Düşüncə Jurnalı

header photo

Geyimlərin psixologiyamıza təsiri

Geyimlərimizin qarşı tərəfə mənfi və ya müsbət təsir etdiyini hər kəs bilir.Geyimdə seçilən rənglərin, tərzin və modanın insanın psixologiyasına təsiri böyükdür.”İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar” deyimi bizlərə tanışdır.Xüsusən də qadınlar üçün önəm təşkil edən bu mövzuda qadınlar çox həssasdırlar.Bir qadın münasibətlərini, özgüvənini, depressiyada olub olmamağını asanlıqla geyimlə yaxud dəb ilə əlaqələndirə bilər.

Daha çox insanlar öz geyim tərzinə uyğun geyimlərə pul xərcləsə də, 10 qadından 9-u heç vaxt geyinməyəcəyini bildiyi ən azı bir geyim almışdır.Depressiyada olarkən çıxış yolunu alış-verişdə axtaran, saatlarla alış-veriş edən inanlar az deyildir.Bu mövzuda aparılan araşdırmalardan məlum olmuşdur ki, insanlar xoşbəxt hiss etmədiklərində daha çox cins şalvar geyinməyə meyllidir.

Klassik geyim insan psixologiyasına müsbət təsir göstərir.Belə ki, klassik geyimli insan daha çox güvən və ciddilik təsiri bağışlayır.Buna görə də iş görüşməsinə gedərkən qadınlar da daha çox maskulin tərzdə geyinir.Saat taxan insanların isə daha dəqiq insan olduğu düşünülür.

Rənglərin insan psixologiyasına təsiri böyükdür.Bildiyimiz kimi parlaq rənglər insanı daha çox cəlb edir və ünsiyyətə meylliliyi artırır.Araşdırmalara əsasən, insanlar qırmızı geyinən birinə, mavi geyinən biriylə müqayisədə daha rahat yaxınlaşa bilir.

Bunun əksinə olaraq cansız rəngli geyimlərdən istifadə edən insanların sosial olmadığı, içinə qapanıq olduğu düşünülür.İnsanlar köhnə dəblə geyinən insanlardan uzaq durmağa meyllidir.

Bütün bu bilinən və çox adam tərəfindən qəbul olunan gərçəklərə baxmayaraq, hər bir insanın psixologiyası fərdidir.İstisnalar da vardır.Belə ki, bir qadın və ya kişi geyindikləri içərisində özünü özgüvənli, rahat hiss edirsə, bu ətrafdakılar tərəfindən də bele qəbul olunur.İnsanın özünü gözəl və ya yaraşıqlı hiss etməsi heç bir rəng və dəblə bağlı deyildir.Özgüvəni yerində olan, geyimlə əlaqədar əhvalı dəyişməyən insanlar üçün dəbin heç bir əhəmiyyəti yoxdur.”Mən belə xoşdur” deyib, istədikləri rəngləri, geyimləri rahatlıqla geyinən insanlar vardır.

Yuxarıda qeyd etdiyim halların şahidi oluruq, lakin estetik baxımın, gözəl geyimin insanın əhval-ruhiyyəsinə müsbət təsiri danılmaz faktdır.Xüsusən qadın psixologiyasında, gözəlliyini göstərmək, daha çox ətrafdakı qadınlara nümayiş etdirmək nəinki özgüvənin artmasına, hətta özgüvən patlamalarına belə səbəb ola bilər.Hər zaman baxımlı olmaq diləyiylə...

Məqalə müəlifi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər