Düşüncə Jurnalı

header photo

İPOXONDRiK NERVROZ

 Hər birimiz müəyyən zamanlarda fərqli xəstəliklərlə qarşilaşirıq.Biz həkimə müraciət edib,onların yazdıqlari dərmandan istifadə edir, yaxud təsirini əvvəllərdə gördüyümüz effektli vasitələrlə özümüz-özümüzü müalicə edirik.Lakin aramizda elə insanlar var ki, sağlamliqlari ilə bağli yaranmiş problemləri çox qabardirlar. Özlərini sağalmaz xəstəliyə tutulmuş kimi hiss edirlər. Belə insanlar ipoxondrik nevrozdan əziyyət çəkirlər. Bu psixi pozğunluq həm kişilərdə, həm də qadinlarda rast gəlinir. Xəstəliyin ən çox təsadüf olunan yaş həddi 30-40 araliğidi.Həkim tərəfindən edilmiş müayinə və analizlərin nəticəsi heç bir xəstəliyin olmamasini göstərsədə onlar buna inanmir,başqa həkimlərə müraciət edərək öz xəstəliklərini tapacaqlarina ümid edərlər.Onlarin özlərinə qoyduqlari diaqnoz həkim tərəfindən təsdiq olunmadiqda belə hesab edirlər ki,bilə-bilə xəstəlikləri onlardan gizlədilir. Elmə məlum olmayan xəstəliklərlə bağli fikirlər,ölüm qarşisinda qorxu onlarin həyatinda dominant olur,həkimlərə müraciət edib müxtəlif analizlər vermək isə  həyat tərzlərinə çevrilir. Cəmiyyət arasinda heç kim belə insanlarin öz xəstəlikləri haqqinda dediklərini ciddi qəbul etmir,lakin bu insanlar daim qorxu və narahatliq içində yaşadiqlari üçün bu vegetativ sistemə təsirini göstərir.Bu da öz növbəsində daxili orqanlara mənfi təsirini göstərir.                                                                 Bu psixi pozuntunun yaranma səbəbi dəqiq məlum deyil.Lakin mütəxxəsislər bir neçə səbəb göstərirlər. Bunlar aşağidakilardir;                                                                           1.Ananin uşaği həddindən artiq əzizləyib onu bütun xəstəliklərdən qorumağa çalişmasi.Zaman keçdikcə bu şəxsdə bütün xəstəliklərə qarşi qorxu yaranir və o eynən anasinin etdiyi kimi özünü qorumağa çalişir.                                       2.Uşağin baximsiz qalmasi, ətrafdakilarin diqqətindən məhrum olmasi.Uşaq artiq heç kimə lazim olmadiğini düşünür və özündə müxtəlif xəstəliklər axtarmğa başlayir.                           3.Uşaqliq zamani  ağir əməliyyat keçirən şəxslər (hətta bu 5 yaşdan aşaği yaşdada baş vermişsə bəzən yuxu kimi yadda qalir) özlərini müdafiə etmək məqsədi ilə daima xəstəlik qorxusunda yaşayirlar.                                                    4.Valideynlərdə alkoqalizm və narkomaniya.                             Bəzi mutəxxəsislər isə belə hesab edir ki,bu tip şəxslər ətrafdakilarin diqqətini cəlb etmək üçün özlərinin sağalmaz xəstəliyə düçar olduqlarini uydurular.                                         Əsas simptomlari bunlardir;                                                         -Tez –tez sağamliqla bağli şikayətlər edirlər.                              -Həmişə həkimə müraciət edib yoxlanişdan keçirlər.                -Qoyulmuş diaqnozla razilaşmayib müalicənin düzgün aparilmadiğini deyirlər.                                                                -Xəstəliyin qarşisinda qorxulari güclü olur.                               -Daim aqressiv olurlar.                                                                 -İnsanlarla ünsiyyətlərində problem yaranir.                                Diaqnoz və müalicəsi; Sağlamliqla bağli şikayətlər yaranan kimi hər bir insan həkimə müraciət edir,yoxlama və analizlər nəticəsində orqanlarda patalogiya aşkar edilməmişsə lakin,pasient hələdə özündə hansisa xəstəliyin olduğundn qorxursa onu psixiatr yaxud psixoterapevtə yönəltmək lazimdir.Mütəxxəsisin yanina gedməyi heç bir halda gecikdirmək olmaz,çünki ipoxondrik nevroz kədərli sonuiğa səbəb ola bilər.Depressiya,şizofreniya hətta suisid hallari baş verə bilər. Müasir dövrdə ipoxondrik nevroz –koqnitiv terapiya vasitəsilə müalicə edilir. Müalicədə ailə və yaxinlarin rolu vacibdir.Onlar pasientə müxtəlif xəstəliklər araşdirib ortaya çixarmaqda mane olmalidirlar. Belə insanlara gündəlik yuxu rejiminə əməl etmək vacibdir.Yuxu orqanizmin dincəlməsinə ,eyni zamanda  depressiya və narahat vəziyyətlərin azalmasina kömək olur.Eləcədə belə insanlar dincəlməyi öyrənməli, xəstəliklər haqqinda fikirlərdən azad olmağa çalişmalidirlar.Bunu meditasiya,musiqi  yaxud fiziki məşqlərlə edə bilərlər.                                                                                    Ən vacib və ən əsas addim pasientə onun sağlamliği ilə bağli problemin olmamasina inandirmaqdir.                                       Təəssüflər ki,belı insanlarin əksəriyyəti bununla mübarizə apara bilmir.Bütün müalicələrə ,terapiyalara baxmayaraq onlar hələdə özlərində xəstəlik axtarmağa çalişirlar və nu ömürlərinin sonuna qədər davam edir.Yalniz az faiz özündə güc taparaq bundan azad ola bilir.

Mənbə;Nevroz-psixoz .com

Вероника Степановна-ипохондрия-youtube

Turanə Rzayeva

Baki Qizlar Universiteti. Təhsildə sosial-psixoloji xidmət. IV kurs

Go Back

Sorğu göndər