Düşüncə Jurnalı

header photo

Çuğundur haqqında bilmədiklərimiz...

 
Bu dəfə ki, yazımızda sizə çuğundurun faydaları haqqında məlumat vermək istərdik.
1.Çuğundur tam bir qaraciyər və damar dostudur.
2. Eyni zamanda sədəf və egzama xəstəliklərinə yaxşı təsir edir.
3.Bir stəkanı yüksək təzyiqə qarşı təsirlidir.
4.Çuğundur saç tökülməsinin qarşısını alır.
5. Damarları qoruyaraq, detoks proqramı çərçivəsində qaraciyəri işlətmək mövzusunda təsirlidir.
6. Qurd xəstəlikləri ilə əlaqədar yaranmış qaşıntının qarşısını alır.
7. Çuğundur A, B, C və P vitaminlərindən zəngindir. İştah açan, bəsləyici xüsusiyyəti vardır.
8. Çuğundur həzmi asanlaşdırır, qəbizliyi yox edər, mədə ağrısı və qıcqırma kimi problemlərini yox edər.
9. Çuğundurda çox əhəmiyyətli, xərçəng önləyici antioksidanlar var.
10. Qış aylarında çuğundurun istehlakı, bədənin müqavimətini artırır.
 P.S. Qan azlığından əziyyət çəkənlərə belə bir resept vermək istəyirəm.
Çuğunduru təmiz yuyandan sonra soyuruq (soyduqdan sonra yumaq olmaz).İncə-incə doğradığımız çuğunduru əvvəlcədən yuduğumuz bir şüşə qaba lay -lay çuğundur,şəkər tozu əlavə edirik. Qabımız tam dolana kimi...Qapağını bağlayıb sərin yerdə saxlayırıq. 5-6 saata kimi suyunu buraxdığının şahidi olacaqsınız. Həmin suyu süzüb içirik. Prosedur 1 ay davam edir. 1 ay fasilə verdikdək sonra, yenidən təkrarlamaq olar.
qadin.az
 

Go Back

Sorğu göndər