Düşüncə Jurnalı

header photo

Həyəcan - Təşviş Pozuntusu

30-12-2017

Həyəcan-Təşviş pozuntusu olan insan müəyyən obyektlərə vəya vəziyyətlərə qorxu ilə yanaşar. Onlar bu kimi obyektlərə qarşı sürətli ürək döyüntüsü və tərləmə kimi fiziki reaksiyalar göstərirlər. Həyəcan-Təşviş Pozuntusu diaqnozu aşağıdakı hallarda qoyulur:

• Situasiyaya uyöun olmayan cavab reaksiyası verilməsi

• Reaksiyalarını idarə edə bilməmək

• Həyəcan və təşviş nəticəsində həyat tərzinin dəyişməsi

Həyəcan-Təşviş pozuntusunun 2 növü var :

•Panik pozuntu

•Fobiyalar

Panik Pozuntu

Panik pozuntu həyəcan-təşviş pozuntusunun bir növü olub heç bir səbəb olmadan ani yaranan panik ataklara səbəb olur. Panik pozuntu aşağıda verilmiş fiziki simptomlarla müşahidə olunur:

• Sürətli ürək döyüntüsü

• Sinədə ağrı

• Nəfəs almada çətinlik

• Baş dönməsi

Panik ataklar və ya panik hücumlar hər yerdə, hər an, və xəbərdarlıq olmadan baş verə bilər. Bəzi insanlarda panik atakın hər an baş verə biləcəyi qorxusu bütün həyatlarını təsir altında saxlayır və nəticədə onlar artıq evlərini tərk edə bilmirlər. Panik pozuntu kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Adətən erkən yetkinlik dövründə başlayan panik pozuntu əsasən güclü stress vəziyyətindən sonra üzə çıxır. Problemin korreksiyası üçün Koqnitiv Bihevioral Terapiya (KBT) istifadə olunaraq panik halın yaranmasına zəmin yaradan düşüncə tərzi müəyyən olunub aradan qaldırılır.

Fobiyalar

Fobiyalar Həyəcan-Təşviş pozuntusunun bir növü olub faktiki təhlükə yaratmayan hər hansı bir obyektdən güclü, irrasional qorxudur. Bir neçə spesifik fobiya növü vardır:

Akrofobiya yüksəklik qorxusu, Agoragobiya açıq sadə, meydan və insan kütləsindən qorxma. Gündəlik sosial vəziyyətlərdə narahat və son dərəcə özünüzə qapalı olmağınız isə sosial fobiyanızın olduğuna işarədir. Digər geniş yayılmış fobiyalara tunellər, avtomobil yolları, su uçmaq, heyvanlar və qan qorxusunu misal göstərmək olar.

Fobiyası olan insanlar adətən qorxduqları obyektdən uzaqlaşmağa çalışar və əgər bu alınmırsa aşağıdakı hallarbaş verə bilər:

•Vahimə və qorxu

•Sürətli ürək döyüntüsü

•Nəfəs darlığı

•Titrəmə

•Güclü uzaqlaşma istəyi

Terapiya və dərman müalicəsi problemin korreksiyası üçün yaralı seçimlərdir.

  Tərcümə etdi: Firuzə Qənizadə(Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər