Düşüncə Jurnalı

header photo

Uşaqlarda özünəinamı artırmaq üçün ana və atalara məsləhətlər

25-11-2017

Əvvəlcə hansı davranış və gözləntilərinizin uşağınızda özünəinamsızlıq hissini formalaşdırdığını müəyyənləşdirin.

Problemi həll etmək üçün tez davranmayın və çox uzun illər içində yerləşən özünəinamsızlıq hissini yenə zaman içində geridə buraxacağınızı unutmayın.

Həddindən artıq qoruyucu davranışlarınızdan qurtulmağa çalışın.

Əvvəlcə öz qorxu və şübhələrinizi geridə qoyun.{Uşağın başına pis bir şey gəlmə ehtimalına görə uşağını mağazaya belə buraxmayan ata və ananın bu forma qorxularından qurtulmadan uşaqda özünəinam hissini artırma səyləri nəticəsiz qalacaq.Uşaq çox vaxt ana və atasından bu qorxuları götürür.}

Uşaqda olan özünəinamsızlıq halına görə özünüzü günahlandırmayın.Unutmayın ki,bu cür vəziyyətlərdə yaşanan özünügünahlandırma hissi sizin davranışlarınıza daha da təsir göstərəcək.

Yalnız nəsihət verərək böyük dəyişikliklərin olması ehtimalına özünüzü qaptırmayın.

Sizin davranışlarınızın nümunəvi olma ehtimalını unutmayın.{Ata və ananın özünəinamsız davranışları uşaqlara təsir göstərir.Uşaqlar ana və atalarının hər cür davranışlarını model olaraq özlərinə götürürlər.}

Özünəinamın müəyyən dərəcədə genetik olma ehtimalını unutmayın.

Özünəinamsızlığın mütləq və bütünlüklə aradan qalxacağı fikrinə qapılmayın.Müəyyən miqdarda olan özünəinmasızlıq uşağın xoşbəxt olmasına əngəl deyildir.

Uşağınızın hər kəs kimi zəif nöqtələrinin olacağının və olduğunu qəbul edin.Uşağınızın zəif tərəflərinin sizin dəyərvermə duyğularınıza təsir göstərib göstərmədiyini nəzərdən keçirin.

Şəxsi məqsədlərinizin uşağınıza qarşı davranışlarınıza nə qədər təsir göstərdiyini müəyyənləşdirin.

Özünəinamı aşağı uşaqların özüəinamlarını formalaşdıracaq davranışlar:

Uşağın edə biləcəyi davranışları özü etməsi üçün şərait yaradın.

Mümkün olduğu qədər məsuliyyət verin.

Elədikləri üçün tənqid etməkdən və şəxsiyyətini alçaltmaqdan çəkinin.

Səhvlərini böyütməyin.

Ona qarşı mənfi söz və ifadələrdən uzaq durun{“nə qədər ağılsızsan”,”səfeh”,”sən onsuzda bacara bilməyəcəksən” və s.}

Hədələməyin,qorxutmayın.Cəzalandırma və tərk edilmə qorxusunu artırmayın.

Hər hansı bir şeyi edə bilmədiyi zaman buna cəsarət etdiyi və əmək sərf etdiyi üçün onu tərifləyin.

Başqaları ilə müqayisə etməkdən uzaq durun.

Hər fürsətdə tərifləyin,rəğbətləndirin.

Sevginizi ürəyiaçıqlıqla təqdim edin.Şərtli{“bunu bacarsan səni daha çox sevərik”}sevgidən uzaq durun.

Sevildiyin,önəmli olduğunu hiss etdirin.Bunu davranışlarla göstərmədikdə sözlə deməyin mənasız olduğunu unutmayın.

Nə olursa olsun arxasında olduğunuzu hiss etdirin.

Uşağın özünü güvəndə hiss etdiyi bir ev şəraiti yaradın.

Özünəinamı artırmaq üçün bacara biləcəyi işlər tapşırın.

Sosial baxından aktiv olmasına çalışın.Bu baxımdan onu cesaretləndirin.

Özünü tərifləməsini öyrədin.

Uşağın hər formada duyğusunu anlayışla qarşılayın.”Qorxacaq nə var?”kimi cümlələrdən istifadə etməkdən qaçın.Məntiqli cümələlər ilə qorxularını geridə buraxa biləcəklərini düşünməyin.

Mümkün qədər uşaqların seçimlərinə hörmət edin.

Bütün ailəni maraqlandıran mövzularda uşağında fikirlərinə müraciət edin.

Zəif tərəfləri yoxmuş kimi davranmayın.

Gözləntilərinizi reallıq səviyyəsində tutun.

Mümkün olduğu qədər birlikdə vaxt keçirin.

Ondan çox özəl gözləntinizin olmadığını hiss etdirin.

 

 Tərcümə etdi: Nəzrin Kərimli (Narınc könüllü qrupunun üzvü)

Bakı Dövlət Universiteti, "Sosial elmlər və Psixologiya" fakültəsi, 2-ci kurs

Go Back

Sorğu göndər