Düşüncə Jurnalı

header photo

"Autistik uşaqların analarının gözü ilə..."- Şəlalə Mehəliyeva

         Autizmli uşaqla yaşamaq çətindir, əgər o uşaq canından bir parçadırsa daha çətin...

         Elə ilk illərdə özünü göstərməyə başlayır. Həm onun, həm özünün çətin, uzun keçən geceləri. Baçqa uşaqlar kimi normal oyunlar seçməz.Hərdən başa düşmək istəsəndə onu başa düşə bilməzsən. Saatlarla evin ortasında fırlanan, kağızları cırmağa başlayar. Mən anayam balam xoşbəxt olsun deyə həmin hərəkətləri gün boyu onunla birlikdə eliyərdim. Gün bitərdi amma yenə narahat qalardım ki, bu gecəni necə başa vuracayıq... Tualet vərdişləri olmaz autistiklərin çox cəhd eləsədə bunu bacara bilmirdi. Səhərə qədər bəlkə dəfələrlə onun paltarını dəyişmək məcburiyyətində qaldığım vaxtlarda vaxtlarda az olmayıb. Belə-belə illər keçər... O böyüdükcə daha da yorulub, əldən düşərsən. Artıq 7 yaşı olmuşdu. Yaşıdları məktəbə gedəndə o boynu bükük pəncərədən baxanda ürəyim parça-parça olurdu. Ana-atalar öz övladlarından danışıb, tərif edəndə, sən sadəcə gülərsən... Dayanmadan mübarizə aparırdım öncə özümlə sonra isə ətrafımdakı insanlarlar...

         Hər ağızdan bir səs çıxar. Hamı sənə nəsihətlər verər, sözdə yanındadırlar, amma ehtiyacın olduğunda heç kimi tapa bilməzsən.  Tək qalarsan illər keçdikcə...Məndən sonra ona kim baxacaq, nə olacaq deyə fikirləşərsən, çıxış yolu tapa bilməzsən. Hamı cənnətliksən, bu sənin imtahandır deyərlər. Özzlərinin imtahanda olduqlarını unudurlar sanki... Bu yolun tək çıxışa aparan tərəfi səbrdir. Mən və oğlum səbrlə gündəlik məşğələlərlə autizm mütəxəssislərinin köməyi ilə bu çətinliyin öhdəsindən gələ bildik. Artıq oda saymağı bilir, bəzi fiziki ehtiyaclarını ödəyə bilir, ən əsasda gözüylə təmasa girməyi bacarır. Mənim tək uşağımdır və mən həmişə ana sözünü ondan eşidəcəyim günü gözləmişdim. Artıq o mənə “ana” deyə bilir...

         Autizm qaranlığını səbrlə aydınlığa qovuşdurun

ŞƏLALƏ MEHƏLİYEVA

Go Back

Sorğu göndər