Düşüncə Jurnalı

header photo

KAPGRAS SİNDROMU

 

Psixoloji xəstəliklər sırasında çox nadir eşitdiyimiz, ancaq Avropa ölkələrində həm psixiatrların, həm də klinik psixoloqların rastlaşdığı bir neçə qəribə sindrom var. Bunlardan ən tanınmışı və maraqlısı Kapgras sindorumudur.

       Kapgras sindromu olan şəxslər xüsusi ilə emosianal əlaqə qurduqları şəxslərə, əşyalara ya da heyvanlara qarşı yadlaşma hissinin olması ilə tanınırlar. Şəxslərin üzlərini xatırlamaqlarına baxmayaraq, onlarla bağlı duyğuları xatırlaya bilmirlər. Məhz bu səbəbdən Kapgras sindromu olan şəxslər  tanıdıqları birini gördükdə “Görəsən onun yerinə başqası keçib mi?” düşüncəsini yaşayırlar. Emosianal əlaqə qura bilmədiklərindən bu sindormu yaşayan şəxslər həmin tanıdıqları insanlrdan qaçmağa, onlarla ünsiyyəti məhdudlaşdırmağa və özlərini qorumaq üçün müxtəlif vasitələrə əl atmağa çalışırlar. Beyinlərində həmin şəxslərin onlara ziyan verə biləcəyini və ya onlardan istifadə edəcəyi düşüncəsini yaşayırlar. Sindorumu uzun müddət yaşayan şəxslərdə isə öz yaxınlarına qarşı aqressivləşmə, onlara qarşı müəyyən fiziki zərbənin yetirilməsi də müşahidə edilib. Xəstələr çıxılmaz olduğunu düşündükləri vəziyyətlərdə isə intihara da cəhd edə bilirlər.

     Beyinin təpə payında ( parietal lobe) hər hansı bir tarvmaya ya da şişə bağlı yaranan dəyişikliklər Kapgras Sindorumunun səbəblərindən biri olaraq bilinir. Beyinin həmin bölgəsi şəxslərin və ya digər canlıların tanınması, onların şəxs üçün hansı mənanı verməsi və onların oxşarlıqları arasında yaşanan duyğu fərqinin anlanmasına səbəb olan bölgədir. Məhz reallıq duyğusu bu şəkildə yaranır. Normal vəziyyətdə insanlar təkcə başqalarını, əşyaları yox, həm də öz mənliklərini, ya da bədənini bu bölgə sayəsində tanıyırlar.  Təpə payında yaranan hər hansı pozuntu zamanı travmanın dərinliyindən asılı olaraq sadalanana xüsusiyyətlərin hamısı ya da bir neçəsi deaktiv olduğundan, xəstələr bəzi vəziyyətlərdə öz bədənlərini hiss edə bilmirlər. Bədən üzvlərinin özlərinə aid olmamasını belə düşünə bilirlər. Bu isə ayrılıqda asomatognozi termini ilə ifadə olunur.

                                SALAMZADƏ AFAQ

Go Back

Sorğu göndər