Düşüncə Jurnalı

header photo

Təsirli aforizmlər

 

* Qışqıran sükutlar var ki, onu yalnız Allah duyar...

* Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir.

* Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.

* İnsanlar sevilmək, əşyalar isə istifadə edilmək üçün yaradılıb. Amma mən bunun əksini görürəm. 

* Qadın öz ürəyinin açarını kiməsə verdikdən sonra səhərisi ürəyinin qıfılını dəyişir.

* Haqlısansa qorxma, haqq səni qoruyar.

* Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən qəlbidir.

* Ey könül, bir günah işləyərkən onun kiçikliyinə deyil, onu qadağan edənin böyüklüyünə bax ...

* Ağlayan adama heç zaman gülməyin, amma bəzən gülən adamlara ağlayın.

* Bu gün insanlar öz paltarlarından daha ucuzdular...

* Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.

* Həyata bir pəncərədən baxma ki, günəş yerin dəyişəndə işıqsız qalmayasan...

* Qışqıran sükutlar var ki, onu yalnız Allah duyar...

* Müvəffəqiyyətlərimiz etdiyimiz pis hərəkətlərdən daha çox düşmən qazandırar...

* Ona qadın qüruru əzab verir, mənə kişi heysiyyəti...O, mənim məğlubiyyətimi gözləyirdi, mən də onun təslim olmasını...

* Təsadüfi təsadüflər olmur, yalnız təsadüfün illuziyası olur.

* İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.

* Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.

* Ümid ən pis şeydir. Çünki işgəncəni uzadır.

* İnsan ruhunu etdiyi seçimlər müəyyənləşdirir.

* Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək.

* Əgər siz xoşbəxtlik tapmaq istəyirsinizsə,­ onda minnətdarlıq və ya nankorluq haqqında düşünməyin, özünüzü fədakarlıqdan irəli gələn daxili sevinc hissinə həsr edin.

* Sahili gözdən itirməyə cəsarət etmədikcə insan yeni okeanlar kəşf edə bilməz.

* Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrətə səbəb olmaq daha yaxşıdır.

* Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

* Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən.

* Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.

* Ürəklər insanlara xəyallarının arxasından getmək məcburiyyətində olduqlarını niyə söyləmirlər ?

 * Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər.Hamısı budur.

* Bir kişiylə xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.

* Yalan nə qədər böyüksə, inananı da o qədər çox olar.

* Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər.

* Şöhrət ölməz əməllərin ətridir.

* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. 

* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır
.

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.