Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Ailə psixologiyası"

AİLƏ MÜNASİBƏTLƏRİNDƏ QADIN VƏ KİŞİ BƏRABƏRLİYİ – HƏR BƏRABƏRLİK TARAZLIQ DEYİL….

10-01-2018

Bərabərlik tarazlıqdır. Bəs görəsən bu tarazlıq həmişə lazımdırmı? Mən deyərdim, yox. Ehtiyac yoxdur hər mövzuda ta`raz olmağa. Əgər məsələ qadın-kişi bərabərliyindən gedirsə, mən bu bərabərliyi inkar edərdim. Bəlkə də düşüncəm çoxları tərəfindən qınaq obyektinə çevriləcək. Axı biz gender bərabərliyini əlində rəhbər tutub ona heç cür nail ola bilməyən cəmiyyətdə yaşayırıq. Bəlkə də başqa bir ölkədə yaşamış olsaydım mən də qadın – kişi bərabərliyinin tərəfdarı olardım. Amma nə etmək olar ki,qaçılması mümkün olmayan reallıqlar var və biz onlarla barışmalıyıq. Əslində düşüncələrimizlə bu reallığı dəyişdirə bilərik, amma bu gün bunu lazım hesab etmirəm. Azərbaycan ailələrindəki münaqişələrin kökünə getsək görərik ki, problem qadınların ailədə kişiylə bərabər mövqeydə durmasını tələb etməsiylə başlayır. Baxın, hər bir məsələnin kökü necə araşdırılır- uşaqlıq həyatını analiz etməklə. Yaxşı bəs uşaq olarkən necə böyüyürük?- qardaş bacı olaraq eyni psixoloji davranış və yanaşma ilə böyüdülürük? Birmənalı yox. Əgər oğlan uşağı evə axşam saat 12-də rahatlıqla gələ bilirsə, bu qız övladı üçün mümükünsüzdür. Əgər oğlan uşağının ixtisas seçiminə gələndə,  “oğlandı, nə iş olsa edə bilər” deyilirsə, qız övladı üçün bu məsələyə çox həssaslıqla yanaşılır. Oğlan ailə qurdu və sabah ayrıldısa gələcəkdə rahatlıqla yenidən evlənə bilər, bəs bu qadınlar üçün necədir? Nəyinki ailə qurmuş, hətta nişanı geri qayıtmış qızı belə hər ailə qəbul etmir. Acınacaqlı olsa da bu belədir. Yaxşı, kütlə psixologiyamız bunu deyirsə biz bu kütlə içində necə bərabərlik tələb edə bilərik? Hər bir oğlan gözünü açandan qadın-kişi arasındakı fərqli vəzifə və davranışları müşahidə edir, ona görə də ailə qurduqdan sonra qarşısındakı qadın onunla bərabər hüquqları tələb edəndə problem yaranır. Bu mövzudakı fikirlərim çox hallarda xoş qarşılanmır, amma xoş münasibətdənsə real münasibəti seçərdim. Qadınlar, “qadın-kişi hüquqları bərabərdi” deyib, evdə idarəçiliyə sahib olmaq istəyirlər. Bunu yalnış hesab edirəm, qadın və kişinin fərqli psixologiyası var, oxuduqlarımdan gəldiyim qənaət budur ki, idarəçilik kişiyə məxsusdur. Mən o ailələri daha xoşbəxt hesab edirəm ki, orda qadın yox, kişi idarəedici mövqeydə çıxış edir. Bəli, razılaşıram, qadınlar da işləyə bilər, karyera qura bilər, amma zənnimcə bu o demək deyil ki, qadın ailədə rəhbər ola bilər. Ailədə ortaq mövqeylər var, qadın-kişi, ata-ana bu obrazların fəaliyyəti ailəni ayaqda saxlamağa köklənir, hər ikisi ailəyə, uşağın tərbiyəsinə xidmət edir. Ən doğrusu bu olar ki, qadın kişinin, kişi isə qadının ailədə hansı məsələdə daha üstün hüquqa sahib olduğunu qəbul etsin və o mövqeyə hörmətlə yanaşsın. Məsələn, ailənin emosional mühitində ananın rolu daha çoxdur, yoxsa atanın? – Əlbəttə ki ANAnın. Bunu ata qəbul etməlidir. Uşağın əhval ruhiyyəsinə Ananın əhvalı daha çox təsir edir, yoxsa atanın?- ANAnın. Burda ananın mövqeyini daha üstün tuturuq. Bəs bərabərlik?! Məsələ bərabər mövqeydə olmaq deyil, olduğun mövqeyi layiqli təmsil etməkdir. Mən yazımla kişilərin mövqeyini üstün hesab etmirəm, sadəcə tərəzinin gözünün məqamlardan asılı olaraq enib-qalxdığını düşünürəm. O ki, qaldı qadınlara, onlar ANA adını daşıyırlar, bunun özüdür ən üstün mövqey……..

                                 Sevinc Abuşova

Narınc Uşaq Psixologiya Mərkəzinin “Təhsil və tədqiqat” şöbəsinin mütəxəssisi

Go Back

Adel Sindromu-sevgi xəstəliyi

09-01-2018

Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb.O qeyri adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.Adel ailədə beşinci uşaq olub.O,çox gözəl qadın və istedadlı pianoçu idi.Lakin onun psixi sağlamlığı get gedə zəifləyirdi.1843-cü ildə böyük bacısı, 19 yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir.1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir.Orada da ciddi depressiya yaşayan qızın vəziyyəti gün-gündən pisləşir.1858-ci ildə Fransaya qayıdır ki, müalicə alsın.Adel çox gözəl və istedadlı qadın idi və ona uzanan kişi əllərindən bir mənalı olaraq imtina edirdi,özünü sevgidən uzaq hesab edirdi.1861-ci ildə Adel Pinson adında bir zabitlə tanış olur və zaman keçdikcə başa düşür ki Pinson onun həyatının sevgisidir.Lakin Pinson onunla ciddi düşünmür və zaman keçdikcə Adelin hədsiz sevgisi onu bezdirir,buna görə də Adeldən ayrılır.Lakin Adel bunu qəbul edə bilmir,Pinsonun izine düşür evinə yaxın ev tutur qalır,hətta Pinsonun borclarını belə ödəyir,Pinson isə evlənir ailə uşaq sahibi də olur,lakin Adel hələdə zabitin onu sevdiyinə inanır,ondan əl çəkmir.Sonunda isə Adel tamamilə müflisləşəndən sonra onu bir nəfər Fransaya aparır.Atası onu ruhi xəstəxanaya yerləşdirir.Adel ömrünün sonuna kimi həmin xəstəxanada qalır.Adel sindromu tibbdə geniş tanınmır,lakin tez-tez platonik , dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.

Hamımız hardasa belə sevgi yaşayan insanlarla qarşılaşmışıq.Belə sevgi realda gerçekləşməyən lakin xəyallarda davam edən sevgidir.Adel sindromu illər boyu sürə bilən bir xəstəlikdir,bu sindromun əlamətləri 100 adamdan 90-ında özünü müəyyən formalarda ortaya çıxarır. Adel sindromlu insanlar psixoloji durumlarına nəzarət etməkdə çətinlik çəkirlər.Realda deyil də xəyalda yaşayırlar sankı. Adel sindromu yaşayan insanlar gecələri narahat yatır, sevdikləri insanı yuxuda ən azı 2 dəfə görürlər.Həyatla əlaqələrini kəsirlər,telefonlara cavab vermirlər,məktubları cavabsız qoyurlar,hətta zamanla əmək qabiliyyətlərini belə itirirlər. Bu sindromlu insanların dilinin hər kəlməsində sevdiyi insanın adı olur,hər yerdə hamıya onun haqqında danışır.Bir müddət sonra isə xəstə hətta Eyforiyaya qapılır “O məni sevir,heç belə sevgiyə cavabsız qalmaq olarmı?” kimi fikirlərə qapılırlar. Sevdiyi insana aid hər şeyi yığıb saxlamağa başlayır, məktubları, e-mailləri,mesajları,biletləri və s. Onlar sevgidə aktiv partnyor sayılırlar.

Adel sindromu zaman keçdikcə bəzən sindrom olmaqdan çıxır,insanı xəstəliyə düçar edir. Xəstə sevgiyə o qədər inanırki, zaman keçdikcə özünə baxmağı da unudur.Adel sindromuna ümumiyyətlə demək olar ki çox vaxt çox gözəl, baxımlı və cəlbedici xanımlar tutulur.

Adel sindromlu insanlara bu sindromdan yaxa qurtara bilənə qədər həmişə dəstək olunmalıdır. Lakin bunu edərkən iş təkcə yardım edənə deyil, sindrom qurbanının da üzərinə düşür. Belə ki xəstə deyilənlərə əməl etməlidir. Bu sindrom qurbanlarına izah etmək lazımdır ki, sevdikləri insan haqqında düşünməyə az zaman ayırsınlar.Özlərinə bir məşğuliyyət tapsınlar.Məsələn,yoqa ilə məşğul ola bilərlər,velosiped sürə bilərlər.Dostları ilə görüş təşkil edib zamanlarını dəyərləndirə bilərlər.Hətta alınmasa müxtəlif dil kurslarına belə gedə bilərlər,yeni tanışlıqlar edə bilərlər.Əgər gecələr uzanarkən tavana baxanda sevdiyi insan ağlına gəlirsə,onu xatırlayırsa uzanmaq şəklini dəyişə bilərlər.Əgər pəncərə önündə durarkən sevdiyi insanı düşünürsə,bu zaman pəncərəyə yaxın getməməsi daha məqsədəuyğundur.Sevdiyi insanla əlaqəsi olan insanlardan uzaq durmalı,onlarla ünsiyyətdən qaçmalı,sevgi musiqilərini dinləməməli,vaxtilə onunla getdiyi məkanlara getməyib,daha fərqli ,gözəl məkanlar tapmalıdırlar.Özlərinə zaman ayırıb yeni fərqliliklər etməli,(əgər qadındır)saclarını kəsə,yaxud rəgliyə bilərlər,idman zallarına yazılıb vaxtlarını dəyərləndirə bilərlər.Xarici ölkələrə səyahət edə bilərlər. Hətta özlərinə kitabça tutaraq sevdiyi insanın pis və xoşagəlməz əməllərini,xasiyyətlərini həmin kitabçaya yaza bilərlər.Belə dəyişikliklər Adel sindromlu insanlara müsbət təsir edəcək və hətta onları bu sindromdan çıxara biləcək.Amma hər Adel sindromu qurbanında bu dəyişikliklər alınmır və bu zaman müsbət nəticəni də gözləmək mümkünsüz olur.Ona görə də belə hallarda sindrom qurbanları mütləq  psixoloqa müraciət edərək mütəxəssiz köməyi almalıdırlar.Ancaq bəzən sindrom daşıyıcıları buna belə gecikirlər və artıq iş-işdən keçmiş olur.Qeyd etmək lazımdır ki, sadaladığımız dəyişikləri bir adel sindromlu edirsə deməli hələ özünü idarə edə bilir və hərşeyi bərpa etmək üçün mübarizə aparır.Lakin etmirsə bu zaman bu sindrom daha da şiddətlənir, artıq onlar nə dəyişiklik, nə də psixoloji dəstəy belə istəmirlər,həyatla əlaqələrini kəsirlər,ancaq xəyal dünyalarında ruhi vəziyyətləri gərgin halda yaşamağa davam edirlər. Ona görə də bu sindromun ağır daşıyıcıları özlərini ruhi dispanserdə tapırlar. Ona görə də bu xəstəliyin ilk simptomları ortaya çıxan kimi psixoloqa müraciət etmək lazımdır,əks halda isə acı nəticələrlə üz-üzə qala bilərlər.

Məqalə müəllifi:Bəyimxanım Osmanlı (Narınc könüllü qrupunun üzvü )

Go Back

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə

08-01-2018

Ontogenetik inkişafda hər yaş dövrünün spesifik davranış formaları və xarakteristikaları var. Uşaqlarda tədricən yaşa uyğun fərqli davranış formaları təzahür edir. Uşağın davranışı ilə ailənin tələbləri arasında paradoks yaranır ki, buda ailədə əsəbi psixoloji mühit, konfliktə səbəb olur. Bəzi ailələr isə anomal davranışı ərköyünlük kimi qiymətləndirir və “uşaqdır” böyüyəndə düzələr deyib həssas münasibət göstərmirlər. Bu isə şəxsiyyət və onun komponentlərinin inkişafındakı problemlərin dərinləşməsinə səbəb olur.

Davranış pozuntusu uşaqların psixofizioloji amillərlə şətrlənən daxili qarşıdurmaların davranışa köçürülməsi nıticəsində yaranır. Bunlara aiddir: Aqressivlik, təcavüzkarlıq, yalan, oğurluq, inadçılıq, söyüş, dırnağını, saçını yemək və s. Bu simptomların davranış pozuntusu sayılması üçün aşağıdakı meyarlara uyğun gəlməlidir:

1.Yaşa uyğunluq-hər yaşın öz davranış forması var,ondan kənara çıxmaq davranış pozuntusudur. Yalan danışmaq 3-5yaş üçün normaldırsa, 11-14 yaş üçün artıq davranış pozuntusudur.

2.Sıxlıq-5 yaşlı uşaqda hirs təbidir, başqasına fiziki zərər vurarsa, bu davranış pozuntusudur.

3.Davamiyyətlilik- pozuntunun simptomları nə qədər müddətdə baş verir.

4.Cinsəl rol gözləmələri-təcavüzkarlıq qismən oğlanlara xas davranış olsada, qızlarda da təzahür edərsə, bu davranış pozuntusudur.

Davranış pozuntusunun motivlərinə daxildir:

-Diqqət çəkmək. Uşaqlar lazımı sevgi, qayğı, diqqət görməyəndə belə davranır və sanki “mən” də varam demək istəyirlər.

-İntiqam almaq istəyi. Şiddət görən, sevgi məhrumiyyəti ilə avtoritar tip ailələrdə böyüyən uşaqlar üsyankar hərəkətlərlə yaşadıqlarının intiqamını alırlar

-Çatışmazlıq. Uşaq özünə inanmır, özünü reallaşdırmağa belə cəhd etmir. Çünki, ailə onun əvəzinə lazım olan hər şeyi edir. Bu tip davranış pozuntusu demokratik ailələrdə böyüyən uşaqlarda daha çox təzahür edir.

Bəs davranış pozuntusu olan uşağa necə yanaşılmalıdır?

1.Qarşılıqlı hörmət. Hər uşaq şəxsiyyətdir, onu döymək, susdurmaq,”uşaqdır” deyərək əsassız davranmaq yolverilməz hərəkətlərdir. Valideynlər uşağın fikrinə hörmətlə yanaşmalı, qəbul etmədiyi hərəkətlərin səbəbini izah etməlidir.

2.Uşağa zaman ayırmaq. Bəzi valideynlər sosial təminata önəm verib, mənəvi boşluqlara diqqət etmirlər. Valideyinlərlə, xüsusilə ata ilə emosional kontakt uşaqlar üçün önəmlidir.

3.Cəsarətləndirmək. Uşağın özünə güvənməsində öncə valideyinlər ona güvənməyi öyrənməlidilər. “sən bacaracaqsan, sənə inanıram”-tipli cümlələr onları həvəsləndirməli, gələcək uğurlarında stimul mənbəyinə çevrilməlidir.

4.Sevgini izah etmək. Uşaq ailədə sevildiyindən əmin olduqda özünü təhlükəsiz və güvəndə hiss edir. Odur ki, uşağa əyani olaraq sevildiyini hiss etdirmək lazımdı.

Davranış pozuntularına tərbiyədəki qüsurlarda səbəb olur. Tərbiyəyə ailə tipindən asılı olaraq yanaşma fərqlidir. Ailə uşağa özünü aktuallaşdırmağa şərait yaratmalıdır. Ailə tipindən asılı olmayaraq tərbiyədə vahidlik prinsipinə əməl olunmalıdır. Əks-təqdirdə uşaq kimə inanıb , necə hərəkət edəcəyini bilmir. Bu isə uşağın davranışında pozuntuya, manipulyativ hərəkətlərə səbəb olur. Belə ki, uşaq valideynlərin cəza və qadağalarından nənə-babaya sığınır və əksinə. Bu isə uşaqda ərköyünküyə, davranış pozuntusuna, ailədaxili konfliktlərə səbəb olur.

Tərbiyədə cəza və rəğbətləndirmə metodlarından da istifadə edilməlidir. Cəza edilən davranışa uyğun olmalı, səbəbi izah olunmalıdır. Fiziki cəzadan çəkinməli, emosional cəza yaşa müvafiq olmalıdır. Həmçinin uşaq xoş əməllərinə görə mükafatlandırılmalı, tərifləndirilməlidir ki, bu uşaqda müsbət motivasiyalı davranışı da formalaşdıracaqdır. Uşaqla davranışda tələb və hörmət uzlaşdırılmalı, tələb yaşa uyğun olmalıdır.

   Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

   Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi 

Go Back

Hidrosefaliyanın psixi inkişafda rolu

06-01-2018

Hidrosefaliya uşaqlarda rast gəlinən və onların psixi inkişafına mane olan xəstəliklərdəndir. Hidrosefaliya yunanca” hidro”- su, “sefalon”-baş sözlərinin birləşməsindən yaranmış və başın ölçülərinin normadan artıq böyüməsi ilə nəticələnən xəstəlikdir. Beynimizin içində bir-biri ilə təmasda olan boşluqlar vardır. Bu boşluqlardakı şəffaf maye beyini yan təsirlərdən qoruyur. Beyin onurğa mayesi adlanan bu maye qan dövranı kimi özünün dövr etdiyi yolları vardır. Bu yolların hər hansı bir nöqtəsində zəifləmə olarsa, yəni tutulma, mayenin sorulması və s. Problemlər qeyd edilərsə, nəticədə hidrosefaliya xəstəliyi əmələ gəlir. Tutulmalara isə kəllə travması, infeksiya və ya şiş səbəb ola bilər

Hidrosefaliya anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə hidrosefaliya bir sıra xəstəliklər ilə bərabər yaranır. Digər faktor 3 səbəblə bağlı ola bilər:

1. BOM-un həddən artıq istehsalıdır ki, bu beyində şişə səbəb olur.

2. BOM-un keçdiyi yollardan biri tutula bilər ki, buna səbəb isə infeksiyalar, travmalarla bağlı qanaxmalardır.

3. BOM-un sorulma prosesində pozuntu ola bilər.

Hidrosefaliyanın simptomları:

-əvvəl ətraflarda böyümə, kəllə daxili təzyiqin artması , baş ağrıları

-əmgəkdə genişlənmə və gərginlik. Uşaqlarda ürəkbulanma, qusma və nəticədə çəkidə azalma, kilo itkisi də əmələ gəlir.

-incə və kəskin bir səslə ağlama, cüt görmə halları baş verir.

-başdakı damarların görünməsi, narahatlıq, tarazlığın itməsi problemi.

-görmə qüsurları, gözlər yuxarıya doğru qalxa bilmir.

-nitq və yerimə problemi.

Körpələrdə kəllə-beyin tikişləri açıq olur ki, surətlə böyüyən beyin bu tikişləri sanki aralayır. Uşaqlarda əmgək 1 yaşınadək bağlanmalıdır. Hidrosefaliyada isə əmgək 3 yaşadək bağlanmır. Bu uşaqlarda kəllə sümükləri nazilir, alın

qeyri- mütənasib və qabarıq olur, üzündə damar toru yaranır. Həmçinin uşaqlarda epileptik qıcolmalar, sidiyi saxlaya bilmir, boyatmanın ləngiməsi, piylənmə, cinsiyyətdə erkən inkişaf etmə halları və s. Olur. Uşaqlarda psixomotor ləngimə-başlarını düz tuta bilmir, oturmur, yerimir, çox passiv olurlar, səbəbsiz ağlayırlar.

Psixi inkişafın əsasını ali psixi funksiyalar, yəni duyğu, qavrayış diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül təşkil edir. Onlarında hər biri beyin tərəfindən idarə olunur. Hidrosefaliyalı uşaqlarda BOM-un sorulması prosesi zəif olur, maye beyində toplanır və buradakı sinirlərdə sıxılmaya səbəb olur. Nəticədə təzyiq əmələ gəlir və beyin öz funksiyalarını tənzimləyə bilmir, PİL simptomlar da yaranır. Belə ki, məkan, zaman qavrayışında pozulmalar, təfəkkürdə assosasiya qırıqlıqları,” boş verbalizm “ halları , fikirlərdə məntiqi əlaqələrin olmaması və s. Hallar baş verir. Hətta ağır hallada hafizədə yaddaş pozuntuları da əmələ gələ bilər.

Müalicəsində kəllədaxili təzyiq olmadıqda başlanğıc dövrlərdə konservativ müalicə(dərman müalicəsi) təyin edilə bilər. Ancaq ən optimal metod cərrahiyyə metodudur. Bu zaman silikon katetlər dərinin altına yerləşdirilir, maye qarın boşluğuna yönləndirilir və burada sorulur.

Ancaq cərrahiyyə əməliyyatı vaxtında aparılmalıdır. Çünki, beyin sürətlə böyüyür, simptomlar ağırlaşır və onları aradan qaldırmaq mürəkkəbləşir. Belə situasiyada əməliyyat olunsa da, beyin kiçilmir və gələcəkdə xarici görünüşdə disharmoniya əmələ gəlir ki, xəstələrdə bununla bağlı kompleks yaşayırlar. Ancaq vaxtında edilmiş müdaxilə nəticəsində uşaqlar normal həyata qayıda bilər, hətta bağçaya , məktəbə belə gedə bilərlər. Odur ki, xəstəlikdən şübhələndiyiniz andan, simptomlarla qarşılaşdığınız ilk andan mütəxəssisə müraciət edin . Bu da xəstəliyin korreksiyasına optimal şərait yaradacaqdır.

  Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

  Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi 

 

Go Back

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

05-01-2018

Ontogenetik inkişaf zamanı dil, din, irqi mənsubiyyət və cinsindən asılı olmayaraq insanlar müxtəlif yaş dövrlərindən keçməli olurlar. Hər yaş dövrünündə öz spesifik xüsusiyyətləri, davranış formaları vardır. Psixika isə bu xüsusiyyət və formalar əsasında formalaşaraq gerçək aləmin faktlarını, mexanizmləri təzahür etdirir.

İnsan psixikasının əsasını ali psixi funksiyalar, yəni duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül təşkil edir. Bu ali psixi funksiyalar kompleks halda fərdin şəxsiyyətə çevrilməsinin baza əsaslarını təşkil edir və bunlarında hər biri orqanizmin dirijoru hesab edilən beyin tərəfindən idarə edilir. Həmçinin yeni mühitə adaptasiyanın, bir fəaliyyət növündən digərinə keçərkən də, insanın zamana və məkana bələdləşməsi prosesində də ali psixi funksiyalar tənzimləyici rol oynayır. Ancaq psixika düz xətt boyunca inkişaf etmir, onun da eniş, yoxuşları mövcuddur. Bu prosesi akselerasiya və reterdasiya terminləri ilə ifadə edirik. Psixikanın akselerasiyası zamanı psixi inkişafın göstəriciləri real yaş göstəriciləri olan xüsusiyyətləri qabaqlayır. Yəni uşaq 3 yaşındadır, ancaq 4 yaşa aid göstəriciləri təzahür etdirir. Reterdasiya zamanı isə psixi inkişafın ləngiməsi qeydə alınır. Belə ki, 6 yaşlı uşaqdır, anatomik-fizioloji quruluş da bunu təsdiqləyir, ancaq psixi göstəricilər 4-5 yaş mərhələsində qalıbdır. Qeyd etdiyimiz problem müasir dövrün ən geniş yayılmaqda olan məsələlərindəndir.

Yaranma səbəbləri müxtəlifdir və 3 qrupda fərqləndirilir :

1.Endogen amillər

2.Ekzogen amillər

3.İrsi faktorlar

Bütövlükdə, hamiləlik zamanı ananın keçirdiyi infeksion və başqa xəstəliklər, toksiki problemlər, mənfi resurslu qan faktoru, doğuş zamanı və doğuşdan sonrakı travmalar daha çox qeyd edilir.

İlk baxışda diqqət etdikdə uşaq bioloji yaşa müvafiq inkişaf edir, lakin psixoloji yaş bioloji yaşa çatıb onunla paralel addımlaya bilmir, hətta ondan geridə qalır. Odur ki, PİL uşaqlar öz həmyaşıdlarından daha az duyur, qavrayır, eşidir, diqqət edirlər.

Psixi inkişafda ləngimənin xüsusiyyətlərinə aiddir:

- Ətrafdakıların köməyi olmadan müstəqil iş görməkdə çətinlik çəkirlər.

- Məntiqsiz hərəkət edirlər, hərəkətlərdə koordinasiya pozulur.

- Topoloji, məkan və zaman anlayışlarını fərqləndirə bilmirlər.

- Diqqəti mərkəzləşdirə bilmir, diqqətin seçiciliyi, davamlılığı, paylanması da yaş gösrəricilərinə adekvat olmur.

- Təfəkkürdə analiz-sintez, ümumiləşdirmə , ümumiləşdirmə, müqayisə edib fərqləndirmədə də ciddi problemlər olur.

- İradi-emosional sferada, təxəyyüldə də qeyri- adekvatlıq olur.

- Təfəkkürdə qırıqlıq olur, hadisələr arasında əlaqə olmur.

- Hafizədə yaşa uyğun olmur: Bir neçə dəqiqə əvvəl deyilənləri yadda saxlayıb təkrarlamaqda çətinlik çəkirlər.

Bütün bunlar uşaqda adaptasiya və təşəbbüskarlığa mane olur.

PİL uşaqların hafizə və təfəkkürü səthi olur. Belə ki, uşaq nağıl danışarkən oraya süjet xəttinə aid olmayan əlavə süjetləri də daxil edir, suallara təhriflərlə cavab verir. Təfəkkürdə isə hökm, məfhum, əqli nəticələrdə qeyri-adekvatlıq olur, induksiya -deduksiya bacarıqları zəif olur.

Təfəkkürlə nitq sinxron əlaqədədirlər. Nitq üçün təfəkkür inkişaf etməli, məfhumlar formalaşmalıdır ki, uşaq da onu nitqində ifadə edə bilsin. Bəzən PİL uşaqlarda “ boş verbalizm” adlanan halda baş verir: Uşaq sadəcə danışır, amma danışığında heç bir məna olmur.

Beləliklə, qeyd etdiyimiz simptomlar üçün dəqiq diaqnoz qoyulmalı və ona uyğun korreksiya planı hazırlanmalıdır . Bu zaman psixoloq, pedaqoq, loqoped və ehtiyac olarsa, nevropatoloqla birgə kompleks iş aparılmalıdır. Bir çox hallarda beyində disfunksionallıq yaranır, yəni beyin ali psixi funksiyaları idarə edə bilmir , nəticədə uşaqların hissi və məntiqi idrakında ləngimələr əmələ gəlir.

PİL və əqli gerilik arasında fərqlər mövcuddur. PİL- də ali psixi funksiyaların inkişafı üçün baza mövcuddur, yalnız onu inkişaf etdirmək lazımdır. Əqli geriliyin dərəcəsindən asılı olaraq qeyd edilənləri buraya tədbiq etmək olmur. Onlar təlimə yatqın deyillər, xüsusilə ağır dərəcəlilər. Əgər vaxtında PİL korreksiya olunmazsa, əqli geriliyə keçə bilər.

Bəzən uşaqlarla məşğul olunmur və nəticədə pedaqoji baxımsızlıq dediyimiz hal baş verir ki, valideynlərin bir qismi bunu məktəbə qəbul zamanı problem kimi qəbul edirlər. Belə uşaqlarda inkişaf zənciri qırılır və onlar bilik, bacarıq, vərdiş kimi təlim ünsürlərini mənimsəyə bilmirlər.

Odur ki, onların təhsilinə bir müddət həssas yanaşılmalı və onlar inklüziv təhsilə yönləndirilməlidir.

Beləliklə, uşaq intellektual, şəxsiyyət, sosial baxımdan məktəbə hazır olmalıdır. Buraya kommunikativ keyfiyyətlərin uşaqda formalaşdırılmasıda aiddir. Çünki, PİL uşaqlarda məhsuldar ünsiyyət qabiliyyəti məhdud olur. Ancaq oyun və interaktiv təlim metodları ilə prosesi korreksiya etmək mümkündür. PİL uşaqlarla korreksiya işi uzunmüddətli, səbir tələb edən, həm də məsuliyyətli işdir. Çünki, son nəticədə gələcək nəsil yetişdirilir, onun sağlam olmasına çalışılır.

  Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

    Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi 

Go Back

Maraq və sevgi uşağa necə əks etdirilir?

04-01-2018

Demək ki uşağa sevgi və qayğı göstərmək şərtdir. Sözə gəlincə hamımız sevirik amma göstərməyi bilmirik.  Uşaqlar dünyaya gəldikləri andan etibarən anaları dərin bir əlaqəyə girirlər və dünya dizaynları analarıyla qurduqları əlaqəylə formalaşır. Gözlərini dünya həyatına açmaları və ananın qucağına ilk almalarıyla birlikdə bağlanma prosesi başlayır.  Həyatımız boyu ən çox ehtiyacımız olan güvən duyğusu, qucağa alma, nəvazişini duymaq və əsas ehtiyaclarının ödənməsi formalaşdırılır. Bir körpə nə qədər çox qucaqda tutulursa, nə qədər çox dəri təması varsa o qədər təhlükəsizlikdə hiss edir özünü. Müxtəlif xəbərdarlıqların dövrəyə girməsi, xəbərdaredici çoxluğu uşağın zehni inkişaf prosesini inanılmaz səviyyədə təsir göstərir. Müxtəlif xəbərdarlıqlar almayan uşaqların zehni inkişaf prosesləri mənfi təsirlənir. Bir körpə nə qədər çox fərqli insan tərəfindən sevilərsə, toxunularsa, o qədər sürətli inkişaf edir.  Qısaca ifadə etmək lazım gələrsə, sevgi və maraq nə qədər çoxdursa körpə o qədər sağlam olar.

  Bəs sevgi və maraq necə göstərilir bilirsinizmi? 

Dərhal yazım. Əvvəlcə uşaq dünyaya gəldiyi andan etibarən onunla vaxt keçirmək fikrini beynimizə qoymalıyıq. "Xoş gəldin körpə" gülləri almaq əvəzinə "xoş gəldin körpə davranışları" nümayiş etdirməliyik. Yəni onu qucağımızda tutmalı, bağrımıza basmalı, dünyamıza iştirak etdiyi sərvətləri iliklərimizə qədər hiss edib ona əks etdirməliyik. Böyümə dövrü xüsusiyyətlərinə görə oyunlar oynamalıyıq. Danışmağa başlayanda və ya hərəkətə gəlib bizə davranışları, körpəsi həyəcanları bir şeylər izah etməyə çalışdıqda onların ruh yüksəkliyinə birgə olmalıyıq. 5 aylıq bir körpənin bizi görəndə keçirdiyi sevinc davranışlarının oxşarını biz də ona etməliyik. Jestləri mimikaları istifadə edərək onun hərəkətlərinə laqeyd qalmırıq etdirən sevimli şirim danışmalı davranışlar nümayiş etdirməliyik.

 Uşaqlarla müxtəlif səs tonları danışmalıyıq. Bəzən sevimli, bəzən səmimi, bəzən özümüz kimi bəzən qəribə səs çıxışları ilə ünsiyyət qurmalıyıq. Gözlərinin içinə baxaraq xoş sözlər deməliyik. Üzdəki hər əzələ hərəkətini gördüklərini nəzərə alaraq, mimikalarla ona müxtəlif xəbərdarlıq edənlər hədiyyə etməliyik.

 Oxuduğunuz bu yazını yazarkən 3,5 yaşlı qardaşım yanıma gəldi: "Mittap qapı açıq, ya qardaşım ağlasa başın qarışır, deysini keçir". Dedi və iri gözlərini açıb şirin şirin "qapı kapatıyım da rahat iş oldumu"? Deyə əlavə etdi. Ümumiyyətlə, davranışından anladığım tək mesaj "Gəl məni ye və ya bir az mıncıkla mənə vaxt ayır" duruşu. Dərhal yazını buraxdım dalınca qaçdım. Bir az mıncıkladım, öpdüm, qıdıqlayırdım və: "Ohhhhh mən benzini aldım. Kiçik qardaşımın yanaqlarından öpdüm. Artıq kimsə məni narahat etməz, yazı dərhal bitirirəm". Dedim. Mesajı doğru anladığımı təsdiq edən cümləni dedi və getdi: "Mən onsuz da səni gözləyirəm. Bax içəri oyuncaqlarımı hazırladım. Dərhal yaz gəl oldumu"? Bayılıram mən bu uşaq millətinə. O qədər şirin, o qədər gözəllər ki. Yeddi ərli İmamımız kimi hər kəsin anlayacağı dildə davranış göstərirlər. Yetər ki, biz onların davranışlarını oxumağı bilək.

  Demək ki uşağa sevgi və qayğı göstərmək şərtdir. Sözə gəlincə hamımız sevirik amma göstərməyi bilmirik.  Sevgi və maraq necə olarmış düz bir sözlə, xatırladaq, yoxsa? Vaxt ayıraraq. Onunla oyun oynayaraq. Birlikdə onun sevəcəyi bir şeylər edib. Söhbət edilib. Amma onların anladığı növdən kefli bebek/yetişkin söhbətləri, nəsihət edən söhbətlər deyil. Söylədiklərini qulaq asaraq. Demədiklərini belə hiss edərək və arxasından qaçıb mıncıkla-yaraq. Digər bütün işlərimizdən daha dəyərli olduğu hissini verərək. Evin altını üstünə gətirəndə, dağıtdı deyə bağırmaq əvəzinə, əslində, yaxşı bir tamaşa üçün təşkil etdiyinin fərqində olaraq. Oyun işimiz bitəndə məsuliyyət şüurunu əldə etsin deyə, birlikdə tullantı toplama seansları edərək.

 Heç çətin deyil heç, hətta dünyanın ən kefli işi uşaqlara sevgi və qayğı göstərmək. Göstərə, yol-üsul bilməyənlər üçün bir neçə fərdi dəstəklə işlərin yoluna girməsini təmin etmək mümkün.  Uşaqlarla yaxşı vaxt keçirən hər kəs bilir: Uşağı oynadarkən adam əslində özü stress atır. Uşağı xoşbəxt olsun deyə, onunla məşğul olarkən əslində özü dünyanın ən xoşbəxt adamı olur. İnanılır kimi deyil, ancaq uşaqla məşğul olmaq, yer üzündə cənnəti tapmaq kimidir.  Hər kəsə övladları vaxt keçirib, yer üzündəki cənnətini tapa gözəl günlər diləyərək, öz cənnətimə yelkən açmaq vaxtının gəldiyini anlayıram. Çünki dözə bitdi, şirin sifətli telli saçları qapının kənarından məni izləyir.

  Qardaşımın bu halı, əslində bir monitorinq vəziyyəti deyil. "Bitmədi mi deyərsən? Gəl gedək, səbrim tükənməyə başladı, oyun oynayaq artıq"! Demə davranışı!

   Tərcümə etdi: Əliyeva Şəbnəm (Narınc könüllü qrupunun üzvü )

Go Back

Psixoloqu yanlış tanıyanlar

03-01-2018

Psixologiya elmi Avropa ölkələrində çox böyük bir maraqla qarşılanarkən, eyni marağı təəssüf ki, öz ölkəmizdə görə bilmirik.Cəmiyyətdə psixoloqlara qarşı formalaşmış yalnış mühakimələr vardır.

Dəli həkimi – Hələ də bele düşünənlər var.Hər psixoloqa gedənin dəli olduğunu düşünən bu insanların sayı az deyil.Bu insanlar heç də ancaq yaşlı nəslin nümayəndələri deyil, cavanlar arasında da bu fikir geniş yayılmışdır.

Cavab: Xeyr, psixoloqlar dəli həkimi deyildir.         

Dərman yazmamaq – Psixoloqlar dərman yazmazlar.Dərman yazmaq psixiatrların işidir.Psixoloqların bir çoxu psixoterapiya metodlarından istifadə edirlər.Bu mərhələdə pasiyentin üzərinə də böyük iş düşür.Belə olduqda bəzi insanlar ən xırda problemlərdə belə depressiyada olduqlarını düşünür və antidepresan qəbul etməyin mütləq olduğuna inanır.Psixoloq dərman yazmadıqda isə psixoterapiya metodlarını faydasız görür.

Cavab: Hər pis hiss edən insan depressiyada deyildir və antidepresan ən son həddə istifadə olunacaq metoddur.

“Qısa müddətdə hər şeyi həll etmə” gözləntisi – Bəlkə də ən çox rast gəlinən problemlərdən biri də budur.Psixoloqa gedən insan seansdan çıxdıqdan sonra bütün problemlərindən qurtulmuş olmağı gözləyir.Mövcud problemlərin 50 dəqiqədə yaranmadığını nəzərə alsaq, həlli də 50 dəqiqədə mümkün deyildir.

Cavab: Psixoloqların sehirli çubuğu yoxdur!

Dostum mənı yetər – Dostların verdiyi tövsiyələrlə “ ay Cəmilə, ürəyim açıldı, yaxşı ki varsan, psixoloq kimisən” deyən insanlar az deyildir.Belə insanlar psixoloqa getməyi lazımsız görür.Çünki “Cəmilə” vardır.

Cavab: Dostlar sadəcə sizə istədiyiniz cavabı verir, psixoloqlar isə sizi həqiqətlərlə üzləşdirir.

Psixoloqları yalnış tanımaq – Filmlərin təsiriylə çox insan psixoloqları “hmm hmm” deyə sadəcə dinləyən, vaxtın bitdiyi anda seansı bitirən, qarşısındakını ürəyində qınayan, çox varlı insanlar olaraq görür.

Cavab : Psixoloqlar sadəcə dinləməzlər, əsla qarşısındakı insanı qınamazlar.

Özəl həyatın aşkar olunması qorxusu – Bəzi insanlar psixoloqların onların özəl həyatını hər kəsə anlatdığını düşünür.Buna görə psixoloqa getmək qorxusu keçirir.Bu vəziyyət psixoloq etikasına tamamilə yaddır.

Cavab: Psixoloqlar dostunuz deyildir, ətrafda sizin dedi-qodunuzu etməzlər.

Bizi bizə göstərməsi – Bəlkə də ən çox narahat edən budur.Psixoloqa gedən insanlar özlərini kəşf edərlər.Heç bilmədikləri, fərqində olmadıqları tərəflərini görərlər.Terapiyalar insanı özüylə üzləşdirir.Bu vəziyyət bəzi insanlar üçün narahatlıq yaradır və buna görə də psixoloqdan qaçarlar.

Cavab: Bəli, psixoloqlar bizi bizə göstərir.

Pul itkisi – Bir çox insan psixoloqlara pul ödəmək yerinə problemlərini özü həlletməyə çalışır.O pulla da daha fərqli işlər görür.Ancaq bir müddət sonra problemlər daha da böyüyür və insan tək başına onların içindən çıxa bilmir.

Cavab: Bütün psixoloqların seansları bahalı deyildir, insan öz büdcəsinə uyğun bir psixoloqu araşdırıb tapa bilər.

Tərcümə etdi: Ülfət Abbaszadə( Narınc könüllü qrupunun üzvü)

Go Back

Dostluq qurmaqda çətinlik çəkən uşaqlar

02-01-2018

Günümüz şərtlərində, anaların çoxu işləməkdədir. Bu səbəblə də uşaqların həyatı, sürətlə ev mühitinin və məhəllə mədəniyyətinin qoruyucu aurasından uzaqlaşır. 2-3 yaş bağçalarla başlayan ictimailəşmə mühiti, uşaq bağçası və digər məktəb mühitləriylə sürməkdədir. Beləcə uşaq daha sürətli bir şəkildə yaşıdlarıyla və qaydalarla tanışmaqdadır. Bu ictimailəşmə mühitləri uşağın inkişafı üçün də ehtiyacdır. Uşağı təbii mühitlərdə gözləmək lazımdır. Yəni uşağınız bağçadaykən ya da məktəbdə oyun oynayarkən onu ziyarət etməniz və müşahidə etməyiniz faydalıdır. Ancaq bu müşahidələri edərkən uşağınızın müəllimlər və təşkilat rəhbərliyiylə əməkdaşlıq etməniz da əhəmiyyətlidir. Ana atanın uşağı ilə nizamlı olaraq oyun oynaması lazımdır. Bu zaman diliminin həqiqətən uşağınıza fayda təmin etməsi üçün ağlınızla olduğu qədər ruhunuzla da uşağınızın yanında olmalısınız. Uşağıyla oynamağı vəzifə kimi qəbul edən valideynlərin yaxşı ünsiyyət qura bilmədiyi müşahidə edilir. Valideynlərin oyun sırasındakı müşahidələri bir çox mövzuda yol göstərir. Uşağın oyun oynayarkən sərgilədiyi tutumlardan yola çıxaraq yaşıdları ilə necə ünsiyyət qurduğu haqqında fikir əldə edə bilərsiniz. Altı yaş və sonrasında ana atanın uşağının yoldaşlarıyla ünsiyyət qurması da çox əhəmiyyətlidir. Amma ən əhəmiyyətlisi uşağınızı təsirli bir şəkildə dinləməkdir. Uşağınızı sevən bir yoldaşı, onun həyatında çox əhəmiyyətli vəziyyətlərin müsbət nəticələnməsini təmin edər. Bu səbəblə uşağınızın yaxın yoldaşlarını da təsirli bir şəkildə dinləyin. Onlarla isti əlaqələr qurmanızı təklif edərəm.

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin səbəbləri nələrdir?

Yaşıdları ilə əlaqələr, yaşlara görə fərqlilik göstərir. Bu səbəblə zorlanma səbəbləri də fərqlilik göstərir. Amma təməldə uşağın yoldaş qazanabilməsi üçün ictimai bacarıqlara və ünsiyyət bacarıqlarına ehtiyacı vardır. Bunlara əlavə olaraq özünə güvənməsi və öz hörmətinin yüksək olması yoldaşlarıyla olan əlaqələrdə qarşılaşdığı problemləri həll etməyə etməyə imkan verir. Beləcə uşaq olduğu mühitlərdə özünü qəbul etdirər. Uşağın özünə inamlı olması üçün uşağa evdə də məsuliyyət verilməsi çox əhəmiyyətlidir. Evdə sərhədlərlə qarşılaşan bir uşaq ailə xaricində sərhədlərlə qarşılaşınca uyğunlaşmasız davranışlar sərgiləyə bilər. Ailə içində ana atanın və ya bir yaxınının arasındakı ünsiyyət şəklini model ala bilər. Qarşıdurmalarda həmişə bir tərəfin qazandığı bir evdə böyüyən bir uşaq, qazanmaq və ya itirmək üzrə davamlı müdafiəsi bir dil istifadə edə bilər. İnsanlarla yaxın əlaqə inkişaf etdirmədə yaxşı təcrübələrə sahib olmayan birisinin müsbət təcrübələri inkişaf etdirməsi üçün həqiqətən birinin köməyinə, anlayışına və şəfqətinə ehtiyacı vardır.

Ana atalar uşaqlarının dost qazanma problemlərində onlara necə kömək ola bilər?

Ana ata əvvəlcə uşaqla əlaqələrini nəzərdən keçirə bilər. Uşağıyla necə bir ünsiyyət dili istifadə edir, yoldaşlar necə bir ünsiyyət dili istifadə edir kimi ... Əmir vermək və öyüd-nəsihət vermək, qarşılıqlı ünsiyyət zamanı yaranan problemlərin böyük bir hissəsini təşkil edir. Xüsusilə uşaqların davranışlarını şərh qəlibləşmiş mühakimələrlə reaksiyalar veririk. Halbuki əhəmiyyətli olan davranışları, mühakimələri, duyğuları ayırabilməkdir. Ən əhəmiyyətlisi duyğuları bölüsə bilməkdir. Uşağınıza gündə neçə dəfə "et / etmə" deyirsiniz, nə sıxlıqla "bu gün səni xoşbəxt / bədbəxt edən şeylər nələr oldu?" Deyə soruşursunuz?

Uşaqların dost qazanma cəhdləri uğursuz olduğu zaman onları motivasiya etmək üçün nələr edilə bilər?

Uşaqların dost qazanmasinda fərdi xüsusiyyətləri də təsirlidir. Ağıllı, iş birlikçi, cana yaxın və digər uşaqların ehtiyaclarına həssas uşaq ictimai mühitdə daha asan qəbul görər. Bu vəziyyətdə öz yaxşı xüsusiyyətlərini fərq etdirəcək suallar soruşmaq uşağı gücləndirər. Eyni zamanda uşağın empati, nəzakət, ictimai uyğunlaşma və özünü məhdudiyyət hisslərini dəstəkləyib inkişaf etdirməsinə kömək edə bilər. Dost qazanmanın öyrənəbilən bir bacarıq olduğu uşağa deyilər.

Tərcümə etdi:Nigar Vahabzadə(Narınc könüllü qrupunun üzvü)

Go Back

Histerik şəxsiyyət pozğunluğu nədir?

01-01-2018

Histerik şəxsiyyət pozğunluğu Amerikan Psixiatriya Birliyi tərəfindən ümumiyyətlə yetkinliyə ilk dövrlərində başlayan, həddindən artıq romantiklik və diqqət çəkmək, ətrafı tərəfindən təsdiq axtarış ehtiyacının yüksəkliyi ilə özünü müəyyən edən şəxsiyyət pozğunluğu olaraq təyin olunmuşdur. Narsistdən  fərqli olaraq mühitlərindəki əlaqələrinin hər dəqiqəsinə diqqət edərlər.

Histerik (Histirionik) şəxsiyyət pozğunluğu olan fərdləri ümumi olaraq belə təyin etmək mümkündür:

Görünüşlərinə əhəmiyyət verən, rəngli, ətraflarına qarşı müsbət təəssürat buraxmağa çalışan, diqqətləri üzərinə çəkmək istəyi və səyi olan, bu səbəbdən əlaqələrində təsirli tutumlar sərgiləyən, hadisələri olduğundan daha şişirdilmiş yaşayan çoxu zaman dramatizə edən, iş birliyi qurub tez yoldaş edinəbilən, lakin bir o qədər də özlərini tez rədd edilmiş hiss edən fərdlərdir. Həmin şəxslər duyğularını əlverişsiz və şişirdilmiş sərgiləyə bilər ,duyğularında ani dəyişmələr görülə bilər. Davamlı bir yenilik və həyəcan axtarışı içində ola bilərlər. Sıradan gündəlik hadisələr qarşısında sıxıntı yaşaya bilərlər.

Histerik Şəxsiyyət pozğunluğunda bu əlamətlər görülər:

· Davamlı təmin və ya təsdiq axtarışı.

· Duyğuların həddindən artıq göstərilərək dramatize edilməsi. Məsələn yeni tanış olduğu biriylə qucaqlaşmaq və ya ağrılı-acılı bir filmdə idarəsizcə ağlamaq.

· Tənqid və ya təqdir olunmağa qarşı həddindən artıq həssaslıq.

· Şəxsiyyətin ilə qürur duyma, dəyişməyə qarşı istəksizlik və hər hansı bir dəyişikliyi təhdid olaraq qəbul etmə.

· Əlverişsiz şəkildə təhrikedici davranış və ya görünüş sərgiləmək.

· Somatik əlamətləri istifadə edərək diqqəti üzərinə çəkməyə çalışmaq.

· Maraq mərkəzi olma ehtiyacı.

· Xəyal qırıqlıqlarına qarşı aşağı dözümlülük.

· Ani qərarlar almaq.

· Romantik halların sürətli dəyişməsi. Bu hallar başqalarına səthi və ya şişirdilmiş olaraq görünə bilər.

· Münasibətlərin gerçəkdə olduğundan daha içdən olması lazım olduğuna inanmaq.

Histerik Şəxsiyyət Pozğunluğu  olanlarda görülən düşüncə formaları:

İnsanların marağını çəkən biriyəm. Xoşbəxt ola bilmək üçün insanların marağının mənim üzərimdə olması lazımdır. İnsanlar mənə maraq göstərməzsə xoşbəxt ola bilmərəm. Hər kəs mənimlə maraqlanmalı.

İnsanlar məni əyləncəli biri olaraq tanımalı. Beləcə zəif yanlarımı fərq etməzlər.

Mən şişirdilmiş davranıb həddindən artığa qaçmadıqca  kimsə mənə maraq göstərmir. İnsanların məni görməməzlikdən gəlmələri qorxunc!

Duyğular və hisslər məntiqli düşünməkdən daha əhəmiyyətlidir.

Histerik Şəxsiyyət Pozğunluğu  aşağıdakılardan ən az beşinin varlığı ilə yetkinliyə erkən mərhələlərində başlayan, həddindən artıq romantiklik və davamlı onunla maraqlanılması səyi ilə davam edən bir pozğunluğudur.

1.Maraq mərkəzi olmadığı vəziyyətlərdə narahat olur.

2.Başqalarıyla olan qarşılıqlı təsiri çox vaxt əlverişsiz bir şəkildə cinsi istiqamətdən nizamedici ya da başdan çıxardıcı davranışlarla müəyyən.

3.Sürətli dəyişən və səthi qalan duyğular sərgiləyər.

4.Marağı üzərinə çəkmək üçün davamlı olaraq xarici görünüşünü istifadə edər.

5.Həddindən artıq bir səviyyədə başqalarına təsir etməyə istiqamətli bir danışma forması vardır.

6.Göstəriş edər, süni davranar və duyğularını həddindən artıq  şişirdərək göstərir.

7.Münasibətlərin normaldan çox daha çox yaxın və çox içdən, yaxın olmasını istər.

Histerik Şəxsiyyət Pozğunluğu olan fərdlər ümumiyyətlə əlaqələrində yaşadığı bəzi problemlər ya da başqa psixiatrik pozğunluqlar səbəbiylə mütəxəssis köməyi istəyərlər. Fərdi ya da qrup psixoterapisi və dərman müalicəsindən fayda görə bilərlər.

Tərcümə etdi :Bəyimxanım Osmanlı (Narınc könüllü qrupunun üzvü)

Go Back

Yeni uşağın gəlişinə hazırlıq

30-12-2017

Bacısı və ya qardaşı olacağını öyrəndiyində bu naməlum vəziyyət qarşısında uşağın ağlında bir çox suallar yaranır və qarışıq duyğular yaşayır. Bu vaxt uşaq özünün artıq sevilmədiyini düşünə bilər. Ağlında suallar böyüyür və  bu problemə səbəb olan valideynlərinə acıqlanır. Ana-atasının sevgisini yoxlayır və onlardan asılı olduğunu öz davranışları ilə bildirməyə çalışır. Uşağın keçdiyi  bu proses körpə doğulduqdan sonra da davam edir, lakin, ana-atanın uşaqlara qarşı sərgilədiyi düzgün münasibətlə tezliklə aradan qalxır.

Uşağın bacı-qardaşını nə dərəcədə qəbul etməsi onun yaşı, ailənin uşağa münasibəti, uşağın öz şəxsi keyfiyyətləri kimi bir çox faktorlardan asılıdır.

Uşağı körpənin gəlişinə necə hazırlamaq olar?

Bu xəbəri özünüz verin. Övladınızı qarşınıza alaraq ailənizə yeni bir uşaq gələcəyini, bundan sonra dördünüzün çox xoşbəxt yaşayacağınızı bildirin. Uşaq hamiləlik, doğuş, uşaq dünyaya gəldikdən sonrakı dövrlərlə bağlı bir çox suallar verə bilər. Valideynlər bu sualları səbrlə cavablandırmalıdır. Həmçinin, evdə baş verəcək dəyişikliklər də uşağa izah olunmalıdır. Əgər, övladınız azyaşlıdırsa, ona mövzusu ailə sevgisi, bacı-qardaş sevgisi olan hekayələr danışaraq, bunun yaxşı bir şey olduğunu izah edə bilərsiniz. Bununla yanaşı, ətrafdakı digər  bacı-qardaşı olan uşaqlar nümunə göstərilə bilər.

Övladınızdan yeni bir uşaqla bağlı nə düşündüyünü soruşun, onun fikirlərini də önəmsədiyinizi hiss etdirin. Çox vaxt uşaqlar birlikdə oynaya biləcəkləri kiçik dostlarının olmasına sevinirlər. Birlikdə kitab oxuya, oynaya, əyləncəli vaxt keçirə bilərlər. Lakin, uşağı rahatlatmaq üçün “Onunla oyun oynayacaqsan” kimi cümlələr qurmayın. Çünki, uşaq doğulduqda onunla oyun oynaya biləcək vəziyyətdə olmadığını görəndə aldadıldığını düşünə bilər. Uşağın yalnış gözləntilərinin olmaması üçün bacı-qardaşının doğulanda çox kiçik olacağı, hələ ana südü ilə qidalanacağı, birlikdə oynaya bilmələri üçün bir müddət gözləməli olacağı bildirilməlidir.

Onu yeni uşağın gəlişi ilə bağlı hazırlıqlara daxil etmək fikirlərini dəyişdirəcəkdir. Yemək yedirərkən, altını təmizlərkən anasına kömək edə biləcəyini demək lazımdır. Adı, otağının rəngi, paltarları və s. seçilərkən uşağın fikri də alınmalıdır.

Əgər, övladınız yeni uşağın gəlişini heç cür qəbul etmək istəmirsə, uşaq psixoloquna müraciət edə bilərsiniz.

Tərcümə etdi: Fatimə Qəhrəmanova (Narınc könüllü qrupunun üzvü)

Go Back

Həyəcan - Təşviş Pozuntusu

30-12-2017

Həyəcan-Təşviş pozuntusu olan insan müəyyən obyektlərə vəya vəziyyətlərə qorxu ilə yanaşar. Onlar bu kimi obyektlərə qarşı sürətli ürək döyüntüsü və tərləmə kimi fiziki reaksiyalar göstərirlər. Həyəcan-Təşviş Pozuntusu diaqnozu aşağıdakı hallarda qoyulur:

• Situasiyaya uyöun olmayan cavab reaksiyası verilməsi

• Reaksiyalarını idarə edə bilməmək

• Həyəcan və təşviş nəticəsində həyat tərzinin dəyişməsi

Həyəcan-Təşviş pozuntusunun 2 növü var :

•Panik pozuntu

•Fobiyalar

Panik Pozuntu

Panik pozuntu həyəcan-təşviş pozuntusunun bir növü olub heç bir səbəb olmadan ani yaranan panik ataklara səbəb olur. Panik pozuntu aşağıda verilmiş fiziki simptomlarla müşahidə olunur:

• Sürətli ürək döyüntüsü

• Sinədə ağrı

• Nəfəs almada çətinlik

• Baş dönməsi

Panik ataklar və ya panik hücumlar hər yerdə, hər an, və xəbərdarlıq olmadan baş verə bilər. Bəzi insanlarda panik atakın hər an baş verə biləcəyi qorxusu bütün həyatlarını təsir altında saxlayır və nəticədə onlar artıq evlərini tərk edə bilmirlər. Panik pozuntu kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Adətən erkən yetkinlik dövründə başlayan panik pozuntu əsasən güclü stress vəziyyətindən sonra üzə çıxır. Problemin korreksiyası üçün Koqnitiv Bihevioral Terapiya (KBT) istifadə olunaraq panik halın yaranmasına zəmin yaradan düşüncə tərzi müəyyən olunub aradan qaldırılır.

Fobiyalar

Fobiyalar Həyəcan-Təşviş pozuntusunun bir növü olub faktiki təhlükə yaratmayan hər hansı bir obyektdən güclü, irrasional qorxudur. Bir neçə spesifik fobiya növü vardır:

Akrofobiya yüksəklik qorxusu, Agoragobiya açıq sadə, meydan və insan kütləsindən qorxma. Gündəlik sosial vəziyyətlərdə narahat və son dərəcə özünüzə qapalı olmağınız isə sosial fobiyanızın olduğuna işarədir. Digər geniş yayılmış fobiyalara tunellər, avtomobil yolları, su uçmaq, heyvanlar və qan qorxusunu misal göstərmək olar.

Fobiyası olan insanlar adətən qorxduqları obyektdən uzaqlaşmağa çalışar və əgər bu alınmırsa aşağıdakı hallarbaş verə bilər:

•Vahimə və qorxu

•Sürətli ürək döyüntüsü

•Nəfəs darlığı

•Titrəmə

•Güclü uzaqlaşma istəyi

Terapiya və dərman müalicəsi problemin korreksiyası üçün yaralı seçimlərdir.

  Tərcümə etdi: Firuzə Qənizadə(Narınc könüllü qrupunun üzvü)

Go Back

Valideyn mövqeləri nələrdir?

28-12-2017

 

Valideyn mövqeləri, valideynin uşağını tərbiyələndirərkən istifadə etdiyi mövqe, davranış və vasitələrin toplusudur əslində. Qəbul etdiyiniz mövqe və davranışlar uşağınızın psixoloji inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Məhz ən çox rastlaşdığımız valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

 Valideyn mövqeləri nələrdir?

 Ailədə uşaqlarla, valideyn münasibətində əsas müəyyənedici amil ana və atanın mövqe və davranışlarıdır. Valideynin uşaqlarına qarşı sərgilədikləri davranış formaları, hadisələr qarşısında nümayiş etdirdikləri mövqelər, ana və ata ilə uşaq arasındakı əlaqənin istiqamətini və formasını müəyyən edir. Psixologiyası düzgün, ruh quruluşu möhkəm, xarakteri müsbət istiqamətə doğru yönləndirilmiş uşaq yetişdirmək üçün valideynin mövqeləri çox amma çox əhəmiyyətlidir.

 Ana və atası ilə sağlam bir əlaqəyə malik, ünsiyyəti düzgün uşaqların ümumi xüsusiyyətlərinə nəzər saldığımızda, düşündüyünü həyata keçirə bilən, sərbəst qərarlar ala bilən, özünə inamı son dərəcə yüksək, fərdi mənada tolerant, ictimai şüuru yüksək fərdlər kimi yetişirlər.

 Valideynləri tərəfindən uşaqlara qarşı sərgilənən mövqeləri qruplaşdırmaq və kateqoriyalara ayırmaq lazım gələrsə, əsas olaraq bu şəkildə yekunlaşdırıla bilər.

1. Təzyiqçi və avtoritar valideyn mövqeyi:

 Ailə qatı, qaydaçı və intizamlıdır. Ana /ata və ya hər ikisinin də avtoritar mövqeyi qarşısında, uşaq nəzakətli, dürüst, intizamlı, xeyriyyəçi və diqqətli olmasına baxmayaraq, ürkək, utancaq, özünə inamı olmayan və ya çox zəif, başqalarının təsiri altında qala bilən, həssas, qorxaq, öz başına iş görmək qabiliyyəti inkişaf etməmiş bir quruluşa sahib ola bilərlər.

2. Həddindən artıq mehriban valideyn mövqeyi:

 Bu tip ailələrdə uşaq tək hökm edəndir. Ailə bütün həyatını uşağın istək və arzusuna görə müəyyən edir. Ailə uşağa hədsiz sevgi göstərir. Bütün mövqeləri balanssız və uşaq mərkəzlidir. Bu tip ailələrdə uşaq nə desə o olur. Belə ailələrdə böyüyən uşaqlar; eqoist, sevgi arsızı, qayda tanımayan, acgöz şəxsiyyət strukturlarına sahib olurlar. Bu uşaqlar ev həyatı və ictimai həyatda yola getməyən, sosial istiqamətləri zəif və eqoist bir quruluşa sahib olurlar.

3. Qərarsız və balanssız valideyn mövqeyi:

 Bu tip ailələr adətən ana və atanın yaxşı yola gedə bilmədiyi və hər iki tərəfin də dominant xarakterə malik olduğu ailələrdir. Ana / ata uşaqla bağlı bir məsələdə ağ dediyinə, digəri qara deyir uşaq hansına baxacağına, hansına əməl olunacağına qərar verməməkdə əksəriyyətlə qərarsız qalaraq hər hansı bir reaksiya verməməyi qərar verir. Bu tip ailələrdə yetişən uşaqlar adətən qərarsız, hər cür təsirə açıq, əsassız, tez qərar dəyişə bilən uşaqlardır.

4. Həddən artıq qoruyucu valideyn mövqeyi:

 Uşağın hər zaman, hər an nəzarət altında saxlanıldığı, həddindən artıq diqqət və qayğı göstərildiyi, zərər gələ bilər qorxusu ilə gündüzləri belə küçəyə çıxması belə istəmədiyi və ya məhdudlaşdırıldığı ailə tipidir. Bu tip ailələrdə yetişən uşaqlar, ailəyə hədsiz asılı, özünə inamı olmayan, emosional cəhətdən zəif, sıxışdırılarkən başqalarına şər ata biləcək quruluşda olurlar. Bu asılılıq halı ümumiyyətlə, ömür boyu sürər və ailəsindən gördüyü şeyləri həyat yoldaşından da gözləyərlər.

5. Mehriban və güvən verici valideyn mövqeyi:

 İdeal ailə tipinə uyğun bir quruluşdur. Bu tip ailədə əsas qayda və məhdudiyyətlər xaricində uşaqlar sərbəst şəkildə, lakin məsuliyyətlərini dərk edərək  yetişirlər. Fərd olmanın fərqinə çatan uşaqların özünə inamları tam, sosial münasibətlər qüvvətli və gələcəyin ideal yetkin namizədləridir.

6. Mövqesiz valideyn mövqeyi:

 Bu tip ailədə adətən qaydalar yox, müəyyən müddətlik davalar və müəyyən müddətlik səadət var. Uşaq üçün qoyulan qaydaların bəzən çox qatı bir şəkildə tətbiq olunduğu, bəzən də heç yox imiş kimi davranıldığı mövqelər; uşaqda inamsızlıq, qaydalara qarşı laqeydlik, həllin parçası olmağı rədd etmək, qərarsız və şəxsiyyətsiz xarakter quruluşu meydana gələ bilir.

7. Rədd edici valideyn mövqeyi:

 Uşağın sağlamlıq xidmətlərini ləngidərək uşağın əslində istənilmədiyini hiss etdirmək və uşağa qarşı düşmən münasibət bəsləmək kimi tərif edilə bilər. Bu tip ailələrdə böyüyən uşaqlarda özündən daha zəif olanı əzmək, bütün ətrafına qarşı nifrət bəsləmək, heç kimə güvənməmək, ətrafındakılara düşməncəsinə mövqe nümayiş etdirmə düşüncələrinə sahib ola bilərlər.

8. Mükəmməliyətçi valideyn mövqeyi:

 Bu tip ailələr adətən özlərinin edə bilmədiklərini, yaşamadıqlarını uşaqlarından gözləyən, bir az eqosu yüksək ailələrdir. Adətən eqoist insanların yaratdığı bu ailələrin uşaqlarında; gördüyü işi bəyənməmək, yetərsiz olduğu duyğusu, davamlı olaraq başqalarını xoşbəxt etməyə çalışmaq duyğuları görülə bilər.

9. Ayrı-seçkilik edən valideyn mövqeyi:

 Ana / ata və ya hər ikisinin də ayrı-seçkilik etmədiklərini demələrinə baxmayaraq övladları arasında ayrı-seçkilik etmələri, sevdikləri uşaqlarını, digərlərindən ayıraraq himayə etmələri nəticəsində  yaranan və təcrid olan uşaqlarda emosional qırıqlıqlar yaranır. Bir-birinə düşmən olurlar.

  Nəticə olaraq ana və atanın mövqeyi uşaqların inkişafında, şəxsiyyət təşəkkülündə çox böyük əhəmiyyətə malikdir. Uşaq böyüdərkən, uşaqlara rol model olarkən bunu əsla və əsla unutmamalısınız. Uşaq sizdən nə görsə onu edəcəkdir. Siz demokratik, tolerant, insan sevgisi ilə dolu, anlayışlı olar və elə rəftar etsəniz, uşağınız da eynilə sizə bənzəyəcək və gələcəkdə sizin kimi davranacaq.

  Tərcümə etdi:  Mustafayeva Sünbül (Narınc könüllü qrupunun üzvü)

Go Back

Xoşbəxtlik alına bilər mi?

27-12-2017

Hamımız uşaqlarımızın xoşbəxt olmasını istəyirik. Yaxşı qidalanmalarını, istədikləri kimi oyun oynaya bilmələrini, yaşıdları və yaşlılarla yaxşı əlaqələr qurmalarını arzu edirik. Müvəfəqiyyətli olmaları üçün onlara dəstək oluruq. Pis vaxtlarında yanlarında olduğumuzu göstərmək istəyirik. Onlarla vaxt keçirmək, gündən günə yaşadıqları dəyişikliyi izləmək, həyatlarındakı böyük dəyişikliklərə şahid olmaq üçün səy göstəririk.

 Digər tərəfdən, uşaqlarımızın bu gününü yaxşı keçirmələrini və gələcəklərini zəmanət altına ala bilmək bir çox ana və ata üçün daha çox çalışmaq mənasına gəlir. Zamanımızın böyük bir hissəsini işimizə ayırmaq, şəhər həyatının qarışıqlığı içində mütəşəkkil olmaq enerjimizin böyük qismini xərcləməmizə səbəb olur.
Uşaqlarımıza axşamları qısa bir zaman ayırmaq və həftə sonları sıxışdırılmış tədbirlər planlaşdırmaq əksəriyyətlə biz ana valideynləri də, uşaqlarımızı da təmin etməz. Bu nə təəssüf ki, günümüz cəmiyyətində yaşamaq vəziyyətində qaldığımız bir çətinlikdir və bunu uşaqlarımıza izah edə bilmək heç də asan deyil.

 Bu cür bir sıxışma içində bir çoxumuz eyni çıxmazın içinə sürüklənirik. Bəzən yaşadığımız bu əskikliyi kompensasiya etmək üçün bəzən də başqa səbəblərlə uşaqlarımıza daha çox "şey" satın alırıq. Uşaqlarımızın heç bir əksiyi qalmasın deyə, daha çox geyim, oyuncaq alırıq. Eyni anda idman və musiqi kurslarına, oyun qruplarına göndərərik. Hazırda məktəb dövründəki bir çox uşaq bir gününü belə tamamilə istirahət edərək keçirmir. Həftə onlar üçün bazar ertəsi günü başlayır və bazar günü axşamına qədər müxtəlif tədbirlərlə davam edir. Həftə sonları çıxılan alış-verişlər əsasən, uşaqlarımızın ehtiyac duyduğundan daha çoxunun  alınması ilə bitir.

 Bu hal başlanğıcda uşaqlarımızın özlərini xoşbəxt hiss etməsini təmin edir. Biz valideynlər isə vaxt ayıra bilməmək səbəbi ilə yaşadığımız günah hissindən bir az da olsa xilas olur və rahatlanırıq. Evə qayıdanda bir mağaza açacaq qədər çox oyuncağın, paltarın arasında uşaqlarımız xoşbəxtliklə yeni alınan əşyalarının dadını çıxarır. Ancaq bu təəssüf ki qısa müddətli və yalnız o an üçün yaşanan bir xoşbəxtlikdir. Bir neçə gün içində ya da zaman keçdikcə bir neçə saat içində aldığımız şeylər bütün özəlliyini itirir. Oyuncaqlar, bir həftə əvvəl alınmış "köhnə" oyuncaqların arasına atılır. Paltarlar "köhnə" paltarların artıq sığmaz olduğu şkafın küncünə atılır. Artıq uşağımız növbəti alış-verişdə bizdən nə istəyəcəyini düşünməyə başlayır. Biz isə bu vəziyyətin həmişə belə davam edəcəyini özümüzdən soruşur və yaşadığımız qayğıyla başa çıxmağa çalışırıq.

 Günümüzdə bir çox fərqli yaşdan uşaq və ailəsi təəssüf ki, bu cür problemlərlə qarşı-qarşıyadır. Xüsusilə, son dövr seanslarında valideynlərdən tez-tez bu sözləri eşidirik; "Uşaqlarımıza hər istədiklərini alırıq, nə etmək istəyirlərsə onu edirlər, getmədikləri kurs qalmadı, amma təəssüf ki, heç bir şey onları xoşbəxt etmir. Heç bir şeydən qane olmurlar".

 Uşaqlarımız, istədikləri hər şeyə asanlıqla çatanda bir müddət sonra nə istədiklərini düşünməkdən imtina edirlər. Qarşılarındakı haradasa sərhədsiz imkandan istifadə etdikləri qədər çox istifadə etmək istəyirlər. Çünki xoşbəxtlik təriflərini hər şeyi sürətli bir şəkildə tükətmək və sonra daha çox tükətmək kimi görürlər. Bir müddət sonra bizlərin uşaqlarımıza təqdim etdiyimiz şeylər bütün özəlliyini o qədər sürətlə itirir ki, səhər aldığımız oyuncaqlar axşam saatlarında evin bir küncünə  atılır. Uşaqlarımız alış-veriş zamanı partlayıcı bir xoşbəxtlik yaşayır və bunu inanılmaz bir sürətlə tükədirlər. Yeni bir şey öyrənməyə başlayır və bunun üçün heç səbr göstərmədən darıxdıqlarını elan edirlər. Bilirlər ki, daha sınaqdan keçirə biləcəkləri bir çox yeni şey var. Bu, vəziyyət dəhşətli və doymaq bilməyən bir aclığın yaranmasına səbəb olur və sonda özlərini nəyin xoşbəxt etdiyini, nələri sevib, nələri sevmədiklərini bir-birindən ayırd edə bilmirlər.

 O halda belə bir halın baş verməsini əngəlləmək və ya bu hal baş verirsə bu prosesi dəyişmək üçün nə etmək lazımdır?

 Sakit və səbrli şəkildə "yox" demək işin ən mühüm qismini təşkil edir. Uşaqlarımızın hər tələbini ödəmək rahatlatıcı olsa da, həll deyil. Bizdən bir şey istədikdə öncə özümüzə uşağımızın buna ehtiyacı olub-olmadığını soruşmaq və bir az düşündükdən sonra cavab verməyimiz bu problemin ən başından yarı yarıya ortadan qalxması mənasına gəlir. Heç bir uşaq "yox" cavabını eşitməkdən xoşlanmaz. Bu vəziyyət onları xəyal qırıqlığı yaradır. Bir qədər üzər və əksəriyyətlə hiddətləndirir. Burada bu məsələyə diqqət etmək lazımdır. Bu cür acı verici duyğular uşaqlarımızın həyatı boyunca zaman-zaman qarşılaşacaqları və necə başa çıxacaqlarını öyrənməsi lazım olan hisslərdir. Bu vəziyyətlə başa çıxmağı öyrənəcəkləri ən təhlükəsiz yer isə biz ana və atalarının yanıdır. Çünki biz istəsək də, istəməsək də, məktəb həyatında, dostları və ya başqa hallarda bu duyğuları yaşayacaqlar. Buna görə də, bu vəziyyətdən qaçmaq əvəzinə bizim yanımızda bunu yaşamaları üçün onları dəstəkləmək uşaqlarımızın güclənməsinə köməkçi olacaqdır.

 Digər bir müsbət nəticə isə budur; daha az oyuncaq uşaqlarımızın onlarla əlaqə qurmasına köməkçi olur. Uzun müddət bəzi oyuncaqları ilə oynayırlar və onları yanlarında görəndə özlərini daha güvəndə hiss edirlər. Bir oyuncağı bir çox fərqli şəkildə istifadə edəcəklərini kəşf edəndə xəyal gücləri daha çox inkişaf edir. Bir məsələyə bir çox fərqli prizmadan baxmağı bu şəkildə öyrənirlər. Çox sevdikləri paltarları olur və uzun müddət o paltarları ilə özlərini daha gözəl və rahat hiss edirlər. Bu, onların özünə inamlarını dəstəkləmək üçün ecazkar bir yoldur. Daha çox boş vaxtlarının olması pis bir şey deyil, əksinə onlar üçün son dərəcə qidalandırıcı bir şeydir. Bəlkə bir neçə aləti daha az tanımış, bir neçə idman növü haqqında daha az şey öyrənmiş olurlar. Ancaq boş vaxtlarını necə dolduracaqlarını öyrənmək, daha kiçik yaşda öz vaxtını planlaşdırmağı kəşf etmək həyatları boyu istifadə edəcəkləri ecazkar bir bacarıqdır.

 Bu günə qədər hər istəyi yerinə yetirilmiş bir uşağa "xeyr" demək və onu bu vəziyyətlə təkbətək qoymaq, əlbəttə, biz ana və atalar üçün də çox asan deyil. Bu zaman sürətli bir həll fikirləşmək əvəzinə köhnə tükətmək adətlərimizdən xilas olmaq həm biz, həm də uşaqlarımız üçün daha asan olacaq. Daha az şeylə daha çox şey edə bilən uşaqlar daha kiçik şeylərdən xoşbəxt olurlar və bunu həyatları boyunca davam etdirə bilirlər. Uşaqlarımız həyatındakı bir çox şeyi bizlərlə birlikdə təsvir edir. Xoşbəxtlik də bunlardan biridir. Hamı birlikdə xoşbəxt ola bilmənin yolu bəzən bədbəxtliklə qarşılaşmağı nəzərə almaq və o zamanların da dəyərini bilməkdən keçir.

Tərcümə etdi:  Mustafayeva Sünbül (Narınc könüllü qrupunun üzvü)

Go Back

Kapqras Sindromu

26-12-2017

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunmuşdur. Bu sindrom əlamətlərinə görə sayıqlama pozuntusuna bənzəyir və paranoid şəxsiyyət pozuntusunda daha çox müşahidə olunur. Sindrom nadir hallarda rastlandığı üçün tədqiqat sahəsi məhduddur. Lakin problemin əsas səbəbi kimi neurobioloji və neuropsixoloji səbəblərin olduğu aşkarlanmışdır. 

Kapqras sindromu olan pasiyentlər duyğusal bağlılığı olan insanlar, əşyalar və ya heyvanlara qarşı yadlaşma hissi keçirirlər. İnsanları tanımaqda çətinlik çəkirlər, başqalarının keçirdiyi emosional vəziyyəti doğru anlaya bilmirlər. Xatırlaya bilmədikləri insanlardan uzaqlaşmağa, onlarla ünsiyyəti kəsməyə çalışırlar. Həmin insanların zərər verə biləcəyini, öz mənfəəti üçün münasibət qurduqlarını düşünürlər. Daha ağır situasiyalarda onları saxtakar kimi düşünürlər və aqressiv olurlar, hətta bu vəziyyətdən uzaqlaşmaq üçün intihara cəhd edirlər. Kapqras sindromunun əsas xüsusiyyəti “duyğu” ilə “görüntü” arasındakı uyğunsuzluqdur. 

Bu hal limbik sistemlə (müxtəlif situasiyalarda göstərdiyimiz reaksiyalarımız) görmə mərkəzi arasındakı əlaqənin doğru formada olmadığını bildirir. Kapqras sindromlu insanlar virtual şəkildə yaxınlarıyla ünsiyyətdə ola bilirlər, lakin real ünsiyyətdə ciddi problemlər yaşayırlar. Məsələn: pasiyent anasını tanıya bilmir, onunla bağlı xatirələri beynində canlandırır lakin anasına qarşı heç bir hiss duymur. Yəni, bu insanlar reallığı qavramada çətinlik çəkirlər. 

Beynin paryetal lobunda (təpə payı) travma və ya şiş olarsa, Kapqras sindromu yarana bilər. Beynin bu nahiyəsi ətrafın dərki və tanınması, onlar arasındakı bənzərlik və hadisələrin istiqamətinin müəyyənləşməsini təyin edir. Reallığın dərki bu hissə vasitəsilə təmin olunur. Planlama, yadda saxlama prosesləri təpə payının yardımıyla reallaşır. İnsanlar sadəcə başqalarını və əşyaları deyil, eqosunu və orqanizmini də bu nahiyə vasitəsilə tanıyır. Təpə payında yaranan pozuntu travmanın dərəcəsinə görə bütün bu xüsusiyyətlərin hamısını əhatə edir.

Təpə payında hər hansı travma və ya pozuntu olmadığı halda da Kapqras sindromu müşahidə oluna bilər. Ambivalent duyğular bu prosesə təsir göstərir. Yaxın insanlara qarşı nifrət hiss etdikləri üçün özlərini günahlandırır, bu hissi özünə etiraf etməkdən qorxur və həmin insanla ünsiyyəti kəsməyə çalışır. Bu halda şüuraltı prosesə müdaxilə edir və orqanizmi neqativ təsirdən qorumaq üçün “qavrama oyunları” yaradır.

Adaptasiya və güvən problemləri ilə xarakterizə olunan “paranoid” əlamətlər də Kapqras sindromunun səbəblərinə aid olunur. 

Kapqras sindromu, mənbələrin qeyd etdiyinə əsasən psixiatrın təyinatı ilə antipsixotik preparatların qəbulu ilə ilkin terapiya olunur. Müalicə müddətində dərmanın dozası tədricən artırılır.

Beynin sağ hemisferində (yarımkürəsində) hər hansı zədə, atrofiya (kiçilmə) olarsa, cərrahi müdaxilə vasitəsilə aradan qaldırıla bilər. 

Məqalə müəllifi:Aytac Dehniya (Narınc Könüllü qrupunun üzvü)

Azərbaycan Dövlət Pedaqoji Universiteti,"Məktəbəqədər təhsil,psixoloji xidmət, korreksiyaedici təlim fakültəsi",4-cü kurs

Go Back

Mənə görə həyatın mənası.

25-12-2017

Həyatın mənası....Bir çox şeyin mənasını bilmədən yaşadığımız həyatda həyata anlam vermək...”Nə üçün yaşayıram?”. Mənə görə bu sualın cavabıdır həyatın mənası. Çox qəribədir, ən qəliz suallara cavab taparsan, bəzən bu suala verəcək tək bir cavabın olmaz. Ən çətin sualları anında cavablandırarsan, bu suala cavab vermək üçün isə illərlə düşünərsən. Sualın cavabını bir gün mütləq tapacaqsan. Hansı ki, o gün sənin özünü kəşf etdiyin gün olacaq. Özünü hədəflərinlə, məqsədlərinlə birgə kəşf etdiyin gün həyatın mənasını anlayacaqsan. Düşün ki, uzun bir yolla gedirsən, əgər həmin yolda nə üçün, hansı ünvana çatmaq üçün addımladığını bilmirsinsə, o zaman o yolun sənin üçün bir mənası yoxdur. Və yaxud düşün ki, mismarı çəkiclə boş bir yerə vurursan, əgər mismarı hara və niyə bərkitdiyini bilmirsənsə, sən çəkicin mahiyyətini necə açıqlaya bilərsən, ona necə anlam verə bilərsən..Əslində bunlar bəsit nümunələrdir, amma həyat təməli öncə bəsitlər üzərində qurulur. Sonra mürəkkəbləşir, hətta bəzən düyünlənir. Bəlkə də biz çətinləşdiririk.....

Hər kəs fərqli yanaşma ilə həyatın mənasını izah edə bilər. Axı həyat hər kəsə eyni hadisələri yaşatmır, hər kəsə  eyni yanaşmır ki, biz də onu eyni sözlərlə mənalandıraq. Kiminəsə görə pul, kiminəsə görə karyera, şöhrət, təmiz ad, xoşbəxt ailə və s. bu kimi məhfumlardır həyatın mənası. Mənə görə isə həyatın mənası mənim hədəflərimdir. Düşünürəm məni MƏN edən onlardır.  Hədəflərimə çatmaq üçün uzun bir yol gedəcəm, o yolda səhvlərim də olacaq, doğru seçimlərim də. Amma mənə həyatın mənasını anlamaqdaən çox  yardımçı olan etdiyim səhvlər olacaq. “Heç vaxt səhv etməkdən qoxma, sən mükəmməl deyilsən, ola da bilməzsən, sən İnsansan, düz yolla getmirsən, enişi-yoxuşu var bunun, sən həmişə rahat işlərin başında olmayacaqsan, asanı-çətini var bunun, həmişə üzün gülməyəcək ki, sevinci, kədəri var bunun. Əgər belədirsə, ağ-qara zolaqlar içərisində sən necə səhvsiz yaşaya bilərsən. Etdiyin səhvlərlə bir gün böyüdüyünü görəcəksən.Mütləq!” – bu fikirlə yaşayıram. Bununla özümü səhvlərə kökləmirəm, əksinə reallığı görməkdə özümə kömək edirəm. Və o yolun sonunda hədəflərimə çatacam.  Budur həyatın mənası mənəə görə. Mən böyüyürəm, mənimlə birgə böyüyən arzularım var. Hər gün onlar gerçəkləşsin deyə nələrsə edirəm. Demək ki, mənim sabahdan hansısa gözləntilərim var. Demək ki, boşuna yaşamıram.  Gələcək günləri maraqla gözləməm üçün hansısa səbəbim var. Məndən ötrü həyatın daşıdığı məna budur. İnsanın çatmaq istədəyi pilləni birdən fəth etməsi, mümkünsüzdür, mümkün olmuşsa belə, demək ki, öz gücünə olmayıb, o halda mənasızdır bu, çünki sən ondan əsla zövq almazsan. Həmişə düşünürəm ki, günün birində insan özü üçün yaxşıya doğru “hardaan-hara” deməlidir. Aşağı pillələrə baxdıqda bu gün qərar tutduğu yuxarı pilləni həqiqətən qazandığını düşünməlidir, aşağı pillələrdən əsla utanmamalıdır, əksinə qürur duymalıdır həmin ilk pillələrlə, o pillələrdəki zəhmətiylə..

Yaşayacaqsan. Nələrisə yaratmaq üçün yaşayacaqsan. Nələrisə gerçək etmək kimi məqsədlərin olacaq. Hər atdığın addımın boşuna olmadığını biləcəksən. Səni sabaha bağlayan arzuların olacaq. Bir gün onlar gerçəkləşsin deyə sən bu gün əlidən gələni edəcəksən. Sadəcə xəyal qurmayacaqsan, xəyalları gerçəkləşdirmək kimi bir imkanın olduğunu biləcəksən.  Bəzən yıxılacaqsan, amma olsun, ayaqların üstündə dim-dik durduğun anın qədrini biləcəksən, qalxdığında ətrafını dərk edəcəksən, dostunu düşmənini seçəcəksən. Bəzən özünün belə özünə bağışlamayacağın səhvlərin olacaq, amma sən hər dəfəsində  o səhvlərdən aldığın dərslərlə kamilləşəcəksən. Bir də ən önəmlisi bütün hisslərini səninlə ortaq yaşayan ailən olacaq, sən onlarla nəfəs alacaqsan. Bəzən həyatına elə bir insanlar qonaq olacaq ki, xoşbəxtliyi onların varlığında tapacaqsan. Beləcə yaşayacaqsan. Bütün bunlar sənin həyatının bir parçasıdır və həyatın mənası onlarda gizlidir.

İstənilən halda həyat mənasız deyil. Özündən böyük məna daşıyır HƏYAT....

                          Məqalə müəllifi:Sevinc Abuşova

  Narınc Uşaq Psixologiya Mərkəzi, Təhsil-tədqiqat şöbəsinin mütəxəssisi.

Go Back

Uşağın psixologiyasını pozmaq istəyən hər bir ailənin etməsi lazım olan tək şey:Dayaq.

24-12-2017

       

Family Psychology jurnalında dərc olunan və Teksas Universitetindən olan Dr Elizabeth Gershoff başçılığı ilə irəli sürülən bir iş “şillə ilə ” cəzalandırılan uşaqların psixologiyasında təəccüblü bir nəticəni ortaya çıxardı.160 min uşaq üzərində aparılan iş şillə vurmanın uşaqların psixologiyasına olan təsirini üzə çıxardı.Elizabeth Gershoff bu mövzuyla əlaqəli “Analizlərimiz bir çox valideynin çoxda şiddət etmədiyini düşündüyü və adi gördüyü  şillə vurma davranışı üstünə mərkəzlənib”deyir.Yəni başqa heç bir şiddət metodu işə daxil edilməmişdir.

       Şillə vurmaq davranışı valideynlər arasında digər şiddət növlərinə nisbətən daha məqbul hesab olunur.Sadəcə şillə vurmaq dayaq atmanın təsirlərini araşdırmaq əslində çox çətin bir prosesdir necə ki,bu cür şiddət tətbiq edən valideynlərin zaman-zaman fərqli cür bədən cəzaları tətbiq etmələridə məlum olan haldır.Bu səbəblədə sadəcə şillə vurmaq davranışının təsirini ölçmək heçdə asan deyildir.Bu araşdırmanıda digərlərində fərqləndirən nöqtə tam olaraq buradı.Belə ki, araşdırma 50 ildir davam edir və 160 min uşaq bu vaxt ərzində araşdırılmışdır.Bu araşdırmaların sonunda şillə vuraraq cəzalandırma davranışı  uşaqların psixologiyasına illər keçdikdən sonra çox zərərli təsiri olduğu məlum olmuşdur;hətta daha spesifik olmaq lazım olarsa,araşdırmalara əsasən uşaqların 17 psixoloji rahatsızlıqdan 13-nə  sahib olduqları müşahidə olunmuşdur.Üstəlik, nəticələrə əsasən bu cəza növü nəticəsində uşaqların valideynlərinin sözlərini dinləmə nisbətidə çox aşağı düşür.Uşaqların zaman keçdikcə ailələrinə qarşı zid fikirli olmasına səbəb bu cəza formalarıdır.Məşhur cümlə:”Bizim ana atalarımızda da bizə belə edirdi ama bizim heç də psixologiyamız pozulmurdu”.araşdırma nəticələrinə əsasən bu nəhəng bir uydurmadan ibarətdir.Belə ki,uşaqkən bu davranışa məruz qalan adamların yetkinlik dövründə zehinsel bir rahatsızlıqlara və anti-sosial davranışlara yiyələnirlər.Onlarda öz övladlarına qarşı həmin cəzalandırma davranışlarından istifadə edirlər.

          UNİCEF-in də bu məsələdə təəccüblü bir hesabatı var.Hesabata görə bir çox ölkədə hər ay uşaqların 70%-i ən az bir dəfə şillə ilə cəzalandırılır.Belə olunca ağıla “Dünya əhalisinin 70%nin psixologiyasının pozulması” fikri gəlsə də,araşdırma heyətinin başında duran Gershoff vəziyyətin belə olmadığını bildirmişdir.Bu araşdırmanın göstərdiyi ən əsas nöqtə şillə vurmanın digər şiddət növlərindən fərqli olmadığı idi.

        Bir çox adamalr şillə vurmanı digər cəza növlərindən yumruq,təpikdən daha yumşaq hesab edirlər.Ancaq araşdırma nəticələri göstərir ki,şillə ilə cəzalandırılan uşaqların psixologiyası,digər fərqli şəkildə şiddətə məruz qalan uşaqların psixologiyasından elədə fərqlənmir.

       Dünya ümumisinə baxanda nəticə heç də parlaq deyil.Hər nə qədər İsveç 1979-cu ildən uşaqlara şillə vurmağı qadağan etsə də,yaxın bir vaxtda eyni qadağanı qoymağa çalışan Kanada qadağan olunmamması üçün bir çox reaksiyalar aldı.Yeni Zelandiyada isə xalqın 88% şillə vurmağın qadağan olunmaması üçün fikir bildirdilər.

        İndisə bu araşdırmalar olduqca təəccüblü nəticəni ortaya qoyur ki,şiddətin böyüyü kiçiyi olmaz.Uşağı vurmazlar istər təpik,istər yumruq,istərsə də şilləylə .Lazım olan isə uşağı qarşınıza almanız,söhbət etməniz, heç bir şiddət göstərmədən anlamağa çalışmanızdır.Düzgün yanaşmaqla şillə və ya hər hansı bir başqa şiddət üsulu ilə əldə etməyəcəyiniz nəticəni bu cür əldə edə bilərsiniz.

      Uşaqları vurmayın!!!

  Tərcümə etdi:Salamzadə Afaq(Narınc Könüllü qrupunun üzvü)

Go Back

Şiddətə məruz qalan uşaqlar

22-12-2017

   

 Şiddətə məruz qalan bir uşaq bir dəfə və ya dəfələrlə yaşamış olanlara müxtəlif yollarla cavab verə bilər. Üstəlik, sadəcə bunlara məruz qalmaları deyil, həm də bu görüntülərə şahidlik etmələri kifayətdir. Şiddət uşaqlara pis təsir göstərə bilər.

     Şiddətə məruz qalan uşaqlarda hadisədən sonra uşaqdan-uşağa fərqli olaraq bunlar gözlenilir.

    -Dalaşqan və əsəbi davranışlar sərgiləyə bilər.

    - Özünə qapanar və hec bir şeyə reaksiya verməzlər.

    - Yuxu problemləri və izah eliyə bilmədikləri qorxulu yuxular görə bilərlər.

    - Davamlı diqqətləri dağınıq və narahatdılar.

    - Sanki hadisəni təkrar-təkrar yaşıyırmış kimi davrana bilərlər və bu hadisə ilə əlaqəli hadisələrlə qarşılaşdıqlarında sıx psixoloji narahatlıq yaşayırlar, həddindən artıq fizioloji reaksiyalar göstərə bilərlər.

    - Mövzuyla əlaqəli insanlardan uzaq durmağa çalışırlar.

    - Hadisənin əhəmiyyətli bir hissəsini yaddan çıxarmağa, ətrafa olan maraqlarının azalması, emosiyalarının ifadə olunmasında məhdudiyyət, ətrafdan uzaqlaşma kimi davranışlar sərgiləyə bilərlər.

    - Uşaqda şiddət onu bədbəxt göstərə bilər.

    - Oyunlarında yaşadıqları hadisəni təkrar-təkrar  canlandıra bilərlər.

   Bu şikayətlər aylar sonra və ya bir neçə aydan sonra baş verə bilərlər.

    Şiddətə məruz qalan uşaqlara necə kömək edilə bilər?

   Bu cür uşaqlara sosial dəstək çox vacibdir. Şiddətə məruz qalan uşaqlar yaşlarına uyğun psixoterapiya almalı, lazım olarsa, dərman müalicəsi dəstəklənməlidir. Müalicə edilməmiş uşaqların böyük əksəriyyəti, hətta həyatında bir zamanda həyatlarının mənfi təsirlərini qarşı-qarşıya qoyacaqlar. Bütün uşaqlar sevgiylə böyüməyə layiqdilər. Sevilməyən uşaqlar gələcəkdə cinayətlər törətməyə meyilli, maddə asılılığı və depressiya kimi problemlərə qarşı həssas olacaqlar. Və bu gənclər hamımızla birlikdə yaşayacağı üçün onların ruhi sağlamlığı bir şəkildə cəmiyyətin sağlamlığı ilə bağlı olduğundan onlara hamı birlikdə sahib çıxmalı və onların əqli və fiziki baxımdan sağlam yetişmələri üçün əlimizdən gələnləri  etməliyik.

 Tərcümə etdi:Abbasova Əminə (Narınc Könüllü qrupunun üzvü)

Go Back

Autizm nədir?

21-12-2017

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayıimış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki,autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər.Bu isə bir sira səbəblərlə əlaqədar ola bilər:Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs; qızılça,məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.

Autizmin spektr pozuntuları:

  • Autizm
  • Asperger sindromu
  • Rett sindromu
  • Uşaqlıq dezinteqrativ pozuntusu
  • Atipik autizm

 

Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi xarakter daşıyır:

  • Sosial münasibətlərdə pozğunluq
  • Nitq və ünsiyyətdə pozğunluq
  • Тəxəyyüldə pozğunluq

 

Autizmli uşaqlarin xüsusiyyətləri:

  • Başqalarına qarşı maraqsızdır
  • Göz təmasından qaçır
  • Başqaları ilə ünsiyyət qurmur
  • İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
  • Digər uşaqlarla oynamır
  • Uzun müddət ərzində eyni mövzu üzərində danışır
  • Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir
  • Mənasız sözləri ardıcıl təkrarlayır
  • Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir
  • Yaradıcılıq tələb edən oyunları oynaya bilmir
  • Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
  • Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur
  • Davamlı olaraq eyni oyunları oynayır
  • Ağrıya qarşı laqeyddir
  • Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
  • Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
  • Tək qalmağı xoşlayir
  • Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
  • Predmetlərə bağlanır
  • Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
  • Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur

        Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə vaxt keçirmədən bir psixoloqa müraciət edin . Çünki ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi bəzi problemləri erkən fərq edə bilmələri baxımından çox əhəmiyyətlidir. Onu da qeyd edək ki, körpədə autizmin olmasını hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Autizmin diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Önce uşağın inkişaf pillələrini, oyun şəkillərini, yaşıd əlaqəsini, maraq sahələrini, şifahi və emosional ünsiyyətini müayinə etməli, valideynləri ilə musahibə apararaq,uşagin inkişafında əsas diqqəti çəkən problemləri öyrənmək , dogus və sonraki dövrləri usagin ozunemexsus xususiyyetleri haqqinda herterefli informasiya almaq,daha sonra lazım olan bütün testlər edilməlidir.

        Autistik uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki,onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə,bəziləri isə geriləyə bilər.Məsələn, bəzi uşaqlar rəngləri çox böyük dəqiqliklə seçib ,mürəkkəb naxışları qura bildikləri halda, özünəxidmət vərdişlərinin öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri cox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi xüsusi qabiliyyətlərə sahib ola bilər.

 

Valideynlərə bir neçə tövsiyyələr:

  • autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir, buna görə də ümumi tövsiyyələr istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır və uşaqla işləyən zaman onları nəzərə almaq lazımdır. Autizmli uşaqlar böyüyərkən uşağlığlarında alüdə olduqları sahə üzrə işləyə bilərlər. Məsələn, rəqəmlər ilə maraqlanan uşaq, gələcəkdə buxalter və ya vergi müfəttişi ola bilər;
  • uşağın adət etdiyi qaydalara riayət etməyə çalışın;
  • hər gün məşqul olmaq lazımdır, bu çox çətindir, lakin ancaq gündəlik məşğələlər nəticəyə gətirə bilər. 5 dəqiqədən başlamaq lazımdır və tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata uzatmaq, əlbəttə ki, fasilələr ilə uşağa "dayan" sözünü öyrətmək lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər: maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq. Əgər uşaq "dayan" sözünü bilsə bu onu travmalardan qoruya bilər. Bunu belə etmək olar: birdən hər hansı bir hərəkəti dayandırıb möhkəm “dayan” demək, tədricən uşaq ondan nə istədiyini başa düşəçək;
  • autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır;
  • digər uşaqlar ilə ünsiyyətdən qaçmaq lazım deyil,yaxşı olardı ki, belə uşaq uşaq bağçasına getsin. Uşaq bağçasına gün ərzində 2-3 saatlıq da gedə bilər;
  • uşağı mənasız, stereotip hərəkətlərdən yayındırmaq lazımdır;
  • uşaq ilə mümkün qədər çox söhbət etmək, yadda saxlamaq lazımdır ki, autist uşaq digər uşaqlardanda çox ünsiyyət ehtiyacı var; - insanlar bəzən tək qalmaq istəyirlər və autist uşaqlar buna istisna deyil. Uşağa "gizli" güşə yaratmaq lazımdır. Bu bele bir yer olmalıdır ki, uşaq burda öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın;
  • autizmi olan uşaqlar adətən yelləncəyi xoşlayırlar, bu marağı həvəsləndirərək, vestibulyar apparatın inkişafına nail olmaq olar;
  • uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyat ilə yanaşın,cünki autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. Ev heyvanını evdə saxlamağdan əvvəl, uşağa ev heyvanı yumşaq oyuncaq hədiyyə etmək olar;
  • uşaqların müxtəlif inkişafetdirici mərkəzlərə aparın. Məhz bu mərkəzlərdə siz uşağınızla necə düzgün işləmək barəsində məlumat əldə edə bilərsiniz;
  • uşağınızla onun bütün vəziyyətlərini, narahatlıqlarını birgə yaşayın. Siz uşağınızı onun özündəndən yaxşı başa düşməyi öyrənməlisiniz;
  • uşağınızın etimad və səmimiyyətini qazanmağa çalışın;
  • müvəffəqiyyət və səhvlərinizi diqqətlə təhlil edin. Hər zaman yeni yanaşmalar tapmağa çalışın;
  • tərəfdaş axtarın. Sizə kömək etmək istəyən insanlar hər yerdə var, lakin onları tapıb vəziyyəti başa salmaq lazımdır;
  • heç bir zaman ümüdinizi itirməyin, qalibiyyətinizə inanın. Ən əsası – uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşaq hansısa bir uşaqdan nə pis, nədəki yaxşıdır, o sadəcə fərqlidir. Eləcə də , unutmayin ki tarixdə iz qoymuş dahi səxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar.

    Məqalə müəllifi:PSİXO-PEDAQOQ : MƏMMƏDOVA TÜRKAN 

     NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ

Go Back

Trikotilomani

20-12-2017

Trikotilomaniya gözə çarpacaq qədər saç itkisi ilə nəticələnən, dəfələrlə təkrarlanan saç qopartma davranışıdır.

Bu xəstəlik ilk dəfə Fransız dermatoloq  Henri Hallopeau tərəfindən öyrənilmişdir. Yunanca qədim söz olub mənası saç qopartmadır. Bu xəstəlik 100 nəfərdən 4-də rast gəlinir. Qadınlarda kişilərə nisbətən daha çox görünür.

Trikotilomaniya xəstəliyi  ən çox saç qopartma, az hallarda isə qaş, kirpik, saqqal, bığ və başqa bədən tüklərinin qoparılmasıdır. Əsasən də bu xəstəlik evin birinci uşaqlarında rast gəlinir ki, bu da çox zaman uşağın qısqanclığı zamanı ortalığa çıxan bir davranışdır. Eyni zamanda da valideynlərinin biri və yaxud da hər ikisi həddindən artıq mükəmməliyyətçi olan, sevgi və qayğı hisslərini üzdə göstərə bilməyən (Bəzən valideynlər öz sevgisini övladlarına göstərə bilmir və bu duyğunu içində yaşayır) ailənin uşaqlarında olur.

Uşaqlarda, yeniyetmə və gənclərdə bu xəstəlik adətən baş vermiş psixoloji travma anı, stress yaşayanda, qayğı, diqqət azlığı, depressiya nəticəsində də ortaya çıxır.

İlk zamanlar saç yolmadan başlayıb, kirpik, qaş yonmaya qədər gedib çıxa bilər. Bu davranış onda gərginlikdən qurtulma və rahatlama hissi yaradır.

Klinik psixoloji araşdırmalara görə Trikotilomaniyalı insanlar saçlarını “yolarkən” ağrı hiss etmirlər, əksinə saçı qopartmamışdan əvvəl artan gərginlik,narahatçılıq, saç qoparıldıqdan sonra zövq və rahatlama hissinə çevrilir. Bu da stress və sıxıntıya qarşı göstərilən reaksiyadır. Çox təəssüf ki, trikotilomaniyanın tüklərini yolarkən aldıqları zövq seyrəkləşən saçlarına, kirpik və qaşlarına baxaraq çəkdiyi üzüntülərə kömək etmir.

Bu xəstələrdə iradə sanki öz reaksiyasını itirir və vərdiş olunan avtomatik davranışlara yol açır. Bunlar insanın fərqində olmadan baş verdiyi üçün saçlarının yarısını artıq yolduğunu gördükdən sonra ayılır.

Xəstəliyin özünün kökündə yatan psixoloji rahatsızlıq və əlavə olaraq da seyrək və yaxud saçın olmadığını gördükdən sonra da bu cür  xəstələr daha çox psixoloji narahatçılıq yaşayır. Odur ki, özünüzdə və uşağınızda bu cür psixoloji xəstəliklərə rast gələrsinizsə mütləq doğru professional psixoloji dəstək alın və xəstəliyin səbəbini öyrənin.

Koqnitiv davranış terapiya və gərəkirsə bəzi antideprasantlarla birlikdə müalicə alınmalıdır.

Məqalə müəllifi:Narınc Uşaq Psixologiya Mərkəzi, Xalqlar dostluğu filialı, klinik psixoloq Ofelya Məmmədova

Go Back

Rotasizm

19-12-2017

R səsi tələffüzunə görə mürəkkəb səslərdən biridir. Valideynlərin nəzərində olsun ki, uşağın nitqi inkişafı mərhələsində ən son formalaşan  samit  səslər  R və L səsləridir ki, bu da 4-5 yaşa təsadüf edir.

Rotasizm diaqnozu nitqində R səsinin tələffüzu olmadıqda  nəinki uşaqlara, bəzən də böyüklərə qoyulan loqopedik diaqnozdur. Pararotasizm-normal, dişarxası R səsinin hər hansı bir səslə əvəz olunmasıdır, məsələn R səsinin  L,D,T və ya Y ilə əvəz edilməsi. Rotasizmin aşağıdakı növləri vardır.

Boğazda yaranan R( Ğ səsi ilə) –geniş yayılmış  R səsi tələffüzü qüsuru iki varintda olur,lakin hər iki halda dil arxaya doğru çəkilib və ozünün kök hissəsi ilə yumşaq damaqla yaxınlaşıb.

Əgər birinci variantda nəfəsvermə zamanı çıxan hava cuxurdan keçərkən  kiçik dilçəyi titrədirsə     ( “uvula”-dilçək), bu cür səsi uvulyar R adlandırırlar.

Əgər R səsi yumşaq damağın vibrasiyası nəticəsində əmələ gəlirsə bu velyar R adlanir ( “velum palatum”-yumşaq damaq ).

Uvulyar R akustikasına gorə normal R-ya daha yaxındır,  bu əsasən də yaxşı musiqi duyumu olan uşaqlarda daha effekli səslənir. Velyar R zamanı səs gobud kükrəyiş şəklində səslənir.

Doral R .Dilin ön kənarı aşağı enib ,vibrasiya damağın ön hissəsinə və ya alveollara toxunan dilin bel hissəsi ilə əmələ gəlir. Dillə bərabər butun alt çənə titrəyir,gobud kükrəyiş eşidiılir.

Yan rotasizm. Dilucu vibrasiya dilin yan kənarının( adətən bir tərəfli ) üst azı dişlərdən qopması ilə əvəz olunur.Yaranmış çuxura verilən nəfəs dolur və xoşagəlməz şappıltılı səs eşidilir.Daha ağır hallarda vibrasiyaya yanaq və üst dodaq da qatılır.

Rotasizmin səbəblərinə funksional-fizioloji qüsurlarla yanaşı orqanik qüsurları da göstərmək olar: qisalmış dilaltı pərdə;hədsiz qalin və ya ensiz dil; həmçinin dilin ön kənarı qısalmış ;damaq isə ensiz (dar ) olduqda.

 M.E.Xvatuyevin məlumatlarına əsasən, hələ keçən əsrin əvvəllərində R səsinin (damaqönü) korreksiya üsullarının sayı 50-ə catırdı.

Vibrant R-nın qoyulma müddəti bir neçə dəqiqədən bir neçə ayadək ola bilər, bu da pasientin psixo-fizioloji imkanlarından və onun nitq apparatının quruluşundan asılı olduğu kimi, loqopedin ustalıgı və metodik təchizindən də asılıdır.

R səsinin korreksiya işi iki istiqamətdə aparılır : a)nəfəsvermə zamanı çıxan havanın keçməsi üçün dilin ön kənarını alveollara qaldırarkən ensiz çuxur yaradaraq dili yuxarıda saxlamağı bacarmaq; b) vibrasiya yaratmaq.

Dili duzgün saxlamaq bacarığını formalaşdırmaq üçün hazırlıq məşğələləri.

1. Öncə uşagı dilinin hissələri ilə tanış edin.Bunu onun əlində gostərə bilərsiz:dilin ucu,onun beli, dilin kənarları (əlin qabırğaları) və “qarnı”,belinin altinda “qarnının“ yanında dilaltı pərdə var.

2. Güzgü önündə uşağa dilini şaqqıldatmağı öyrədin (ağız genış açılıb) və dilin belini damağa yapışdırmaq.

Dilaltı pərdəyə diqqət edin:”göbələk” alındı. Dili sürətli və yavaş, ucadan və sakit şaqqıldatmaq.

3.  Dilaltı pərdənin dartılması aydın görünən  dili üst damağa  yapışdırılmış vəziyyətdə saxlamağı bacarmaq (təyin olunmuş zaman ərzində).

4. Loqopedin komandası altında dil üst damağa yapışdırılmış vəziyyətdən dillə ucadan tək şaqqıltı səsi yaratmaq.

5. Dili dodaqlar arasından çıxararaq dili titrətmək.

6. Ağız geniş açılıb, dilin ucu üst dişlərin arxasına alveollara qalxıb. Uşaq nəfəsini tutaraq     D-D-D və ya T-T-T deyir. Dil alveollar üzərində “hoppanır". Dilin  ucunun alveollara  toxunuşu ve geri çəkilməsi aydın görünür. Daha aydın müşahidə üçün azi dişlərin arasına şpatel yerləşdirmək olar.

7. Nəfəs tutaraq  ardıcıl yerdəyişmə ilə nəfəs tutaraq  dil alveollarda “TDA-TDA-TDA....TDI-TDI-TDI” deməli.

8. “Təbil”:damağa tez-tez döyəcləyirik “ DDDD”, üst damaqdan başlayıb tədricən aşağı- üst kəsici dişlərə enirik.

9. Alveollarda “küləkcik”: DZA-DZI (frikatıv R).

10. “Kuləkli balalayka”:alveollarda  DZİN-DZİN-DZİN ( incə səslənməli, frikatıv)

Dilin vibrasiyasının alinması.

        1.Pasient tərəfindən frikativ R səsləndirilərkən onun dili mexaniki olaraq titrədilir ; öncə loqoped tərəfindən xüsusi zond vasirəsi ilə , sonra isə uşağa göstərici barmaqdan istifadə edərək öyrədilir.

        2.Pasient tez-tez alveollarda dı-dı-dı deyərək dilini titrədir. Müntəzəm məşğələlər nəticəsində   (  fasilələrlə 35 saniyədən çox olmamaq şərti ilə) gobud vibrasiya normal ilə əvəz olunur. Əgər vibrant R-nın möhkəmləndirilməsi prosesi asta gedirsə, uşaq tək-tək sözləri tələffüz edərkən R səsinin tələffüzunə barmaqdan  istifadə edə bilər.

R səsinin korreksiya etaplarında səsin öncə hecada ,sonra isə sozdə və cümlədə möhkəmləndirilməsi mütləqdir. Həmçinin R səsi tələffüzü yarandıqdan sonra onun L ,Y və ya Ğ səsləri ilə qarışdırılması qaçılmazdır. Bu qüsurların mükəmməl həlli- differensiallaşmanı ilkin struktur olaraq hecalardan başlamaqdır.Azyaşlı uşaqların R səsini əvəzetməsi L və ya Y səsi ilə olur. Lakin yaş artıqca qüsur aradan qaldırılmırsa uşaqlarda kompleks hissi yaranır və onlar təkbaşına həlli yolları axtarırlar. Bu yollar- R səsinə uyğun ( bənzər ) səslərin kəşfidir.Ən münasib və praktik variant isə - Ğ səsi ilə əvəz etmədir ki, bu cur korrreksiya pasient üçün daha çətin bir proseslə baş verir. Bunun səbəbi isə G səsini tələffüz edərkən dilin kökünün hava axınının qarşısını kəsərək dilin vibrasiyasına mane olmasıdır. Odur ki, valideynlər uşagın  psixi-nitqi inkişaf mərhələsini daima izləməli və nəzarətdə saxlamalıdırlar.

Məqalə müəllifi:Loqoped-Defektoloq: Vəfa İsmayılova

Narınc Uşaq Psixologiya Mərkəzi Gəncə filialı

Go Back

20 nəticə göstərilir