Düşüncə Jurnalı

header photo

Erix Fromm

Erix Zeliqmann Fromm (23 mart 1900 – 18 mart 1980) dindar yəhudi ailəsində doğulub yaşamışdır.
Alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biridir. Ziqmund Freyd onun həyatında mühüm rol oynamışdır, şəxsən tanımasa da şəxsiyyətini və yaradıclığını araşdırmış,yaxından tanış olmuşdur. Həmçinin də o Marksı əsas olaraq öyrənirdi. Freyd daxili, şüuraltı azadlığı, Marks isə iqtisadi azadlığı araşdırmışdır. Məsələn, “İnsan nə zaman özündə olmur? ” fikrini Marks, insan kapitalizmə xidmət edəndə özündə olmur, deyərək iqtisadi tərəfdən izah edirdi, Z. Freyd isə tamamilə süuraltı açıqlamasını verməyə çalışırdı. 
İlk dəfə Erix Fromm onların ikisinin də azadlıq arayışlarını, izahlarını birləşdirərək Freydomarksizmi yaratmışdır. Bundan başqa, o Aristoteli, Spinozanı da dərindən öyrənmişdir. Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. 
XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-a getmişdir. 1934-ci ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb. 1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir. Yel Universiteti, Nyu York Universiteti Bennington Kolleci, Miçiqan Əyalət Universitetində təhsil işçisi olaraq çalışır. 1949-cu ildə Meksika Milli Muxtar Universitetindən gələn bir professorluq təklifini qəbul edir və tibb fakültəsi magistr bölümündə ruh təhlil etmə şöbəsini qurur, 1965-ci ildə təqaüdçü olana qədər orada çalışır. Marksist və sosialist, humanist dünya görüşünü mənimsəyən Fromm, qərb kapitalizmi və SSRİ kommunizmini rədd edirdi. 
Erix Frommun əsas fikirlərindən : 
* Peyğəmbərlər ideyaları və dəyərləri gətirən deyil, həyata keçirənlər, göstərənlərdir. * İnsanın tələbatını, istedadı təyin edir.
* İnsanlar maddi istehlakla məşğul olduqlarından, öz əsas mahiyyətlərini unudublar. Maddi olan hər şey insanı depressiyaya salır. 
* İnsan özünü həyata atılmış hiss edir. Qorxur. Tək olduğunu hiss etdikcə əzab çəkir. Ona gorə də bu əzabı bir çox yollarla dəf etməyə çalışır. Bu yollardan biri də sevgidir. 
* Şübhəsiz özümüzü və digər insanları bilmək arzusu kökü dərində olan insan ehtiyacından yaranır. İnsan sosial konteksdə yaşayır. Ağlını itirməmək üçün ətrafındakı insanlarla münasibətdə olmalıdır. İnsana ağıl və xəyal gücü bəxş edilmişdir, insan üçün özü və ətrafındakı insanlar daima anlamağa çalışdığı problemlərdir. İnsanı anlamaq təşəbbüsü psixologiya –“ruhun bilgisi” adlanır. 
* Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar “öldürülmədən” hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, “o”-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. 
*O zaman özümüzü və digərlərini tanımaq dedikdə nə nəzərdə tutulmalıdır? Özünü tanımaq özümüz haqqında mövcud olan illuziyalardan xilas ola bilməkdir. Qonşumuzu tanımaq onun haqqında bəslədiyimiz “parataksik deformasiyalar” –dan xilas ola bilməkdir. Biz özümüz haqqında bəslədiyimiz illüziyalardan müxtəlif dərəcələrdə əziyyət çəkirik, uşaq ikən bizə real görünən hər şeyə gücü yetmə və hər şeyi bilmə illüziyalarının toruna düşmüşük. 
*Biz pis niyyətli davranışlarımızı yaxşılıq etmək, vəzifə ya da mənəvi borc adı ilə legitimləşdiririk. Biz zəiflik və qorxunu “yaxşı səbəblər ”, vecsizliyimizi isə digərlərinin məsuliyyətsizliyini əsas gətirərək legitimləşdiririk. Biz eyni anda ancaq əks istiqamətlərdə rasionalizasiya və deformasiya edirik. Bir insan sadəcə utancaqdırsa, bizdə sevgi hissinin olmaması o insana düşmənca münasibət gostərməyimizə səbəb olur. Bizim içinə qapanıq olmağımız sadəcə özünü müdafiə edən birini dominant heyvərə kimi görməyimizə səbəb olur. Bizim səmimiyyət qorxumuz, əslində səmimi və uşaq qəlbli olan birini səfeh kimi görməyimizə səbəb olur. Özümüz haqqında daha çox bilmək üçün bizi və qonşumuzu bizim üfüqümüzdən gizlədən bir çox pərdəni qaldırmaq lazımdır. Pərdələr qaldırıldıqca deformasiyalar ard-arda düzələcək. 
*Psixologiya bizə insanın nə olmadığını göstərə bilər. O bizə insanın, bizim hər birimizin, nə olduğumuzu göstərə bilməz. İnsan ruhu, hər fərdin özünəməxsus, individual nüvəsi əsla yetərincə anlaşılıb sözlərlə təsvir edilə bilməz. Ancaq insan sirrinin öyrənilməsinin başqa bir yolu var, bu düşüncə yolu deyil, sevgi yoludur. 
*Sevgi başqa insana elə nüfuz etməkdir ki, burada mənim bilmə arzuma birləşmə arzusu tərəfindən son qoyulur. Birləşmə aktı zamanı mən səni, özümü, hər kəsi tanıyıram və mən heç nə “bilmirəm”. Canlı olanın bilgisinin mümkün olduğu yeganə yol birlik təcrübəsidir, düşüncəmizin ortaya qoyduğu hər hansı bilgi deyil. Tam bilginin yeganə yolu sevgi aktıdır, bu akt düşüncə və sözləri aşır. 
*İnsan, fiziki doğumundan sonra daimi doğulma proseslərindən keçməlidir. Ana qarnından qurtulmaq birinci doğulmadır, onun döşündən ayrılmaq ikinci, qollarından düşmək üçüncüsüdür. Bu mərhələdən sonra doğulma prosesi dayanır, insan sosial olaraq tənzimlənmiş və faydalı insana çevrilir, ancaq ruhi baxımdan yeni doğulmuş uşaq kimi qalır. Əgər o insan potensialını reallaşdırmaq istəyirsə, doğulmalara davam etməlidir. O torpaq və qanın ilkin bağlarından qurtulmalıdır. Bir ayrılma aktından digərinə keçməlidir. O əminlik və özünə haqq qazandırmaqdan əl çəkməli, fədakarlıq, qayğı və sevgi aktına keçməlidir. 
*Tanrı haqqında yeganə mümkün bilgi onun nə olmadığı haqda bilgidir. 
Əsərləri:
Azadlıqdan qaçış (1941) 
Özünü müdafiə edən İnsan / Əxlaq Fəlsəfəsinin Psixologiyasına dair Bir Tədqiqat (1947) 
Psixoanaliz və Din (1950) 
Unudulmuş Dil (1951) 
Sağlam Cəmiyyət (1955) 
Sevmək Sənəti (1956) 
Ziqmund Freydin Şəxsiyyəti və Təsirləri (1959) 
Qoyun, İnsan qazansın: Bir Sosialist Manifest və Proqram 1960 
[Zen Buddizm və Ruh Təhlil etmə – D.T. Suzuki və Riçard de Martino ilə birlikdə (1960) 
Marksın İnsan Konsepsiyası (1961) 
Yeni Bir İnsan Yeni Bir Cəmiyyət (İlluziya zəncirlərinin Kənarında) Marx və Freud ‘un Kıyaslanması (1962)
Sevginin və Şiddətin Mənbəyi (1964) 
Tanrılar Kimi olacaqsınız (1966) 
Ümid İnqilabı (1968) 
Meksika kəndində İctimai Xarakter – Maykl Maccoby ilə birlikdə (1970) 
Ruh Tədqiqnin Böhranı: Freydin sınaqları, Marks və İctimai Ruh Elm (1970) 
İnsandakı mənşəyi (1973) 
Sahib Olmaq Mı, Olmaq Mı? (1976) 
Ərdəm və Xoşbəxtlik 

 

Hazırladı: Nərmin Heydərova

kayzen.az

Go Back

Comment