Düşüncə Jurnalı

header photo

Sosial Fobiya

29-01-2018

Fobiyalar həyəcan- təşviş pozuntusunun bir növü olub müxtəlif formalarda müşahidə olunur. Onlardan biri də geniş yayılmış sosial fobiyadır. Mürəxəssislər tərfindən tərtib olunmuş tərifə əsasən, sosiab fobiya fərdin başqaları tərəfindən mühakimə oıunacağı qayğısını daşıdığı ictimai mühitlərdə xəcalətli və ya rəzil olacağı mövzusunda diqqətə çarpan və davamlı qorxusunun olduğu təşviş pozuntusudur.

Bu insanlar başqaları ilə birlikdə çalışmağı tələb edən fəaliyyətlərdən qaçmağa çalışar və başqalarının yanında yerinə yetirmələri lazım olan vəziyyətlərdən qorxarlar. Əllərinin və ya səslərinin titrədiyinin hiss olunacağı ilə əlaqədar yaşadıqları təşvişlərindən ötrü cəmiyyət qarşısında qanışmaqdan qorxa bilır ya da düzgün şəxildə danışa bilmir kimi görünməkdən qorxduqları üçün başqaları ilə qarşılıqlı danışarkən həddindən artıq həyəcan keçirə bilərlər.

Sosial fobiya əsasən, iki formada rast gəlinir.

1. Ümumiləşmiş. Əgər qorxular bir çox ictimai vəziyyətləri əhatə edirsə bu ümumiləşmiş sosial fobiya hesab olunur.

2. Spesifik. Əgər qorxular yalnız başqalarının yanında qol çəkmək, yemək yemək, və ya danısmaq kimi xüsusi halları əhatə edərsə, bu Spesifik sosial fobiya hesab olunur.

Əsasən 10-17 yaş arası başladığı bilinən sosial fobiyanın rast gəlinmə ehtimalı 2-13% arasında dəyişir.

Əlamətləri:

Sosial fobiyası olan insan qorxulan vəziyyət ilə qarşılaşanda onda fiziki əlamətlər ortaya çıxar. Bunlar üz qızarması, tərləmə, nəfəs darlığı, mədə-bağırsaq sistemində narahatlıq, əzələ gərginliyi, titrəmə kimi əlamətlərdir.

Həmin zaman qeyd olunan insanın ağlından keçən düşüncələr, “ gücsüzəm, yetərsizəm, çirkinəm, bəyənilmirəm, sevilməyə layiq deyiləm, səhv etməməliyəm, mükəmməl olmalıyam, narahat olduğumu bildirməməliyəm, rahat davranmalıyam, qüsursuz görünməliyəm, hər kəsin bəyənini qazanmalıyam” şəklindədir. Bu düşüncələr isə qorxulan mühitə girməmə, mühiti tərk etmə, göz kontaktından yayınma kimi özünü büruzə verir. 

Məqalə müəllifi:Firuzə Qənizadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər