Düşüncə Jurnalı

header photo

Keçmiş üçün darıxmaq

18-01-2018

İnsan niyə darıxar və daha önəmlisi nə üçün darlxar? Almanca darıxmaq ( sehnsucht) bağımlılıq sözünü də ifadə edir.Darıxmaq bir əskikliyin varlığına işarə edər və bizi bu əskikliyi aradan qaldırmağa təşviq edər.

İnsan sevgiyə ac bir şəkildə dünyaya göz açar.Qısa müddətlər ərzində bu aclıq duyğusu doyurulmuş kimi olsa da bütün ömür boyunca davam edər.Həyatımız boyunca etdiyimiz hər bir seçim başqa bir şeyi həyatımızdan çıxarmaq deməkdir.Hər xatırlama itirilmiş bir şeyin varlığına işarə edər.Sanki nələrisə əskik və ya səhv etmişik kimi. “ Görəsən düz mü etdim?”, “Necə davranmalıydım?”, “ Nəyi qaçırdım?” tipli sualların sayı artmaya başlar.

Həsrət ruhumuzun doyurula bilməyən aclıq və susuzluğudur.Çox vaxt da həsrətini çəkdiyimiz şeyi əldə etməkdən daha doyurucudur həsrət çəkmək.Çünki həsrətin içində ümid etdiyimiz bütün ehtimallar vardır və hər şeyin əskiksiz bir şəkildə gərçəkləşməsini xəyal etmək mümkündür.

Depressiv insanlar, öz səhvlərini özünə bağışlaya bilməyənlər və duyğularının fərqində olmayanlar keçmişi düşünməkdən, daim keçmişə həsrət duymaqdan qurtula bilməzlər.Çünki hər hansı bir vəziyyətin yolunda olmadığını anlamanız üçün ilk növbədə onu tanımanız lazımdır.Müasir dövrdə insanın psixi narahatlıqları, eynən digər fiziki narahatlıqlarda olduğu kimi müalicə oluna bilər.Lakin çox insan bunu bilmir yaxud bilmək istəmir.Hətta yaşadıqlarının bir xəstəlik və narahatlıq olduğunu ağlına belə gətirmir.

Psixi problemlər içərisində geniş yayılmış problemlərdən biri keçmişi tərk edə bilməmək və daim keçmişin kölgəsində yaşamaqdır.Keçmişiylə yaşayan, keçmişin sıxıntı və kədərləri içərisində üzən, gələcəyə ümidlə baxa bilməyən şəxslərdə kədər, hüzün, bədbəxtlik duyğuları olduqca yüksəkdir.Bu vəziyyət getdikcə artarsa insanın ailəsiylə, dostlarıyla, iş yoldaşlarıyla münasibətləri pozulmağa başlayar və insan yaşamaqdan zövq almaz.Aşağıdakı hallar getdikcə artar:

- Keçmişi düşünməkdən əvvəllər zövq aldığınız işlərin çöxundan zövq almazsınız.

- Demək olar ki, hər gün yuxusuzluq hallarından əziyyət çəkir, uzun zaman yuxuya gedə bilmir, tez-tez oyanır, yuxunuzu ala bilmirsiniz.

- Qərar verməkdə çətinlik çəkir, mütəmadi qərarsızlıq halı yaşayırsınız.

- Çox yorğun, enerji itirmiş hiss edirsiniz.

- Keçmişdə olanlara görə daim özünüzü günahlandırırsınız.

Keçmişlə barışmayı öyrənmək, keçmişi olduğu kimi qəbul edib, səhvlərimizi özümüzə bağışlamaq lazımdır.Keçmiş üçün həddindən artıq darıxmaq insanı depressiya keçirməyə vadar edirsə, gələcək qayğılarını həddən artıq düşünmək də insanda panik ataklar yaradır.

 Tərcümə etdi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər