Düşüncə Jurnalı

header photo

Sonu qorxunc bitən psixoloji təcrübələr...

15-01-2018

Bugün bildiyimiz kimi psixologiya elmi gənc bir elmdir.İnsanoğlunun özünü və başqaları ilə münasibətlərini anlamaq adına bizə dərin biliklər qazandırmışdır.Bir çox psixoloji təcrübələr etik və keçərli üsullarla aparılmış və daha yaxşı terapiyaların inkişafına yardımçı olmuşdur.Ancaq heç də yolunda getməyən, qorxunc nəticələnən təcrübələr də keçirilmişdir.

Stanford həbsxana təcrübəsi. 1971 – ci ildə, sosial psixoloq Philip Zimbardo, saxta bir həbsxanada hansı insanların sosial rollara uyğunluq göstərdiyini anlamaq adına bir qrup oğlan universitet  tələbəsini 2 həftə davam edəcək təcrübəyə daxil etdi.Təcrübəyə qatılanların yarısına məhkum, yarısına gözətçi rolu verildi.Nəticələr isə fəlakətdi.Sadə universitet tələbələri mərhəmətsiz, sadist bir gözətçiyə ya da getdikcə artan bir şəkildə qorxaq bir məhkuma çevrildilər.Sadəcə 6 gün sonra Zimbardo tərəfindən təşkil edilmiş bu saxta həbsxanadakı yaşanan mərhəmətsizliklərin reallığa çevrilməsi nəticəsində, təcrübəyə vaxtından əvvəl son verildi.

Canavar çalışma – The monster study. 1939 – cu ildə aparılan bu çalışmada 22 yetim uşaq istifadə edildi.Bu uşaqlardan 10-u daha əvvəl nitq ləngiməsi olan və kəkələyənlər olaraq seçildi.Uşaqlar bərabər sayda olaraq 2 qrupa ayrıldı.Bir qrupun loqopedi, uşaqlarda gördüyü inkişaf və rəvan danışıqdıqlarına görə, onları mükafatlandıraraq “pozitiv” terapiya tətbiq etdi, digər loqoped isə ən xırda səhvdə belə uşaqlara cəzalar tətbiq etdi.Nəticələr göstərdi ki, neqativ davranılan uşaqlar psixoloji mənada ağır xəsarətlər aldı.Ancaq ən pisi terapiyadan əvvəl danışığında qüsuru olmayan uşaqların da danışıqlarında pozulmaların olması idi. 2007 – ci ildə yetim qalmış bu uşaqlardan 6-sı, məruz qaldıqları bu vəziyyət qarşısında 925.000 dollarlıq təzminat aldılar.

Tony LaMadrid. Dərman müalicəsi görən bir çox şizofreniya xəstəsi 1983 – cü ildə Kaliforniya Universitetində  başladılan bir proqrama daxil oldu.Proqram, müalicə müddətində dərman istifadəsini tamamilə kəsməyi şərt qoymuşdu.Bu çalışmanın məqsədi şizofreniyanın müalicəsində yeni biliklər aldə etmək idi.Lakin xəstələrin 90 % - ində, dərman müalicəsini saxlamaqla əlaqəli vəziyyət daha da pisləşmişdi.Araşdırmaya qatılanlardan biri olan Tony LaMadrid, təcrübənin başladığı tarixdən 6 il sonra eyni binanın damından özünü atdı və həyatını itirdi.

David Reimer. 1966 – cı ildə 8 aylıq olan David Reimerin sünnət əməliyyatı son dərəcə uğursuz olmuş və cinsiyyət orqanını itirməsinə səbəb olmuşdu.Psixoloq John Money, Davidin cinsiyyət dəyişdirməsini məsləhət verdi.Valideynləri də bu mözvuda həmfikir oldu, ancaq Money və ailəsi gizli bir şəkildə aparılan, “ cinsi şəxsiyyətin anadangəlmə deyil, mühit ilə formalaşdığı” iddiasını sübut etmək üçün hazırlanmış bir təcrübənin əsasa parçası olduqlarını bilmirdilər.David adını Brenda olaraq dəyişdirdi, cərrahi bir əməliyyatla vaginası oldu və hormon dəstəyi gördü.Lakin Brenda uşaqlıq dövründə standart bir oğlan uşağı kimi davrandı.Reimer ailəsi, Brenda 14 yaşına çatdığında yaşadıqları sıxıntılara dözməyib, Brendaya həqiqəti danışdılar və təkrar Davidə dönməsi qərarına gəldilər.Lakin təcrübə tragik bir şəkildə nəticələndi, David 38 yaşında intihar etdi.

Tərcümə etdi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər