Düşüncə Jurnalı

header photo

Trikotilomani

20-12-2017

Trikotilomaniya gözə çarpacaq qədər saç itkisi ilə nəticələnən, dəfələrlə təkrarlanan saç qopartma davranışıdır.

Bu xəstəlik ilk dəfə Fransız dermatoloq  Henri Hallopeau tərəfindən öyrənilmişdir. Yunanca qədim söz olub mənası saç qopartmadır. Bu xəstəlik 100 nəfərdən 4-də rast gəlinir. Qadınlarda kişilərə nisbətən daha çox görünür.

Trikotilomaniya xəstəliyi  ən çox saç qopartma, az hallarda isə qaş, kirpik, saqqal, bığ və başqa bədən tüklərinin qoparılmasıdır. Əsasən də bu xəstəlik evin birinci uşaqlarında rast gəlinir ki, bu da çox zaman uşağın qısqanclığı zamanı ortalığa çıxan bir davranışdır. Eyni zamanda da valideynlərinin biri və yaxud da hər ikisi həddindən artıq mükəmməliyyətçi olan, sevgi və qayğı hisslərini üzdə göstərə bilməyən (Bəzən valideynlər öz sevgisini övladlarına göstərə bilmir və bu duyğunu içində yaşayır) ailənin uşaqlarında olur.

Uşaqlarda, yeniyetmə və gənclərdə bu xəstəlik adətən baş vermiş psixoloji travma anı, stress yaşayanda, qayğı, diqqət azlığı, depressiya nəticəsində də ortaya çıxır.

İlk zamanlar saç yolmadan başlayıb, kirpik, qaş yonmaya qədər gedib çıxa bilər. Bu davranış onda gərginlikdən qurtulma və rahatlama hissi yaradır.

Klinik psixoloji araşdırmalara görə Trikotilomaniyalı insanlar saçlarını “yolarkən” ağrı hiss etmirlər, əksinə saçı qopartmamışdan əvvəl artan gərginlik,narahatçılıq, saç qoparıldıqdan sonra zövq və rahatlama hissinə çevrilir. Bu da stress və sıxıntıya qarşı göstərilən reaksiyadır. Çox təəssüf ki, trikotilomaniyanın tüklərini yolarkən aldıqları zövq seyrəkləşən saçlarına, kirpik və qaşlarına baxaraq çəkdiyi üzüntülərə kömək etmir.

Bu xəstələrdə iradə sanki öz reaksiyasını itirir və vərdiş olunan avtomatik davranışlara yol açır. Bunlar insanın fərqində olmadan baş verdiyi üçün saçlarının yarısını artıq yolduğunu gördükdən sonra ayılır.

Xəstəliyin özünün kökündə yatan psixoloji rahatsızlıq və əlavə olaraq da seyrək və yaxud saçın olmadığını gördükdən sonra da bu cür  xəstələr daha çox psixoloji narahatçılıq yaşayır. Odur ki, özünüzdə və uşağınızda bu cür psixoloji xəstəliklərə rast gələrsinizsə mütləq doğru professional psixoloji dəstək alın və xəstəliyin səbəbini öyrənin.

Koqnitiv davranış terapiya və gərəkirsə bəzi antideprasantlarla birlikdə müalicə alınmalıdır.

Məqalə müəllifi:Narınc Uşaq Psixologiya Mərkəzi, Xalqlar dostluğu filialı, klinik psixoloq Ofelya Məmmədova

Go Back

Sorğu göndər