Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Aleksandr Makolevski"

Abraham Maslau

23-11-2016

Yetkinlik insanın müxtəlif bacarıq və istedadlarının aşkara çıxmasına kömək edir, onun daxili inkişafına, həm maddi, həm də mənəvi uğurlarına doğru cığır açır. Bu siyahıda təqdim etdiklərimiz də hər zaman özünü inkişaf etdirməyə meylli olan insanlar üçün çox maraqlı olacaq. 

Humanist psixologiyanın ən məşhur adlarından biri Abraham Maslau yetkinləşmiş insanın əlamətlərinizi bizə çox sadə dildə təqdim edib. 

İnsanın yetkinliyini göstərən 10 xüsusiyyət

1. Reallığın daha adekvat qəbul edilməsi, tendensiya, ətraf təsir, aktual tələbatlar, stereotip, mühakimələrdən uzaq olan düşüncə tərzi;

2. Özünü və ətrafındakı insanları olduğu kimi qəbul etmək, davranışında sünilik və vəhşiliyin olmaması, başqalarından da bu cür münasibəti qəbul etməmək;

3. Spontanlıq, təbiilik və sadəlik. Mövcud qayda, mərasim və ənənələrə hörmətlə yanaşmaq, lakin yumor hissini heç vaxt unutmamaq;

4. İşgüzarlıq. Bu cür insanlar adətən özləriylə deyil, öz həyat məqsədləri ilə məşğul olurlar. Onlarfəaliyyətlərini bəşəri dəyərlərə uyğunlaşdırır və fərqli baxış bucaqlarından dəyərləndirirlər. Bir növ onlar filosofdurlar;

5. Avtonomluq və ətraf mühitdən asılı olmamaq. Gərginlik yaradan faktorlara qarşı dözümlülük nümayiş etdirmək;

6.  Fikirlərinin təravətliliyi - onlar artıq məlum olan şeylərdə də hər zaman yeni bir şey tapmağı bacarırlar;

7. Fəlsəfi yumor hissi. Bütün həyata və özünə yumor hissiylə yanaşmaq. Lakin bu insanlar yaxşı bilir ki, kiminsə itkisi və yaxud da dərdinə gülmək bu yumor hissinə qətiyyən daxil deyil;

8. Münasibətlərdə demokratiklik. Başqalarından öyrənməyə tam açıq olmaq; 

9. Ümumilikdə bəşəriyyətlə bütövlük hiss etmək. Hansı sahədə olmağından və nə işləməyindən asılı olmayaraq yaradıcı olmaq. 

10. Aid olduqları mədəniyyətə tənqidi yanaşma. Psixoloji yetişkin olan insanlar yaxşıları ayırıb, pisləri inkar edirlər. Özlərini bir mədəniyyətdən daha çox, bütöv bəşəriyyətə aid hiss edirlər.

pahoo.az

Go Back

Əbdül Əlizadənin Azərbaycan Psixologiya Tarixində rolu

30-04-2015

Professor Əbdül Əlizadə respublikamızın görkəmli psixoloqlarından biridir. Bütün həyatını elmə həsr edən bu qocaman alim üçün psixologiya sehirli bir dünyadır. Onu tanıyanlar təsdiqləyirlər ki, bu alim heç vaxt məşğuliyyətsiz olmayıb. Hətta xəstə olanda da istirahət nədir bilməyib. Əbdül müəllimin tələbələri, həmkarları onun məziyyətlərini saymaqdan yorulmurlar. Kimi onu qürurlu bir insan, kimi də möhkəm xarakterə malik şəxsiyyət kimi xarakterizə edir. Sadəlik, ziyalılıq, mənəviyyat qanunlarına əməl etmək onun üçün hər şeydən üstündür. Əbdül Əlizadə hələ sovet dövründə ittifaqın müttəfiq respublikalarında məşhur idi. Onun elmi fəaliyyətinin ən çox diqqət çəkən məsələlərdən biri ümumtəhsil məktəbləri və ali məktəblər üçün dərslik və tədris vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməsi olmuşdur. Pedaqoji psixologiya mövzusunda təxminən 200-ə qədər elmi məqalənin və 50-yə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti və kitabçaların müəllifidir.

HƏYATI:

Sənədlərdə Əbdül Əlizadənin Bakıda dünyaya gəldiyi qeyd olunub. Onun haqqında yazılmış bir sıra məqalələrdə də bu “fakt” təkrarlanır. Ancaq özünün yazdığı tərcümeyi-halında Əbdül müəllim Şuşanın Malıbəyli kəndində doğulduğunu, hələ körpəykən ailəsinin Bakıya köçdüyünü göstərir. Nəsil şəcərəsi adlı-sanlı, nüfuzlu Qarabağ bəylərinin kökünə söykənir. Babası Səlim bəy Malıbəyli nahiyəsinin yüzbaşısı olub. Orta məktəbi Bakıda bitirən Əbdül Əlizadə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsində təhsil alıb. Hələ tələbəlik illərindən psixologiya elminə maraq göstərən, onun tədqiqatı ilə məşğul olan Əbdül Əlizadənin üçüncü kursda psixologiya mövzusunda yazdığı məqaləsi onu həm müəllimlərinə, həm də bu sahənin alimlərinə yaxından tanıtdı. Tələbənin istedadlı olması, maraqlı və orijinal fikirləri ilə diqqət çəkməsi hələ o vaxt psixologiya elminə töhfə verəcək böyük bir alimin gələcəyindən xəbər verirdi.

Əbdül müəllim öz davranışına heç zaman süni don geyindirməz, təbiiliyi ilə seçilərdi. O, başqalarında xoş təəssürat yaratmaq meylindən uzaq idi. Diqqət mərkəzində olmaq meyli də ona yad idi, lakin Əbdül müəllimin iştirakı ilə keçirilən bütün elmi, ədəbi və s. məclislərdə o, həmişə diqqət mərkəzində olurdu.

Əbdül Əlizadə fenomeni, hər şeydən əvvəl, öz harmoniyası ilə diqqəti cəlb edir. Bu harmoniyanı onun daxili aləminin və davranışının məzmun bütövlüyü yaradırdı. Həmçinin bu harmoniya onun təbiətinin ülviliyindən xəbər verirdi. Əbdül müəllimin daxili də (mənəviyyatı), xarici də (yaradıcılığı) ülvi bir yüksəklikdə dayanır. Hansının təsir edən, hansının təsir edilən olması sualına cavab vermək də çətindir.

Əbdül Əlizadə pedaqoji fəaliyyətinə 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlayıb. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirib.

ELMİ FƏALİYYƏTİ:

İstedadlı psixoloq "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri" mövzusunda namizədlik, 1976-cı ildə isə "Cinsi dimerfizm və şəxsi qarşılıqlı münasibətlərin psixoloji problemləri" doktorluq dissertasiyalarını müdafiə edib. Bir psixoloq kimi onun elmi yaradıcılığında şagirdlərin yaradıcı təxəyyül mövzusu xüsusi yer tuturdu. Gənc alim bu mövzunu müxtəlif aspektlərdən tədqiq edərək orijinal elmi-praktik nəticələrə gəlmişdir.


O 1963-cü ildə SSRİ psixoloqlarının ikinci qurultayında xüsusi məruzə ilə çıxış etmiş, sonrakı illərdə də analoji forumların fəal iştirakçısı olmuşdur. Bu dövr onun elmi yaradıcılığının çox məhsuldar bir mərhələsini təşkil edir. Gənc alim bir-birinin ardınca “Uşaqlarda diqqətin tərbiyəsi”, “Uşaqlarda kollektivçilik hislərinin tərbiyəsi”, “Yoldaşlıq və dostluq tərbiyəsi”, “Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi”, “Ailədə uşaqların cinsi tərbiyəsi”, “Şagirdlərin yaradıcılıq fəaliyyətinin psixologiyası”, “İlk addımlar”, “Məhəbbət aləmində” və digər elmi-tədqiqat əsərlərini nəşr etdirir.

Prof. Ə.Əlizadənin pedaqoji psixologiya ilə bağlı araşdırmalarının əsas qayəsi mütərəqqi psixoloji ideyaların, qabaqcıl elmi-nəzəri prinsiplərin təhsil prosesinə, yeni vətəndaş yetişdirilməsi işinə daha dərindən nüfuzunun təmin edilməsidir. Onun elmi-pedaqoji fəaliyyətinin mahiyyətini də həmişə bu amil - elmi ideyalarla əməli iş prinsiplərinin, nəzəri psixologiya ilə praktik pedaqogikanın üzvi surətdə qovuşdurulması təşkil etmişdir. Bu cəhət 1986-cı ildə çap olunmuş “Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi”, həmçinin 1989-cu ildə işıq üzü görmüş “Ailə həyatının etika və psixologiyası” kitablarında xüsusilə qabarıq nəzərə çarpır.

Onun  psixoloji sistemində şagird, tələbə ilk növbədə fərdi xarakterə və fərqli təbiətə malik olan, sayğılı yanaşma tələb edən şəxsiyyət kimi dəyərləndirilir. Ümumiyyətlə, Əbdül müəllim özünün həyat tərzi və fəaliyyət prinsipləri ilə bir daha sübut edir ki, insanların hörmətini qazanmağın ən dürüst yolu onlara hörmətlə yanaşmaqdır. Bir pedaqoq və kafedra müdiri kimi də Əbdül müəllimin başlıca iş prinsipi şəxsi nümunə metodudur. Xarakterində, rəftarında nə qədər mülayim, nəzalətli olsa da, elmi  məsələlərdə, həyat prinsnplərinə sadiqlikdə bir o qədər inadkar və dönməzdir.

Həyat və fəaliyyətinin ölkəmizin müstəqillik dövrünə düşən yetkin çağlarında prof. Ə.Əlizadə təhsil psixologiyası, xüsusən də etnopsixologiya ilə bağlı tədqiqatlarında xalqımızın klassik psixoloji irsinin öyrənilməsini diqqət mərkəzində saxlayır, bu sahədə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin konseptual ideyalarını dünya elminə dəyərli töhfə kimi qiymətləndirir. “Nizaminin psixoloji görüşləri” və “Xəmsə”də yaş və pedaqoji psixologiya məsələləri” monoqrafiyaları da məhz bu istiqamətli araşdırmaların məhsulu kimi meydana çıxmışdır. Bu mərhələdə prof. Ə.Əlizadənin təhsil psixologiyasına aid tədqiqatlarını təkmilləşdirməklə yanaşı, etnopsixoloji problemlərin araşdırılmasını da ön plana çəkməsi qanunauyğun hal idi. Bütün pedaqoji və elmi fəaliyyəti boyu gənc  nəslin milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını vacib hesab edən alimin müstəqil dövlət quruculuğu illərində şəxsiyyətin milli psixologiya zəminində formalaşdırılması ideyasını elmi tədqiqatlarının aparıcı xətti kimi qəbul etməsi tamamilə təbii görünür. Prof. Ə.Əlizadənin mövqeyinə görə, həyatın bütün sahələri kimi milli təhsil sistemini də yenidən quran Azərbaycanda təlim-tərbiyə işinin optimal inkişaf istiqamətlərinin düzgün seçilməsi, şəxsiyyət tərbiyəsinin elmi əsaslarda həyata  keçirilməsi, ailədə, məktəbdə və cəmiyyətdə qarşılıqlı münasibətlərin humanist prinsiplərlə qurulması xüsusi əhəmiyyət daşıyır.

 90-cı illərdən başlayaraq prof. Ə.Əlizadənin elmi fəaliyyətində aparıcı rol oynayan istiqamətlərdən biri də ölkəmizdə milli təhsil quruculuğunun elmi-nəzəri platfomasının yaradılmasında, eləcə də yeni təhsil konsepsiyasının tələblərinə cavab verən dərslik və tədris vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməsidir. O, həmmüəllifləri ilə  birgə  “İlk addımlar”, “Ailə”, “İnsan və cəmiyyət”, “Psixologiya” və “Sosial psixologiya” dərsliklərinin müəllifidir. Həmin dövrdə onun pedaqoji psixologiya problemləri haqqında 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Əbdül müəllimin “Xalq qəzeti”ndə dərc olunmuş polemik xarakterli “Milli təhsil quruculuğu: problemlər, perspektivlər” adlı məqaləsi ən ciddi mütəxəssislərin iştirakı ilə geniş diskussiyanın başlanmasına yol açmış, ölkəmizdə milli təhsil konsepsiyasının formalaşmasında müəyyən rol oynamışdı.

Həmin konsepsiyanın həyata keçirilməsində Əbdül müəllimin özü də dəyərli elmi əsərləri ilə yaxından iştirak edir. “Yeni pedaqoji təfəkkür”, “İstedadlı uşaqlar: psixoloji məsələlər”, “İdrak prosesi və hisslər”, “Təxəyyül: psixoloji etüdlər” kitablarını bu fəaliyyətin məhsulu kimi qiymətləndirmək olar. 1998-ci ildə nəşr olunmuş “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” adlı fundamental əsəri isə çağdaş psixologiya elminin ən yüksək səviyyədə dayanan bir nümunəsidir.

Dərslik yaradıcılığı sahəsində ümumən 20-dən artıq kitabın müəllifi olan Əbdül müəllimin 2010-cu ildə prof. H.Əlizadə ilə birgə çap etdirdiyi “Pedaqoji psixologiya” dərsliyini mütəxəssislər müasir Azərbaycan psixologiyasının ən böyük nailiyyəti kimi qiymətləndirirlər. Kitab özünün pedaqoji, psixoloji, metodiki göstəriciləri ilə müasir təhsil nəzəriyyəsinin, yeni pedaqoji təfəkkürün prinsiplərinə tam cavab verir.

Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov: "Böyük insanlar kainatın sonsuz ənginlliklərində parlayan ulduz kimidir. Bu işıqdan hər kəsə pay düşür. Onlar adları və əməlləri ilə yaddaşa əbədi həkk olur, ürəklərdə sevinc, ümid qaynağına çevrilir. Uca Tanrı belə insanlara iti düşüncə, böyük təfəkkür, geniş ürək və sonsuz istedad bəxş edir. Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadənin anadan olmasının 80 illiyini məhəbbət və ehtiramla qeyd etdiyimiz bu günlərdə demək vacibdir ki, o, psixologiya elmi, mədəniyyəti - pedaqoji fikir tarixində ən layiqli yerlərdən birini tutur. Professor Əbdül Əlizadənin yaratdığı "Psixologiya səhifələri" fəlsəfi, pedaqoji, elmi ideyaları ilə psixologiya tariximizdə ən aktual problemlərin həlli yollarına bir cığırdır". Həmkarlarının da qeyd etdiyi kimi, Əbdül Əlizadə öyrədənlərin öyrədəni şərəfini daşımaqla bərabər, milli-mənəvi dəyərlərə söykənərək yeniliyə səy göstərmiş və "yeniləşək" prinsipindən düzgün bəhrələnmək yollarını dəqiq müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, bu gün də əhəmiyyətini itirməyən müəyyən məsələlərə aydınlıq gətirməklə tarixilik, varislik və müasirlik triadasına ağılla, hissin vəhdətindən ən ali olan mədəniyyət meyarına xüsusi diqqət vermişdir. Alimin fəaliyyətinin elmi zirvəsi bugünümüzün ən bariz nümunəsi və gələcəyin uğurlu göstəricisidir. Qeyd etmək yerinə düşər ki, dünya təcrübəsində üç komponentli taksonomiya yaradılmayıb. Fəxr edirik ki, bu sahədə ilk uğurlu addım Azərbaycan psixologiyasında atılıb. Bu, böyük alim Əbdül Əlizadənin əvəzolunmaz nailiyyətidir. Həmkarlarının fikrincə, Əbdül Əlizadə fenomeni sözün əsl mənasında "Öyrədənlərin öyrədəni" ilə bahəm, psixologiya tarixində "öyrənənlər" və "öyrədənlər" üçün ən maraqlı sahə, axtarışlar səhifəsində isə dərin məna kəsb edən varlıqdır.

Əbdül müəllim həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən el ağsaqqalıdır. Psixologiya elmləri doktoru Ramiz Əliyev söyləyir: "Alimin yaradıcılığı bir insan ömrünə sığmayan möhtəşəm bir məktəbdir və biz ondan həmişə yararlanırıq. Əbdül müəllim təkcə tanınmış alim-psixoloq deyil, o, həm də mənəviyyat sahibidir". Elə bunun nəticəsidir ki, gözəl ailə başçısı kimi xalqımız üçün çox dəyərli övladlar tərbiyə edərək yetişdirib. Böyük oğlu Hikmət Əlizadə pedaqoji elmləri doktoru, professordur. İkinci oğlu Səlim Əlizadə rəssamdır, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Nəvəsi Safurə Səlim qızı Əlizadə müğənnidir. 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilən "Eurovision" Beynəlxalq mahnı festivalında iştirak edərək beşinci yer tutmuş və həmin ildən başlayaraq müxtəlif musiqi festivallarının iştirakçısıdır. Səfurə Əlizadə hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhsil alır. Əbdül Əlizadənin bacısı Məryəm Əlizadə respublikanın tanınmış teatrşünas alimi və sənətşünaslıq doktorudur. Nəsildən gələn bir nəciblik Əlizadələr ailəsinin Azərbaycan mədəniyyətində, elmində öz yerini əbədiləşdirib.

Əbdül Əlizadə olduqca təvazökar bir insan idi. Çox təsadüfi hallarda mətbuata müsahibələr verər, ekranda görünərdi. Onun bir amalı var idi - sən sənətinin ləyaqətli təmsilçisi olmağa borclusan. Bunun üçün kiməsə minnət vurmağa ehtiyac yoxdur. Ömrünün son çağında bu görkəmli alim "Məhəbbətin elegiyası" kontekstində "Qadın psixologiyasına giriş" monoqrafiyası üzərində işləyirdi. Son vaxtlar tez-tez xəstələnməsi, özü demişkən, dərmanlarla "dostluq" etməsi onun müntəzəm işləməsinə mane olsa da, işini sonadək davam etdirəcəyinə əmin idi. O, bir məsələni də özünəməxsus sadəlik və razılıqla qeyd edirdi ki, Pedaqoji Universitetin 90 illik yubileyində Prezident İlham Əliyevin sərəncamı ilə mənə "Əməkdar elm xadimi" adı verildi. Dövlət tərəfindən mənə göstərilən bu diqqət, əslində həyatımda yeni parlaq səhifələr açdı.

Bir alim kimi Əbdül Əlizadə fərəhlə bildirirdi ki, Azərbaycan psixologiyasının uğurları böyükdür: "Bu gün Azərbaycan psixologiyası XX əsrə 20-30-cu, hətta 40-50-ci illərdə nağıl kimi görünən, sanballı, psixologiya elmində önəmli rol oynayan kafedralarla, ən başlıcası isə sayılıb-seçilən qüdrətli professorları ilə daxil olmuşdur. XX əsrdə Azərbaycan psixologiyası üç maraqlı mərhələ yaşadı. Bu mərhələlərin hər birinin öz xüsusiyyəti və uğurları olub. Fikrimcə, bu elmi sahə indi dördüncü mərhələyə daxil olub. Əlbəttə, Azərbaycan psixologiyası ötən əsrin 70-90-cı illərində sosial, hüquq, pedaqoji psixologiya problemləri ilə müəyyən uğurlar qazandı. Bu, əlamətdar hadisədir, amma hələ də bizim dünya miqyasında səsimiz yetərincə eşidilməyib. İnanıram ki, dördüncü mərhələdə bizim psixoloqlar bu məsələni qətiyyətlə həll edəcəklər".

Dərin təfəkkürə, elmi biliyə malik olan Əbdül Əlizadə həm də həssas təbiətli, vətənini ürəkdən sevən, torpağına bağlı bir insan idi. Oğlu, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə söyləyir: "Mən onu həmişə işləyən görmüşəm. Hətta... xəstə olanda da. İstirahət nədir bilmir. Hamı Əbdül müəllimi qürurlu bir insan kimi tanıyır. Heç mən də onun nə vaxtsa əyildiyinin şahidi olmamışam. Təkcə üç dəfə ağladığını görmüşəm - atasını itirəndə, nənəm dünyasını dəyişəndə, bir də Qarabağ torpaqları işğal olunanda...".
 

Əbdül Əli oğlu Əlizadə ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib.

Həyatda elə insanlar var ki, onların adları çəkilən kimi işıqlı əməlləri göz önündə dayanır. Əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktoru, professor Əbdül Əli oğlu Əlizadə kimi. Təsadüfi deyil ki, o, ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib. Psixologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Səməd Seyidova məxsus fikirdir: "Əbdül Əlizadə sağlığında öz heykəlini yaratmış insandır. Hazırda ömrünün müdrik çağını yaşayır. Bilirəm ki, beynində Azərbaycan psixologiyasını şöhrətləndirəcək yeni orijinal əsərlərin cizgiləri yaranıb. Qoy o cizgilər tezliklə həqiqətə çevrilsin".
 

Müəllim adını ömrü boyu ləyaqətlə daşıyan, müəllimlik şərəfini hər şeydən uca tutan Əbdül Əlizadə pedaqoji fəaliyyəti müddətində minlərlə tələbənin, işlədiyi kollektivin, ölkəmizin bütün ziyalı mühitinin dərin hörmət və ehtiramını qazanmışdır. Onların hamısının fikrini Azərbaycanın təhsil naziri prof. Misir Mərdanovun sözləri ilə ümumiləşdirmək olar: “Son dərəcə səmimi, geniş ürəkli, humanist insan kimi tanıdığım Əbdül müəllim istər elmdə, istərsə də həyatda çoxları üçün əlçatmaz zirvələr fəth etmiş xoşbəxt taleli həqiqi ziyalılarımızdandır.” Dəyərli fikirdir, ancaq mən yazını Əbdül müəllimin öz sözləri ilə bitirmək istərdim: “Xalqımızın birliyi, Vətən torpaqlarının azad edilməsi, Azərbaycanımızın daha da çiçəklənməsi mənim ən böyük arzum, istəyimdir. Mən bir psixoloq kimi xalqımın qüdrətinə inanıram və ona övlad məhəbbətimlə fəxr edirəm.”

 

MÜƏLLİFİ OLDUĞU ƏSƏRLƏR:

-“Qadın psixologiyası”

-“Uşaqlarda diqqətin tərbiyəsi”

 “Uşaqlarda kollektivçilik hislərinin tərbiyəsi”

-“Yoldaşlıq və dostluq tərbiyəsi”

-“Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi”

-“Ailədə uşaqların cinsi tərbiyəsi”

-“Şagirdlərin yaradıcılıq fəaliyyətinin psixologiyası”

-“İlk addımlar”

-“Məhəbbət aləmində”

-“Ailə həyatının etika və psixologiyası”

-“Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi”

-“Yeni pedaqoji təfəkkür”

-“İstedadlı uşaqlar: psixoloji məsələlər”

-“İdrak prosesi və hisslər”

-“Təxəyyül: psixoloji etüdlər”

-“Müasir Azərbaycan məktəbinin psixoloji problemləri”

 

                                  

HƏMMÜƏLLİF OLDUĞU ƏSƏRLƏR:

-“İlk addımlar”

- “Ailə”

- “İnsan və cəmiyyət”

- “Psixologiya”

-“Sosial psixologiya”

-“Pedaqoji psixologiya”

 

MƏNBƏ:

1. R.Əliyev  «Psixologiya tarixi» (2006)

2. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

3. "Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı – 2007

4.http://525.az/site/?name=xeber&news_id=33922

5.http://news.day.az/society/349850.html

6.http://xalqqazeti.com/az/news/education/30036

7.http://az.wikipedia.org/wiki/%C6%8Fbd%C3%BCl_%C6%8Flizad%C9%99

8. http://ailepsixoloqu.com/Article/View/4322

 

 

Hazırladı: Aytən Eminova

 

 

 

 

 

 

Go Back

Əkbər Bayramovun Azərbaycan Psixologiya Tarixində Rolu

25-03-2015

Bayramov Əkbər Salman oğlu - psixologiya elmləri doktoru, əməkdar elm xadimi, professor.

Həyatı

30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954-1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957-1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958-1960).

Elmi yaradıcılığı

1959-cu ildə «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik və 1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.

1965-1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965-1983) orada işləmişdir.

1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə ADU-da pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra BDU-də psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir.

1960-2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.

1955-2004-cü illərdə Ə.S.Bayramovun 46-ya qədər monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitablar və 250-dan artıq elmi məqalə və məruzə tezisləri nəşr edilmişdir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlrinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur.

Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə haqlı olaraq yazır ki, «Elmin zirvəsinə yol fədakarlıqdan və istedaddan keçir. Ancaq ağır zəhmətə qatlaşanlar, bütün həyatının mənasını elmə həsr etməkdə görən istedadlı şəxslər bu zirfəyə yüksələ bilərlər. Bu gün həmin zirvədə duranlardan biri ömrünün müdriklik çağını yaşayan görkəmli psixoloq, əməkdar elm xadimi, professor  Əkbər Salman oğlu Bayramovdur. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər müəllimin xidməti əvəzsizdir».

Ə.S.Bayramovun 1955-ci ildən başlayan çoxsahəli elmi yaradıcılıq fəaliyyətində bir neçə mühüm istiqamət diqqəti cəlb edir.

1. Təfəkkür probleminin, xüsusən də təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmalar. Həmin tədqiqatlarla respublikada eksperimental psixologiyanın inkişafında yeni mərhələ başlanmışdır. O, kifayət qədər öyrənilməmiş mühüm bir problemin- ağlın keyfiyyətləri probleminin tədqiqinə başlamış. Təfəkkür probleminin ayrı-ayrı cəhətləri başqa mütəxəssislər tərəfindən də tədqiq edilmişdir. Lakin həmin tədqiqatlarda təfəkkür proses kimi öyrənilirdi, onu şəxsiyyətlə bağlayan cəhətlərə isə diqqət yetirilmirdi. Ə.S.Bayramov bu baxımdan təfəkkür psixologiyasında mahiyyətcə yeni eksperimental istiqamət müəyyən etdi. O, təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətlərini öyrənmək üçün adekvat tədqiqat metodikası işləyib hazırlamışdır. Təsadüfi deyildir ki, o dövrdə xüsusən də Moskvanın, Leninqradın görkəmli psixoloqları istedadlı tədqiqatçının müasirlik hissini, ən başlıcası isə orijinal yaradıcılıq səylərini yüksək qiymətləndirirdilər. Professor Ə.Ə.Əlizadə haqlı olaraq qeyd edir ki, Ə.S.Bayramov özünün sonrakı tədqiqatlarında bu «səmərəli toxumu» necə deyərlər, gərgin zəhmətin sehrində boya-başa çatdırdı. Geniş nəzəri ümumiləşdirmələr apardı, «persepiv» inikasdan tənqidi təfəkkürün müxtəlif səviyyələrinə keçidin qanunauyğunluqlarını müəyyən etdi, müstəqil və tənqidi təfəkkürün funksiyalarını, strukturunu və mənşəyini aydınlaşdırdı. Bu sahədəki tədqiqatlarının nəticələri müəllifin 3 monoqrafiyasında və 58 elmi məqalə və məruzə tezislərində öz əksini tapmışdır.

2. Respublikanın ali məktəbləri üçün psixologiya elminin müxtəlif sahələri üzrə dərslik və dərs vəsaitlərinin yazılıb nəşr edilməsi. Onlardan: «Psixologiya» (1989), «Sosial psixologiya» (1986), «Məhkəmə psixologiyası» (1985), «Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri» (1987), «Etnik psixologiya» (2001) və s. Bununla bərabər, müəllif həmin vacib dərsliklərdən «Psixologiya» (2002) və «Sosial psixologiya» (2003) dərsliklərini professor Ə.Ə.Əlizadə ilə birlikdə yeni proqramlar əsasında yenidən işləmiş və nəşr etdirmişdir. Həmin dərsliklər psixologiya elminin müasir inkişaf səviyyəsini tam dolğunluğu ilə əks etdirir və bununla bərabər həmin dərsliklər Milli zəmində zəngin ədəbi-bədii irsimizdən yetərincə bəhrələnmək əsasında yazılmışdır.

3. Xalqımızın ədəbi-bədii irsində, «Kitabi-Dədə Qorqud» dastanlarında, xüsusən də klassik sənətkarların (Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir) ədəbi irsində psixoloji ideyaların inkişafı tədqiq edilmiş. Həmin tədqiqatlarla əlaqədar olaraq proessor Ə.Ə.Əlizadə yazır ki: «Son illər Ə.S.Bayramovun yaradıcılığında yeni bir istiqamət formalaşır: Milli psixoloji fikir tariximizin araşdırılması. Azərbaycanda psixoloji fikrin tarixi qədimdir. Təəssüf ki, biz də bu tarixi əsaslı surətdə öyrənməmiş, onun köklərini və qaynaqlarını kifayət qədər tədqiq etməmişik. Halbuki bu məsələlərin öyrənilməsi Azərbaycanda təkcə psixoloji fikrin deyil, bəlkə də ilk növbədə ictimai fikrin inkişaf xüsusiyytlərini yeni materiallar əsasında aydınlaşdırmaq son dərəcə vacibdir. Ə.S.Bayramovun Azərbaycan ədəbiyyatı korifeylərinin-Nizami, Füzuli, Nəsimi, M.F.Axundov, A.A. Bakıxanov və M.Ə.Sabirin psixoloji görüşlərinə həsr olunmuş məqalələri bu baxımdan diqqəti cəlb edir. Nizaminin ölməz əsərlərində rənglərin simvolikası, hürufizmin psixoloji kökləri, Məcnunun autizasiyası –bu mürəkkəb elmi məsələlərin hər biri həmin məqalələrdə sərrast nəzəri ümumiləşdirmələr, dünya psixoloji fikrinin müqayisəli təhlili yolu ilə aydınlaşdırılır. Məsələn, müəllif Nəsiminin özünəməxsus psixoloji konsepsiyasını nəinki qədim hindu və zenbuddizm təlimləri ilə müqayisə edir, həm də onları müasir psixoloji cərəyan və nəzəriyyələr- freydizm və ekzistensial psixologiya istiqamətində araşdırır. Onu da qeyd edək ki, bu məqalələr SSRİ Pedaqoji Elmlər Akademiyasının «Voprosı Psixoloqii» jurnalında, eləcə də, SSRİ EA-nın «Psixoloqiçeskiy jurnal»ında dərc olunmuş və psixologiya tarixçiləri onları yüksək qiymətləndirmişdir». Bununla bərabər, həmin tədqiqatların nəticələri müəllifin 3 kitabında və respublikanın elmi jurnal və toplumlarında nəşr edilən onlarca elmi məqalə və məruzə tezislərində öz əksini tapmışdır.

4. Şəxsiyyətin təşəkkülü, onun özünüdərki və özünüqiymətləndirməsinin psixoloji problemləri ilə bağlı tədqiqatlar. Həmin araşdırmaların nəticələri müəllifin 3 monoqrafiyasında, nəinki respublikada, eləcə də başqa ölkələrdə dərc edilən onlarla elmi məqalələrində öz əksini tapmışdır.

5. Etnik xüsusiyyətlər və etnoslararası qarşılıqlı münasibətlərin psixoloji problemləri ilə bağlı tədqiqatlar. Belə araşdırmalar xüsusən də müəllifin: «Psixoloji düşüncələr» (1994), «Etnik psixologiya məsələləri» (1996), «Kitabi-Dədə Qorqud» dastanlarında etnik psixoloji xüsusiyyətlərin inikası» (2000) və s. monoqrafiyalarında , «Etnik psixologiya»(2001) dərsliyində və onlarla elmi məqalələrində öz əksini tapmışdır. Professor Ə.Əlizadə yazır: «Ayıl xalqım ayıl!» nidası müəllifin «Psixoloji düşüncələr» və «Etnik psixologiya məsələləri» adlı kitablarının əslində leytmotivini təşkil edir və müəllif bu yanğı ilə tez-tez Sabirə, böyük lakin cəfakeş xalqınının taleyüklü problemlərini hələ XX əsrin əvvələrində mütəfəkkir dünyaduyumu ilə görmüş və bənzərsiz psixoloji kontekstdə əks etdirmiş böyük şairə özünün həmdərdli müasiri kimi müraciət edir və hər bir azərbaycanlının qəlbinə hopmuş hikmətli misraların psixoloji qatlarını məharətlə oxuyur. Müəllif yazır: … belə olmasaydı bəs bir əsr ərzində millətimizin, xalqımızın başına gətirilən və dəfələrlə, demək olar ki, eyni ssenari üzrə təkrar edilən fəlakətdən düzgün nəticə çıxarılardı. Başımıza gətirilən faciələr bu etnosun qan yaddaşında vaxtında və dəqiq surətdə həkk olunardı. Kitabda erməni vəhşiliklərinin psixoloji kökləri araşdırılır, nekrofiliya (E. Fromm) anlayışı axarında ermənilərin etnik xüsusiyyətləri psixoloji ədəbiyyatda ilk dəfə olaraq açıqlanır, erməni faşizminin iç üzünü bütün təfərrüatı ilə səciyyələndirmək imkanı verən zəngin materiallar, başqa sözlə inkar edilməz dəlillər əsasında aydınlaşdırılır».

Bir cəhət də qeyd edilməlidir ki, Ə.S.Bayramov xalqımızın ədəbi-bədii irsində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçıları cəlb etməklə (onun elmi rəhbərliyi ilə həmin problemlə bağlı 10-a qədər namizədlik dissertasiyası müdafiə edilmişdir) yəni bir psixoloji məktəb yaratmışdır. Heç şübhəsiz, bu da elmimizin inkişafı ilə yanaşı, xalqımızın özünüdərkinə, Milli şüurunun formalaşmasına yaxından kömək etmiş olar. Təsadüfi deyildir ki, professor Ə.S.Bayramov bu məsələyə xüsusi diqqət yetirir.

O haqlı olaraq göstərir ki, «hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və mənəvi tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keşmişinə deyil, həm d öz psixoloji keçmişinə dərindən bələd olmalıdır. Yəni etnos və ya xalq kimi olduğunu, özünü nə zaman və necə dərk etdiyini, hansı mənəvi psixoloji keyfiyyətlərə malik olduğunu, necə tərəqqi etdiyini, tarix boyu nə kimi psixoloji dəyişikliklərə məruz qaldığını da yaxşı bilməlidir. Bu isə xalqın etnik - psixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan, onu ətraflı öyrənmədən mümkün deyildir».

Bu cəhətdən Ə.S.Bayramovun fəaliyyətində söz və əməlin vəhdəti insanı heyran edir. yəni, o, yalnız kiməsə məsləhət görmür ki, öz xalqının psixoloji keçmişinin araşdırılması ilə məşğul olsun, ilk növbədə məhz özü bu sahədə əməli addım atır. Bu cəhətdən Ə.S.Bayramovun belə bir ideyası diqqəti xüsusi olaraq cəlb edir ki, «xalqa məxsus etnik xüsusiyyətlər xalqın folklor və bədii ədəbiyyat materiallarında maddiləşir». O, öz tədqiqatları ilə bu ideyanı əyani surətdə həyata keçirmişdir.

6. Psixologiya elminin aktual problemləri ilə bağlı geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi-kütləvi əsərlərin yazılması və nəşri. Bu istiqamətdə aparılan işlər müəllifin 6 elmi-kütləvi kitabında, eləcə də müxtəlif jurnallarda dərc olunan onlarla məqalələrdə öz əksini tapmışdır. Bununla bərabər, Ə.S.Bayramov 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtləif problemlərinə aid 58-dən artıq məqalə yazmışdır. Eyni zamanda o, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olmuşdur. O, nəinki respublikada, eləcə də digər (Tacikistan, Qırğızıstan, İran İslam Respublikası və b.) ölkələr üçün psixologiya üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında yaxından iştirak etmişdir. Onun elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmilər namizədi və elmlər doktoru dissertasiyası yazılmış, 15-dən artıq magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. bununla bərabər o, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Professor Ə.S .Bayramov 1993-cü ildən 2000-ci ilə kimi M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin nəzdindəki (n.054.03.04) psixologiya elmləri üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri olmuşdur. 2000-ci ildən indiyə kimi Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvüdür.

SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü, onun təşəbbüsü və yaxından köməyi ilə psixologiya elmləri üzrə BDU nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış müdafiə şurasının (1994-2000) sədri, Respublika Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur (2000-2004).

Ə.S.Bayramov «Fədakar əməyə görə» yubiley medalı (1970), «Şərəf nişanı» ordeni(1976), «SSRİ maarif əlaçısı» (1977) və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və təhsil sahələrində xidmətlərinə görə «Şöhrət ordeni» (2000), eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir.

Professor Ə.S.Bayramov zəngin elmi-pedaqoji fəaliyyətinin 35-ildən artıq bir dövrü bilavasitə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

Təhsili, elmi dərəcəsi və elmi adları

~1945-1949-cu illərdə ADU-nun Filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirmişdir.

~1954-cü ildə Universitetin Böyük Elmi Şurasının qərarı ilə Psixologiya ixtisası ilə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspirantura təhsil almışdır.

~(1954-1957) 1959-cu ildə «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

~1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri doktoru elmi dərəcəsini almışdır.

Əmək fəaliyyəti

~2000- hazırki dövrə kimi – Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvü

~1997- hazırkı dövrə kimi - BDU-nun psixologiya kafedrasında professor

~1993-2000 - M.Ə.Rəsulzadə adına BDU-nun nəzdindəki (N.054.03.04) psixologyia elmləri üzrə ixtisaslaşdırılmış müdafiə Şurasının sədri

~1992-1997 – BDU-nun Psixologiya kafedrasının müdiri

~1971-1992 – ADU-nun pedaqogika və psixologiya kafedrasının müdiri

~1970-1971 – APİ-də Psixologiya kafedrasında professor

1965-1969 - əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnsitutunda baş elmi işçi

1960-1970- APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor

«Etnik psixologiya», «İnkişaf və istedad», «Milli psixologiyanın aktual problemləri», «İdarəetmənin sosial-psixoloji problemləri», fənləri üzrə mühazirə və seminar dərsləri aparır. 40-a qədər monoqrafiya, dərslik, dərs vəsaiti, 250-dən artıq elmi məqalə və tezisin müəllifidir.

Tədqiqat sahəsi

~Sosial psixologiya

~Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı[redaktə]

~1960-1995-ci illərdə Rusiyada, həmçinin Pribaltika və Zaqafqaziya ölkələridə keçirilən elmi konfranslarda iştirak etmişdir.

Kitabları

~Psixologiya (Ensiklopediya üçün). Bakı, 2007

~Pedaqoji psixologiya. 19.00.07-Pedaqoji psixologiya ixtisası üzrə namizədlik minimumunun proqramı. Bakı, 2005

~Azərbaycan Milli Ensiklopediyası: psixologiya elmində işlənilən anlayışların şərhi. Bakı, 2006

~Psixologiya haqqında adı həqiqətlər. Anfas» elmi- kütləvi, ədəbi – bədii jurnal, Bakı, 2008, № 3, s. 16-18-24-26

~Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, 2002

~İnsan və cəmiyyət. I hissə, Bakı, Təhsil Nəşriyyatı, 2003.

~Sosial psixologiya. Bakı, 2003 (dərslik).

~Hüquq psixologiyası. Dərslik. Bakı, 2009

Yükləyə biləcəyiniz kitablar

Mənbə 

1."Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

2. R.Əliyev  «Psixologiya tarixi» (2006)

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

4.Ə.T.Baxşəliyev  “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

http://az.wikipedia.org/wiki/%C6%8Fkb%C9%99r_Bayramov

http://adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&catid=0&sobi2Id=2150&Itemid=66

http://dede.musigi-dunya.az/e/etnik_psoxo;oji.html

http://kayzen.az/blog/psixologiya/8001/az%C9%99rbaycanda-elmi-psixologiya.html

http://socialogy.bsu.edu.az/az/content/bayramov_kbr_salman_olu__psixol_elm_dok_mkdar_elm_xadimi_prof_173

 

 

Go Back

Muxtar Həmzəyevin Azərbaycan Psixologiya Tarixində rolu

05-03-2015

Professor M.Ə.Həmzəyevin Respublikamızda psixologiya elminin inkişafında xidmətləri yüksək olmuşdur. O, Respublikamızda pedaqoji psixologiya və psixolinqvistika sahəsində fundamental tədqiqatları ilə tanınır. Məktəbdə psixoloji xidmətin həyata keçirilməsində ilk addımı atanlardan biri olmuşdur. Respublikamızın onun hüdudlarından kənarda da psixologiya elmini təmsil edən psixoloqlardan biridir.

Həyatı

Həmzəyev Muxtar Əliş oğlu 12 fevral 1929-cu il tarixdə Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur.Əhmədli kənd yeddi illik kənd məktəbində təhsil aldıqdan sonar Laçın pedaqoji məktəbini bitirdikdən sonra 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun məntiq və psixologiya şöbəsinə daxil olaraq 1952-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Məntiq, psixologiya və Azərbaycan dili müəllimi ixtisasını qazanmışdır.

Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 1952-ci ilin payızında həmin institutun psixologiya kafedrasında psixologiya ixtisası üzrə aspiranturaya daxil olmuş və əməkdar elm xadimi professor Ə.K.Zəküzadənin rəhbərliyi altında psixoloji tədqiqatlarına başlamışdır.

Aspiranturanı müvəffəqiyyətlə başa vuraraq 18 may 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Elmi şurasında «İbtidai məktəbin ikinci sinif şagirdlərində samitlər üzrə düzgün yazı vərdişlərinin təşəkkül etməsi və inkişafının psixoloji xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1969-cu ilin aprel ayında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Azərbaycan Dili Orfoqrafiya və Durğu İşarələrinin mənimsənilməsi psixologiyası məktəbdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək o dövrdə Azərbaycanda ən gənc psixologiya elmləri doktoru olmuşdur.

11 İyun 1971-ci il tarixdə Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.

1970-ci ildə Azərbaycanın “Qabaqcıl maarif xadimi”döş nişanı, 1989-cu ildə “Əmək veteranı”medalı,1990-cı ildə “İşdə əla müvəffəqiyyətinə görə”döş nişanı ilə təltif olunmuşdur.Akademik M.Mehdizadə mükafatının laureatıdır.

Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1978-ci ilin fevralından -2008 –ci ilə qədər Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının rəhbəri olmuşdur.

1976-1987-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi olmuşdur. Son 20 il ərzində psixologiya ixtisası üzrə ixtisaslaşmış namizədlik və birdəfəlik doktorluq müdafiə şuralarının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şurasının üzvüdür. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da xidmətləri böyükdür. Onun rəhbərliyi altında 10-dan artıq namizədlik dissertasiyaları hazırlanıb müdafiə olunmuşdur. 10-dan artıq doktorluq, 20-dən artıq namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur. 200-dən artıq elmi əsərin, o cümlədən 11 monoqrafiya və kitabçanın, orta və ali məktəblər üçün 10-dan artıq dərslik və dərs vəsaitinin, xeyli tədris proqramlarının müəllifidir, 20-dən çox kitabın elmi redaktoru olmuşdur. 100-dən artıq elmi məqalənin, onlarca dərslik və dərs vəsaitinin, kitab və monoqrafiyaların müəllifidir.

Kitabları:

1. Yazı təliminin bəzi məsələləri (müəlliflərdən biri). Bakı, 1961

2. Durğu işarələrinin mənimsənilməsi psixologiyası. Bakı, 1963

3. Təlim psixologiyasının bəzi məsələləri (Ş.Babayev və N.Şükürova ilə müştərək). Bakı, 1965

4. Ailə tərbiyəsində uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması. Bakı, 1966

5. Atalıq borcu. Bakı, 1966

6. Kiçik məktəbyaşlı uşaqların psixoloji xüsusiyyətləri. Bakı, 1968

7. Ailədə uşaqların məktəbə hazırlanması. Bakı,1972

8. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmə xüsusiyyətləri. Bakı,1984

9.Yaş və pedaqoji psixologiyanin əsasları. Yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşri.. Dərs vəsaiti. Həmzəyev, Muxtar Əliş oğlu.. Nəşriyyat: Adiloğlu, Bakı, 2003. Səhifə: 280. Dil: .

Dərslik və dərs vəsaitləri:

1. Ana dili. 1-ci sinif şagirdləri üçün dərslik (Ş.Əlizadə və S.Mikayılova ilə müştərək). Bakı, 1963 - 68-ci illər

2. Ana dili.1-ci sinif üçün dərslik. (Y.Kərimovla ilə müştərək). Bakı, 1969-91-ci illər

3. Oxu. İkinci sinif üçün dərslik.(Y.Kərimovla müştərək) Bakı, 1986-89-cu illər

4. Pedaqoji psixologiya. Ali məktəb tələbələri üçün dərslik. Bakı, 1991

5. Psixofiziologiya (Dərs vəsaiti, E.Şəfiyeva ilə müştərək). Bakı,1998

6. Yaş və pedaqoci psixologiyanın əsasları. Ali məktəb üçün. Bakı, 2000-ci il

Elmi konfranslarda iştirak:

1. Zaqafqaziya psixoloqlarının 2-ci (1960), 3-cü (1962), 4-cü (1965), 5-ci (1970), 6-cı (1974), 7-ci (1977), 8-ci (1980), 9-cu (1983) konfranslarında;

2. SSRİ psixoloqlarının 2-ci, 3-cü, 4-cü, 6-cı, 7-ci qurultaylarında;

3. 18-ci Beynəlxalq psixoloji konqresdə (Moskva,1966,

4. Birinci birgə Təbriz-Bakı xarici dillər konfransında ( Təbriz, 1992),

5. Özbəkistan psixoloqlarının 3-cü konfransında (Daşkənd, 1964),

6. 20-dən artıq respublika elmi konfranslarında iştirak etmiş və maraqlı məruzələrlə çıxış etmişdir.

Yerinə yetirdiyi vəzifələr:

1. Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda Baş elmi işçi, pedaqogika və psixologiya şöbəsinin müdiri. Psixologiya laboratoriyasının rəhbəri. 1056-1974-cü illər.

2. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu psixologiya və pedaqogika kafedrasının müdiri.1974-1977-ci illər.

3. Azərbaycan Dillər Universitetinin (əvvəllər APXDİ,ADDİ) psixologiya kafedrasının müdiri 1978-2008 -ci illərdə

M.Həmzəyevin yetirmələri Prf. M.Həmzəyevin rəhbərliyi ilə 10-dan artıq elmlər namizədi yetişmişdir. Onun yetirmələrindən psixologiya elmləri doktoru, prof. S.İ.Seyidovu, dos. A.Ə.Quliyevi, Q.Məmmədovu, Ş.M.Babayevi və başqalarını göstərmək olar. M.Həmzəyev respublikamızda və ondan kənarda onlarca doktorluq və namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.

Mənbələr:  

1."Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

2. R.Əliyev «Psixologiya tarixi» (2006)

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

4.Ə.T.Baxşəliyev “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

5. "Mollaəhmədli və Mollaəhmədlilər", kitab, “Adiloğlu” nəşriyyatı , Bakı şəhəri 2007. Səhifə 367

6.https://groups.yahoo.com/neo/groups/psychology_azerbaijan/conversations/topics/271

7. http://az.wikipedia.org/wiki/Muxtar_H%C9%99mz%C9%99yev_(alim)

8.http://adu.edu.az/index.php?option=com_content&view=article&id=167&lang=az

 

Go Back

Məmmədəli Məhərrəmovun Azərbaycan Psixologiya Tarixində rolu

05-02-2015

                   

M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır.

O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır.

Elmi həyatı

Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur.

Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Əsərdə mürəkkəb təlim əməyini düzgün təşkil etməyin psixoloji məsələləri yığcam halda şərh edilib, yaxşı oxumağa kömək edən vacib məsləhətlər verilir. Müəllif adı çəkilən əsərində gənc dostlarına, şagirdlərinə müraciət edərək onların təlim fəaliyyəti sahəsində müvəfəqiyyət qazanması üçün istedada malik olmasını, güclü əmək sərf etməsini, diqqətini oxuduğu mətnə, materiala yönəldilməsini, onun üzərində cəmləşdirilməsini zəruri hesab edirdi. Prof.M.C.Məhərrəmov təlim zamanı fikirləşməyi, yenə də fikirləşməyi, psixi inkişafın guşə daşı olan hafizəyə yiyələnməyi, az vaxt və qüvvə sərf etməklə, yəni vərdişlərə və iradəyə malik olmağı zəruri hesab edirdi.

Müəllif təlimdə müvəffəqiyyətin rəhni dedikdə, buraya ilk növbədə iradə və müsbət iradi keyfiyyətlərin təzahür etməsini vacib hesab edirdi. Müəllif adı çəkilən əsərində yazır ki, iradə qüvvəsi insan fəaliyyətinin bütün sahələrində yüksək nailiyyətlərə çatmağı təmin edir. Təlim fəaliyyətin mürəkkəb növlərindəndir. Möhkəm iradə müəllimin işində də müvəffəqiyyət qazanmanın rəhnidir. Professor M.C.Məhərrəmov yazır: « İradə, insanın öz fəaliyyətini şüurlu surətdə tənzib edib, qarşıya çıxan çətinlik və maneələrə üstün gəlməsində, özünü idarəetmə bacarığında təzahür edir».  

Prof. M.C.Məhərrəmov fikrini davam etdirərək yazır: «Özünütərbiyənin müvəffəqiyyəti üçün əsas şərtlərdən biri adamın özünü dərk etməsi, müsbət və mənfi cəhətlərini görə bilməsi, özünə tənqidi yanaşmanı bacarmasıdır. Bu da başlıca olaraq, yeniyetmə yaşlarından başlayaraq təzahür edir. Bunun üçün adamın özünün özünə obyektiv yanaşa bilməsi tələb olunur. Bu həm çətin, həm də çox mühüm bir məsələdir. Bu, adamdan yüksək əqli və əxlaqi inkişaf tələb edir.»

Prof.M.C.Məhərrəmovun elmi yaradıcılığının bir çox maraqlı səhifələri dərs vəsaitləri və dərslikləri yaradılmasına həsr edilmişdir. O, 1952-ci ildə orta məktəb üçün «Psixologiya» dərsliyini tərcümə etdikdən sonra, «Orta məktəbdə psixologiyanın tədrisinə dair qeydlər» (1955), « Psixologiya oçerkləri» (1960, I hissə; 1961, I hissə) adlı elmi-tədqiqat xarakterləri maraqlı əsərlərini yazdı. 1964-cü ildə M.C.Məhərrəmovun redaktorluğu ilə müəlliflər kollektivi ilə birlikdə yazılmış «Psixologiya» dərsliyi çap olunmuşdur ki, tələbələr həmin dərslikdən yetərincə faydalanmışlar.

Məhərrəmovun ali məktəb tələbələri üçün yazdığı «Psixologiya» (1968) dərsliyə müəllifin bu sahədə uzun illər ərzində apardığı gərgin yaradıcılıq axtarışlarının fərəhli bəhrəsidir. Dərslik özünün elmi-nəzəri səviyyəsinə görə indi də diqqəti cəlb edir. Adı çəkilən dərsliyin yenidən təkrar çap olunaraq ali məktəb tələbələrinin istifadəsinə verilməsi günün tələblərindən biridir. Prof. M.C.Məhərrəmovun psixoloji irsinin araşdırıcısı prof. Ə.Ə.Əlizadə yazır: «İstər bir tərcüməçi kimi, istərsə də orjinal dərsliklər müəllifi kimi mühüm bir çətinliklə- terminologiya problemi ilə rastlaşan müəllifin bu sahədəki nailiyyətlərii də təqdirəlayiqdir. Bu gün Azərbaycan psixoloji ədəbiyyatında geniş yayılmış və sözün əsl mənasında vətandaşlıq hüququ qazanmış bir çox terminlər M.C.Məhərrəmovun adı ilə bağlıdır ».

Prof. Ə.Ə.Əlizadənini qeyd etdiyi kimi, M.C.Məhərrəmovun yaradıcılığında «İzahlı psixoloji lüğət»in tərtibi önəmli yer tutur. Məlum olur ki, respublikanın görkəmli psixoloqlarından biri kimi, prof.M.C.Məhərrəmovu terminologiya məsələləri çoxdan və yaxından düşündürür, eyni zamanda narahat edirdi. Bu dövrdə, xüsusilə 60-cı illərdə Azərbaycan elmi dili aktual problemlərdən biri kimi meydana çıxırdı. Respublikada ayrı-ayrı elm sahələri üzrə terminoloji lüğətlər nəşr olunurdu.M.C.Məhərrəmov mahir tərcüməçi idi. O, təcrübəli tərcüməçi kimi öz fəaliyyətində hər zaman terminoloji çətinliklərlə rastlaşırdı.

M.C.Məhərrəmov bu illərdə Azərbaycan Dövlət Universitetinin müəlimi idi. Psixologiya kafedrasının müdiri idi. O, həssas bir müəllim kimi həm özünün, həm də həmkarlarının Azərbaycan dilində izahlı lüğətlərə olan böyük ehtiyacını bütün aydınlığı ilə hiss edirdi. Deyilən ehtiyacları nəzərə alaraq «İzahlı psixoloji lüğət» xoş bir məramla tələbələrə, müəllimlərə, tərbiyəçilərə, valideynlərə, psixologiya elmi ilə maraqlanan geniş oxucu kütləsinə bu elmi öyrənməkdə yaxından kömək məqsədilə yazılmışdır. Müəllifin yazdığı «İzahlı psixoloji lüğət öz dövrünün elmi uğurlarının və psixologiya elminin başlıca inkişaf meyllərini ətraflı əks etdirir. Müəllif daha çox işlənən psixoloji terminlərin nisbətən geniş izah olunmasına çalışmış, ətraflı mənimsənilməsinə kömək edən bəzi fəlsəfə, fiziologiya, məntiq, pedaqogika, patopsixologiya və s. aid terminlərə də lüğətdə əsas yer vermişdəi. Beləliklə,qeyd etmək olar ki, 1960-cı ildə Azərbaycanda ilk dəfə nəşr olunan «İzahlı psixoloji lüğət» Azərbaycan dilində psixoloji terminlərin dəqiqləşdirilməsində və sabitləşməsində xüsusən mühüm rol oynamışdır. «İzahlı psixoloji lüğət» sadə və aydın dildə yazılmışdır. Oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Elmi əsərləri

1.Məhərrəmov Məmmədəli Cavad oğlu. İzahlı psixoloji lüğət. [Mətn] Bakı Universiteti nəşriyyatı, B.: 1960.- 85 s.

2. Məhərrəmov Məmmədəli Cavad oğlu. İzahlı psixoloji lüğət M.Məhərrəmov; İxtisas red.: Ə.Ə. Əlizadə; Red.: B.Eyvazlı; Rəssamı: S.Şatikov.- B.: Azərnəşr, 1999.- 152 s.

3. Məhərrəmov Məmmədəli Cavad oğlu. Psixologiya oçerkləri /M.C.Məhərrəmov; AzSSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsi; S.M.Kirov ad. Azərb. Döv. Un-ti; red. Ə.Bayramov I hissə.- B.: Azərb. Un-ti, 1960.- 168 s.

4. Məhərrəmov Məmmədəli Cavad oğlu. Psixologiya oçerkləri [Mətn]: [tədris vəsaiti]: [2 hissədə] /M.C.Məhərrəmov II hissə.- B.: Azərtədrisnəşr, 1961.- 194 s.

5.Məhərrəmov Məmmədəli Cavad oğlu. «Məktəblilərin iradəsini tərbiyə etmək haqqında» 

6.Məhərrəmov Məmmədəli Cavad oğlu. «İradə tərbiyəsinin yolları» 

7.Məhərrəmov Məmmədəli Cavad oğlu. «Uşaqlarda iradə nöqsanlarını necə aradan qaldırmalı» 

8.M.C. Məhərrəmov «Məktəblilərin xarakterini tərbiyə etmək haqqında» 

9.M.C. Məhərrəmov «Yaxşı oxumağın sirri»

10.«M.C. Məhərrəmov Orta məktəbdə psixologiyanın tədrisinə dair qeydlər» (1955)

Mənbə

1. R.Əliyev «Psixologiya tarixi» (2006)

2.Q.Əzimov “XX əsrdə Azərbaycan psixoloji fikrin inkişafı” II hissə.

3. Q.Əzimov “XX əsrdə Azərbaycan psixoloji fikrin inkişafı” I hissə.

4.Ümumi psixologiya A.V.Petrovskinin red. Ali məktəb dərsliyi, Bakı, 1977.

5.Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

6. "Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

7.http://www.elmler.com/pub/uploads/m%C9%99qal%C9%99%20toplusu%202013%20%2010.pdf

8.http://kitabxana.net/files/books/file/1414873137.pdf

9.http://kayzen.az/blog/psixologiya/8001/az%C9%99rbaycanda-elmi-psixologiya.html

10.http://wapfiles.az/library/index.php?id=1316&page=2

11.https://www.google.ru/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=9&ved=0CFMQFjAI&url=http%3A%2F%2Fr.my.day.az%2Fdc%2F52%2F25b8579193aba79557db98c3b0c31cab.doc&ei=MYmxVNi1EOLAmwW84oKYDw&usg=AFQjCNGeuBmG64CY3TPSsJw2--iZTTNEYg&bvm=bv.83339334,d.dGc&cad=rjt

Go Back

Ə.Zəkuyevin Azərbaycan psixologiya tarixində rolu

23-01-2015

Əhməd Kərədi  Məhəmməd oğlu Zəkuyev 1888-ci ildə Dağıstanın Lak rayonunun  Qumuç kəndində anadan olmuşdur.  Fəlsəfə elmləri doktoru, filosof,  professor  Zəkuyevin   Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. 

Ə.K.Zəkuyev  1917-ci ildə Dağıstanda «İlçi» qəzetində  redaktor kimi fəaliyyət göstərmişdir. Daha sonra Türkiyədə oxumağa gedən alim, 1921-ci ildə ( İstanbul Universiteti,  fəlsəfə fakultəsi ) təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə APİ-də dərs demişdir.

Psixologiya kafedrası uzun müddət pedaqogika kafedrası ilə birgə fəaliyyət göstərmişdir. 1941-ci ilin iyul ayında (Ə.K.Zəkuyev, S.Hacıyev) fəaliyyətə başlayan psixologiya kafedrası həm institutda, eləcə də Azərbaycanda bu elmin inkişafına təkan vermişdi.

1921-ci ildə fəaliyyətə başlayan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk illərdə psixologiya ixtisası üzrə milli kadrlar olmadığına görə instituta xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Belarusiyadan və s.) mütəxəssislər dəvət olunurdu. A.O.Makovelski, B.B.Komorovski, D.Q.Qulyayev, Ə.K.Zəkuyev, Muhiddin, M.Tofiq və başqalarını buna misal göstərmək olar. Sonrakı illərdə universitetdə pixologiyanın tədrisində, həm də bu sahə üzrə kadr hazırlığına A.Makiovelskinin, 1921-ci ildə Türkiyənin İstanbul  Universitetinin psixologiya - fəlsəfə şöbəsini bitirib Bakıya gələn A.K.Zəkuyevin böyük təsiri olmuşdur.

1931-ci ildə Azərbaycan Elmi–Tədqiqat Pedaqogika İnsititutu fəaliyyətə başlayır. İnsititutun nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da fəaliyyət göstərir. Yaş və pedaqoji psixologiya kafedrasının inkişaf tarixindən danışarkən A.O.Makiovelski, Ə.K.Zəkuyevin adlarını xüsusilə qeyd etmək lazımdır.

1950-ci ildən başlayaraq aspirantura yolu ilə kadr hazlrlığına ciddi fıkir verilmişdir. S.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, A.U.Məmmədov, İ.A.Fərəcov və başqaları 1950-ci ildən sonrakı dövrlərdə APİ-nin psixologiya kafedrasında aspirantura yolu ilə təhsil almış, əməkdar elm xadimi, professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilmişdir

1959-cu ildən psixologiya kafedrası yenidən pedaqogika kafedrası ilə birləşir. Ə.K.Zəkuyev isə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə şöbəsinə işə təyin olunur.. 1960-cı ildə isə professor Ə.K.Zəkuyevin “Azərbaycanda 40 ildə psixologiya elminin inkişafı”na aid (ADPU-nin Elmi əsərləri, 1960, IX) iri həcmli məqaləsi bu sahədə daha uğurlu bir addım oldu. Məqalədə, psixologiyanın ümumi nəzəri məslələri, yaş psixologiyası və pedaqoji psixologiya, əmək psixologiyası və digər sahələrə aid yazılmış əsərlər təhlil olunur, milli kadrların hazırlanması, psixologiyanın tədrisi problemləri açıqlanır. Zəkuyevin də həmmüəllif olduğu “Psixologiya” kitabı bu dövrlərdə ali məktəb tələbələri üçün təməl dərslik olaraq istifadə edildi.

Ə.K.Zəkuyev 1960-cı ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının  fəlsəfə şöbəsində çalışmışdır.

Dahi alim 1968 – ci il də Bakı şəhərində vəfat etmişdir.

 Qısa Xronoloji siyahı

 ~ Zəkuyev/Zəkuzadə Əhməd-Kərədi Məhəmməd oğlu 1888-ci ildə Dağıstan, Lak r. Qumuç k.

~ Dağıstanda «İlçi» qəz. red: 1917;

~  İstanbul Univ. fəlsəfə fak. bitirib: 1921;

~  ADU-da dosent:  1942-ci ilədək

~ APİ-də kafedra müdiri: 1943-1956

~ Filosof; fəlsəfə elmləri doktoru, prof: 1949.

 ~ Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi: 1944-1968

~ Vəfat etmişdir:  15.06.1968

 Elmi Əsərləri

 ~Ə.K.Zəkuyevin “Azərbaycanda 40 ildə psixologiya elminin inkişafı”

~Ə.K.Zəkuyev,A.K.Abdullayev,Ş.S.Agayev,M.Mustafayeva ”Psixologiya”

 Mənbələr:

1. R.Əliyev  «Psixologiya tarixi» (2006)

2. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

3. "Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

  4. http://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_K%C9%99r%C9%99di_Z%C9%99kuyev

5. http://adpu.edu.az/gen/html/azl/fakulte/Pedaqogika_fakultesi/kafedra/Umumi/index.htm#z_tarix

6.http://kayzen.az/blog/psixologiya/8001/az%C9%99rbaycanda-elmi-psixologiya.html

7. http://kitabxana.net/files/books/file/1414873137.pdf

8.http://www.adpu.edu.az/gen/html/azl/fakulte/Pedaqogika_fakultesi/kafedra/Yash/index.htm?mod=print_document

9.http://www.adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&sobi2Id=2079&Itemid=53

10.http://ek.anl.az/search/query?term_1=z%C9%99kuzad%C9%99&theme=e-kataloq

 

Hazırladı: Fəridə Qasımova

 

 

 

 

 

Go Back

Görkəmli pedaqoq-alim Əhməd Seyidovun həyatı və elmi yaradıcılığı

11-01-2015

Psixologiya elminin tarixinə nəzər salarkən onun bir sıra elmlərlə o cümlədən pedoqogika elmi ilə sıx qarşılıqlı əlaqəli şəkildə inkişaf etdiyini açıq görə bilərik. 

Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika isə şəxsiyyətin inkişafının idarə olunması qanunlarını işləyib hazırlayır. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf
etdirilməsi deməkdir. Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir.

Bu həmahəngliyi nəzərə alaraq Azərbaycanda Pedoqoji fikrin yaranmasında və inkişafında misilsiz rolu olan ilk azәrbaycanlı pedaqoq­alim, professor, əməkdar elm xadimi Əhməd Seyidovun həyatı və elmi yaradıcılığı ilə bağlı mövcud məlumatları biraraya toplamağı məqsədəuyğun bildik. Görkəmli alimin psixologiya elminə verdiyi daha bir dəyərli “töhvə” kimi yetirməsi olan nəvəsi, Psixologiya elmləri doktoru, professor Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü Səməd Seyidovu göstərə bilərik.

Həyatı

Əhməd Yusif oğlu 1882-ci ildə Qazax qəzasının Aslanbəyli kəndində doğulmuş, erkən – dörd yaşında atasını itirmişdi. Anasının himayəsində böyümüş və təhsil almışdı. Əhməd Seyidov 1911 –ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş ,  1917-ci ildə Seminariyanı bitirərək geri dönmüşdür.  İlk pedoqoji fəaliyyətə yaşadığı kənddə məktəb açaraq başlamışdır. Belə ki, görkəmli alim  evlərinin ikinci mərtəbəsində qızlar və oğlanlar üçün məktəb açmış və  ilk "Əlifba" dərsliyini də gözəl maarifçi, şair H.K.Sanılı ilə birgə yazmışdı.

Әhmәd Seyidov 1920­-30­cu illәrdә Qazax qәza xalq maarifi şöbәsindә inspektor, Aslanbәyli, Musagöy vә Kosalar kәnd mәktәblәrindә direktor, Lәnkәran qәza xalq maarifi şöbәsinin müdiri, Azәrbaycan Xalq Maarif Komissarlığında dәmir yolu mәktәblәri üzrә inspektor vәzifәlәrindә çalışmışdır. Böyük yazıçımız Mehdi Hüseynin atası Ə.Hüseynovun təklifilə otuzuncu illərdə Bakıya gəlmiş, az sonra onu Lənkəran qəzasına maarif müdiri göndərmişdilər. Bu bölgədə müdir kimi təhsilin təşkilində, xüsusilə yetim uşaqların məktəbə cəlb olunmasında əməyini əsirgəməmişdi.

Әhmәd Seyidov 1930­-cu ildә ADU­-nun Şәrq fakültәsini bitirdikdәn sonra ömrünün sonuna qәdәr fasilәsiz olaraq Azәrbaycan Pedaqoji İnstitutunda assistent, dosent, professor, fakültә dekanı, kafedra müdiri, elmi işlәr üzrә direktor müavini, direktor (rektor) vәzifәlәrindә fәaliyyәt göstәrmişdir. Azərbaycan Pedaqoji İnstitutunda "Pedaqogika" kafedrasına 40 il rəhbərlik etmişdir.

70-ci illərdə Professor Əhməd Seyidov səhhətilə bağlı Bakıdan doğma Aslanbəyli kəndinə gəlir. Professor, əməkdar elm xadimi, pedaqoji fikir tarixinin patriarxı Əhməd Seyidov 1977-ci ildə vəfat etmiş və Aslanbəyli kəndində dəfn edilmişdir.

Elmi Fəaliyyəti

Elmi fəaliyyəti boyunca Professor Əhməd Seyidov elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmiş və bu sahədə misilsiz iş görmüşdür. Qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Görkəmli pedaqoqlarımızdan akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov məhz Ə.Seyidovun yetirmələridir. Onlar da xeyli sayda pedaqoqlara elmi rəhbərlik etmişlər. Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, vaxtilə SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında milli irsimizi yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov, D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər. Bu dövrlərdə pedaqogika tarixçilәri әsasәn uzaq vә yaxın xarici ölkә pedaqoqlarının (C.Dyui, J.J.Russo, A.Disterverq, C.Lokk, K.D.Uşinski vә b.) nәzәri irsinin rus dilindәn tәrcümәsi, tәdqiqi vә tәbliği ilә mәşğul olmuşlar.

Öz tәşәkkülü vә inkişafının regional vә milli özünәmәxsusluğu ilә seçilәn Azәrbaycan xalqının zәngin pedaqoji ideyalar tarixinin ilk sistemli tәdqiqatçısı “Azәrbaycan pedaqoji fikrinin pioneri” (E.H.Medınski), “akademik vә canlı ensiklopediyası” (H.K.Qonçarov), ilk azәrbaycanlı pedaqoji elmlәr namizәdi vә doktoru, professor Әhmәd Seyidov olmuşdur. O, milli pedaqoji tariximizin bütöv bir mәrhәlәsinin yaradıcılarından, A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, S.Ә. Şirvani, H.Zәrdabi, M.Füzuli, F.Köçәrli, M.Ә.Sabir, C.Mәmmәdquluzadә haqqında zamanın tәlәblәrinә uyğun aparılmış fundamental tәdqiqatların müәllifidir.

Pedaqoq­alim kimi Ə.Seyidovun  maraq dairәsi böyük olsa da, tәdqiqatçı kimi daha dәrindәn nüfuz etdiyi bir problem vardı: milli vә bәşәri mәzmun daşıyan pedaqoji fikrin tәdqiqi. Onun әsәrlәri pedaqoji fikrimizin keçmişi ilә indisi arasındakı irsiliyin, varisliyi fasilәsizliyin mәqsәdinә әmәli xidmәt göstәrir. Onun elmi­pedaqoji yaradıcılığının daimi predmeti kimi iki istiqamәtin aparıcı olduğu diqqәti cәlb edir:

1. Azәrbaycan pedaqoji fikrinin tәdqiqi;

2. Uzaq vә yaxın xarici ölkә pedaqoqlarının pedaqoji irsinin tәdqiqi vә tәbliği.

Әslindә bu tәdqiqat istiqamәtlәrinin hәr ikisi alimin istinad etdiyi bir elmi­ pedaqoji üslubda birlәşir, milli pedaqoji fikrimizi hәm milli­tarixi qaynaqları, hәm dә beynәlxalq әlaqәlәri ilә birlikdә öyrәnmәyә kömәk edәn zәmin rolunu oynayır.

Әhmәd Seyidov ilk sanballı vә sistemli tәdqiqat işini o vaxta qәdәr  tәdqiqat predmeti olmayan çox vacib birmәsәlәyә ­ xalqımızın milli iftixarı A.Bakıxanovun pedaqoji görüşlәrinin tәdqiqinә hәsr etmişdir. Bununla o, birtәrәfdәn özünün әsas tәdqiqat obyektini müәyyәnlәşdirdi, digәr tәrәfdәn isә X1X әsr Azәrbaycan pedaqoji fikrinә yeni elmi münasibәtin yaranmasına zәmin hazırladı. Onun 1939­cu ildә müdafiә etdiyi "A.Bakıxanovun pedaqoji görüşlәri" namizәdlik dissertasiyası pedaqoji fikrimizin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi.

Bu dissertasiyada A.Bakıxanovun dövrü, mühiti faktik material vә zәngin sәnәdlәr әsasında şәrh olundu, ictimaisiyasi, pedaqoji vә etik fikirlәri, qadın vә müәllim haqqında baxışları tәhlil edildi. Bununla da yeni elmi tәdqiqatistiqamәtinin formalaşmasının әsası qoyuldu. Yüksәk elmi­nәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr 1940­cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görüldü.

1941-ci ildə Ə.Seyidova APİ-nin rektorluğu vəzifəsini təklif edirlər və alim 1949-cu ilə qədər bu vəzifədə fəaliyyət göstərir.

Ә.Seyidov 1940-­cı ildәn sonra sistemli olaraq Azәrbaycan pedaqoji fikrinin tәdqiqi sahәsindә araşdırmalarınıdavam etdirәrәk, 1947­-ci ildә "XIX әsr Azәrbaycan pedaqoji fikrinin әsas nümayәndәlәri" mövzusunda doktorluq dissertasiyası müdafiә etmiş, hәmin dissertasiyanın әsas hissәsini "Azәrbaycanda pedaqoji fikrin inkişaf tarixindәn" (Bakı, «Azәrnәşr», 1958) adı altında nәşr etdirmişdir.

"Azәrbaycanda pedaqoji fikrin inkişafı tarixindәn" kitabında Azәrbaycan pedaqoji fikrinin inkişaf yolu tarixi pedaqoji vә nәzәri planda ayrı­-ayrı oçerklәr (“A.Bakıxanovun pedaqoji görüşlәri”, “M.Şәfinin pedaqoji görüşlәri”, “M.F.Axundovun pedaqoji görüşlәri”,  “S.Ә.Şirvaninin pedaqoji görüşlәri”, “H.Z.Mәlikovun pedaqoji görüşlәri”) vә qısa icmallarda (“Azәrbaycanda XIX әsrә qәdәrki dövrün pedaqoji fikrinә dair”, “XX әsrin әvvәllәrindә Azәrbaycanda pedaqoji fkrin qısa xülasәsi”) tәqdim olunur,  xalqımızın dünya elminә vә mәdәniyyәtinә buraxılış vәsiqәsi hesab edilәn XIX әsr pedaqoji fikir klassiklәrimizin bu gün dә öz tәravәtini itirmәyәn elmi­nәzәri fikirlәri yüksәk peşәkarlıqla vә tәdqiqatçılıq sәriştәsi ilә araşdırılır.

Ə.Seyidov 1958 və 1970-ci illərdə çoxcildlik "Pedaqogika tarixi" və "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" monoqrafiyalarını qələmə aldı. Bu gün də həmin əsərlərdən bir dərslik kimi ali məktəblərdə istifadə olunur.

Əhməd Seyidovun həyatına dair digər bir fakt kimi qeyd edə bilərik ki, bir gün Mikayıl Müşfiq Əhməd Seyidovun evinə gəlir və xahiş edir ki, onun poeziyasındakı tərbiyə məsələləri haqqında məqalə yazsın (Artıq 37-ci il yaxınlaşmışdı, şairə hücumlar da güclənmişdi). Və alim qələmə alır: 12 səhifəlik bir məqalə. Məqalə M.Müşfiqin şeirlərini xilas etsə də, şairin xilasına gücü çatmır.

Görkəmli pedaqoq unudulmaz şəxsiyyətlərimizdən İsmayıl Şıxlının, Şıxəli Qurbanovun müəllimi kimi, onlardan qürurla danışırdı. Xüsusilə, İsmayıl Şıxlı "Dəli Kür" romanını yazanda Qori Müəllimlər Seminariyası ilə əlaqədar bəzi məlumatları Əhməd Seyidovdan almışdı.

Akademik Y.M.Medinskinin məsləhətindən sonra "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" mövzusunda doktorluq işini başa çatdırdı (1945) və az sonra (1947) uğurla müdafiə etdi. Professor Əhməd Seyidov görkəmli alimlərimizdən Mehdi Mehdizadənin, Ziyəddin Göyüşovun, Ağamməd Abdullayevin, Şövqi Ağayevin, Bəşir Əhmədovun rəsmi oppenenti olmuşdur.

Professor Ə.Seyidov tarixi şəxsiyyətlər sırasında yeri görünən alimlərdən biridir. Onun yaşadığı 85 illik şərəfli  ömür Azərbaycan Pedoqoji elm tarixində əvəzsiz bir irs qoymuşdur.

 

Elmi əsərləri:

~ "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" monoqrafiyası

~ "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri"

~ “Pedoqogika Tarixi”    (kitabi buradan yukləyə bilərsiniz)

 

Mənbələr:

1."Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

2. R.Əliyev  «Psixologiya tarixi» (2006)

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

4.Ə.T.Baxşəliyev  “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

5.http://fact-info.az/ts_general/azl/musahibe/2011/musahibe-35.htm?mod=print_document&lang=azl

6.http://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_Seyidov

7.http://www.share.az/4dldpk362q58/PEDAQOG%C4%B0KA_TAR%C4%B0X%C4%B0.pdf.html

8.http://www.qazax.net/az/zp_aseidov.htm

9.http://www.anl.az/el/h/hr_pt.pdf

 

Hazırladı: Fəridə Qasımova

 

 

 

 

 

Go Back

Fuad İbrahimbəyovun Azərbaycanda psixologiya elminin inkişağında rolu

14-12-2014

Fuad İbrahimbəyli Azərbaycanda psixologiya elminin bir elm kimi qərarlaşmasında və inkişafında görkəmli rol oynamışdır. O, özünün elmi – pedaqoji fəaliyyətində psixologiya elminin inkişaf tələblərini nəzərə almağa çalışmışdır. Fuad bəy bu gün ali məktəblərimizdə çalışan, psixologiya kafedrasına rəhbərlik edən kadrların bütöv bir nəslinin bilavasitə müəllimi olmuşdur. O, yüksək ixtisaslı psixoloq kadrlar yetişdirilməsinə əsl atalıq qayğısı göstərmiş, kadr hazırlığına böyük əmək sərf etmişdir. Fuad müəllim onu tanıyanların yaddaşına həm də sadə, səmimi, nəcib, müəllim şəxsiyyətini yüksək tutan alim – pedaqoq kimi həkk olunmuşdur. (F. Q. Köçərli)

Həyatı

Fuad Əhməd oğlu İbrahimbəyov 1901 – ci il dekabrın 29 – da Azərbaycanın gözəl, füsunkar güşələrindən biri olan Şamaxıda dünyaya gəlmişdir. Hələ uşaqlıq illərində özünün dərin zəkası, hadisələri təhlil etmək, ümumiləşdirə bilmək qabiliyyəti ilə fərqlənmişdir. O, əmək fəaliyyətinə çox erkən, 15 yaşından başlamışdır. Xalqını sevən bu gənc az sonra pedaqoji işə keçmiş və əsl maarifpərvər kimi fəaliyyət göstərmişdir.

Elmə olan böyük həvəs onu bir yerdə dayanıb durmağa qoymamışdır. Məktəbdə işləyə - işləyə İbrahimbəyov Azərbaycan Dövlət Universitetində öz təhsilini davam etdirmiş və 1925 – ci ildə tibb fakültəsini bitirmişdir.

Tibb elminin müxtəlif sahələri ilə yanaşı psixologiya elmi də ilk gündən onun diqqətini özünə cəlb etmişdir. Ona görə də 1926 – cı ildən başlayaraq əvvəlcə tibb fakültəsinin nevrologiya kafedrasında çalışmaqla, sonra isə psixiatriya kafedrasında assisent vəzifəsində, eləcə də müalicə - profilaktika müəssisələrində işləməklə yanaşı Azərbaycan Pedaqoji İnstitutunda psixologiya kursunu oxumağa başlamışdır. Ali məktəbdə işlədiyi ilk günlərdən başlayaraq  Fuad müəllim özünün elmə və onun tədrisinə ciddi münasibət bəsləməsini büruzə vermişdir. Psixologiya elmini dərindən öyrənmək və onu yüksək elmi – metodiki səviyyədə tədris etmək məqsədilə o, 1926 – cı ildə respublikada ilk eksperimental  psixoloji laboratoriyanı yaratmış və burada özünün dərin elmi axtarışlarına başlamışdır. Beləliklə də gənc müəllim ali məktəbdə elmi – pedaqoji fəaliyyətə başladığı ilk gündən normal və patoloji psixologiyanı birgə öyrənmişdir ki, bu da onun tədqiqatlarının məhsuldarlığına təsir göstərmişdir. Gərgin əmək, inadkar axtarışlar da öz bəhrəsini vermiş və ona görə də artıq 1931 – ci ildə Fuad müəllimə VII Beynəlxalq psixotexnika konfransının tribunasından çıxış etmək nəsib olmuşdur.

Sonrakı illərdə Fuad müəllim yorulmadan ciddi elmi – tədqiqat işləri aparmış, pedaqoji kadrlar hazırlanmasında iştirak etmişdir. Onun gərgin əməyi bəhrəsiz qalmamışdır. 1933 – cü ildə ona psixologiya üzrə pedaqoji elmlər namizədi elmi dərəcəsi və psixologiya kafdrası üzrə dosent elmi adı, 1939 – cu ildə isə tibb elmləri namizədi elmi dərəcəsi və psixiatriya kafedrasının dosenti elmi adı verilmişdir.

Ali məktəbdəki elmi – pedaqoji fəaliyyəti ilə yanaşı Fuad İbrahimbəyov insanların sağlamlığını qorumaq işini də davam etdirmişdir. Böyük Vətən müharibəsi illərində o, psixiatrik ekspert komissiyasının sədri və Azərbaycan Səhiyyə Nazirliyinin baş psixiatoru vəzifəsində çalışmışdır. Ömrünün axırlarına qədər Bakının psixiatriya müəssisələrində məsləhətçi olmuşdur. 60 illik elmi axtarış dövründə F.Ə. İbrahimbəyov psixologiya psixologiya elminə 80 – dən artıq orijinal əsər bəxş etmişdir ki, bunların 50 – dən çoxu azərbaycan, rus, fransız və ingilis dillərində çap olunmuşdur. Hər bir elmin yayılmasında, tələbələrin və geniş oxucu kütləsinin malı olmasında dərslik və dərs vəsaitlərinin əvəzolunmaz rolu vardır. Bu cəhəti nəzərə alan F. Ə. İbrahimbəyov respublikamızın ali məktəblərinin tələbələri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasının da qayğısına qalmışdır.

O, hələ 1935 – ci ildə K. N. Kornilovun “Psixologiya” dərsliyinin Azərbaycan dilinə tərcüməsinin, sonra psixopatalogiya üzrə dərs vəsaitinin elmi redaktoru olmuşdur. 1964 – cü ildə ümumi psixologiya üzrə nəşr olunmuş və hal – hazıra qədər respublikamızın pedaqoji institutlarında istifadə olunan dərsliyin ən çətin, mürəkkəb fəsilləri olan “Psixikanın inkişafı” və “Temperament” fəsilləri onun tərəfindən yazılmışdır.

Elmi fəaliyyəti

Fuad müəllimin elmi yaradıcılığına nəzər salarkən böyük iftixar hissi ilə demək olar ki, psixologiya elminin bir sıra ən vacib sahələrinin republikamızda inkişafı məhz onun adı ilə bağlıdır. Eksperimental psixologiyanın inkişafı da məhz belə sahələrdən biridir. Belə ki, əsrimizin əvvəllərində dünya psixologiyasında eksperimental tədqiqatlara geniş yer verildiyi, psixoloji tədqiqatlarda testlərdən, texniki vasitələrdən geniş istifadə edildiyi halda Azərbaycanda daha çox köhnə üslubda yazılmış psixoloji ədəbiyyatlar diqqəti cəlb edirdi. Psixologiya elminin yeni istiqamətdə inkişafına təkan vermək üçün Fuad İbrahimbəyov 1926 – cı ildə Ali Pedaqoji İnstitutda ilk eksperimental psixologiya laboratoriyasını təşkil edir. Həmin laboratoriya nəinki psixoloji cihazlarla zəngin təchiz edilmişdir, həm də orada zəngin mütəxəssislər cəmləşmişdi, ən əlamətdar cəhət odur ki, Fuad İbrahimbəyov o dövr üçün bütün dünyada geniş yayılmış “Bine – Simon” testlərini dərindən təhlil etmiş və onları milli xüsusiyyətlərə uyğunlaşdırmışdır. Belə bir əməliyyat özünün həqiqi dəyərini on illərdən sonra ala bilmişdir. Belə ki, məşhur psixoloq Filipp Vernon 70 – ci illərdə qeyd etmişdir ki, milli mədəniyyətdən, etnik xüsusiyyətlədən xali olan testlər yoxdur və ola da bilməz.

Psixologiya laboratoriyasında eksperimental psixologiyada tətbiq olunan bir sıra metodlar yerli şəraitə uyğun olaraq yaradıcı surətdə yenidən işlənmişdir. Bu da respublikada bir sıra yeni eksperimental metodların hazırlanmasına imkan vermişdir. Təsadüfi deyildir ki, 1931 – ci ildə F. İbarahimbəyov VII Beynəlxalq konfransda intellektin tədqiqi ilə əlaqədar öz orijinal metodikasının təqdim etmişdir. Həmin metodika mütəxəssislərin diqqətini xüsusi olaraq cəlb etmişdir.  Həmin dövrdə F. İbrahimbəyovun hazırladığı  psixoloji tədqiqat metodları sonrakı dövrlərdə geniş tətbiq olunmuş və bir sıra tədqiqat işlərinin eksperimental əsasını təşkil etmişdir.  Xüsusən də F. İbrahimbəyovun 50 – ci illərdə bilinqvizmin (2 dil öyrənmənin) psixologiyası ilə əlaqədar işləyib hazırladığı tədqiqat metodikası  çox geniş yayılmış və ciddi praktik əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, həmin metodikadan müvəffəqiyyətlə istifadə edərək respublikamızda onlarla mütəxəssiz namizədlik dessertasiyası yazmış, bununla da xüsusi psixoloji məktəb formalaşmışdır.

Digər bir mühüm cəhət odur ki, Fuad müəllimin yalnız eksperimental psixologiya sahəsində deyil, eyni zamanda elmin başqa sahələri üzrə yerinə yetirdiyi işlər respublikamızda bir sıra mütəxəssislərin taleyində mühüm rol oynamış, xüsusi psixoloji məktəblərin formalaşmasına imkan vermişdir. (Ə. S. Bayramov – BDU)

 F. Ə. İbrahimbəyovun elmi fəaliyyəti çoxsahəlidir, geniş diapazona malikdir. Bu genişlik onun böyük erudisiyaya malik olmasından irəli gəlir. Onun elmi axtarış dairəsi psixoloji tədqiqat metodikasını, şüurun, şəxsiyyətin, təfəkkürün və nitqin, bilinqvizmin, əmək psixologiyasının, patoloji psixologiyanın, sosial tarixi psixologiyanın, psixologiya tarixinin, psixolinqvistikanın bir sıra problemlərini, eləcə də psixoloji terminologiya məsələlərini əhatə edir.

F. Ə. İbrahimbəyovun işləyib hazırladığı “Hiperemosiyaların motor – ifadəli tədqiqi metodikası”, “Əqli funksiyaların tədqiqi metodları”“Milli respublikalarda psixotexniki tədqiqat aparan praktik işçilər üçün qurğu” 1930 – cu ildə Leninqradda keçirilən insan davranışı üzrə I Ümumittifaq qurultayında və VII Beynəlxalq psixotexniki konfransda müzakirə olunmuş və yüksək elmi dəyərə malik olan işlər kimi məsləhət görülmüşdür. Onun “Milli testlər problemi haqqında” əsəri ölkənin sənayeləşdirilməsi illərində peşə orientasiyası və peşəseçmə məsələlərinin həllində böyük rol oynamışdır.

F. Ə. İbrahimbəyovun tarixi psixologiya sahəsində apardığı tədqiqatlar onun sosial psixologiya, şüurun inkişafı və şəxsiyyətin təkamülü üzrə öyrəndiyi problemlərlə əlaqələnmişdir. Arxeoloji, etnoqrafik faktları, eləcə də klassik Azərbaycan ədəbiyyatı əsərlərini tarixi psixologiyanın və psixologiya tarxinin mənbəyi kimi nəzərdən keçirməklə, o, eyni zamanda şüurun genişlənməsi, şəxsiyyətin sonrakı təkamülünün onun tarixən dəyişməsi əsasında öyrənilməsi ideyasını irəli sürmüşdür. Onun sosial psixologiya ilə tarixi psixologiyanı birgə öyrənmək sahəsindəki tədqiqatları “Multikultural çarpazlaşma və psixikanın inkişafı” adlandırdığı problemə gətirib çıxarmışdır.

Bu qocaman alimin elmi yaradıcılığında əsas yerlərdən birini institutumuz üçün əsas problem olan bilinqvizim psixologiyası problemi olmuşdur. Psixoloji və linqvistik nəzəriyyə, eləcə də rus dili və xarici dillərin tədrisi metodikası üçün zəruri olan bu problemə onun 20 – yə qədər əsəri, elmi məruzəsi və məlumatı həsr olunmuşdur.

1931 – ci ildən başlayaraq bir – birinin ardınca onun Bakıda, Moskvada, Leninqradda, Tbilisidə, Yerevanda, Alma – Atada, Daşkənddə, Amsterdamda, Londonda, Tokioda əsərləri çap olunmağa başlayır. Bunlardan “Fərdi şüurda dillərin qarşılıqlı təsiri haqqında”, “İkidillik, onun strukturu və fərdi tipologiyası”, “Bilinqvizm və poliqlosiya zamanı ikinci siqnal sistemində qarşılıqlı təsir haqqında”, “Dili hiss etmə haqqında”, “Bilinqvizm zamanı nitqin qavranılması” və başqalarını göstərmək olar.

F. Ə. İbrahimbəyovun bütün bu tədqiqatları psixologiyasında mühüm bir cəhətə - bilinqvizmin fərdi şüurunda formalaşması və fəaliyyət göstərməsinin psixoloji mexanizmləri barədə əsaslı nəzəriyyənin hazırlanmasına kömək etməyə yönəlmişdir. Onun tədqiqatları mühüm nəzəri müddəalarla zəngin olması ilə yanaşı böyük praktik əhəmiyyət də daşımışdır. Bacarıqlı alimin əsərlərində rus dili və xarici dillərin tədrisinin səmərəliliyini artırmağa kömək edən sanballı təklif və mülahizələr irəli sürülmüş və buna görə də bu sahədə çalışan müəllim və metodistlərin fəaliyyətində öz əksini tapmışdır.

F. Ə. İbrahimbəyovu təkcə respublikamızın deyil, keçmiş ittifaqın respublikalarının mütəxəssisləri görkəmli psixoloq kimi tanıyır və onu yüksək qiymətləndirirlər. Buna o, öz qələmi, zəkası, insanlarla qarşı münasibəti, qayğıkeşliyi ilə nail olmuşdur.  Onunla bir dəfə görüşən adam ayrılmaq istəmir, onu dinləməkdən həzz alırdı. Ayrıldıqda isə bir daha, bir daha görüşmək istəyir, buna can atırdı. Ona görə də Fuad müəllimi bütün elmi məclislərdə dinləmək istəyirdilər.  O, psixologiya üzrə bütün ümumittifaq, respublikalararası simpoziumların, konfransların, qurultayların fəal iştirakçısı olmuş, burada maraqlı və dərin məzmunlu  məruzələrlə yanaşı ayrı – ayrı bölmələrdə rəhbərlik etmiş, plenar iclasları aparmışdır. Azərbaycan psixoloqları fəxr edirlər ki, görkəmli psixoloqlar sırasında son illərdə F. Ə. İbrahimbəyov Amsterdamda keçirilən XVI , Moskvada keçirilən XVIII, Londonda keçirilən XIX Beynəlxalq psixoloji konqreslərdə respublikamızın psixologiya elmini təmsil etmişdir.

F. Ə. İbrahimbəyov 20 ilə yaxın psixologiya kafedrasında müdirlik etmiş, 15 ildən artıq Psixoloqlar Cəmiyyəti Azərbaycan şöbəsinə rəhbərlik etmiş, Cəmiyyətin Mərkəzi Sovetinin üzvü seçilmiş, demək olar ki, psixoloqların Zaqafqaziya konfranslarının hamısının təşkilat komitəsinin üzvü olmuşdur.

F. Ə. İbrahimbəyovun xidmətləri hökümət səviyyəsində qiymətləndirilmiş, o, “Şərəf nişanı” ordeni, üç medal, “Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı” ilə təltif olunmuş, “Respublikanın əməkdar həkimi” fəxri adına layiq görülmüşdür. (M. Ə. Həmzəyev, C. Səməndov – APXDİ)

 
Əsərləri:

1.“Hiperemosiyaların motor – ifadəli tədqiqi metodikası”,


2.“Əqli funksiyaların tədqiqi metodları” 


3. “Milli respublikalarda psixotexniki tədqiqat aparan praktik işçilər üçün qurğu”  


4.“Fərdi şüurda dillərin qarşılıqlı təsiri haqqında”,


5.“İkidillik, onun strukturu və fərdi tipologiyası”,


6.“Bilinqvizm və poliqlosiya zamanı ikinci siqnal sistemində qarşılıqlı təsir haqqında”, 


7.“Dili hiss etmə haqqında”,


8.“Bilinqvizm zamanı nitqin qavranılması”

 

Mənbələr:

 

1.Fuad iBrahimbəyov 90 il. Yubileyinə həsr olunmuş kitabdı. Red.heyəti: Z.N.Verdiyeva və s. Bakı, 1992. 136 səhifə 

 

2. R.Əliyev  «Psixologiya tarixi» (2006)

 

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

 

4.Ə.T.Baxşəliyev  “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

5. "Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

6.  http://psychology.az/multi_ibragimbekov.php

7. http://psixologiya.net/

 

 

 Hazırladı: Aytən Eminova

BDU Sosial Elmlər və Psixologiya Fakultəsi II kurs

 

 

 

 

 

 

Go Back

Aleksandr Makovelskinin Azərbaycan psixologiya tarixində rolu

10-12-2014

Aleksandr Makovelski - Azərbaycanda Elmi Psixologiya inkişafında əvəzsiz xidməti olan alim , 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. 16 dekabr 1969-cü ildə Bakı şəhərində vəfat etmişdir. İxtisasca tarixçi-filosof idi.

04 Dekabr 1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuşdur.

1949-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olmuşdur.

Fundamental əsərləri-antik fəlsəfə tarixi və Yaxın Şərq xalqlarının fəlsəfə tarixi mövzusunda olmuşdur.

Həyatı

Aleksandr Makovelski 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur.

A.Makovelski Qrodno şəhərində klassik gimnaziyanı medalla bitirməklə bərabər bütün digər tədris proqramları üzrə yüksək bilik səviyyəsində təhsilini başa vurmuşdur. Sonra o, Kazan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olmuşdur. Kazan Universiteti öz dövründə yüksək ali təhsil səviyyəsi, səriştəli və böyük elmi-tədris nailiyyətlərinə malik müəllim heyəti, həmçinin demokratik ənənələri ilə məşhur olan bir tədris müəssisəsi sayılırdı.Professor müəllim heyətində sayılıb seçilən soyadları sırasında tarix-filologiya fakultəsində professorlar D.Qulyayev, V.N. İvanovski, E.A. Bobrov, M.M. Xvostov, S.P.Şestakov, E.D.Budde, V.A. Bogoroditski və başqa alim-filoloqlar var idilər. Tələbə A.Makovelskinin elmi-maraq dairəsi geniş idi. Onun əsərlərində psixologiya, pedaqoqika, etika, məntiq sahələri əhatə olunmaqla, özünün daha doğma və yaxın mövzusu qədim yunan fəlsəfəsi əks olunmuşdu. Onun geniş diapazonda yaradıcılıq nailiyyətləri təsadüfi deyildi, o geniş erudisiyalı poliqlot (çoxsaylı müxtəlif dilləri sərbəst bilən şəxs) idi. Sərbəst şəkildə bildiyi qədim yunan, latın, alman, ingilis, fransız, italyan, polyak, çex dilləri ona imkan verirdi ki, öyrəndiyi mövzunun fundamental səviyyədə mahiyyətini aça bilsin, o bu potensialı əldə etmişdi.

Makovelski daima öz biliklərini təkcə tarix-filologiya sahəsində deyil, təbiət və dəqiq elmləri də geniş öyrənirdi, xüsusilə astronomiya, biologiya, riyaziyyat elmləri bölməsi ilə də məşğul olmağa vaxt tapırdı. O, yüksək səviyyədə riyaziyyat-cəbr və həndəsəni bilirdi, bundan istifadə edərək istənilən çətin mövzünü asan və başa düşülən formada məruzə və mühazirələrdə dinləyiciyə izah edə və çatdıra bilirdi.

1904-cu ildə üçüncü kurs tələbəsi A.Makolevski Kazan Universitetinin 100-illik yubileyində Safoklun “Antiqona” faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi” - adlı əsərinə görə medalla mükafatlandırılmışdır.

Elmi fəaliyyəti

1907-ci ildə Universiteti bitiridikdən sonra Makovelski fəlsəfə kafedrasında saxlanıldı ki professor dərəcəsi verilməsi üçün təhsilni davam etdirsin. 1908-ci ildə Makolevski Ali qadın kurslarına dərs demək üçün müəllim qismində dəvət alır. O, Universitetdə privat-dosent işləyərkən onun iki mühazirəsi “Əxlaq Epikteti” böyük ruh yüksəliyi ilə çoxsaylı dinləyicilər toplanması ilə müşayət olunduğu üçün tezliklə mətbuata da yol açdı. 1913-cü ildə Makolevski, Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrinin öyrənilməsi üçün Almaniyaya ikiiilik elmi-ezamiyyətə göndərilir.Həmin illər ölkə sərhədlərindən xaricə uzunmüddətli vaxta gediş etimadı qazanmaq sadə bir məsələ deyildi. Qeyd etmək lazımdır ki, gənc alim üçün Rusiyada tanınmış, şöhrətli yazıçı D.Merejkovski və onun arvadı Z.Qippius zəmanət vermişdilər.

Gələcəkdə əsaslı elmi əsər olan 3-cildlik “Sokratdan əvvəlki fəlsəfə” kimi kapital bir əsərin materiallarını Berlində, Münhendə elmi kitabxanalarda tədqiq edən Makovelski, məşhur filosoflarla (Ostvald, Kassirer, Erdman Zimmel) və məşhur riyaziyyatçı alim Dinqlerlə tanış olur.

Qəflətən başlayan I-ci Dünya Müharibəsi Makovelskiyə elmi işini Almaniyada davam etdirməyə imkan vermədi. Arası kəsilmiş elmi işi davam etdirmək zərurəti yarandı. O, indı Peterburq və Moskvada elm-kitabxanalarda işini davam edirdi. Artıq 1914-cü ildə fundamental “Sokrataqədərkilər” əsərinin İ-cildi işıq üzü gördü.

1915-ci ildə 2-ci cild çapdan çıxdı. Bu əsərin işiq üzü görməsi Rusiya və Qərbi Avropa elmi ictimaiyyəti üçün böyük bir hadisə oldu. ”Sokrataqədərkilər”- əsərinin 2 cildi çapdan çıxdıqdan sonra mətbuatda çoxsaylı rəylər, resenziyalar dərc olundu. Elmi ictimaiyyət alim-filosoflar qiymətli əsərin ərsəyə gəlməsini müsbət rəy və böyük razılıqla qarşılamışdılar.

1918-ci ildə “Sokrataqədərki fəlsəfə”- tarixi-təndiqi mənbələrin xülasəsi kitabı işıq üzü gördü, 1919-cu ildə isə “Sokratagədərkilər”-in 3-cü cildi çap olundu.

Azərbaycan Dövlət Universiteti ( Bakı Dövlət Universiteti) isə hələ Azərbaycan Demokratik Respublikasının vaxtında – 1919-cu ildə yaradılmışdı. Universitetdə yaradılan kafedralardan biri də psixologiya kafedrası idi. Kafedraya görkəmli alim A.O.Makovelski rəhbərlik edirdi. Ali məktəblərdə ən böyük çətinliklərdən biri də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə bağlı  idi.  Vəziyyətdən  çıxış  üçün  dilləri  Azərbaycan  dilinə yaxın olan Krımdan, Kazandan, Türkiyədən yüksək ixtisaslı müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski, X.Fikrət, M.Tofiq və başqaları var idi. Onlar həm psixologiyadan dərs deyir, həm də milli kadrların hazırlanmasına kömək edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə əvəzsizdir.

 A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət Universitetində ( Bakı Dövlət Universiteti)  işə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə ADU-da ( BDU) «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

O, 1931-ci ildən 1940-cı ilədək AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır və 1960-cı ilə qədər Məntiq-Psixologiya kafedrasına rəhbərlik edir. Akademik Makovelski Aleksandr Osipoviç- 1945-1950-ci illərdə Fəlsəfə və Hüquq İnstutuna rəhbərlik etmişdir. Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. O, Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi opponenti, M.Məhərrəmov, M.Abbasov, M.Hacıyev, İ.Seyidov və başqalarının elmi rəhbəri olmuşdur.

Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, Azərbaycan şair və filosoflarının yaradıcılığının psixoloji təhlilini vermişdir.

Eyni vaxtda o Politexnik və Pedaqoji İnstitutlarda, müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda, Xalq Təhsili İnstitutunda, muhazirələr oxumuşdur. Elmi-Tədqiqat Pedaqoqika İnstitutunda da işləmişdir.Universitetdə A.Makolevski bir neçə predmetdən muharizələr oxumuşdur: fəlsəfə tarixi, sosial-siyasi nəzəriyyə (təlim) tarixi, məntiq, psixologiya, məntiq tarixi, estetika, etika, pedagogika bunlardandır.

A.Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində əvəzsiz xidmətlərini xüsusi qeyd etmək vacibdir. Bu sahə əvvəldən öyrənilməmiş qalmışdı: A.Makovelski yeni elmi sahənin (distsiplinanın) predmetin əsasını qoymuşdur - bu "Azərbaycan fəlsəfəsinin tarixi" adlanır.

Sonra bu istiqaməti onun elm davamçıları olan şagirdləri akademik Heydər Hüseynov, professor M.Qasımov, professor Ş.Mirzoyeva və çoxlu sayda başqa şagirdləri davam etmişdilər. Əsərlərinin çoxunu A.Makovelski böyük Nizami Gəncəvinin dünyagörüşünün tədqiqinə həsr etmişdir, N.Gəncəvinin yaradacılığına A.Makovelskinin böyük marağı şübhəsiz təsadüfi deyildi - Nizaminin ensiklopedik bilikləri ona çox yaxın idi.

Makovelski yazırdı: “Nizami öz epoxasının (dövrünün) görkəmli filosofu idi. Onun biliklərinin nə qədər hərtərəfli, böyük tutumlu xarakterdə olmasını əsərlərində toxunulan məsələlərin müxtəlifliyinə baxmaqla fikir yürütmək mümkündür.” ( A.Makovelski “Nizami filosof kimi”, 1946-ci il).

A.Makovelski uzun və səmərəli bir həyat yaşamışdır. O, Azərbaycan SSR Elmlər Akademiyası fəlsəfə İnstitutunun direktoru, Azərbaycan SSR EA akademiki , SSRİ Elmlər Akademiyasının müxbir üzvi idi. Azərbaycan SSR-də ancaq 2 alim ümumittifaq səviyyəli elmi ada malik idilər-akademik A.Makovelski və Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti dünyaşöhrətli kimyaçı-alim Yusif Məmmədəliyev.

Həyatının son günlərinə qədər A.Makovelski ahıl yaşında görmə və eşitmə məhdudiyyətlərinə baxmayaraq çox işləyirdi. Fəlsəfə İnstitutunda onu həmişə cavan azfəaliyyətli əməkdaşlara nümünə kimi təqdim edirdilər. Alim həyatının 86-cı ilində,1969-cu ilin dekabrında vəfat etmişdir

Əsas elmi əsərləri

              

  • Родословное дерево научного социализма, пер. с немецкого. Казань, 1906, 16 с.
  • Введение в философию, в. I. Понятие о философии. Казань, 1912. 57 с.
  • Мораль Эпиктета. Казань, 1912. 37 с.
  • Введение в философию, в. II. Проблема познания. Казань, 1913. 67 с.
  • Введение в философию (пять выпусков). Казань, 1917. 342 с.
  • Астрономические учения древних философов (до Платона) (отд. оттиск). Баку, 1925. с. 112-131
  • Воспитание ребенка. Баку, 1940. 11 с.
  • Софисты, в. I. Баку, 1940. 47 с.
  • Софисты, в. II. Баку, 1941. 100 с.
  • Низами о войне. Изв. АзФАН СССР, 1944, № 6, с. 63-71
  • Низами как философ. Труды Ин-та истории и философии АН Азерб. ССР. т. II. 1946, с. 21-27
  • Древнегреческие атомисты. Баку, 1946.401 c.
  • Логика и наука. Изв. АН Азерб. ССР, 1949, № 4, с. 167-170
  • К вопросу о мировоззрении М.Шафи. Труды Института истории и философии АН Азерб. ССР. т. VII, 1955, с. 192-212
  • Авеста. Баку, 1960. 143 с.
  • История логики. Москва, 1967. 502 с.

                                     

 

 

Görkəmli alimin bəzi əsərlərini aşağıgakı mənbə və linklərdən yükləyə bilərsiniz.

 

               

 

http://minervium.com/philosophy/Makovelskij-Vvedenie-v-filosofiju.html

http://4itaem.com/

http://www.twirpx.com/file/914738/

 

 MƏNBƏLƏR:

1. "Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

2. R.Əliyev  «Psixologiya tarixi» (2006)

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

4.Ə.T.Baxşəliyev  “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

5. “Zaqafqaziya psixoloqlarının III konfransının materialları”/Bakı-1962 və BDU əsərləri, 1966-cı il №5/

   əsərləri müstəsna olmaqla. 

6. 525-ci Qəzet. Firuz Mustafa - "Makovelski zirvəsi"  

 7. http://www.polonia-baku.org

8. http://az.wikipedia.org/wiki/Aleksandr_Makovelski

9. http://wapfiles.az/library/index.php?id=1316&page=1

10. http://psixologiya.net/

11. Электронная библиотека - "Люди и Книги"

12. http://www.ourbaku.com/

13.http://www.koob.ru/makovelsky/#books

 

Hazırladı: Fəridə Qasımova

Go Back

9 nəticə göstərilir