Düşüncə Jurnalı

header photo

Adel Sindromu-sevgi xəstəliyi

Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb.O qeyri adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.Adel ailədə beşinci uşaq olub.O,çox gözəl qadın və istedadlı pianoçu idi.Lakin onun psixi sağlamlığı get gedə zəifləyirdi.1843-cü ildə böyük bacısı, 19 yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir.1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir.Orada da ciddi depressiya yaşayan qızın vəziyyəti gün-gündən pisləşir.1858-ci ildə Fransaya qayıdır ki, müalicə alsın.Adel çox gözəl və istedadlı qadın idi və ona uzanan kişi əllərindən bir mənalı olaraq imtina edirdi,özünü sevgidən uzaq hesab edirdi.1861-ci ildə Adel Pinson adında bir zabitlə tanış olur və zaman keçdikcə başa düşür ki Pinson onun həyatının sevgisidir.Lakin Pinson onunla ciddi düşünmür və zaman keçdikcə Adelin hədsiz sevgisi onu bezdirir,buna görə də Adeldən ayrılır.Lakin Adel bunu qəbul edə bilmir,Pinsonun izine düşür evinə yaxın ev tutur qalır,hətta Pinsonun borclarını belə ödəyir,Pinson isə evlənir ailə uşaq sahibi də olur,lakin Adel hələdə zabitin onu sevdiyinə inanır,ondan əl çəkmir.Sonunda isə Adel tamamilə müflisləşəndən sonra onu bir nəfər Fransaya aparır.Atası onu ruhi xəstəxanaya yerləşdirir.Adel ömrünün sonuna kimi həmin xəstəxanada qalır.Adel sindromu tibbdə geniş tanınmır,lakin tez-tez platonik , dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.

Hamımız hardasa belə sevgi yaşayan insanlarla qarşılaşmışıq.Belə sevgi realda gerçekləşməyən lakin xəyallarda davam edən sevgidir.Adel sindromu illər boyu sürə bilən bir xəstəlikdir,bu sindromun əlamətləri 100 adamdan 90-ında özünü müəyyən formalarda ortaya çıxarır. Adel sindromlu insanlar psixoloji durumlarına nəzarət etməkdə çətinlik çəkirlər.Realda deyil də xəyalda yaşayırlar sankı. Adel sindromu yaşayan insanlar gecələri narahat yatır, sevdikləri insanı yuxuda ən azı 2 dəfə görürlər.Həyatla əlaqələrini kəsirlər,telefonlara cavab vermirlər,məktubları cavabsız qoyurlar,hətta zamanla əmək qabiliyyətlərini belə itirirlər. Bu sindromlu insanların dilinin hər kəlməsində sevdiyi insanın adı olur,hər yerdə hamıya onun haqqında danışır.Bir müddət sonra isə xəstə hətta Eyforiyaya qapılır “O məni sevir,heç belə sevgiyə cavabsız qalmaq olarmı?” kimi fikirlərə qapılırlar. Sevdiyi insana aid hər şeyi yığıb saxlamağa başlayır, məktubları, e-mailləri,mesajları,biletləri və s. Onlar sevgidə aktiv partnyor sayılırlar.

Adel sindromu zaman keçdikcə bəzən sindrom olmaqdan çıxır,insanı xəstəliyə düçar edir. Xəstə sevgiyə o qədər inanırki, zaman keçdikcə özünə baxmağı da unudur.Adel sindromuna ümumiyyətlə demək olar ki çox vaxt çox gözəl, baxımlı və cəlbedici xanımlar tutulur.

Adel sindromlu insanlara bu sindromdan yaxa qurtara bilənə qədər həmişə dəstək olunmalıdır. Lakin bunu edərkən iş təkcə yardım edənə deyil, sindrom qurbanının da üzərinə düşür. Belə ki xəstə deyilənlərə əməl etməlidir. Bu sindrom qurbanlarına izah etmək lazımdır ki, sevdikləri insan haqqında düşünməyə az zaman ayırsınlar.Özlərinə bir məşğuliyyət tapsınlar.Məsələn,yoqa ilə məşğul ola bilərlər,velosiped sürə bilərlər.Dostları ilə görüş təşkil edib zamanlarını dəyərləndirə bilərlər.Hətta alınmasa müxtəlif dil kurslarına belə gedə bilərlər,yeni tanışlıqlar edə bilərlər.Əgər gecələr uzanarkən tavana baxanda sevdiyi insan ağlına gəlirsə,onu xatırlayırsa uzanmaq şəklini dəyişə bilərlər.Əgər pəncərə önündə durarkən sevdiyi insanı düşünürsə,bu zaman pəncərəyə yaxın getməməsi daha məqsədəuyğundur.Sevdiyi insanla əlaqəsi olan insanlardan uzaq durmalı,onlarla ünsiyyətdən qaçmalı,sevgi musiqilərini dinləməməli,vaxtilə onunla getdiyi məkanlara getməyib,daha fərqli ,gözəl məkanlar tapmalıdırlar.Özlərinə zaman ayırıb yeni fərqliliklər etməli,(əgər qadındır)saclarını kəsə,yaxud rəgliyə bilərlər,idman zallarına yazılıb vaxtlarını dəyərləndirə bilərlər.Xarici ölkələrə səyahət edə bilərlər. Hətta özlərinə kitabça tutaraq sevdiyi insanın pis və xoşagəlməz əməllərini,xasiyyətlərini həmin kitabçaya yaza bilərlər.Belə dəyişikliklər Adel sindromlu insanlara müsbət təsir edəcək və hətta onları bu sindromdan çıxara biləcək.Amma hər Adel sindromu qurbanında bu dəyişikliklər alınmır və bu zaman müsbət nəticəni də gözləmək mümkünsüz olur.Ona görə də belə hallarda sindrom qurbanları mütləq  psixoloqa müraciət edərək mütəxəssiz köməyi almalıdırlar.Ancaq bəzən sindrom daşıyıcıları buna belə gecikirlər və artıq iş-işdən keçmiş olur.Qeyd etmək lazımdır ki, sadaladığımız dəyişikləri bir adel sindromlu edirsə deməli hələ özünü idarə edə bilir və hərşeyi bərpa etmək üçün mübarizə aparır.Lakin etmirsə bu zaman bu sindrom daha da şiddətlənir, artıq onlar nə dəyişiklik, nə də psixoloji dəstəy belə istəmirlər,həyatla əlaqələrini kəsirlər,ancaq xəyal dünyalarında ruhi vəziyyətləri gərgin halda yaşamağa davam edirlər. Ona görə də bu sindromun ağır daşıyıcıları özlərini ruhi dispanserdə tapırlar. Ona görə də bu xəstəliyin ilk simptomları ortaya çıxan kimi psixoloqa müraciət etmək lazımdır,əks halda isə acı nəticələrlə üz-üzə qala bilərlər.

Məqalə müəllifi:Bəyimxanım Osmanlı (Narınc könüllü qrupunun üzvü )

Go Back

Sorğu göndər