Düşüncə Jurnalı

header photo

Uşaqlarda aqressiya və isterik hallar

01-02-2018

   

Uşaqlar nəyə görə aqressiv davranışlar göstərir? Uşaqlar nəyə görə bəzən səbəbsiz yerə ağlayır? Nəyə görə bəzən isterik davranışlar göstərir? Bunun müxtəlif səbəbləri var. Birinci növbədə ilk öncə biz uşağın həm fizioloji həm psixoloji vəziyyətinə diqqət yetirməliyik.

     Bəzən uşaqlar yəni bir çox hallarda danışa bilmədikləri zaman valideynləri incidən onları narahat edən stuasiyalar yarada bilərlər. Məsələn, uşaqların nitqi normal inkişaf etmədiyi zaman onlar istədiyini əldə etmək üçün bir çox aqressiv davranışlar göstərə bilər. Digər tərəfdən isə uşaqlarda biz yaş dövrlərindən irəli gələn xüsusiyyətləri nəzərə almalıyıq. Nədi bu yaş dövrlərindən irəli gələn xüsusiyyət? Kritik yaş dövrləri dediyimiz bir dönəm var. Hansiki bu 1 yaşla 3 yaş, 6 yaşla 7 yaş, 13 yaşla 14 yaş arası dövrü əhatə edir. Kritik yaş dövrlərində uşaqlar şəxsiyyətləri üçün və gələcək həyatları üçün yeni informasiyalar mənimsədikləri zaman bu informasiyaları qəbul etdikdə bir çox xoşagəlməz hərəkətlərlə qarşılıq göstərə bilirlər. Məsələn, 3 yaş uşağın şəxsiyyəti yeni inkişaf edir, o ətrafı daha yaxşı dərk etməyə başlayır. Öz mənini tanımağa başlayır. Və bu zaman o ətrafda olan hər bi şeyin ona məxsus olduğunu düşünür. Ona elə gəlir ki, bu normal bir haldır. Və bu zaman valideyinlər anlayışlı qarşılıq vermədikdə uşaqla aralarında böyük konfiliktlərin yaranmasına səbəb olur.

     Belə misallar göstərə bilərik ki, uşaqlar 3 – 4 yaş dövrlərində xüsusilə kiminsə əşyasını götürməyə və hatta oğurlamağa meylli olullar. Və yaxudda aqressiv  davranışlar göstərir. Bunun əsas səbəbi bu qaydaların uşaqların beynində tam formalaşmamasıdır. Məsələn; 3 yaşında uşaq ona məxsus olan əşyanın onun olub olmadığını tam olaraq bilmir. Və yaxudda hər hansı əşyanı götürdüyü zaman icazə alıb almadığını mənimsəmir. Bunu bu vərdişləri uşaqlarda aşılamaq üçün ən gözəl yol onlara nümunə olmaqdır. Valideyn özü hər bir hərəkətində ona nümunə model olmalıdır. Onnan bir şey istədikdə icazə almalıdır, nəsə bir iş görməsini istədikdə xahiş etməlidir. Uşaqda bu modeli mənimsəyəcək və qarşı tərəfdən onu tələb edəcək.

  Uşaqların səbəbsiz yerə ağlamasıda valideynləri narahat edən səbəblərdəndir. Uşaqların özlərini düzgün ifadə edə bilməmələrindəndir. Söz ehtiyatı az olan, nitqi inkişaf etməyən uşaqlarda isterik davranışlar özünü çox göstərir. Uşaq istədiyi bir şeyi ifadə edə bilmir valideynlə oynamaq, onunla bit yerə getmək istəyəndə onu sözlərlə çatdıra bilmir. Və bu zaman isterik davranışlar göstərir. Ümumi nəticə olaraq söz ehtiyatını artırmaq tutumlu valideyn olmaq lazımdır. Uşaqlarda ağlamaq, isterik davranışlar daha az olacaq. 

Məqalə müəllifi:  Abbaslı Vəzifə  (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər