Düşüncə Jurnalı

header photo

Dizartriya

Gözəl  nitq  uşağın  hər tərəfli  inkişafı  üçün vacib  olan  şərtlərdn  biridir.Əgər  uşaqda nitq  qüsuru  varsa bu  uşağın  fəaliyyətində, davranışında  öz  əksini  tapır.Beləliklə,uşaq   özünə  qapalı olur.Bu da gələcəkdə  arzuolunmaz  halların  yaranmasına  gətirib  çıxarır.

Nitq  patologiyasında qüsurlar üzvi  və  funksional  olur.Üzvi  qüsurlar-beyin  qabığının  anatomik  pozuntusudur.Funksinal  qüsurlar  isə  normal  anatomik  quruluş  olduğu  halda,nitq  orqanlarının fəaliyyətinin  pozulmasıdır.Anatomik  qüsurlar aşkar  olunduqda həkim -mütəxəssisə  müraciət etmək lazımdır.Bundan  sonra loqoped  işləyə  bilər.

Dizartriya da  nitq  qüsurlarından  biridir. Kəskin  xroniki infeksiyalar,oksigen  çatışmazlığı,intoksikasiya, hamiləlik  toksikozu  və  bəzi  doğuş  travmaları dizartriyaya  səbəb  olan  faktorlardır.Qan uyğunsuzluğu da  dizartriyaya  səbəb  ola bilər.Çox  vaxt  dizartriya həyatın  birinci  ilində infeksion  xəstəliklərin  sinir sisteminə  təsirindən  yaranır.

Diazrtriya nitq  aparatının innervasiyasının  orqanik  çatışmamazlığı  ilə şərtləşən nitqin  səs  tələffüzü  tərəfinin pozuntusudur.Əsas  əlamətlərini səslərin artikuliyasiyasının pozulması,səsyaranmanın  pozulması,eyni  zamanda  nitqin  tempinin,ritminin,intonasiyasının pozulması  təşkil edir.Dizartriya  bulbar  dizartriya,qabıqaltı dizartriya,

beyincik  dizartriya,qabıq dizartriya  və  psevdo-bulbar  dizartriya kimi növlərə  bölünür.

Bulbar  dizartriya  uzunsov  beyin  xəstəliyi  vəya şişi  zamanı əmələ  gəlir.Qırtlağın,udlağın,dilin və  yumşaq  damağın  iflici  və  ya parezi  xarakterik haldır.Nitq  tutqun,çox  qarışıq və  ləng  olur.Bulbar  dizartriyalı  uşağın  üzündə ammimiklik olur.

Qabıqaltı dizartriya   baş  beyininin qabıqaltı  düyünlərinin  zədələnməsindən yaranır.Əzələ  tonusunun pozulması və hiperkinesiyası  müşahidə  olunur.Hiperkinesiya zamanı uşaq nəzarət edə bilmədiyi qeyri iradi  hərəkətlər edir.

Beyincik  dizartriyasına uşaqlarda  az rast gəlinir,aydın   kəsik nitqlə müşayət olunur.

Qabıq  dizartriya zamanı səs  heca  quruluşu pozulur.Uşağın   bir səsdən başqa  səsə keçid dinamikası  çətinləşir.

Psevdo-bulbar  dizartriyaya  uşaqlarda  daha  çox  rast  gəlinir. Psevdo-bulbar  dizartriya  erkən uşaqlıq,doğuş və  ya doğuş dövründə ensefalit,doğuş travması,şiş və s.nəticəsində  beyinin  zədələnməsindən əmələ gəlir.Uşaqda  psevdobulbar iflic və ya   parez əmələ gəlir. Psevdo-bulbar  iflic  nəticəsində uşaqda  ümumi  və nitq  matorikası  pozulur.

        Defektoloq-Loqoped: Novruzlu  Zəminə

Go Back

Sorğu göndər