Düşüncə Jurnalı

header photo

DİSSOSİATİV ŞƏXSİYYƏT POZUNTUSU (MULTİPLE-ÇOXLU)

Dissosiativ şəxsiyyət pozuntusu, insanın şüur səviyyəsində bir birindən fərqli ən azı iki şəxsiyyətə sahib olması və bu şəxsiyyət strukturları arasında keçidlər yaşaması ilə xarakterizə olunan psixoloji xəstəlikdir. Bu şəxsiyyət pozuntusu mütləq travma və ya sarsıntı nəticəsində ortaya çıxan tablodur. Daha çox uşaqlıq dövründə şüurun yeni formalaşmağa başladığı zaman travma yaşayan insanlarda müşahidə olunur. Bu travmalar fiziki, cinsəl və ya duyğusal istismar nəticəsində yaranır. Həmin istismar adətən ailədaxili zəmində baş verir. Nadir hallarda görülən bu narahatlığın diaqnozu üçün insan travma yaşamalıdır. Davranış dalğalanmaları, xarakter dəyişikliyi yaşayan insanların hamısına dissosiativ şəxsiyyət pozuntusu diaqnozu qoyulmur. Bunun üçün narahatlıq keçirən insan bir müddətlik nəzarət altına alınır. Adətən pasiyentə təsir göstərən şəxsiyyət sayı 5-10 ədəd olur. Bunların sayı insanın yaşadığı travmanın şiddətinə bağlı olaraq dəyişir. Əsasən bir şəxsiyyət digərinə ani olaraq keçir. Həmin şəxsiyyətlər mütəxəssis tərəfindən tanınmalı, nəticədə birləşdirilməlidir. Problem 10 yaşından etibarən simptom şəklində ortaya çıxır, yaş irəlilədikcə təsirliliyi artır.                                                                               

Bu pozuntu rastlanan insanlarda tez-tez aşağıdakı cümlələri eşitmək mümkündür:                                                                         

  •  Sanki kimsə içimdə məni fərqli davranmağa vadar edir; Mənə əmr verən, hərəkətlərimə şərh edən səslər eşidirəm; 
  • Dünən 2 saat heç nə düşünmədən bir nöqtəyə baxdığımı hiss etdim;    
  • Bəzən mənə elə gəlir ki, hərəkətlərimi kənardan izləyirəm;                  
  • Yol gedirəm, amma ora necə gəldiyimi bilmirəm;                                   
  • Yalan danışdığımı deyirlər;                                                                    
  • Otağımdakı əşyaların haradan gətirildiyini, necə orda olduqlarını bilmirəm.                                                                                                               Simptomları:
  1. Flash-back yaşanır
  2. İnsan daxilində başqa bir insanın və ya ikinci bir insanın olduğunu hiss edir
  3. Yadlaşma hissi (depersonalizasiya)
  4. Vaxtaşırı öz davranışlarını və dediklərini xatırlamama
  5. Evdə harda gəldiyini bilmədiyi əşyalar tapma
  6. Yuxu pozuntusu
  7. Həssaslıq
  8. Somatik simptomlar (baş ağrısı, mədə ağrısı)
  9. Qidalanma pozuntuları
  10.  Özünə zərər vermə (digər şəxsiyyətin təsiri ilə)
  11.  İntihar cəhdi
  12.  Depressiv simptomlar (əhvalın aşağı olması, gələcəklə bağlı ümidsizlik hissi)

“Daxildəki şəxsiyyətlər bir-birini tanımırlar. Hər şəxsiyyətin adı, yaşı, xatirələri və özünə xas davranışları var. Onlar bir-birlərini tanımırlar, bir-birlərinin davranışlarını unudurlar. Digər şəxsiyyət mühafizəkar, persekutor, intihara meyilli, uşaq və ya qarşı cins və s. xüsusiyyətlərə sahib ola bilir. Bir şəxsiyyət digəriylə əks xüsusiyyətlərə sahib olur. (məsələn: biri asılıdırsa, digəri azadlığa meyilli, aqressiv…) Bir şəxsiyyətdən digərinə keçid qısa müddətdə olur. İnsan saatlarla, günlərlə davam edən yaddaş pozuntusu yaşayır.        

“Dissosiativ pozuntu daha çox qadınlarda müşahidə olunur. Pozuntunun müşahidə olunma tezliyi bilinmir. Qadınlarda kişilərlə nisbətdə 8-9 qat daha çox müşahidə olunur. Bunun səbəbi, qadınların cinsi istismara daha çox məruz qalması və ya kişilərin simptomları daha çox gizlətməsi, hansısa cinayət törətdiyi zaman cinayət məsuliyyətinə cəlb olunması səbəbindən diaqnozun qoyulmamasıdır.                                                        

    “Tədqiqatlar, dissosiativ şəxsiyyət pozuntusunda, uşaqlıq dövrü travmalarının, insest hadisələrinin əhəmiyyətli faktor olduğunu göstərirAraşdırmalara əsasən müəyyən olunmuşdur ki, bu pozuntudan əziyyət çəkən insanlar, cinsi, fiziki və duyğusal istismara məruz qalanlardır. Şəxs, uşaqlıq dövründəki travmanın yükünü qaldırmaq üçün qeyri-iradi ikinci bir şəxsiyyət yaradır və məsuliyyəti ona yükləyir.   Paralel şəkildə müşahidə olunan narahatlıqlar (komorbid hal) Digər psixoloji pozuntular da paralel şəkildə müşahidə oluna bilər. Ən çox görülən narahatlıqlar, konversion pozuntu, somatizasiya, posttravmatik stress pozuntusu, borderline şəxsiyyət pozuntusu, depressiya, maddə istifadəsi.                

 Bu problem şizofreniya, depressiya, borderline şəxsiyyət pozuntusu, temporal lob epilepsiyası diaqnozları ilə qarışdırıla bilindiyi üçün lazımi müayinələr olunmalı və mütləq şəkildə fərqləndirilməlidir.                                                                

 Müalicəsi: Pasiyent terapiya müddətinin əvvəlində, şəxsiyyət pozuntusu və ya amneziyanın olmasından şikayətlənmir. Müşahidə müddətində şəxsiyyət dəyişiklikləri, amneziyalar rastlanır. Reabilitasiya müddətində birdən artıq şəxsiyyətin birləşdirilməsi, öncəki travmatik hadisələrin fərqinə varmaq, bütünləşdirmənin təmin olunması, travmaların mənasının yenidən stukturlaşdırılması, aradan qaldırma mexanizmlərinin inkişafı şəklində müalicə və psixoterapiya müddəti yaradılır. Uşaqlıq dövründəki ağır travmaların səbəb olduğu bu problem üzərində çalışarkən travmaların korreksiyası digər psixoloji pozuntuların reabilitasiyası ilə müqayisədə xüsusi həssaslıqla aradan qaldırılmalıdır. Buna görə də bu problemə aid xüsusi məlumat və təcrübə ehtiva edən psixoterapiya tətbiq olunmalıdır.

Nərmin Quliyeva.

 pcc.az

 

Go Back

Sorğu göndər