Düşüncə Jurnalı

header photo

Psixi sağlamlıq haqqında ümumi məlumat

Cəmiyyətin hər bir üzvünün psixi sağlamlığı ümumən cəmiyyət haqqında müəyyən qənaətə gəlməyə imkan verir. Cəmiyyətdə baş verən proseslərin proqnozlaşdırılması , sosial sabitliyin mühüm şərti onun hər bir üzvünün psixi sağlamlığından asılıdır.  Çox təəssüf ki, mütəxəssislər bu məsələnin həllində diqqəti psixi sağlamlığı  şərtləndirən amillərin araşdırılmasına deyil, əksinə psixi pozuntuların reabilitasiya və korreksiyası məsələlərinə yönəldirlər.  Ona görə də müasir dövrdə psixologiya elminin əsas vəzifəlırindən biri də cəmiyyətin psixi sağlamlığının qorunması olmalıdır. Psixi sağlamlıq anlayışı norma-patologiya, sağlamlıq və xəstəlik anlayışlları kontekstində nəzərdən keçirilir.Əslində sağlamlıq və xəstəlik bir-birini tamamlayan anlayışlardır. Görkəmli rus psixiatrı P.B.Qannuşkinin fikrincə,...sağlamlıq və xəstəlik halları arasında heç bir köklü fərq yoxdur,əksinə bu iki fenomen arasında zəruri əlaqə var, belə ki, patalogiyada normada olduğu kimi eyni qanunlar və qüvvələr işləyir;insanın iki mövcudluq forması –sağlamlıq və xəstəlik arasında fərq yalnız ondadırki, xəstəlik zamanı orqanizmin funksiyaları arasında normada müşahidə olunan mütənasiblik qarşılıqlı harmoniya pozulur.”

Psixi sağlamlığın meyarları :

  Psixi sağlamlıq anlayışının bu kontekstdə nəzərdən keçirilməsi onun meyarlarının müəyyənləşdirilməsinə öz təsirini göstərməmiş deyil .Problemə olan müxtəlif yanaşmalardan asılı olaraq psixi sağlamlığın meyarları və səviyyələri müxtəlif cür müəyyənləşdirilir. Məlumdur ki,yalnız bir yanaşmanın mövqeyini əsas götürmək düzgün olmazdı.Bütün məsələlərdə olduğu kimi burada da problemə kompleks yanaşma daha səmərəli olardı . Klinik praktikada psixi sağlamlığın yeganə meyarı kimi psixi xəstəliyin olmaması əsas götürülür. Kliniki yanaşma çərçivəsində psixi sağlamlıq”neqativ”,yəni psixopatoloji sindromların olmaması kimi müəyyənləşdirilir.Bu baxımdan psixi sağlamlıq klinik psixoterapiyanın ən son məqsədidir.Bir qrup tədqiqatçıların fikirincə,tibbi model çərçivəsində psixi sağlamlığa yalnız “apofatik”təyinat vermək mümkündür. Belə ki,insan psixikasının normada qanunauyğunluqları və mexanizmlərini,şəxsiyyətin normal inkişafı və formalaşmasının tətqiqi ümumi psixologiyanın tətqiqat mövzusu olub,psixiatriyanın kompetensiyasından kənara çıxır. Müxtəlif yönümlü müasir psixoterapevtik metodikalarda psixi sağlamlığın meyarı kimi real və ideal obrazlarının qarşılaşdırılması əsas götürülür. Onların fikrincə,real”Mən”və ideal”Mən”obrazlarının yüksək səviyyədə üst-üstə düşməsi psixi  sağlamlığın yaxşı göstəricisindən xəbər verir. ”Mən”obrazı insanın özü haqqında təsəvvürlərindən ibarət olub “Mən-konsepsiya “nın koqnitiv tərəfini təşkil edir.İnsanın özü haqqında təsəvvürləri affektiv baxımdan qiymətləndirməyə məruz qalır .İdeal və real”Mən”obrazlarının üst-üstə düşməməsi həddən ziyadə aşağı və yüksək qiymətləndirməyə səbəb olur.

 Məqalə müəllifi:Nigar Qasımova(Narınc Könüllü qrupunun üzvü)

Azərbaycan Dövlət Pedaqoji Universiteti,"Məktəbəqədər təhsil,psixoloji xidmət, korreksiyaedici təlim fakültəsi",4-cü kurs

Go Back

Sorğu göndər