Düşüncə Jurnalı

header photo

XOŞBƏXT İNSANIN 7 SİRRİ

 

1. Gözünü ətraf mühitin sənin barədə nə düşündüyünə zilləmə. Ömürün yan-yörənə deyil, irəliyə baxmaqla keçsin. /Azadlığın sirri/

2. Bizim istənilən düşüncəmiz mütləq şəkildə maddi hala çevrilir. Yəni düşüncəyə gələn şeyi icra etmək mümkündür. /Gerçəkliyin sirri/

3. Bədəninizi sevin və olduğu kimi qəbul edin. Bu, əsas psixoloji göstəricilərdəndir. Özünüzü olduğunuz kimi qəbul etməyə öyrəşin. /Gözəlliyin sirri/

4. Nə özünüzü, nə də başqalarını – nə müzakirə edin, nə də tənqid. Burada məzəmmət edilən tənqid ancaq pis şeyləri görmək və daim mühakimə etməkdir. /Dostluğun sirri/

5. Ətrafa sevgi bəxş edin və sevdiklərinizi yenisinə dəyişməyin. Adətən bir çox insan qürur üzündən sevgisini gizlədir, yaxud başqalarının ilk addım atmasını gözləyir. Bu isə insana mənəvi basqı göstərir. /Sevginin sirri/

6. Əvvəlcə verməyi, sonra almağı öyrənin. Səxavətli insana səxavətli cavab verərlər, sadəcə olaraq, səxavətli olmağı və səxavəti nəyə sərf etməyi öyrənmək lazımdır. /Varlılığın sirri/

7. Az fikir çəkin, daha çox sevinin və sevincli olun. Bizim fikir çəkib, düşüncələrimizi problemə yönəltməyimiz bizi üzür. Özünüzə sual verin, həyəcanlamaq, təlaşlı olmaq, dərd çəkmək məsələni dəyişəcəkmi? /Xoşbəxtliyin sirri/

Hazırladı: Fərid Abdullah

Go Back

Sorğu göndər