Düşüncə Jurnalı

header photo

Uşağın otağını nə vaxt ayırmaq olar

Uşağın  2  yaşına  qədər  anası  ilə  birgə  yatması  bir  problem  yaratmaz.  Doya-doya   həzz  alaraq  yatarkən   anası  ilə  bərabər  olması  bəzi  valideynləri  təşfişə  salır  ki,  uşağım  mənə  çox  bağlı  olar.  Uşaqların  valideynlərə  bağlı  olması  uşaqların  ata-anasının  sevgisinə   doya  bilməməsi  ilə  bağlıdır. Ananın  yanında  nə  qədər  çox  yatdı  deyə  o qədər  anasına  bağlı  olacaq  deyil,  anaya  nə  qədər  duyğu  baxımdan  uzaq  qalarsa   ananın  ətrafında  o  qədər  fırlanacaqdır  uşaq.           Deməli,  2  yaşına  kimi  uşaq  anası  ilə   bir  yerdə  yatması,  onu  doya-doya  əmməsi,  qoxlaması  bir  problem  yaratmaz.  Oyandığında  anasının  üzünü    və  yanında  olduğunu  görüb  güvən  hissi  içərsində  onu  böyütmək  lazımdır.     2  yaşından  sonra  isə  uşaqlar  ananın  çarpayısının  yan  tərəfində  ayrı  bir  çarpayıda  yata  bilərlər.  Uşağa  çarpayı  alarkən  xüsusi  diqqət  etmək  lazımdır  ki,  həbsxananı  xatırladan,  uşağın  sərbəst  durub  qalxmasın  maneə  olan  çarpayı  alınmamalıdır.   Əks  halda  uşaq  yuxudan  oyanıb  ayağa  qalxmaq  istəyəndə  əngəllə  rastlaşır,   qışqırır,  ağlayır,  anasının  yanına  gedə  bilmir...  Ona  görə də  əziz  valideynlərimiz,  uşağınıza  çarpayı  alarkən  uşağın  ordan  rahat  qalxıb-dura  biləcəyini  nəzərə  alaraq  düzgün  seçim  edin.                      Deməli,  2  yaşından  sonra  uşaq  ananın  yanından  ayrılaraq  onun  yan  tərəfindəki  çarpayıda  rahat  şəkildə  yata  bilər.        Bəs  orda  nə  qədər  müddət  olaraq  qalmağa  davam  edər?  Uşaq  3-4  yaşı  olana   qədər.   Artıq  anadan  ayrılmağa  hazır  olduğunda  başqa  bir  otaq  onun  üçün  ayrıla  bilər.                                                             Bəzi  analar  erkən  yaşlı  uşaqlarını  özündən  uzaq  olan  ayrı  otaqda  qışqırdaraq,  ağladaraq  yatızdırmağa  və  otağına  adaptasiya  etməyə  çalışarlar. Bu  psixoloji  baxımdan  sağlam  uşaq  yetişdirmək  üçün  tövsiyə  olunan  metod  deyildir.  Uşağa  ağlada-ağlada  bir  şey  öyrədirsinizsə  bu  anda  uşağın  itirdiyi  bir  duyğu  var- oda vicdan  duyğusudur. Düzdür,  uşaq  bir  həftə  ərzində  otağında  qalmağa  öyrəşər,  amma  bir  şeyi  öyrənər ki,  “mənim   anam  mənim  çətin  günümdə  məndən  həmişə  belə  uzaqlaşacaqdır”.  Başını  yastığa  qoyanda  ümidsiz,  kədərli,  duyğusuz  şəkildə  yatacaqdır.               Deməli,  əziz  valideynlər,  uşaqlarınızın   sizdən  ayrılması  sizə  tam   doyduqdan  sonra   həyata  keçə  bilər.

 

Əminə  İsrafilzadə

ADPU-nun  Pedaqogika və Psixologiya fakültəsinin magistrı

Go Back

Sorğu göndər