Düşüncə Jurnalı

header photo

Sadəcə başla

30-03-2015

 

Sadəcə, başla! Sadə və bayağı səslənir və bunu dəfələrlə eşitmişik, amma əslində bu elə belədir.

 Başlamış olanlardan kiçik məsləhət: “Bloknotdan başla. İdeyanı yaz və özünə bir yığın sual ver: “Bu nədir? Bu necə işləyir? Bununla necə pul qazanmaq olar? Görəsən bu lazımdır? Necə başlamaq lazımdır? Nə lazımdır? Kim lazımdır? Hansı problemi həll edir? Bir suala cavab yazana kimi, başında ikinci sual yaranacaq”.

 Sonra da get dostlarına danış, onların fikrini soruş. İdeyanı nə qədər sadə təsvir edərsən, o qədər yaxşıdır. Çox vaxt dostlar ağıllı ideyalar verirlər. Hər şeyi bloknotuna yaz. Bu andan o sənin dostundur, ağlına gələn her şeyi yaz, hətta ən mənasız və gülünc ideyaları”.

 Artıq sənin ideyanın necə işlədiyini və qazandığını başa düşəndən sonra,  həmfikirlər axtarmağa başla. İdeyanı paylaşıb başa düşəcəksən, kimə sənin ideyan  maraqlıdır və kim səninlə bir istiqamətdə getməyə hazırdır.

 Sanki elə çox bir iş görülməyib: İdeya düşünülüb və həmfikir tapılıb. Amma sən artıq başlayıbsan!

 Sonra gərgin iş, tədqiqat, bazarın öyrənilməsi, yuxusuz gecələr, qəhvə, müzakirələr, beyin fırtınası zənglər və məktublar. Sənin bloknotun “bugün/sabah/bu həftə nə etmək lazımdır “ bəndləri ilə tam dolacaq.

 Addım-addım nəticəyə gələcəksən. Əsas yadda saxla ki, nəticə özü sənin yanına gəlməyəcək, ona ancaq sən özün gələcəksən”!

dialoq.info

Go Back

Sorğu göndər