Bildiyimiz kimi autizmin korreksiyasında dünya təcrübəsində 1 çox üsullardan istifadə olunur.Buraya davranış terapiyaları,alternativ terapiya növləri və eyni zamanda bio-tibbi terapiyalar da daxildir.Bio-Tibbi Terapiyalar dedikdə,Kazein və Gluten dietası,”Qidalı Maddələrin Çatışmazlığı”dietası,Katagenik dieta,Venadaxili imunoqlobin müalicəsi,Vitamin B6 dəstəyi,Maqnezium dəstəyi və.s nəzərdə tutulur.
Son dövrlərdə autizmli şəxslərə ən çox təyin olunan bio-tibbi terapiya növü isə Gluten və Kazein dietasıdır.1neçə il əvvəl bu tip üsulların tədbiqi insanlara çox absurd görünürdü.Ancaq indi Autism Research İnstitute-nin “Defeat Autism Now” protokolunda hər autist uşağın ən azı 3 ay glutensin və kazeinsiz dieta tədbiq etmələrini tövsiyyə edir.
İlk öncə qeyd edim ki,həm Gluten həmdə Kazein bir protein növüdür.Glutenə buğda,arpa,çovdar,yulaf kimi taxıl bitkilərində rast gəlinir.Kazein isə süd və süd məhsullarında olur.Bir çox autizmli uşaqlarda gluten və kazein “zəhər” effekti verir.Bu tip qidalar bağırsaqda keçiricilik yaradır və həzm olunmamış qidalar autizmli şəxslərin beyinlərində olan asılılıq(afyon)reseptoruna bağlanırlar.Nəticə olaraq isə autizmli uşaq buğda və süd məhsulları qəbul etdikcə sanki onlarda Morfin təsiri yaradır.Baxmayaraq ki,ailələr öz praktik təcrübələrində “autizm və diyeta” arasında bağlılığın olduğunu bilirlər,lakin elmdə bununla bağlı araşdırmalar hələ də davam edir.
Bu dietlərin tədbiq edilməsinin səbəbi hər hansı qidaya qarşı olan “Alergiya”deyildir.Bunun səbəbi autizmli uşaqların bir çox proteini parçalaya bilməməsindədir.İngiltərədə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki,bəzi peptitlər(proteinlərin parçalanmış halı) sidikdə afyon fəaliyyət yaradır.Buda öz növbəsində autizmdə biruzə verir.
Bu dietə başlamazda əvvəl valideynləri 1 çox sual maraqlandırır.Bəzən uşaqların günlük qida rasyonu yalnız süd və taxıl məhsullarından ibarət olur.Bu vəziyyətdə valideynlər daha çox narahatlıq keçirirlər.Düşünürlər ki,bu qidaları rasiondan çıxarsalar uşaqları aclıqdan ölə də bilərlər.Bəzənsə “uşağım südsüz neyliyəcək” deyə narahatlıqlar keçirirlər.Təbii ki, süd məhsulları kalsium mənbəyi olaraq uşaqlar üçün çox faydalıdır lakin,elmə nəzər yetirsək inək südünün tərkibində insanda kalsiumun əmilməsini bloklaşdıran 1 maddə olduğu da aşkara çıxarılmışdır.Yəni heç kim istəməz ki,öz övladına bilə-bilə “zəhər” içirtsin.Odur ki,bu cür narahatlıqlar əsassızdır.
Bir çoxları süd məhsullarını rasiondan çıxartmağın Glutenə nisbətən daha asan olacağını fikirləşir.Gluten tərkibli qidaların rasiondan çıxarılması çox böyük cəsarət tələb edir.Çünki günlük istifadə olunan əksər qidaların tərkibində gluten vardır.Əgər gluteni birdən-birə çıxartmaq çətindirsə onda ilk növbədə kazeini(süd) çıxardıb daha sonra isə glutenə keçmək olar.Mütəxəssislər nəticə verməsi üçün ən azı 3 ay bu dietin tutulmasını məsləhət görürlər.Ancaq çox diqqətli olmaq lazımdır.Yəni tam olaraq glutensiz və kazeinsin qidalar daxil edilməlidir.
Diyet üçün reseptləri www.glutenfreemall.com kimi saytlardan həmçinin digər online mənbələrdən əldə etmək olar.
Nuray Lətifzadə