Düşüncə Jurnalı

header photo

Hikmətli hekayələr

18-05-2015
 
 
1. Təcrübə


Məhşur həkim Pol Raskin tələbələrinə qocalığın psixoloji təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə aşağıdakı misalla başladı:
"Xəstə” nə danışır, nə deyilənləri başa düşür. Bəzən saatlarla anlaşılmaz şeylər söyləyir. Zaman, məkan və ya şəxs anlayışı yoxdur. Yalnız adı ilə çağıranda reaksiya verir. Onu həmişə kimsə yedirir, yuyundurur, geyindirir. Dişləri yoxdur. Yeməklərini əzib verməkdən başqa çarə qalmır. Ağzından su axdığı üçün köynəyi həmişə ləkə içində olur. Yeriyə bilmir. Nə vaxt yatıb, nə vaxt duracağı məlum deyil. Bəzən gecə yarısı oyanıb qışqırır və heç kimi yatmağa qoymur. Bəzən sakit, bəzən də əsəbi olur. Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır.”
Bu misaldan sonra Raskin tələbələrindən bu "xəstəyə” baxmaq istəyib istəmədiklərini soruşdu. Təbii ki, tələbələr bunu edə bilməyəcəklərini söylədilər. Raskin isə hər gün bu işi böyük zövqlə gördüyünü və gələcəkdə onların da bu işi görəcəklərini öyrənəndə tələbələr təəccübləndilər. Daha sonra Raskin "xəstənin” fotoşəkilini göstərdi. Bu həkiminin 6 aylıq qızı idi....

P.S. Əsas məsələ sözü necə demək deyil, necə başa düşməkdir.


2. HİKMƏT DAMLALARI

QƏTİYYƏT və SƏBİR
"Alicənab insan özündən çox şey, başqalarından az şey gözləyər” (Konfutsi )
Səbir çətinliklərə qalib gəlmək üçün ən böyük silahdır. Əslinə baxsaq, insanların ən böyük dostu da çətinliklərdir. Çünki insan çətinliklərin köməyi ilə təcrübə qazanır. İLk baxışda zəhmət kimi görünən şeylərin altında rəhmət yatır. Əgər getdiyimiz yolda heç bir çətinlik yoxdursa, bilin ki, o yolun sonu da yoxdur. Həyat hərəkətdir, hərəkətsizlik isə ölüm. İngilis şairi və yazıçısı Milton (1608-1674) gözlərini itirsə də ruhdan düşməmiş, əksinə ən böyük əsərlərini, xüsusilə də yaradıcılığının ən parlaq nümunələrindən sayılan "İtirilmiş Cənnət” və "Yenidən Qazanılmış Cənnət” əsərlərini ömrünün bu çətin dövründə yazmışdır.
Çox problemlə qarşılaşan insan ən təcrübəli insandır. Əsas məsələ problemdən qaçmaq yox, onu həll etməyə çalışmaqdır. Unutmayın! Müharibədə ən çox yara alanlar cəbhədən qaçanlardır!


3. DİBSİZ QUYU
Quranın ifadəsi ilə bir oyun və əyləncə olan həyat Peyğəmbərimizə (s.av) görə göz açıb yummaq qədər qısadır. Və bu qısa həyatın 15-20 ilini yatmaqla , 5-10 ilini yeməklə, 10-15 ilini oxumaqla, 5-10 ilini də televizora baxmaqla keçiririk. Yerdə nə qalırsa, ona "Həyat” deyirik....
Bütün axşamlarımızı heç bir iş görmədən televizor qarşısında keçiririksə, deməli həyatımızın böyük bir hissəsini "havaya sovurururq”. Beləliklə həyatdan uzaqlaşır, həm də tanımadığımız ölkələrin tanımadığımız aktyorlarının şux qəhqəhələrinə, dedektivlərin "şıltaqlıqlarına”, qanlı cinayətkarların heç bir sərhəd tanımayan cinayətlərinə "ortaq oluruq”. Bəlkə də elə buna görə televizoru son illərin ən dəhşətli "zaman qayçısı” adlandırırlar. Halbuki, bu "zaman Qayçısı”ndan xilas olmaq da, vaxtımızı daha qiymətli şeylərə sərf etmək də öz iradəmizdən asılıdır!

pan.az

Go Back

super :)



Sorğu göndər