Autizm-anadangəlmə olan,ömür boyu sürən,qeyri-iradi hərəkətlərə səbəb olub, beyin inkişafını əngəlləyən xəstəlikdir. Bildiyimiz kimi insani digər canlılardan fərqləndirən əsas cəhət cəmiyyətlə əlaqə qura bilməsidir. Ancaq bu tip insanlar cəmiyyətlə əlaqə qura bilmir, özünə qapalı olurlar. Son illər respublikamızda rast gəlinən bu xəstəliyi 21 əsrin epidemiyası adlandıranlarda az deyil. Bu xəstəlik hər uşaqda başqa cür müşahidə edilir. Bəs bu xəstəlik necə yaranır? Xəstəliyin yaranma səbəbi hələki tam olaraq məlum deyil.
Lakin xəstəliklə maraqlanan zaman hamiləlikdə ananın “qızılcıg”, ”suçiçəyi” və s. bu kimi viruslu xəstəliklər keçirməsi zamanı uşaqda autizm xəstəliyinin yaranması qənaətinə gəlmək olar. Xəstəliyin gostəriciləri nələrdir?Yeni doğulan uşaqda xəstəliyin göstəricilərini anlamaq çətin olur. Hətta autizm xəstəlikli övladı olan ana müsahibəsində: “Oğlum çox sağlam dünyaya gəlmişdi çəkisi 4kq idi. Onun xəstə olduğunu anlamamışdıq.Lakin zaman keçdikcə onda fərqliliklər olduğunu gördük. Çağırdığımız zaman adına reaksiya vermirdi, yaşıdları danışdığı halda o kəlmə belə kəsmirdi. Fikrini ifadə etməkdə cətinlik cəkirdi.Buna görə də ağlayırdı və əsəbləşirdi”.Yalnız 2-3 yaşlarına gəldikləri zaman xəstəlik aşkar olunur.Bəs bu xəstəliyin özəlliyi nələrdir?Xəstəliyin bir sıra özəllikləri vardır ki,bunlardan biri də göz temasıdır.Bu xəstələr heç kimlə göz temasına girə bilmir.
Bizim üçün əhəmiyyətli olmayan səslər, qoxular, dadlar, görüntülər, toxunuşlar onlar üçün qorxunc hiss olunur.Bizim gündəlik olaraq yaşadığımız market alış-verişi,kassa aparatının səsi qəfil gələn qoxu onlar üçün artıq yüklənməyə səbəb olur və narahat edir.Hər hansı bir duyğuları çox yükləndiyi zaman buna tərs reaksiya verirler.Bizim onları uzaqdan çağırmağımız onlara işarət dili kimi gəlir.Biz bunun yerinə onlara yaxınlaşıb sadə kəlimələrlə müraciət etməliyik.Onlar ifadələri sözlərin mənasına görə anlayırlar.Məsələn,”qaçma”, ”tələsmə” kimi sözlər yerinə “arxanca atlı gəlir” ifadəsi onların başa düşməsinə çətinlik törədir.Danışa bilməsələr də onlara nə isə verdiyimiz zaman göstərdikləri reaksiya ilə nə istədiklərini başa düşə bilərik.Belə xəstələrin digər özəlliyi də mənasını bilmədiyi çətin sözləri və ifadələri belə əzbər deyə bilirlər.Yadda saxlama qabiliyyətləri çox güclüdür. Bu uşaqlar uzun müddət bir hadisəyə reaksiya göstərə,ağlaya və ya heç bir reaksiya göstərməyə bilərlər.Bəs bu xəstəliyin müalicəsi varmı?
Bəli bu mövzuyla maraqlandığım zaman vaxt keçdikcə yaxşılaşan uşaqların olduğu gördüm.Xarici kanalların birində autizmdən danışan ana belə dedi:”Onu çağıran zaman heç bir reaksiya vermirdi,danışmırdı.Ən böyük problemimiz isə oğlumun barmaqları ilə ağzındaki tüpürcəyi çıxarıb hər tərəfə tökməsi idi.
İşarət barmağını demək olar ki,işlətmirdi.Fırlanan bir şey gördüyü zaman öz ətrafında fırlanırdı.Qeyri-iradi olaraq hərəkətlər edirdi.Amma artıq danışır,sual verir,oxuyur”Maraqlandığım qədərilə bu qənaətə gəlirəm ki,bu xəstəliyin müalicəsi üçün uşağa xüsusi diqqət ayrılmalıdır.
Bunun üçün məktəblər açılmalı,teərübəli psixoloqlar,müəllimlər işə cəlb olunmalıdır.Uşaqlara cütlər şəklində tapşırpıqlar verilməli,puzzlelar paylanmalıdır.Sensor işıqları onları sakitləşdirir,buna görə də onlar üçün xüsusi otaqlar hazırlanmalıdır.Bu tip uşaqların etməli olduğu işlərə deyil,bacardığı işlərə diqqət yetirmək lazımdır.Onları olduğu kimi sevmək lazımdır.“Kaş bunu edə bilrədi,kaş onu edə bilərdi”demək yerinə uşaqlara dəstək olmaq lazımdır.Bu zaman yadıma düşən bir hekayəni də nəql etmək istəyirəm.Bir ananın hər iki övladı da bu xəstəlikdən əziyyət çəkir.Bir gün yol gedərkeə yol ayrıcında övladlarından birinin autizmi tutur.Uşaq yola yıxılıb ağlamağa başlayır.Hər tərəfdən maşın gəlir.Ana nə edəcəyini bilmir və kömək istəyir.Heç kim ona kömək etmir. Ana əlacsız qalıb özü maşınların üzərinə yeriyib onları saxlatdırır.Övladına yaxınlaşmaq istəyən zaman digər övladını yolda duran yaşlı birinə tapşırmaq istəyir.Yaşli adam anaya kömək etmir.Ana özü güclə uşaqlarını götürüb evə qayıdır.
Hətta ana dedi ki,bizi marketdən çıxardıqları vaxt belə olub.Marketə girərkən uşağı həyəcanlanıb və bu zaman qışqırmağa başlayıb.Bundan qorxan müştərilər ananın çölə çıxmasını tələb edib.Bu vəziyyətdə hər kəs özünü o valideyinin və uşağın yerinə qoysun.Belə bir vəziyyətdə bu uşaqlara biz kömək etməsək kim kömək edecək?Axı bu xəstəlik toxunaraq və ya yayılaraq keçən xəstəlik deyil.Niyə də onların əlindən tutub oynamağı cəmiyyətlə əlaqə qurmağı öyrətməyək?Kənardan baxdığımız zaman bu uşaqların başqaları ilə oynamaq istəmədiyini düşünə bilərik.Amma bu belə deyil.Sadəcə cəmiyyətlə bağlantınıi necə quracağını bilmədiyi üçün bunu etmir.Bu zaman digər uşaqları onunla oyun oynamağa dəvət etmək məncə daha düzgündür.Belə uşaqları marketdə,küçədə,qonşuda,hər hansısa bir məkanda gördüyümüz zaman qaçmalı deyilik.Qayğı göstərməliyik.Bu xəstəlik onların seçimi deyil.Belə yaşamağı onlar seçməyib.Bunu bütün ağırlığıyla onlar yaşayır.Biz yox.Bizlərin köməyi olmadan onlar xəstəliklə mübarizə apara bilməzlər.
Biz autizmə bir xəstəlik yox xüsusi istedad kimi baxmalıyıq.Bəlkə də onlar gələcəyin ən məhşur idmaçısı ola bilmez,bizi olimpiyadalarda təmsil edə bilməz.Amma hər hansı bir mövzuya diqqət yönləndirmələri,beyin tutumu və musiqi düyümü baxımından gələcəyin Eynşteyni,Mozartı ola bilərlər.
İndiki dövürdə bəzən onların da autizm olduğu fikri irəli sürülür.Bunun üçün də onlara daha çox vaxt ayırmalıyıq və əmin olmalıyıq ki,bu öz bəhrəsini göstərəcək.
Təhminə Qasımova