Düşüncə Jurnalı

header photo

Övladımıza necə adlar seçməliyik?

       

Ad insan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Cəmiyyətimizdə yaxşı, mənasız və hətta pis adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan öyünüb qürrələnən və ya xəcalət hissi keçirən adamlar var. Insanın bəzən gündə yüz dəfə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz.

       Körpəsi doğulan  ailələrdə mühüm məsələlərdən biri ona ad qoymaqdır. BMT – nin Uşaq Haqları Konvensiyasının 7 – ci maddəsində uşağın doğulduqdan dərhal sonra ad almaq hüququna malik olduğu bildirilirsə, hələ 14 – cü əsrdə dinimizdə onun yalnız ad deyil, üstəlik yaxşı ad almaq haqqı qeyd olunmuşdur.

     Ad seçiminin əhəmiyyəti nədir?

    Insanın şəxsiyyətinin formalaşmasında onun adının böyük rolu var. Uşaq böyüyəndən sonra öz adı haqda düşünməyə başlayır. Valideynlərinin məhz nə üçün ona bu adı seçdikləri maraq doğurur. Ad yaxşı olarsa, uşaqda onun mənasına və ya sahibinə simpatiya yaranma ehtimalı yüksək olar. Adı Abdullah  - yəni Allahın qulu olan insana uşaqlıqdan yeniyetməlik çağından bu böyük həqiqəti dərk  etmək, özünü Uca Yaradana qul sayıb onun sonsuz qüdrətinə sığınmaq imkanı yaranır.

  Uşaqlara gözəl bir ad qoymaq, hər ata – anaya düşən əhəmiyyətli bir vəzifədir. Biz hər hansı bir şeyi bir – birindən ayırmaq, tanımaq və yaxud zehinə gətirmək üçün canlı – cansız hər şeyə bir ad qoyarıq. Bu şəkildə əşya və hadisələri həm tanımış həm də bir – birindən ayırmış olarıq. Ilk insan Adəm və Həvva nümunəsində olduğu kimi insanlar, bir – birilərini tanımaq üçün də bir – birilərinə adlar qoymuşlar.

   Cəmiyyətdə, məktəbdə - hər bir yerdə insanın özündə və əməllərindən qabaq adı onun barəsində müəyyən fikir formalaşdırır, hörmət və ya istehza doğurur, müsbət və ya mənfi baxış yaradır. Adın yaxşı olması güclü özünəinam hissinə və bunun ardınca uğurlu perspektivə səbəb ola bilər.

    Bu arada müasir yapon alimi Masaru Emotonun su kristalları üzərində apardığı tədqiqat yada düşür. Alim özünün “ suyun gizli mesajları” kitabında yazır ki, sözlərin şifahi və ya yazılı ifadəsi suyun molekullarına təsir edib kristalların gözəl və ya xoşagəlməz şəklə düşməsinə səbəb olur, sevgi, dua və təşəkkür sözlərinin səsləndiyi yerdə su kristalları xüsusi estetik gözəlliyi ilə seçilir.

   Unutmamalıyıq ki, Məhəmməd Peyğəmbərin bir hədisində deyirlirki, “ Övladınıza ilk hədiyyəniz onlara yaxşı adlar qoymanızdır ”

  Məqalə müəllifi: Abbaslı Vəzifə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər