Düşüncə Jurnalı

header photo

Hiperaktivlik zamanı İdmanın faydaları

Fiziki çalışmalar və idman uşağın inkişafında mühim rol oynayır.Stress,depresiya səviyyəsinin azalmasına,beyindəki funksiyaları inkişaf etdirməyə,hafizəni gücləndirmə və digər proseslərə saysız-hesabsız kömək edir.Davamlı edilən fiziki çalışmalar beyindəki dopamin,serotonim kimi maddələrin artmasına kömək edir.İdman uşağın yuxusunu normallaşdırır,diqqətini artırır və qidalanmada olan problemləri aradan qaldırır.

Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki,davamlı edilən idman hiperaktiv uşaqlarda yalnızlıq,utancaqlıq,ümidsizlik,aqressivlik,hiperaktivlik kimi halların azalmasına səbəb olur.Hiperaktiv uşaqları hər hansı 1 idman növünə istiqamətləndirərkən,uşağın maraq dairəsini də nəzərə almaq lazımdır.Basketbol,futbol kimi hərəkətlilik tələb edən oyunlar daha yaxşı seçimdir.Uzun fasilələri olan idman növləri isə heç də yaxşı seçim deyil.Karate,Aykido kimi idman növləri displin və müəyyən rutin(planlama)tələb edir.Odur ki,bu cür idman növləri uşaqlarda həm  displin baxımından həmdə zehni inkişafını möhkəmləndirmək baxımından önəm daşıyır.Bu idman növləri ilə məşğul olarkən uşaq öz enerjisini idarə etməyi öyrənir.

Xüsusilə döyüş sənətlərinin hiperaktiv uşaqlar üzərində olan təsirindən danışmaq lazımdır.Məşhur həkim Dr.Matthew K.Morand New-Yorkdakı Hofstra Universitetində diplom işini müdafiə edərkən tədqiqat mövzusu olaraq “Hiperaktiv uşaqlarda döyüş idman növlərinin təsiri”-ni seçmişdir.Beləki o tədqiqat məqsədilə 2 qrup seçmişdir.Qruplardan 1-i 12 həftəlik döyüş sənətiylə məşğul olmuşdur.Sonra isə 2 qrup qarşılaşdırılmışdır.Araşdırmanın nəticəsinə görə döyüş sənəti proqramına qatılan uşaqlarda ev tapşırıqlarını vaxtında həll etmə,akademik performansda yüksəlmə,sinifdə qaydalara riayət etmək,sinifdə icazəsiz şəkildə yerindən durub başqa yerə keçmə kimi davranışlarda azalma qeyd olunmuşdur.Dr.Morand qeyd edirdi ki,döyüş sənəti idman növlərində meditasiya təsiri var.Eyni zamanda nəfəs almaya nəzarət,qrup üzvlərinə uyğunluq,müəyyən olunmuş əxlaqi və fəlsəfi prinsiplərin olması bu idman növünü digərlərindən fərqləndirir.Məsələn Aykido-nun fəlsəfəsində “özünə və dünyaya uyğun olmaq”,”sülh və sevgi” kimi nəzəriyyələr var.Sözsüz ki,bu prinsiplərin hiperaktiv uşaqların davranışında böyük təsirləri vardır.Müəyyən idman növündə 1 hərəkətin təkrar-təkrar edilməsi hiperaktiv uşaqların səbrli olmasına,müəyyən plana uyğun hərəkət etməsinə də kömək edir.

Bəzən ailələr döyüş idman növlərinin uşaqların davranışında mənfi təsirlər yaradacağından narahat olurlar.Fikirləşirlər ki,uşaqlar daha aqressiv və davakar ola bilər.Ancaq Dr.Morand bildirib ki,əksinə döyüş sənətində  fiziki gücdən istifadə son çarə olaraq öyrədilir.Burada onlara yalnız özünü müdafiə texnikalarını öyrədilir,fiziki güc tədbiq etməzdən əvvək digər prinsiplərdən istifadə məsləhət bilinir.

Ümumiyyətlə idman deyərkən gündəlik sadə idman hərəkətləri,velosiped sürmək,qaçış və.s nəzərdə tutulur.Bu sadaladıqlarımızdan istənilən birinin tədbiq edilməsi hiperaktiv uşaqların günlük yaşam şəraitini yaxşılaşdırmış olar.

 Tərcümə etdi: Nuray Lətifzadə

Go Back

Sorğu göndər