Düşüncə Jurnalı

header photo

"Hər bir uşaq bir gələcəkdir, bir həyatdır. Onları təcrid etməklə bir gələcəyi məhv etmiş oluruq." - NƏRGİZ ALLAHQULUZADƏ

03-12-2015

                             

     Autizm nədir?

     Bir çox əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Neo-Latın autismus sözcüyü İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilmişdir. Bleuler sözcüyü Yunanca autos (αὐτός, öz mənasında) sözcüyündən törətmiş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: 

Autizm sindromu uşaqlarda, ən çox oğlanlarda rast gəlinir. Yəni 4 autizmli uşaqdan 3-ü oğlandır. Autizm sindromunu uşaqların ilk çağlarında hiss etmək olur, zaman keçdikcə bu sindrom güclənir. Bunun üçün ilk hiss olunan vaxtlarda reabilitasiya işi başlanmalıdır. Autizm sindromunun digər xəstəliklərdən əsas fərqi stereotipləri olmasıdır. Bu sindromda ən böyük problem ünsiyyət, nitq qüsurudur. Autizm sindromlu uşaqlarda göz təması olmur, sanki kar kimidirlər. Dəfələrlə çağırılanda reaksiya vermirlər. Amma sevdiyi musiqi, reklam səsi, hansısa sevdiyi şirniyyatın kağızının səsi gəldikdə o an reaksiya verirlər.  Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Bu xəstəliyin digər xəstəliklərdən fərqi autizm sindromlu uşaqlarda təsəvvürün olmamasıdır.

     Autizmin əlamətləri:

-Əgər uşağınız:
-Başqaları ilə təmas qura bilmirsə
-Adını çağırdığında baxmırsa
-Deyiləni eşitmirmiş kimi davranırsa
-Barmağı ilə istədiyi şeyi göstərə bilmirsə
-Oyuncaqları ilə oynaya bilmirsə

-Səbəbsiz gülür və ya ağlayırsa

-Tək qalmağı, tək oynamağı sevirsə
-Həmyaşıdlarının oynadığı oyunlara maraq göstərmirsə
-Kiminləsə ünsiyyət olmasa belə bəzi sözləri təkrar-təkrar söyləyirsə

-Bəzi hərəkətləri təkrarlayırsa
-Sallanmaq,çabalamaq kimi qəribə hərəkətlər edirsə
-Danışanda həmyaşıdlarından geri qalırsa
-Həddindən artıq hərəkətlidirsə və öz bildiyini edirsə
-Gözləri bir şeyə ilişib qalırsa
-Bəzi əşyaları döndürmək,sıraya düzmək kimi qeyri-adi hərəkətlər edirsə
-Gündəlik həyatındakı nizam dəyişikliklərinə həddindən artıq güclü reaksiya verirsə
-Xəyalı oyun oynamazlar

-Təhlükəyə qarşı, bəziləri hətta isti, soyuq suya qarşı duyarsız olarlar

 

     Autizmin müalicəsi

    Autizm sindromunu ilk olaraq valideynlər hiss etməlidirlər. Əgər autizmə aid olan əlamətlərin bir neçəsini (məsələn uşaq saatlarca televizorun qarşısında oturur, adını çağırdıqda reaksiya vermir və.s) müşahidə edirlərsə yaxşı olardı ki, sahə həkiminə, psixoloqa, psixiatra aparsınlar. Bu diaqnozu ən əsas psixiatr qoymalıdır. Nevroloq, psixiatr uşağa düzgün müalicə metodu seçməlidir. Ən çox istifadə edilən və ən düzgün hesab olunan metod reabilitasiyadır.Autizm sindromu nə əqli gerilik, nə də nevroloji problemdir. Autizm sindromu sadəcə psixoloji pozuntudur. Heç bir dərman uşağa göy rəngi öyrətməyəcək. 

    Autizm sindromlu uşaqlarda diqqət yayınıqlığı, deyilənləri anlamamaq, davranış pozğunluğu, hiperaktivlik,  qavramada çətinlik və.s kimi problemlər özünü göstərir.

    Autizmin çarəsi yoxdur yada ki, bu hələ elmə məlum deyil.  Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyata müvəffəq ola bilməkdədir.
  

 

 Autizmin yaranma səbəbi nədir?

Bu gün üçün bu suala verilə biləcək ən doğru cavab autizmin yaranma səbəbinin bilinməməsidir. Burda belə bir ehtimal var ki, autizm ata-anadan irsən keçə bilər,bu istiqamətdə araşdırmalar aparılmışdır, lakin bu gen hələ tapılmayıb. Autizmə hər cür toplumda,irqdə,ailədə rast gəlmək olar. Bu mövzu haqda bunu əminliklə qeyd edirlər ki, autizm tək bir səbəblə yaranmaz, birdən çox təsirlərin bir araya gəlməsi səbəbindən meydana gələn qarmaqarışıq bir haldır.Autizm indiki vaxtda ən geniş yayılmış nevroloji pozğunluqdur.Centers for Disease Control Prevention-ın hələ 2012-ci ildə verdiyi məlumata görə autizmin rast gəlmə sıxlığı 88də 1dir.Oğlanların autizmə tutulması qızlara nisbətən daha çox olsa da bu qızlarda daha ağır formada təzahür edir.

      Sonda isə bütün bunlara baxmayaraq unutmayaq ki, sabah hər birimizin övladı bu problemlə üzləşə bilər,ona görə onları cəmiyyətdən təcrid etmək çox yanlış haldır. Hər bir uşaq bir gələcəkdir, bir həyatdır. Onları təcrid etməklə bir gələcəyi məhv etmiş oluruq. Əksinə imkan olduqca onların fərqliliyini onlara hiss etdirmədən davranmalıyıq.

 

 

 Allahquluzadə Nərgiz,

Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakultəsi,

 Psixologiya ixtisası, IV kurs tələbəsi,

 

 

Go Back

Sorğu göndər