Düşüncə Jurnalı

header photo

Xoşbəxtlik alına bilər mi?

Hamımız uşaqlarımızın xoşbəxt olmasını istəyirik. Yaxşı qidalanmalarını, istədikləri kimi oyun oynaya bilmələrini, yaşıdları və yaşlılarla yaxşı əlaqələr qurmalarını arzu edirik. Müvəfəqiyyətli olmaları üçün onlara dəstək oluruq. Pis vaxtlarında yanlarında olduğumuzu göstərmək istəyirik. Onlarla vaxt keçirmək, gündən günə yaşadıqları dəyişikliyi izləmək, həyatlarındakı böyük dəyişikliklərə şahid olmaq üçün səy göstəririk.

 Digər tərəfdən, uşaqlarımızın bu gününü yaxşı keçirmələrini və gələcəklərini zəmanət altına ala bilmək bir çox ana və ata üçün daha çox çalışmaq mənasına gəlir. Zamanımızın böyük bir hissəsini işimizə ayırmaq, şəhər həyatının qarışıqlığı içində mütəşəkkil olmaq enerjimizin böyük qismini xərcləməmizə səbəb olur.
Uşaqlarımıza axşamları qısa bir zaman ayırmaq və həftə sonları sıxışdırılmış tədbirlər planlaşdırmaq əksəriyyətlə biz ana valideynləri də, uşaqlarımızı da təmin etməz. Bu nə təəssüf ki, günümüz cəmiyyətində yaşamaq vəziyyətində qaldığımız bir çətinlikdir və bunu uşaqlarımıza izah edə bilmək heç də asan deyil.

 Bu cür bir sıxışma içində bir çoxumuz eyni çıxmazın içinə sürüklənirik. Bəzən yaşadığımız bu əskikliyi kompensasiya etmək üçün bəzən də başqa səbəblərlə uşaqlarımıza daha çox "şey" satın alırıq. Uşaqlarımızın heç bir əksiyi qalmasın deyə, daha çox geyim, oyuncaq alırıq. Eyni anda idman və musiqi kurslarına, oyun qruplarına göndərərik. Hazırda məktəb dövründəki bir çox uşaq bir gününü belə tamamilə istirahət edərək keçirmir. Həftə onlar üçün bazar ertəsi günü başlayır və bazar günü axşamına qədər müxtəlif tədbirlərlə davam edir. Həftə sonları çıxılan alış-verişlər əsasən, uşaqlarımızın ehtiyac duyduğundan daha çoxunun  alınması ilə bitir.

 Bu hal başlanğıcda uşaqlarımızın özlərini xoşbəxt hiss etməsini təmin edir. Biz valideynlər isə vaxt ayıra bilməmək səbəbi ilə yaşadığımız günah hissindən bir az da olsa xilas olur və rahatlanırıq. Evə qayıdanda bir mağaza açacaq qədər çox oyuncağın, paltarın arasında uşaqlarımız xoşbəxtliklə yeni alınan əşyalarının dadını çıxarır. Ancaq bu təəssüf ki qısa müddətli və yalnız o an üçün yaşanan bir xoşbəxtlikdir. Bir neçə gün içində ya da zaman keçdikcə bir neçə saat içində aldığımız şeylər bütün özəlliyini itirir. Oyuncaqlar, bir həftə əvvəl alınmış "köhnə" oyuncaqların arasına atılır. Paltarlar "köhnə" paltarların artıq sığmaz olduğu şkafın küncünə atılır. Artıq uşağımız növbəti alış-verişdə bizdən nə istəyəcəyini düşünməyə başlayır. Biz isə bu vəziyyətin həmişə belə davam edəcəyini özümüzdən soruşur və yaşadığımız qayğıyla başa çıxmağa çalışırıq.

 Günümüzdə bir çox fərqli yaşdan uşaq və ailəsi təəssüf ki, bu cür problemlərlə qarşı-qarşıyadır. Xüsusilə, son dövr seanslarında valideynlərdən tez-tez bu sözləri eşidirik; "Uşaqlarımıza hər istədiklərini alırıq, nə etmək istəyirlərsə onu edirlər, getmədikləri kurs qalmadı, amma təəssüf ki, heç bir şey onları xoşbəxt etmir. Heç bir şeydən qane olmurlar".

 Uşaqlarımız, istədikləri hər şeyə asanlıqla çatanda bir müddət sonra nə istədiklərini düşünməkdən imtina edirlər. Qarşılarındakı haradasa sərhədsiz imkandan istifadə etdikləri qədər çox istifadə etmək istəyirlər. Çünki xoşbəxtlik təriflərini hər şeyi sürətli bir şəkildə tükətmək və sonra daha çox tükətmək kimi görürlər. Bir müddət sonra bizlərin uşaqlarımıza təqdim etdiyimiz şeylər bütün özəlliyini o qədər sürətlə itirir ki, səhər aldığımız oyuncaqlar axşam saatlarında evin bir küncünə  atılır. Uşaqlarımız alış-veriş zamanı partlayıcı bir xoşbəxtlik yaşayır və bunu inanılmaz bir sürətlə tükədirlər. Yeni bir şey öyrənməyə başlayır və bunun üçün heç səbr göstərmədən darıxdıqlarını elan edirlər. Bilirlər ki, daha sınaqdan keçirə biləcəkləri bir çox yeni şey var. Bu, vəziyyət dəhşətli və doymaq bilməyən bir aclığın yaranmasına səbəb olur və sonda özlərini nəyin xoşbəxt etdiyini, nələri sevib, nələri sevmədiklərini bir-birindən ayırd edə bilmirlər.

 O halda belə bir halın baş verməsini əngəlləmək və ya bu hal baş verirsə bu prosesi dəyişmək üçün nə etmək lazımdır?

 Sakit və səbrli şəkildə "yox" demək işin ən mühüm qismini təşkil edir. Uşaqlarımızın hər tələbini ödəmək rahatlatıcı olsa da, həll deyil. Bizdən bir şey istədikdə öncə özümüzə uşağımızın buna ehtiyacı olub-olmadığını soruşmaq və bir az düşündükdən sonra cavab verməyimiz bu problemin ən başından yarı yarıya ortadan qalxması mənasına gəlir. Heç bir uşaq "yox" cavabını eşitməkdən xoşlanmaz. Bu vəziyyət onları xəyal qırıqlığı yaradır. Bir qədər üzər və əksəriyyətlə hiddətləndirir. Burada bu məsələyə diqqət etmək lazımdır. Bu cür acı verici duyğular uşaqlarımızın həyatı boyunca zaman-zaman qarşılaşacaqları və necə başa çıxacaqlarını öyrənməsi lazım olan hisslərdir. Bu vəziyyətlə başa çıxmağı öyrənəcəkləri ən təhlükəsiz yer isə biz ana və atalarının yanıdır. Çünki biz istəsək də, istəməsək də, məktəb həyatında, dostları və ya başqa hallarda bu duyğuları yaşayacaqlar. Buna görə də, bu vəziyyətdən qaçmaq əvəzinə bizim yanımızda bunu yaşamaları üçün onları dəstəkləmək uşaqlarımızın güclənməsinə köməkçi olacaqdır.

 Digər bir müsbət nəticə isə budur; daha az oyuncaq uşaqlarımızın onlarla əlaqə qurmasına köməkçi olur. Uzun müddət bəzi oyuncaqları ilə oynayırlar və onları yanlarında görəndə özlərini daha güvəndə hiss edirlər. Bir oyuncağı bir çox fərqli şəkildə istifadə edəcəklərini kəşf edəndə xəyal gücləri daha çox inkişaf edir. Bir məsələyə bir çox fərqli prizmadan baxmağı bu şəkildə öyrənirlər. Çox sevdikləri paltarları olur və uzun müddət o paltarları ilə özlərini daha gözəl və rahat hiss edirlər. Bu, onların özünə inamlarını dəstəkləmək üçün ecazkar bir yoldur. Daha çox boş vaxtlarının olması pis bir şey deyil, əksinə onlar üçün son dərəcə qidalandırıcı bir şeydir. Bəlkə bir neçə aləti daha az tanımış, bir neçə idman növü haqqında daha az şey öyrənmiş olurlar. Ancaq boş vaxtlarını necə dolduracaqlarını öyrənmək, daha kiçik yaşda öz vaxtını planlaşdırmağı kəşf etmək həyatları boyu istifadə edəcəkləri ecazkar bir bacarıqdır.

 Bu günə qədər hər istəyi yerinə yetirilmiş bir uşağa "xeyr" demək və onu bu vəziyyətlə təkbətək qoymaq, əlbəttə, biz ana və atalar üçün də çox asan deyil. Bu zaman sürətli bir həll fikirləşmək əvəzinə köhnə tükətmək adətlərimizdən xilas olmaq həm biz, həm də uşaqlarımız üçün daha asan olacaq. Daha az şeylə daha çox şey edə bilən uşaqlar daha kiçik şeylərdən xoşbəxt olurlar və bunu həyatları boyunca davam etdirə bilirlər. Uşaqlarımız həyatındakı bir çox şeyi bizlərlə birlikdə təsvir edir. Xoşbəxtlik də bunlardan biridir. Hamı birlikdə xoşbəxt ola bilmənin yolu bəzən bədbəxtliklə qarşılaşmağı nəzərə almaq və o zamanların da dəyərini bilməkdən keçir.

Tərcümə etdi:  Mustafayeva Sünbül (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər