Düşüncə Jurnalı

header photo

"Uğura gedən yol optimizm və güclü iradədən başlayır" - AYDAN OSMANLI

01-12-2015

~Autizmə elmi yanaşma

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir.

Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən muta­siyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur.

Autizmi olan insanların baş beyində müəyyən orqanik pozulmalar müşayiət olunur. Oğlanlar da qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir. Həyatının ilk 3ilində inkişaf pozuntuları mövcud olanlara düzgün diaqnoz qoymaq olur. Autizmdə tez üzə çıxan,ancaq diaqnozun qoyulması üçün əsas hesab olunmayan müəyyən simptomlar mövcuddur. Bununla belə həmin simptomlara diqqət yetirilməsi vacibdir. Bu-hiperaktivlik (uşaq ya da yeniyetməlik dövründə), eşitmə qabiliyyətinin hiper (yüksək) və hipo (alçaq) həssaslığı və səsə qarşı müxtəlif reaksiyalar (ilk 2 yaşında dəqiq biruzə verilir,ancaq bir qayda olaraq bö­yük­lərdə daima və ya dövrlərlə mövcud olur), toxunmaya yüksək həssaslıq yemək vaxtı qeyri-adi vərdişlər, qeyri-qida məhsullarının qəbulu, özünə xəsarət yetirmə, ağrı hissinin az olması,aqressiv hərəkətlər və əhvalın dəyişməsi.Bu simptomlar autizim xəstələrinin 33%-də olur.                                                

Autizmin bir neçə forması var. Xəstəliyin yüngül formasında uşaqda xəs­təliyin simptomları az gözə çarpır, ağır formasında isə uşaq digər insanlarla heç bir əlaqəyə girmir.Erkən uşaq autizimi (EUA) dizontogenizin ağır forması olub,uşağın ət­raf mühitlə ya da öz yaxın adamları ilə əlaqəsinin pozulması nəticəsində inki­şafının ləngiməsi və pozulması kimi özünü göstərir .

Adətən bu xəstəliyin diaqnozu uşağa 3 yaşından sonra qoyulur. Bu zaman autizmi olan uşağın adi uşaqla olan fərqi daha gözə çarpan olur. Adətən valideynlər ilk dəfə həkimlərə bu kimi şikayətlərlə müraciət edir: uşaq digər uşaqlarla oynamır, danışmır, onun üçün yeni olan şəraitdən qorxur və s

Xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, uşağın ətraf aləmələ uyğun­laş­ma­sı da o qədər müvəffəqiyyətli olacaq.

Autizmin ilk əlamətləri uşağın 3 ayında üzə çıxmağa başlayır. Lakin bu yaş­da heç bir həkim dəqiq diaqnoz qoya bilməz.

Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gə­lən məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem oldu­ğu deyilir.

Bəzi mütəxessilər autizmin beyindəki neyronların normadan az olması ile bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü gös­tərir. Tek yumurta ekizləri genetik baxımdan bir-birilə eynidir. Əger tək yumur­ta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlerində isə bu risk 0-23%-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.

Autizmin inkişaf etmə səbəbləri tibdə hələ ki, dəqiq müəyyən edilməyib. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Həkimlərin müşa­hidələrinə görə, autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirilmiş anaların uşaqlarında inkişaf edir.

Bu xəstəliyin müayinəsi və müalicəsi ilə həkim psixiatr məşğul olur. Autiz­min müalicəsi çox çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman lazım olan nəticə verməyən mübarizəyə hazır olmalıdırlar. Əsas müalicə üsulu psixoterapiya və sosial adaptasiyadır.

Autizmi olan uşağın müalicəsində hansı qaydalara əməl etmək lazımdır?

1. Təcrübəli psixiatrı seçin. Həkimi dəyişməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxardacaq.

2. Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam edir.

3. Autizm xəstəliyi olan uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı  vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.

4. Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq özünü itirir.

5. Uşağı əhatə edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerlərdə qal­malıdır.

6. Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çağırın. Səsinizi qaldırmayın. Uşağın adını eyni intonasiya ilə o vaxta kimi təkrarlayın, ki uşaq sizə fikir versin. Uşağı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.

Hər bir konkret halda müalicənin müddəti və nəticəsi fərqlidir. Möcuzə gözləməyin, gözləməyin ki, 1 aylıq müalicədən sonra uşağınız tam normal olacaq. Autizmi olan uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir. Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa baş­layır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir və s. Bəzi hallarda isə hətta bir neçə illik müalicə heç bir effekt vermir.

~Autistik uşaqların özəllikləri

3 ayında olan adi uşaq tanış adamları, xüsusilə ananı, görəndə sevinir, gülümsəyir. Autizmi olan uşaq heç kimi tanımır, gülümsəmir, ananın döşündən imtina edir və ya çox zəif əmir, uşaqda yuxusuzluq olur (uşaq uzun müddət oyaq qalır, sakit uzanır, ağlamır, onun gözləri açıqdır). Sağlam uşaq ananın qucağında ol­duqda, anaya sıxılır, autizmi olan uşaq isə əksinə belini əyir və ana onu sinəsinə sıxa bilmir.

Daha böyük uşaqlar öz çarpayıda oturanda uzun müddət ərzində bir tərəfdən o biri tərəfə yellənir və bu zaman ətrafda baş verənlərə fikir vermir.

Bir çox hallarda valideynlər autizmi olan uşaqda eşitmə qabiliyyətinin zəif olmasından və ya uşağın kar olmasında şübhələnərək (uşaq öz adını eşidəndə, güclü səslər eşidəndə heç bir reaksiya vermir) həkimə müraciət edirlər. Lakin belə uşaqlarda eşitmə ilə heç bir problem yoxdur. Bu uşaqlar özləri üçün özünəməxsus aləm yaradır və sanki bu aləmdə yaşayırlar. Bu səbəbdən belə uşaqlar xarici aləmin qıcıqlandırıcılarına əksər hallarda heç bir reaksiya vermir (bu qıcıqlandırıcılar on­lara diskomfort verməyənə kimi) .

Autizmi olan uşaqların nitq inkişafı da gecikir. Adətən onlar yalnız 2 yaşından sonra danışmağa başlayır. Bu uşaqların nitqi də qeyri-adidir. Danışmağa başlayandan bu uşaqlar dərhal söz və cümlələrdən istifadə edir, böyüklərdən eşidtiyi sözlərini dəqiq şəkildə təkrarlayır, yalnız bir dəfə eşidtiyi mahnı və ya şeiri asanlıqla təkrar edir.

Autizmi olan uşaqlar digər uşaqlarla deyil, böyüklərlə ünsiyyət qurmağa üs­tün­lük verir. Lakin bu "ünsiyyət" də çox zəif olur ki, belə uşağın diqqətini cəlb et­mək olduqca çətindir.

Autizmi olan uşaqların əsas kliniki əlaməti digər insanlarla ünsiyyətə gir­məməsidir. Bu uşaqlar ətrafda olan insanları sanki görmürlər. Onların diqqətini yalnız onlara hər hansı işdə mane olmaqla cəlb etmək olur. Uşaq kollektivlərdə autistlər hər zaman tək oynayır, digər uşaqlara fikir vermirlər.

Autizmi olan uşaqlar ətrafda olan şərait dəyişilməsinə çox həssas olur. Hər hansı əşyanın, mebelin və s. yerinin dəyişilməsi bu uşaqlara çox ağır təsir edir, onları çaşdırır, onlar bilmir, hara getsin, nə ilə məşğul olsunlar. Belə uşaqlar ananın uzun müddət ərzində olmamasına fikir verməyə bilərlər, lakin hər hansı xırda əşyanın yerində olmamasına mütləq fikir verəcəklər.

Autizmi olan uşaqlar bir çox hallarda güclü səsləri, musiqini, toxunuşları xoşlamır və bu qıcıqlandırıcılar onlarda ən qəribə reaksiyalara səbəb ola bilər.

Autizmin Tipik Xüsusiyyətləri

•Başqalarına qarşı maraqsızdır.

•Göz təmasından qaçır.

•İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.

•Digər uşaqlarla oynamır.

•Uzun müddət ərzində eyni mövzu üzərində danışır.

•Səbəbsiz olaraq ağlayır, gülür ve səbəbsiz davranışlar nümayiş etdirir.

Mənasız sözləri ardıcıl təkrarlayır.

•Predmetleri davamlı olaraq çevirməkdən xoşu gəlir.

•Yaradıcılıq tələb edən oyunları oynaya bilmir

•Davamlı olaraq eyni oyunları oynayır

•Ağrıya qarşı laqeyddir

•Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
•Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)

•Tək qalmağı seçir

•Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir

•Predmetlərə bağlanır

•Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır.

•Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur
Aparılan tədqiqatlar autizmli uşaqların 75%-indən böyük bir hissəsinin zəka geriliyi olduğunu, ancaq 10%-ə kimi kiçik bir hissəsinin normal zəkaya sahib olduğunu vurğulamaqdadır.

Autik uşaqlar ana sevgisinə, nəvazişinə, diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar, lakin onlar autik olduqları üçün bunu hiss etdirə, biruzə verməyi bacarmırlar.

~Xəstəliyi əks etdirən esse

Autizim sosial və ünsiyyət bacarıqlarının meydana gəlməsinə təsir göstərən anadangəlmə və ya həyatının ilk 3 ilində ortaya çıxan qanunauyğunsuzluqdur. Autizim beyinin quruluşuna və ya fəaliyyətinə təsir edən bəzi sinir sistemi prob­lemlərindən  qaynaqlandığı düşünülməkdədir.

 İfadə edilənlərin şiddəti fərqlilik göstərərək autistiklərdə bu sahələrdə nəzərə çarpan əlamətləri gözlənilir. Göz-gözə gəlmək üz ifadəsi və bədən dili kimi sonsuz ünsiyyət  bacarığıdır. İnkişafda nəzərə çarpan problem yaşıdları ilə yol­daşlıq qura bilməmək, digərləri ilə əyləncəli maraq və müvəffəqiyyəti paylaşmağa qarşı maraqsızlıq. Empati əksikliyi ilə birlikdə digərlərinin acı və kədər kimi duyğularını anlamaqda çətinlik çəkə bilirlər. Autizmə nələrin yol açdığını bilməklə birlikdə ana və ya atadan iştirak yolu ilə keçmiş ola biləcəyindən şüpələnilir. Bu səbəbdən bu istiqamətdə bir çox araşdırma aparılırmaqdadır. Ancaq autizmin geni tapılmayıb.Autizmin ekoloji faktorlardan qaynaqlandığı düşünülməktədir. Autizim indiki vaxtda ən çox rast gəlinən nevroloji pozuqluqdur. Xəstəlikləri müşahidə etmek və qarşısının alınması mərkəzinin 2012-ci ildə verdiyi məlumata görə 88 nəfərdən 1-i bu xəstəliyə tutlmuşdu. Tez diaqnoz və müalicə autik uşaqların tam potensiallarına çatmağına kömək olur. Müalicənin birinci şərti uşağın öhdəliklərini yerinə yetirə bilməsini inkişaf etdirmək. Autizmin məlum olan bir müalicəsi yoxdur. Tez yaşda başlayan uşağın qabiliyyətləri və tələbləri nəzərə alınaraq fərdi xüsusi təhsil proqramı hazırlanması indiki vaxtda bilinən tək müalic üsuludur. Tətbiq olunacaq dərman müalicəsi autizmə yoldaşlıq edən problemleri aradan qaldırmaqdadır Xüsusi təhsil qrup halında aparılmağı tələb edir. Bu qrupda uşağın öz həkimi, tərbiyəçisi  uşaq psixoloqu və psixatırı iştirak etməlidir. Ailələrin təhsilə qoşulması və dəstəkləməsi çox vacibdir

 

 

                                                                 OSMANLI AYDAN 18 yaş 

Uğura gedən yol optimizm və güclü iradədən başlayır

                                                                 

           

Go Back

Sorğu göndər