Düşüncə Jurnalı

header photo

"Autizmə elmi yanaşma" - LEYLA ABDURƏHİMOVA

Autizm sosial münasibətlərin yaradılmasına , ünsiyyət sferasının formalaşmasına mane olan inkişaf problemidir. Autizm sözü yunan  sözü olan “autos” sözündən götürülmüşdür. Yunan dilində autos sözünün mənası “öz” deməkdir. İlk dəfə autizm sözündən məşhur isveçrəli psixiatr E. Bleuler istifadə etmişdir. 1910-cu ildə Bleuler “autizm”in şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətraf aləmdən təcrid olunma əlamətlərini təsvir etmişdir.

Uzun müddət ərzində autizm sindromu şizofreniya xəstəliyi ilə əlaqələndirilməsinə baxmayaraq, çoxsaylı təqdiqatlar nəticəsində autizmin şizofreniya ilə heç bir bağlılığının olmadığı sübut olunmuşdur.

Autizm inkişaf problemi hesab olunsa belə, autizm sindromlu şəxslərin içərisində kifayət qədər intellektə malik olan dahilər də heç də az deyil. Albert Einstein,William Shakespeare,Mozart həmçinin Stephen Wiltshire,Daniel Tammeti bura aid emək olar. Autizm sindromu ilə bağlı bir sıra filmlər çəkilmişdir ki, bura ”Rain man” (Yağış adam) filmini misal göstərə bilərik. Filmin baş qəhrəmanı Raymond heç kimin aşkar etmədiyi xüsusi bacarığı-inanılmaz dərəcədə güclü hafizəyə və məntiqi təfəkkürə malik idi. Bu da autizmli uşaqların hamısının intellektinin zəif olmadığından xəbər verir. Bununla belə təəssüf ki,cəmiyyətimizdə autizm sindromlu şəxslərə münasibət heç də birmənalı deyil. Əksər insanlar autizmə xəstəlik kimi baxır,valideynlərin əksəriyyəti övladlarının cəmiyyətə inteqrasiyası üçün heç bir cəhd göstərmir,onların normal yaşayışlarını məhdudlaşdırırlar. Nəzərə almaq lazımdır ki,autizm xəstəlik yox sindromdur. Aparılmış tədqiqatlar autizm sindomuna oğlanlarda qızlara nisbətən daha çox rast gəlindiyini göstərir . Hər 4 autizmli uşaqdan 1-i qızdır.

Autizmin bir neçə spektr pozuntuları vardır ki,bunlara aşağıdakılar aid edilir:

   ~ Asperger sindrom

   ~ Rett sindromu

   ~ Uşaqlıq dezinteqrativ pozuntusu

    ~  Atipik autism

Autizmin yaranma səbəbi genetika ilə əlaqələndirilsə də,bir sıra Avropa psixiatr və psixoloqların araşdırmalarına əsasən autizm sindromunun digər səbəbləri də məlum olmuşdur. Bura beynin bəzi hissələrinə düzgün olmayan qan axını,beyin travması,anaya və uşağa vurulan peyvəndlər,doğumdan əvvəl və sonra oksigensiz qalma aid edilir. Həmçinin bağırsaqlarda bakteriyalar,hamiləliyin qarşısını alan həblərdən istifadə,civə,arsen,qurğuşun kimi maddələrin oraqnizmdə çoxluq təşkil etməsi də autizm sindroumunun formalaşmasına zəmin yaradır. Son zamanlar sinir sisteminin patalogiyası da autizmin səbəbləri sırasına daxil edilmişdir.

Tanıdığım autizm sindromlu uşaq üzərində apardığım müşahidə və tədqiqata əsasən autizm sindrumunun əlamətlərinin mütəmadi olaraq özünü göstərdiyinin şahidi oldum.

Əlamətlərə daxildir:

~ göz kontaktının olmaması- autizm sindromlu uşaqlar göz təmasından qaçır və danışan zaman yan tərəfə baxaraq fikiləri bildirirlər. Kiçik yaşlarından uşaqda bu halın baş verməsi autizm sindromunun xəbərçisi ola bilər. Müalicə prosesində çətinliklə də olsa uşaqda göz kontaktının qurulmasını formalaşdırmaq mümkündür.

~ ünsiyyətə marağın olmaması- autistik uşaqlar ətrafdakılarla ünsiyyətə maraq göstərmir, həvəsiz olur və özlərinə qapanırlar. Bəziləri ünsiyyətə meyilli olsalar da, sosial əlaqələrdə çətinlik çəkirlər.

~ exolaliya- autistik uşaqlar onlara sual verilərkən cavablandırmamışdan öncə sualı bir neçə dəfə təkrar edirlər. Həmçinin onlarda filmlərdə, verlişlərdə eşitdikləri kəlmələri dəfələrlə təkrarlamaq da müşahidə olunur. Bu hal valideynlərin əsəbləşməsinə səbəb olsa da, valideynlərdən mümkün qədər səbrli və anlayışlı olmaqları tələb olunur. Nəzərə almaq lazımdır ki, bu uşaqdan asılı olan bir vəziyyət deyil.

Autistik uşağa sual verəkən bu əlmətin bütün autizmli uşaqlarda olduğunun şahidi oldum. Uşaqdan verdiyim sualı bir neçə dəfə təkrar etdikdən sonra nəhayət ki, cavab ala bilmişdim.

~ səbəbsiz ağlama və ya gülmə- autizm sindromundan əziyyət çəkən uşaqlar bəzən heç bir konkret səbəb olmadan ağlayır, özlərinə qapanırlar. Bəzənsə bu halın əksi baş verir. Onlar səbəbsiz yerə gülür, həddindən artıq hiperaktiv olurlar. Autistik uşaqlarda qəribə və xoşa gəlməz səslərin çıxarılması da özünü göstərir

~ oyuna marağın olmaması- digər uşaqlar gündəlik həyatda müxtəlif növlü oyunlara üstünlük versələr də autistik uşaqlar üçün bu heç də maraqlı deyil. Autizmli uşaqlar oyuncaqlardan qeyri-adi şəkildə istifadə edir,onları bəzən kənara atır,qırır,uyğun olmayan hərəkətlər edir,əşyaları,oyuncaqları burunlarına yaxınlaşdıraraq iyləyir,onlara qəribə toxunuşlar edirlər.

~ obsessiyaların olması- autizm sindromu olan uşaqlarda obsessiv kompulsiv pozuntuya da (sayrışan halların nevrozu) rast gəlinir. Uşaqlar əşyalara bir neçə dəfə lazım olmadığı halda toxunur, otaq divarlarının kənarlarına dəfələrlə nəzər yetirirlər.

~ spontanlıq- autizmli uşaqlar daima duyğularını gizli yaşayır,maraqlarını istəklərini biruzə vermirlər. Onlar sevinc hissi keçisələr də,çox zaman bu vəziyyət mimika və pantamimikada özünü göstərmir.

Tədqiqat apardığım autizmli uşağa onun üçün hazırladığım hədiyyəni verərkən uşaqda sevinc hissinin olmaması bunun bariz nümunəsi hesab oluna bilər

~ dəyişikliklərdən qorxma monotonluq- autizm sindromlu uşaqlar yeni vəziyyətlərdən,dəyişikliklərdən qorxurlar. Məhz buna görə də daima eyni hərəkətləri təkar edir və eyni geyimlərin istifadəsinə üstünlük verirlər.

Bu vəziyyəti real həyatda gördükdə əldə etdiyim nəzəri biliklərin düzgünlüyünə bir daha inandım. Autizm sindromlu uşağı çox zaman eyni geyimdə görürdüm. Valideyni başqa paltar geyindirməyə çalışdıqda isə uşaq mane olur,ağlamağa və xoşagəlməz səslər çıxarmağa başlayırdı.

~ xüsusi dünyaya mənsubluq- autizmli uşaqların öz dünyaları olur, onlar real həyatda yaşamırlar. Xoşladıqları hər hansı bir fəaliyyətlə saatlarla yorulmadan məşğul ola bilərlər. Kolleksiya yığmaq onlar üçün xas bir xüsusiyyətdir.

~ səsə və iyə qarşı həssalıq – autizm sindromlu uşaqlar bəzən səsə və iyə aşırı dərcədə reaksiya verirlər. Bu halın baş verməsi onlarda narahatlıq və gərginlik yaradır. Belə olduqda onlar ağlamağa başlayaraq sanki etirazlarını bildirmiş olurlar.

Bu əlamətlə bağlı şahid olduğum bir hadisəni nəzərinizə çatırıram. Bir gün tədqiqat apardığım autizm sindromlu uşaqla oyun oynayırdıq. Otağın qaranlıq olduğunu görüb işığı yandırdıqda uşağın ağladığının şahidi oldum. Uşaq heç cür özünə gələ bilmirdi. Uzun müddət göstərdiyim səydən sonra uşaq sakitləşməyə başladı.

~ ağrıya qarşı laqeydlik təmasdan qaçma – autistik uşaqlar yaxınlarının belə onları qucaqlarına almaqlarını xoşlamırlar. Təmasdan qaçırlar, onlar ağrıya qarşı laqeydirlər. Hər hansı bir nahiyyələri zədələndikdə heç nə olmamış kimi davranır, heç bir reaksiya vermirlər. Bəzən özlərini təhlükəyə atmaq da müşahidə olunur.

Müalicəsi :

Autizm sindromunun müalicəsi olmadığı deyilsə də Avropa psixiatr və psixoloqları “autizm sindromu”nun müalicəsinin olduğu qənaətinə gəlmişdirlər. Onlar autizmin müalicəsində bir sıra yeni üsullar kəşf etmişdirlər. Bura “chelation” terapiyasını,”oksigen” terapiyasını və dietanı aid etmək olar.

Nəzərə alsaq ki, autizmin yarama səbəbləri sırasına ağır maddələrin çoxluğu da daxildir, bu halda “chelation” terapiyası uğurlu hesab oluna bilər. Müalicəyə nə qədər erkən başlanılarsa bir o qədər də irəliləyiş əldə etmək mümkündür.

Autizmin müalicəsinə başlamadan öncə fizioloji müainə aparılmalı, labaratoriya testləri edilməli, daha sonra seçilmiş terapiya növü tətbiq olunmalıdır. İstər “chelation” istər “oksigen” terapiyası, həmçinin dietanın tətbiqi 6 yaşında başlanılarsa sağalma faizi daha yüksək hesab olunur. 12 yaşında müalicə aparıldıqda isə uğurlu nəticə əldə etmək fazi aşağı enir.

Autizmin müalicəsində “Chelation” terapiyasının yerini xüsusi qeyd etmək lazımdır.

“Chelation” müalicəsi 1930-cu ildə alman kimyagəri Ferdinand Munz tərəfindən tibb elmində istifadə olunmağa başlanmışdır. II Dünya Müharibəsi illərində müalicə zamanı istifadə olunmuşdur. “Chelation” müalicəsi zamanı oraqnizmdə olan arsen,qurğuşun,civə,dəmir və digər ağır maddələr təbii və kimyəvi yolla vücuddan kənarlaşdırılır.

“Chelation” terapiyası bütün autizm sindromlu uşaqlara tətbiq edilə bilməz. Böyrək,sümük iliyi,qaraciyər xəstəlikləri olmayan uşaqların müalicəsində istifadə edilə bilər.

Autizmin müalicəsində pəhrizin tətbiq olunması ilə müəyyən uğurlu nəticələr əldə etmək mümkündür. Pəhriz zamanı bir sıra qaydalara əməl etmək lazımdır:

~ təbii qidaları qəbulu

~ şirniyyatın qəbulunu azaltmaq

~ meyvə və tərəvəzlərin qəbulu

~ suyun tez-tez istifadəsi

~ kafein,boyalı qidalardan uzaq durmaq

~ dəniz məhsullarından istifadə etməmək

Yadda saxlamaq lazımdır ki, autizm sindromlu uşaqların müalicəyə cəlb olunması ilə valideynlərin vəzifəsi tamamlanmış hesab olunmur.

Onlar övladlarına xəstə kimi baxmamalı, onlara xüsusi diqqət yetirməli,sevgi ilə yanaşmalı, mütəmadi olaraq qayğı göstərməli həmçinin uşağın onlar üçün dəyərli olduğunu tez-tez xatırlatmalıdırlar. Bu istiqamətdə psixoloqun da üzərinə bir sıra vəzifələr düşür. Psixoloq autizmli uşaqla bərabər valideynlərlə də mütəmadi olaraq əlaqədə olmalı,onlara məsləhət və məlumatlar verməli, ev şəraitində övladları ilə necə davranmaq lazım olduğu yollarını aşılamalıdırlar. Məhz bunlara əməl edilərsə uğulu nəticə əldə etmək olar. Yaddan çıxartmaq lazım deyil ki, autizm “xətəlik” yox “fərqlilikdir” .

Leyla Abdurəhimova,21 yaş,

Azərbaycan Müəllimlər İnstitutu- Psixologiya.

Go Back

Sorğu göndər