Düşüncə Jurnalı

header photo

Həyatı dəyişən dörd hərf -QİÇS

01-12-2016
AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur.
XX əsrdə QİÇS (Qazanılmış Immun Çatışmazlığı Sindromu,ingiliscə: AIDS– Acquired Immune Deficiency Syndrome) səhiyyədə yeni bir xəstəlik meydana çıxdı.Bu xəstəlik Mərkəzi Afrikada başlanmış və formasını dəyişmiş yeni virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır.Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunmuşdur.Hal-hazırda bütün dünyada çox geniş yayılmaqda olan bu xəstəlik dünyani cənginə alıb və günü gündən təlükə dərəcəsi artmaqdadır.İldən ilə də xəstələrin sayı iki dəfə artmaqdadır.
Yoluxma üçün kifayət miqdarda QİÇS virusu orqanizmin 4 mayesində olur: qan, sperma, vaqinal maye və ana südü. 
Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq QİÇS ilə yoluxdurma mümkün deyil, çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayət qədər deyil. QİÇS qab-qacaq, qida, yataq dəstləri və s. vasitəsilə keçmir. Buna görə də onlardan məişətdə münasibətdən qaçmaq lazım deyil.Əksinə onlarla daha mehriban davranmaq,xəstəlikləri ilə əlaqədar olaraq onlarla əlaqəni kəsmək lazım deyil.
QİÇS-in xəstəliyinin əlamətləri :
İlk 6-10 il ərzində simptomlar bir o qədər özünü biruzə vermir.Bu xəstəliyə yoluxanlarda çoxsaylı əlamətlər müşahidə olunur. Bu əlamətlərə titrəmə, angina, arıqlama, limfa düyünlərinin böyüməsi, uzunmüddətli ishal, dəridə səpkilər, heç bir dərmanın təsirindən düçməyən qızdırma və s. aiddir.
Yoluxma yolları:
1. qeyri-steril ləvazimatları ilə (iynə, şpris,manikur-pedikur alətləri və s)
2.qan qalıqları olan alət ilə (üz qırxan ülgüc, qayçı, diş fırçası və s)
3.cinsi yolla (qorunmamış hər bir cinsi əlaqə (vaqinal, anal, oral) zamanı)
4.anadan uşaqa (hamiləlik dövründə,doğuş vaxtı,döşlə əmizdirmə zamanı)
Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.
Yoluxma anından, spesifik kliniki əlamətlarin biruzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyətindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır. QİÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümlə nəticələnir.Xəstəliyin simptomları çox gizli şəkildə olur.Ona görə də QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.Xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və bəzi hallarda orqanizmdə bu virusun kök salmasından heç özünün də xəbəri olmur.QIÇS özlüyündə bilavasitə ölümə səbəb olmur, lakin ölüm törədən digər xəstəliklərin sürətli (ağ ciyər iltihabı, digər orqanların zədələnməsi, müxtəlif infeksiyalar, xərçəng və s.) inkişafına şərait yaradır. Çünki QİÇS-i törədən virus özü öldürmür amma ölümcül xəstəliklərə əlverişli şərait yaradır.Ümumiyyətlə, hər bir xəstəliyin qarşısını almaq,onu müalicə etməkdən daha asandır. Bu digər xəstəliklərə nisbətən AİDS üçün daha vacibdir. Çünki onun aqibəti 100% ölümlə nəticələnir. Buna görə də, hər kəs HİV/AİDS-in qarşısının alınmasında tam məsuliyyətli olmalıdır. 
Dekabr ayının biri Ümümdünya QİÇS-lə mübarizə günüdür.Məncə bu xəstəliyə biganə yanaşmaq lazım deyil.Çünki heç kim bu xəstəlikdən sığortalanmayıb. 

Qeyd: 

Bu gün Ümumdünya QİÇS-lə  mübarizə günüdür. İlk dəfə 1988-ci ildə təsis edilmiş QİÇS günü bu il artıq 27-ci dəfədir ki keçirilir.  XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik – bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.

Bir sıra Avropa ölkəsində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, həmin mərəzə tutulanlara tibbi, maddi və digər yardımlar göstərilir. Ancaq bu xeyirxah səylər bəzən lazımi effekti vermir. Belə ki, cəmiyyətin özündən gələn müxtəlif paradokslar da baş verir. Bu yaxınlarda aparılan araşdırmalar maraqlı bir faktı ortaya çıxardı: bir çox QİÇS daşıyıcısı özünü bilərəkdən belə bir mərəzə yoluxdurur ki, maddi vəziyyətini “düzəldə” bilsin. Özü də belə “xəstələr”in sayı o qədər də az deyil. Gördüyünüz kimi, cəmiyyətin atdığı müsbət addımlar bəzən nə ilə nəticələnə bilir…

QİÇS-in epidemiya kimi vacib xüsusiyyətlərindən biri odur ki, ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan etməkdədir. Bəlkə elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur, ona qarşı mübarizə də ümumbəşəri xarakter daşımaqdadır.

Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir.

Xatırladaq ki, 1988-ci ildə dünya ölkələrinin səhiyyə nazirlərinin əhalinin immun çatışmazlığı ilə əlaqədar sammiti təşkil olundu. Həmin sammitdən sonra  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin köməyi ilə hər il dekabrın 1-ni QİÇS-lə mübarizə günü elan etdi. Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsilin səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi indi də prioritet vəzifələrdəndir.

Azərbaycanda bu xəstəliklə mübarizə tempi onun yayılmasına uyğun bir sürətlə getməkdədir. 1987-ci ildə respublikamızda bu xəstəliyə tutulmuş iki nəfər vardısa, indi onların sayı yüzlərlədir. Doğrudur, digər ölkələrlə müqayisədə bu, elə də böyük rəqəm sayılmaya bilər. Amma “hər şeyi başlamaq asandır, bitirməksə çətindir” prinsipini əsas götürərək indidən qətiyyətlə hərəkət etmək lazımdır.

azpress.az

visiontv.az

 

Go Back

Sorğu göndər