Düşüncə Jurnalı

header photo

Çəki anormallığı yoxsa QQP

QQP(Qida qəbulu pozuntusu) dedikdə QQ (qida qəbulu) ilə bağlı psixoloji şərtlənmiş davranış pozuntuları başa düşülür. Bura ölümlə nəticələnə biləcək çəkinin qəsdən aşağı salınmasında, artıq çəkinin yaranmasına səbəb olan bir çox QQ pozuntuları aid edilir. Biz hər hansı insanda qida qəbulu pozuntusunun yarandığını kök görünə biləcəyi yaxud çəkisinin arta biləcəyi ilə bağlı olan əsassız qorxu; çəkini nəzarətdə saxlamağa həddindən artıq səy göstərmək, öz çəkisini yaxud QQ ilə bağlı pozuntunun olduğunu inkar etmək, obsessiya(təkrarlanan fikirlər), şəxsiyyətlər arası münasibətlərdə çətinliklər, iş, ailə həyatı və yaxud təhsillə bağlı problemlər, özünü insanlardan,  cəmiyyətdən təcridetmə, əhvalın pis olması, həyəcan, tez qıcıqlanma və s. kimi əlamətlər gördükdə deyə bilərik. QQP-nın əsas 2 növü vardır:

1.Anoreksiya

2.Bulimiya

Bulimiya- bu zaman pasient normadan artıq qida qəbul edir və sonra peşmançılıq hissi keçirdiyi üçün və yediklərinin artıq çəkiyə səbəb olmaması üçün onlardan süni şəkildə (qusma, dərmanlar, klisma,işlətmə vasitələri) qurtulmağa çalışır.

Əgər  bir insanda qida qəbulu ilə bağlı daima narahatçılıq keçirmək qidalanmaya, yeməyə ciddi   nəzarət varsa və ya həddindən artıq yemə istəyi varsa bu zaman Bulimiyadan danışmaq olar.

Bulimiyanın insanda yaratdığı ağır nəticələrə bunlar aiddi:

Mədə-bağırsaq problemləri;

Dişlərin çürüməsi;

Böyrək proplemləri;

Ürək çatışmazlığı;

Peptik xoralar;

Ölüm.

Bu problemlə üzləşən xətələrə ikl öncə onların heç də həddindən artıq kök vəya arıq olmadığını başa salmaq lazımdır. Əgər çəkiləri normadan çox olsa belə bunu onlara böyükdərək demək lazım deyil. " Səndən kökləri də var, sən heç də kök (arıq) deyilsən, sən özünü kök görə bilərsən, amma başqaları səni belə görmür, çünki sən kök deyilsən sadəcə özünü belə görürsən".

Belə insanlar getdikcə cəmiyyətdən uzaqlaşır, insanlar arasına çıxmağa utanırlar. Elə düşünürlə ki, hamı onlara baxıb güləcək, lağ edəcək.

Amma başa düşmürlərki onu sevənləri; dostları, ailəsi, yaxınları onları belə qəbul edir və sevirlər.

Belə hallarda insana ilk dəstəyi valideynləri verməlidir. Onlar öz övladlarını başa düşməli, ona dəstək olmalı, övladlarını dərhal həkimə və psixoloqa aparmalıdırlar. Övladları həqiqət çox kök vəya arıqdırsa onu təbeh etməməli, başqalarının yanında utandırmamalıdır, çünki bu insanda böyük psixoloji gərginlik yaradır və tədricən insanlardan elə öz valideynlərində də uzaqlaşmağına səbəb olur.Bütün işlətmə vasitələrini, qusmaya səbə olan dərmanları və digər təhlükə yarada biləcək dərmanları xəstədən gizlətmək lazımdır. Bulimiya və anoreksiya zamanı həm xəstəlikdən əziyyət çəkən şəxs həm də yaxınları səbirli olmalıdırlar.

 Məqalə müəllifi:Gərayzadə Elmira (Narınc könüllü qrupunun üzvü

Go Back

Sorğu göndər