Düşüncə Jurnalı

header photo

Uşaqlarda dırnaq yemək problemi

10-02-2018

 

Əmmə dövrü (2 yaşa qədər) bitdikdən sonra bəzi uşaqlarda  dırnaqlarını yemək problemi ortaya çıxa bilər. Dırnaq yemək nədir? Dırnaq yemək uşağın öz dırnaqlarını yeməsi və ya bir əli ilə o biri əlini dırnaqlarını, dırnaq ətini qoparmasıdır. Hər dırnağı ilə, barmağı ilə oynayan uşağa: “Dırnaq yeyir” deyə bilərik mi? Təbii ki, xeyr.  Müşahidə etmək lazımdır uşaq nə vaxt, nədən sonra dırnaq yeyir və  dırnağını yeyərkən əhvali ruhiyyəsi həmin vaxtı necədir?

İki yaşını başa vurmuş, zehni və fiziki inkişafı normal uşaqlar dırnaqlarını yeyər isə və ya yeməyə davam edər isə, bu uşaqda mövcud olan psixoloji problemin göstəricisidir. Əslində dırnaq yemək asberqin görünən tərəfidir.

Bəs nəyə görə uşaqlar dırnaqlarını yeyirlər? Uşaqların dırnaq yeməsinin səbəbi nədir?

Əmmə dövrü bitmiş uşaqların dırnaq yeməyi inamsızlıq əlamətidir. Uşaqda güvən və arxayınlıq hissinin çatışmadığı hallarda dırnaq yemə halları baş verir. Üstəlik bu dövrdə böyüklərin uşaqlara təsir göstərərək  davranması təkanverici xarakter daşıyır.

Ailədə ata-ana, ata-ana-uşaq münasibətlərindəki çatışmazlıqların olması uşaqların dırnaq yeməsinə səbəb olur: evdə olan davlar, ölüm, xəstəlik,məktəbə başlama, ailədə II uşağın doğulması, ifrat məsuliyyətin olması və s. səbəblər.  Bu və ya digər problemlər uşaqda daxili narahatlıq, gərginlik yaradır və həmin gərginliklər, narahatlıqlar uşağın dırnaq yeməsinə səbəb olur.

Evdə böyüklər arasında olan davalar  uşaqlara çox pis təsir edir. İnsanın psixoloji inkişafında valideynlərin rolu böyükdür. Düşünün ki, bir ev tikirsiniz. Həmin tikdiyiniz evin təməlini nə qədər möhkəm tikərsəniz ev o qədər möhkəm, əzamətli, təhlükəsiz olar. Həmin təməl sütünlardan biri “ana” digəri isə “ata”dır. Evdə olan davalar həmin sütünların uçması deməkdir. Yəni valideynlər arasında olan davalardan ən çox uşaqlar zərər görürlər. Tədqiq edilib ki, insan neçə yaşına çatırsa çatsın heç vaxt valideynlərinin dalaşmasını unuda bilmir. Uşağın yaşadığı bu gərginlik isə onun dırnaq yeməsinə səbəb olur.

Ailədə olan xəstəliklər uşaqlarda itirmə qorxusu və dolayısı ilə dırnaq yemə ortaya çıxar. Valideynlər xəstəliyi necə qəbul edib , reaksiya verərlər isə uşaqlar da o cür qəbul edib reaksiya verərlər. Xəstəlik nə qədər dramatikləşdirilərsə uşaq da onu o qədər çətin qəbul edər və hatta daha ağır – psixi travmaya səbəb ola bilər.   

Bacı-qardaş qısqanclığı təxminən yeni uşaq dünyaya gələndən  3-4 ay çəkir, sonra isə böyük  yaşda olan uşaq vəziyyətə adaptasiya olur. Əgər o qısqanmağa davam edərsə , valideynlərin uşaqlara olan münasibətində doğru olmayan tərəflər vardır. Qısqanclıq sevgi doyumsuzluğundan və özgünən əksikliyindən yaranır. Nəticədə uşaqda dırnaq yemə problemi ortaya çıxa bilər.

Yeniyetməlik yaşında da bu problem görülə bilər. Yeniyetməlik böhran dövr olduğu üçün yeniyetmə dırnaq yeyə bilər. Utancaqlıq özgüvən duyğuları məhz bu dördə xüsusi olaraq inkişaf edir. Yeniyetmənin fizioloji inkişafı, bundan yaranan problemlər, ailədə olan və şəxsiyyətlərarası  konfliktlər  onda gərginliklər yaradır. Bu isə bəzən yeniyetmənin dırnaq yeməsinə səbəb olur.

Stressə davmsız uşaqlar yeni mühitə düşdükdə situativ olaraq dırnağı qopara, dırnaq ətini didə bilər.  Həmin uşaqlar stressə davamsız, özünə inanmayan və həssas  olduqlarından yaranan həyacan bu şəkildə özünü göstərir.

Bu və ya digər səbəblərdən yaranan dırnaq yemə problemini aradan qaldırmaq üçün nə etmək lazımdır?

  • Müşahidə edilməli
  • Səbəb tapılıb, səbəb həll olunmalıdır.
  • Uşağın özgüvənini qaldırıb, stressə davamlılığını artırmaq lazımdır, adaptiv bacarığını inkişaf etdirmək lazımdır.
  • Dırnaq yemə vərdişini aradan qaldırmaq lazımdır.
  •                                      Arzu Ələkbərova 
  •    Narınc Uşaq Psixologiya Mərkəzinin Gəncə filialının  psixoloqu

Go Back

Sorğu göndər