Düşüncə Jurnalı

header photo

QULAQLARI OLMAYAN UŞAQ

“Körpəmi görə bilərəmmi?” dedi ana. Qucağına yumşaq bir boxca verildi və xoşbəxt ana, körpəsinin kiçik üzünü görmək üçün qundağı açdı və təəccübdən sanki dili tutuldu! Ana və atanı izləyən həkim sürətlə arxasını döndü və pəncərədən baxmağa başladı. Körpənin qulaqları yox idi…                    

Müayinələrdə körpənin eşitmə bacarığının zədələnmədiyi, sadəcə görünüşü pozan qulaq məhrumluğu aydın oldu. Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəbdən evə qaçaraq gəldi və özünü anasının qollarına atdı. Hıçqırırdı. Bu onun yaşadığı ilk böyük xəyal qırıqlığı idi; ağlayaraq:                                                                                     

“ Bu gün bir uşaq mənə əcaib dedi."                                         

Kiçik uşaq bu bədbəxtliklə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da çalışqan  bir şagird idi. Sinif nümayəndəsi belə ola bilərdi əgər insanların arasına qarışmış olsa idi. Anası hər zaman ona “ Gənc insanların arasına qarışmalısan” deyirdi, ancaq eyni zamanda ürəyində dərin bir kədərlənmə və mərhəmət hiss edirdi. Gənc oğlanın atası ailə həkimi ilə oğlunun problemi ilə əlaqədar görüşdü.                     

“ Heç bir şey edilə bilməz mi? " deyə soruşdu.                 Həkim, “Əgər bir cüt qulaq tapıla bilsə, orqan transplantasiyası edilə bilər” dedi.                                                                    

Beləcə gənc oğlan üçün qulaqlarını fəda edə biləcək bir insan axtarılmağa başlandı. İki il keçdi, bir gün atası :                          

“ Xəstəxanaya gedirsən , oğlum, anan və mən sənə qulaqlarını verəcək birini tapdıq,  ancaq unutma bu bir sirr “ dedi.                Əməliyyat çox uğurlu keçdi və sanki yeni bir insan yaradıldı. Yeni görünüşüylə psixologiyası da düzələn gənc, məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi. Daha sonra evləndi və diplomat oldu. İllər keçdi bir gün atasının yanına gedib soruşdu :                                                                

“ Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılıq edən insan kimdir? Mən onun üçün heç bir şey edə bilmədim.“ “ Bir şey edə biləcəyini düşünmürəm “ atası dedi,  “ lakin razılaşma qətidir , hal – hazırda öyrənə bilməzsən, hələ deyil. “ Bu dərin sirr illər boyunca gizləndi. Ancaq bir gün ortaya çıxma zamanı gəldi.                                                                                    

Həyatının ən qaranlıq günlərinin birində, anasının cənazəsinin üstündə atası ilə birlikdə gözləyirdi. Atası yavaşca anasının başına əlini uzatdı , qızıl qəhvəyi saçlarını əliylə geriyə doğru itələdi. Anasının qulaqları yox idi.                                              

“ Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt oldu"  deyə atası pıçıldadı “ Və heç kim ananın daha az gözəl olduğunu düşünmədi , elə deyil ? “                                                                                            

Həqiqi gözəllik xarici görünüşə bağlı deyil, ancaq ürəkdədir! Həqiqi xoşbəxtlik gördüyündə deyil, əsl görünməyən yerdədir. Həqiqi sevgi edildiyi bilinəndə deyil, edildiyi halda bilinməyəndədir !

 Mənbə: secmehikayeler.com

Sevinc Məmmədzadə. BDU. Psixologiya

Go Back

Sorğu göndər