Düşüncə Jurnalı

header photo

"Autist uşaqların bizə demək istədikləri" - PƏNAHOVA RƏFİQƏ

05-12-2015

Məndə uşağam... Axı siz niyə mənə baxanda, mənim yalnız “autist” olduğumu görürsüz. Autizm mənim şəxsiyyətimin yalnızca bir tərəfidir. Bəs sizin xoşunuza gələr, insanlar sizi görəndə yalnız bir xüsusiyyətinizə görə sizi qiymətləndirsələr?Desələr siz köksünüz və ya korsunuz? Ola bilsinki, bunlar sizin öndə olan xususiyyətlərinizdən biridir, lakin tam olaraq sizi ifadə etmir. Lakin siz isə mənim yalnız bir xüsusiyyətimi vurğulayaraq  sanki qarşımda bir divar hörürsüz, bu isə mənə özümü tam olaraq ifadə etməyimə mane olur. Əgər siz məni görəndə düşünürsüzsə  “O autistdir”, “O buna qadir deyil”, o halda mən niyə nəsə etməyə cəhd etməliyəm?

Mənim hissiyatım pozulub. Bu o deməkdir ki, mənə ən adi görünüş, səs, dad, qoxu və ya toxunuş, çox güclü ağrı verir. Lakin siz bunları hətta sezmirsiz. Bütün ətraf aləm mənə düşmən kimi gəlir. Sizə elə görünə bilər ki, mən özümü bütün dünyadan ayırıram və qarşımda divarlar hörürəm, lakin bu yalnız mənim özümü müdafiə üsulumdur. Mənim üçün mağazaya getmək belə cəhənnəmə çevrilə bilər, çünki mənim qulağım çox kəskin və yüksək səslərə həssasdır.  Mağazadaki səsküy, xoşagəlməz musiqi, kassanın səsi, xoşagəlməz qoxular -  bunlar mənə çox pis təsir edir. Ürəyim çox pis bulanmağa başlayır. Ətraf aləmi vizual olaraq qəbul etdiyim üçün, mağazadaki fluoressent lampalar mənim gözlərimi ağrıdır. O an mənə elə gəlir ki, ətrafda hər şey titrəyir və daim dəyişir.

Xaiş edirəm çalışın yadınızda qalsın mən nəyi “etmək istəmirəm” (imtina edirəm) və “nəyi etməyi bacarmıram” (qadir deyiləm). Qavrama, danışıq və söz lüğətimin azlığı mənim başlıca problemlərimdən ola bilər. Lakin problem onda deyil ki, mən sizi dinləmirəm. Problem ondadir ki, mən sizi başa düşmürəm. Siz məni başqa otaqdan çağıranda mən yalnız hansısa anlamadığım işarələr toplusunu eşidirəm.Məni çağırmaq əvəzinə, mənə yaxınlaşıb qısa və sadə şəkildə nə istədiyinizi desəniz sizi başa düşəcəm.

Mənim təfəkkürüm çox konkretdir. Məndən nəsə istəyəndə, xaiş edirəm dolayı sözlərdən istifadə etməyin, fikrinizi qısa və konkret ifadə edin. Mən yalnız bu halda sizi başa düşürəm. Zarafatlar, məcazlar, nüanslar mənim üçün anlaşılmazdırlar. Xaiş edirəm biraz səbr göstərin, əgər mənim söz lüğətim çox kasıbdırsa. Nə istədiyimi sizə demək mənə çox çətindir, əgər mən öz hisslərimi ifadə edə bilmirəmsə. Mən ac, əsəbi ola bilərəm və ya qorxaram, lakin bunu sözlərlə ifadə edə bilmirəm. Mənim dilimi anlamağı öyrənin. Bilin ki, əgər mən bəzən hansısa uzun və mənası olmayan cümlələr söyləyirəmsə, bu mənim üçün nitqimdəki çətinlikləri kompensasiya etməkdir. Çünki mən bilirəm ki, əgər mənimlə kimsə danışırsa ona nəsə cavab vermək lazımdır. Bu sözlər kitablardan, televiziya proqramlarından, filmlərdən və ya hansısa başqa insanların söhbətindən ola bilər. Bu “exolaliya”adlanır. Mən konteksti və ya təkrar etdiyim sözlərin mənasını anlamaya bilərəm.

Nitqimdə problemlər olduğu üçün, dünyanı vizual olaraq öyrənirəm. Xaiş edirəm mənə hansısa işlərin necə görüldüyünü anlatmayın, göstərin. Və lütfən, mənə təkrar-təkrar göstərməyə hazır olun. Dəfələrlə təkrar etmək mənə öyrənməkdə kömək edir. Həmdə hazır olun yaş artdıqca əgər mən hələ oxuya bilmirəmsə, mənim vizual təqdim etmələrə olan ehtiyacım azalmayacaq.

Xaiş edirəm fikrinizi mənim bacardıqlarıma yönəldin, bacara bilmədiklərimə deyil. Hər insan kimi məndə səhv edə bilərəm. Mənim güclü tərəflərimə diqqət yetirin, siz də onları mütləq taparsınız. Və məni sevin... Səbr edin və sevin. Çünki məndə sizi sevirəm, lakin hisslərimi bildirməkdə çətinlik çəkirəm.

 

 

Pənahova Rəfiqə Qəşəm qızı

 

Təhsil: A.S. Puşkin adına Leninqrad Dövlət Universiteti, koreksiya pedaqoqiqası və defektoloqiya fakulteti

İxtisas: Loqoped

 

Go Back

Sorğu göndər