Düşüncə Jurnalı

header photo

Bipolyar pozulma

Bipolyar pozulma,adından da göründüyü kimi eyni kişidə müxtəlif zamanlarda ortaya çıxan bir-birindən çox fərqli iki klinik hal ilə özünü göstərən bir xəstəlikdir.Xəstə zaman-zaman yaşadığı depresyon və mani vaxtları xaricində nəzərəçarpan bir ruhsal əlamət göstərmədən həyatına davam edər.Depresyon müddətində kefsiz,istəksiz olan xəstə mani dövründə isə tam tərsi xoşbəxt və hərəkətlidir.Bu səbəblə xəstəlik “iki uclu pozulma”,”manik depresyon”,”manik depresif xəstəlik”,”cüt qütblü xəstəlik” olaraq da adlandırılır.

Mani dövründə xəstə coşğun,həddindən artıq xoşbəxt və hərəkətlidir.Ancaq xəstədə bu xoşbəxtlik və hərəkətlilik o kişi üçün normal hal deyildir və onu yaxşı tanıyanlar xəstədəki bu vəziyyətin normal olmadığını asanlıqla anlayırlar.Xəstənin xoşbəxtliyində,hərəkətliliyində məntiqsizlik və artıqlıq vardır.Bu müddət ərzində xəstənin yuxu ehtiyacının azaldığı,əvvəlki zamanlara görə daha az yatdığı halda özünü gümrah hiss etdiyidə müşahidə edilir.Xəstələrin nəticələrin düşünmədən məntiqsiz olan layihələr uğrunda mübarizə aparması,pul xərcləməsi,heç tanımadığı insanlarla əlaqə qurması,özünəinamın artması,çox danışdığı,düşüncələrinə qarşı mənfi rəy aldıqda əsəbiləşdiyi müşahidə olunur.

Depresyon vaxtı isə xəstələr kefsiz və pessimistdirlər.Əvvəllər sevərək,istəyərək gördükləri işləri artıq etmək istəməzlər,özlərini məcbur edərək bu işləri görsələr belə bundan zövq almazlar.Yuxu və iştahları pozulur;istirahət etməklə keçməyən yorğunluq,halsızlıq yaşayarlar.

Bipolyar pozulma diaqnozu və müalicəsi haqqında bəzi məlumatlar:

1.Xəstəlik mani və ya depresyon şəklində başlaya bilər.

2.Mani aşağı səviyyədə olarsa,bu hipomani adlanır.

3.Xəstəliyin sonrakı dövrlərində nə olacağını öncədən təsəvvür etmək mümkün deyil.

4.Xəstədə depresyon dövrü olmadan mani dövrü varsa,bu yenədə bipolar pozulma adlanır.Bunun əksi isə düzgün deyil.İnsan həyatının hər hansı bir hissəsində mani və ya hipomani olmadan depresyon halı yaşayarsa bu bipolar pozulma deyil.

5.Xəstəlik əsasən,20li yaşlarda başlayır.

6.Ailədə kimdəsə bipolar pozulma varsa,digər ailə fərdlərində də ola bilər.Xəstəlik genetikdə keçə bilər.

7.Xəstədə cinsəl marağın artması və digər mənfi davranışlara meyllik olduqda xəstəxanaya yerləşdirilməlidir.

8.Bipolyar pozulması olan xəstələrlə psixiatr məşğul olur.

9.Bipolyar pozulmada dərman müalicəsi çox vacibdir.Yalnız müalicə məqsədilə deyil,qoruma üçündə dərman müalicəsi davam etdirilə bilər.

10.Bipolyar pozulmanın mani ya da depresyon vaxtının əvvəlində diaqnozun qoyulması çox önəmlidir.

11.Mani dövründə xəstə bu halları xəstəlik kimi görməz.Hətta bəzən həyatlarında çox razı olurlar.Bu zaman digər ailə fərdləri müalicənin başlamasına çalışmalıdırlar.

Tərcümə etdi:Nəzrin Kərimli (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər