Düşüncə Jurnalı

header photo

Autizm və Epilepsiya

Bildiyimiz kimi autizm zamanı digər nevroloji xəstəliklər də özünü biruzə verir.Bunlara epilepsiya,tiklər,mutizm,psixiatrik pozulmaları və.s misal göstərmək olar.

Autizmli şəxslərdə epilepsiyanın görünmə sıxlığı 5-46% arası dəyişir.Autizmlilərdə epilepsiyanı müəyyən etmək bəzən çətin olur.Çünki epilepsiya halında olarkən yaşanan bəzi vəziyyətlər elə autizm üçün xarakterik olan hallarla qarışdırılır.Məsələn streotip hərəkətlər,davamlı ağlama və qəzəb,motor tiklər və.s bu hallara misal ola bilər.1998(Rapin)-ci ildə 180 autizmli uşaqla aparılan təcrübədə müəyyən olunmuşdur ki,bu uşaqlardan 30%-də müəyyən kriz halı müşahidə olunub.Bunlardan 11%-də epilepsiya geri qalanın da isə sadəcə kriz xarakterli bir hal yaşandığı aşkara çıxarılıb.Epilepsiya krizlərinin daha dəqiq müəyyən olunması üçün elektroensefaloqrafiya müəyinəsi aparılır.Uzun müddət aparılan Elektroensefaloqrafiya(EEG) araşdırmalarından sonra müəyyən olunub ki,autizmli uşaqların üçdə birində EEG pozulmaları yaşanılır.Bu pozulmalar təbii yuxu şəraitində aparılan EEG nəticəsində daha asan aşkara çıxarılır.Lakin bəzən EEG zamanı da yanlışlıqlar yaşana bilər. Yəni epilepsiyanın aşkara çıxarılmasında digər amillər də rol oynaya bilər.Çünki autizmli şəxsin aktivliyini poza bilən metobolik problemlər,bakterial ensefalit və digər problemlərdən də şübhələnmək olar.

Bir çox epilepsiya xəstələrinin autizm xüsusiyyətləri daşıdığını qeyd edən mütəxəssislər qeyd edirlər ki,epilepsiya krizləri beynin sosial fəaliyyətinə təsir edən nevroloji funksiyaların fəaliyyətini pozur.Bu zaman dodakların yalanması,qolların silkələnməsi,gözlərin tez-tez qırpınması kimi hallar müşahidə olunur.

Epilepsiya əlamətlərinin daha çox autizmin asperger formasında rast gəldiyi qeyd edilir.Bu isə xüsusilə yeniyetməlik və yetkinlik yaşına çatmış aspergerlərdə rast gəlinir.

Ailələri ən çox narahat edən məsələlərdən biri də autizmlilərdə epilepsiyanın müalicədir.Anti-epileptik dərman preparatları ilə müalicə mümkün olmadığı halda anti-epileptik preparatlarla müalicə ön plana çıxır.Ancaq bəzən yenə də krizlərə nəzarət etmək mümkün olmur.Bunun arxasında autistik şəxsdə olan metobolik və ya genetik pozulmalar ola bilər.Ona görə də hər hansı müalicə prosesudu başlatmazdan öncə şəxsin spesifik genetik  xüsusiyyətləri nəzərə alınmalıdır.Son dövrlərdə immunitet sisteminə mənfi təsir edən amillərdən qorunmaq üçün autistik şəxslərə immuniglobulin müalicəsi,karbohidrat diyetləri və digər bu kimi vasitələr tədbiq olunur.Və müalicələrdən sonra müəyyən olunmuşdur ki,autizmi şəxslərdə krizlər nisbətən azalmış və onlara nəzarət etmək mümkün olmuşdur.

                                     Nuray Lətifzadə

Go Back

Sorğu göndər