Düşüncə Jurnalı

header photo

"Anasının belə onu qucaqlamasına icazə vermirdi." - NİGAR ƏLİYEVA

Autizm, anadangəlmə ya da həyatın ilk 3 ilində meydana çıxan mürəkkəb inkişaf pozğunluğudur. Davranışda və ətrafdakı insanlarla ünsiyyətdə problemlərlə müşayiət olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir. Əksər autizmli uşaqlar xaricən tamamilə normal görünür, lakin bütün vaxtlarını digər normal uşaqların məşğuliyyətlərindən tam fərqlənən qəribə fəaliyyətlərə sərf edirlər.

    Autizmin ilk əlamətləri uşağın 3 ayında üzə çıxmağa başlayır. 3 ayında olan adi uşaq tanış adamları, xüsusilə ananı, görəndə sevinir, gülümsəyir. Autizmi olan uşaq heç kimi tanımır, gülümsəmir.

    Bir çox hallarda valideynlər autizmi olan uşaqda eşitmə qabiliyyətinin zəif olmasından və ya uşağın kar olmasında şübhələnərək (uşaq öz adını eşidəndə, güclü səslər eşidəndə heç bir reaksiya vermir) həkimə müraciət edirlər. Lakin belə uşaqlarda eşitmə ilə heç bir problem yoxdur. Bu uşaqlar özləri üçün özünəməxsus aləm yaradır və sanki bu aləmdə yaşayırlar.

    Autizmi olan uşaqların nitq inkişafı da gecikir. Adətən onlar yalnız 2 yaşından sonra danışmağa başlayır. Bu uşaqların nitqi də qeyri-adidir. Danışmağa başlayandan bu uşaqlar dərhal söz və cümlələrdən istifadə edir, böyüklərdən eşidtiyi sözlərini dəqiq şəkildə təkrarlayır, yalnız bir dəfə eşidtiyi mahnı və ya şeyiri asanlıqla təkrar edir.

    Autizmin tipik elametleri :

  • Goz kontakti mehduddur ya da yoxdur
  • Etraf muhite qarsi maraq yoxdur
  • Adina reaksiya vermir
  • Etrafdakilarin ona toxunmasina icaze vermir ya da sevmir
  • Esasen insanlara yox cansiz varliqlara ustunluk verir
  • Ozlerini sosyal muhitden tecrid edirler
  • Ekser hallarda isteklerini el hereketleri ya da mimikalarla bildirirler
  • Tez-tez eyni hereketleri, cumleleri tekrarlayirlar
  • Etrafda baş verən deyisiklikleri sevmirler. Bezi esyalara cox baglanirlar

    Autizmin inkişaf etmə səbəbləri tibbdə hələ ki qədiq müəyyən edilməyib.Hal-hazırda da bu mövzu üzrə tədqiqat işləri aparılır. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Həkimlərin müşahidələrinə görə, autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirilmiş anaların uşaqlarında inkişaf edir. Bəzi alimlər genetic faktorların rolu olduğunu söyləyir.Eyni yumurta əkizlərinin hər ikisində autizmin rastgəlməsinin müxtəlif yumurta əkizlərində olduğundan çox olması bunu deməyə əsas verir.

   Autizmin başqa bir səbəbi: autizmlə bağlı zülalın çatışmazlığı. Fransız və Amerikalı elm adamlarının birlikdə həyata keçirdiyi tədqiqatlar beyin formalaşmasında rol oynayan bir zülalın kifayət qədər sintez edilməməsinin autizmə yol açdığını göstərdi. Autist 11 uşaqdan 9-da MOCOS adı verilən zülalı kodlaşdıran genin funksiyasını kifayət qədər yerinə yetirmədiyi aşkar edildi. Alimlər MOCOS`un kifayət qədər sintez edilməməsinin beyində sinir impulslarının ötürülməsində problemlər yaratdığını, bunun da uşaqlarda müxtəlif inkişaf qüsurlarını meydana gətirdiyini söylədilər.

    Autizmin müalicəsi. Əvvəllər belə hesab edilirdi ki, autizm-taledir, hansı ki onunla barışmaq lazımdır. Hal-hazırda autizmin tam müəyyənləşmiş müalicə üsulu yoxdur. Lakin autist uşaqlara kömək edə biləcək, əqli inkişafları, düşünmə qabiliyyətlərini, hərəkətlərini yaxşılaşdıracaq bir çox metodlar var. İlk öncə, valideynlər autizm haqqında məlumatlandırılmalıdır. Autist uşaqlar daha çox qayğı və diqqət tələb edir, buna görə də valideynlər səbrli və dözümlü olmalıdır. Ümidsizliyə qapılmaq olmaz. Autizmin müalicəsi ilk öncə ailədən başlayır. Hər uşaq özəldir və ona fərdi yanaşılmalıdır. Əgər düzgün yanaşma metodu seçilsə autizm xəstəlik və çatışmazlıq yox, özəlliyə çevrilə bilər.

   Autizmli dahilər: Ludving Van Bethoven (dahi bəstəkar), Tomas Edison (həyatımıza işıq tutan autist), Albert Einşteyn (dünyaca məşhur bir fizikaçı və autist), Henry Ford (ilk avtomobil ixtiraçısı da bir autist olub), Wolfgang Amadeus Mozart, İsaac Newton və başqaları.

    Colorado Dövlət Universitetində professor, yazıçı, autizmli Temple Grandin

    2 yaşında autizm diaqnozu qoyuldu. Həkimlər ümid olmadığını, baxım evinə qoymaq lazım olduğunu deyirdilər. Anası onları dinləməmiş, yaxşı dayə tutmuş, danışması üçün terapevtlərə aparmışdı. Temple 4 yaşında danışmağa başladı. Müalicəsi evdə aparıldı. Saatlarla davam edən məşğələlərin sonunda Temple özü geyinməyi və sinirlərinə hakim olmağı öyrənmişdi. Yemek yeyərkən necə davranmalı olduğunu bilirdi. Anasının rəsmlərlə ona həyatı öyrətməyə çalışması, Templin şəkillər arasında əlaqə qura bildiyini anlamağına şərait yaratdı. Temple mühitdən təcrid edilmədi, normal yaşıdlarıyla eyni məktəblərə getdi. Bir müəllimi onun əksik yox, fərqli olduğunu anladı və onun təşəbbüsü ilə Temple Franklin Pierce universitetində psixologiya fakultəsinə qəbul oldu. Universitetə gedəcəyi ilin yayında Temple 1 ay xalasının fermasında oldu. Bu yay gəzintisi onun bütün həyatını istiqamətləndirdi. O, heyvanları sevməsilə bərabər, onları hiss edə bilirdi.

   Temple uşaqlıqdan ona kiminsə toxunmasını sevmirdi. Anasının belə onu qucaqlamasına icazə vermirdi. Bu fermada heyvanları peyvənd edərkən sabit saxlamaq məqsədilə bir cihaza saldıqlarını və heyvanların orada sakitləşdiklərini görür və bunun əsasında özünün “qucaqlama qutusunu” düzəldir. Templin sonrakı həyatı təhsil almaqla və özünü təkmilləşdirməklə keçdi. Heyvanlara olan sevgisini anladıqdan sonra bu sahə üzrə də təhsil aldı.

  • Dünyanın yeniliklərə, fərqli ağıllara ehtiyacı var. Fərqli olanları təcrid etmək yox, onlara həyatda özlərini tapmaq üçün kömək etmək və şərait yaratmaq lazımdır. Bütün uşaqlar dinindən, irqindən, inkişafından, sağlamlığından asılı olmayaraq özəldir, sevgiyə layiqdir.

 

Əliyeva Nigar 20 yaş

Azərbaycan Tibb Universiteti 3-cü kurs müalicə işi fakultəsi

 

Go Back

Sorğu göndər