmat oynamağa başlayır...
Jan Reno

- Bütün dünya vaz keç deyəndə, ümid qulağına pıçıldayır: “Bir də yoxla”.

- Qorxu - bədbəxtlik gözlənişidir. Qorxuya aiddir: dəhşət, cəsarətsizlik, utancaqlıq, sarsıntı, hürkü. Dəhşət - adamın əzalarını qurudan qorxudur. Utancaqlıq - rüsvay olmaq qorxusudur. Cəsarətsizlik - əməli, hərəkəti həyata keçirmək qorxusudur. Sarsıntı - vərdiş etmədiyin təsəvvürdən yaranan qorxudur. Hürkü - dilin tutulduğu qorxudur. Əzablar - məchulluq qarşısındakı qorxudur.

- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.

Şeyx Ədabali

- Həyat güldür, sevgi onun şərbəti

Viktor Hüqo

 

Cənnətdə iki mələk vardı. Onlardan biri daim dincəlirdi, o birisi yerlə göy arasında uçurdu. Dincələn mələk o birisindən soruşdu:

- Sən nə üçün yerlə göy arasında qalmısan? Elə hey ora-bura uçursan?

- Mən "Allahım,yardım et" sözləri ilə başlanan namələri Allaha çatdırıram. Bəs sən niyə həmişə dincəlirsən?

- Mən "Allahım, sənə təşəkkür edirəm" sözləri ilə başlanan namələri çatdırmalıyam...

 

 

 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.