Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "creatice author"

Raminə Baloğlanova - İNSAN ÜMİDSİZLİYƏ QAPILANDA, DƏRDİ DÖZÜLMƏZ OLANDA – DİNMİR, ONUN NƏ DANIŞDIĞINI, NƏ ŞİKAYƏTİNİ, NƏ DƏ İNİLTİSİNİ EŞİTMƏK OLMUR

İnsan həyatı arzularla doludur. Hər bir insanın arzuları olur.Mənim də tələbə olduqdan sonra ən birinci arzum ailə qurub ana olmaq arzusu idi. Atam isə bu arzumu reallaşmağa qoymurdu. Evə gələn elçilərə “yox” deyib geri çevirirdi. Səbəbini soruşduqda ailəmizə,sənə münasib deyildir-deyə cavab verirdi. Bir gün gözləmədiyim halda halhazırda yoldaşım olan insanın ailəsi bizə məni istəmək üçün gəldilər. Mən atama imkan vermədən sizin oğlunuzla izdivaca razıyam –dedim. Elin adəti ilə gəlin köçdüm. Bu mənim birinci arzum idi. İkinci arzuma çatmağı səbirsizliklə gözləyirdim. Artıq üç il keçirdi, mən ailəmdə çox problem yaşayırdım; gəlin-qaynana, gəlin-baldız münasibətləri, amma dözürdüm və gözləyirdim ki, bir gün arzuma çatacağam, ana olacağam. Amma bir gün müayinədə həkimin yoldaşımı otağa tək çağırması, məni otağa qoymaması ürəyimdən nəyin isə qırıldığını hiss etdirdi. Mən gizlincə aralı qalmış qapıdan həkimin dediyi sözləri eşitdim; ”sizin övlad sahibi olmaq şansınız çox azdır, uzun sürən müalicələrin nəticəsindən sonra ümüd ola bilər” Bu sözlər mənim ümüd çırağımı söndürdü. Həyatımı qaraltdı. Atamın haqlı olduğunu indi başa düşmüşdüm. Onun illər keçməsinə baxmayaraq məni bağışlamaması da indi mənə təsir edirdi. Böyük depressiyaya məhkum oldum. Mən o zaman anladım ki, Depressiya məni həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. O, özünü tənha, əlacsızlıq, sanki qaranlıq bir boşluqda hiss edir.

Depressiya zamanı insan ailəsindən, dostlarınan uzaqlaşır. Dünya ona qaranlıq və tutqun görünür, hətta bir vaxtlar sevdiyi işdən – zövq ala bilmir. İnsan təfəkkürü dəyişir, o, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür. Nə vaxtsa müsbət düşündüklərinə inanmırlar, sanki çıxılmaz labirintin içində özünü hiss edir.

Müasir lüğətdə Depressiya sözünün aşağıdakı elmi tə’rifi verilib:

Depressiya (lat.depressio – məyusluq, ruh düşkünlüyü) insanın mənfi əhval-ruhiyyədə olması deməkdir. Bu vəziyyət özünüqiymətlənditmənin aşağı düşməsi, həyatın mənasını itirməklə müşahidə olunur. Mən arzuma çatmayacağımı dərk edib qaynanamın, baldızımın zülmlərinə nahaq dözdüyümü, ata evinə qayıda bilməyəcəyimi (atam məni qəbul etmirdi,özbaşınalıq edib sözündən çıxmışdım, nəinki sözündən çıxmaq məsafələrlə uzaq olan bir yerdə yaşamağı istəmişdim), qəriblikdə qaldığımı düşünərək mənə verilən həyatdan imtina etdim (suisid). Depressiyanın sonuncu mərhələsi həyatıma qəsd (suisid) etdim. Amma nə yaxşı ki qaynımın səyi nəticəsində son anda qurtuldum. Bütün bunları sonradan, depressiyadan çıxmağa çalışdığım anlarda dərk etdim ki, depressiya ən çox yayılmış emosional problemlərdən biridir. Bununla belə bu problem vaxtında müalicə olunarsa, maneəsiz keçib gedir.

Depressiyanın bir neçə növ müalicə üsulu var: davranış-rəftar terapiyası, ailə psixoterapiyası, dərman preparatları ilə müalicə və ya bunların uzlaşdırılması. Dəqiq göstərişləri ancaq təcrübəli mütəxəssis təyin edə bilər.

Yadda saxlamaq lazımdır ki, depressiya öz-özünə keçib gedən hal deyil. Etrafdakılar mütləq kömək etməlidirlər. Daha tez özü haqqında mənfi fikirdə olan, intihar haqda düşünən insanlara təcili yardım göstərmək vacibdir.

Depressiya yaşayan insan ruhi xəstə deyil. Əgər ailə üzvlərindən biri depressiyadadırsa yaxşı olardı ki, konsultasiya bütün ailə ilə keçirilsin. Bu üsul müalicədə daha tez müsbət nəticə verə bilər. Narahatçılığın müxtəlif növlərinin öhdəsindən gəlmək üçün hazır olmalıyıq. Bunun üçün problemin üç əsas mərhələdə təhlilini öyrənməliyik.

I qaydaya baxaq: faktları toplayın. Faktlara yiyələnmək nə üçün bu qədər əhəmiyyətlidir? Əgər bizim sərəncamımızda faktlar olmazsa, problemin ağıllı həllinə cəhd göstərməyi bacarmarıq. Faktlar olmadığı halda, biz ancaq çaxnaşma içərisində vurnuxa bilərik. Bu mənim fikrimdir? Xeyr, bu fikir Kolumbiya universiteti nəzdindəki Kolumbiya kollecinin 22 il dekanı olmuş mərhum Herbert E.Xoksun fikridir. O, iki min tələbənin narahatçılıqdan qurtulmasına kömək etmişdir. O, mənə dedi: “Çaxnaşma və həyəcan narahatçılığın yaranmasının əsas səbəblərindəndir.” O, birdə belə ifadə işlətdi: “Dünyada narahatçılığın yarısını lazımi məlumata yiyələnməmişdən qabaq qərar qəbul etməyə çalışan insanlar törədirlər.” Misal üçün o, dedi: “Əgər qarşımda çərşənbə axşamı üç saat ərzində həlli tələb olunan məsələ durursa, həmin gün gəlməyincə mən bu barədə hətta qərar qəbul etməyə belə cəhd göstərmirəm. O vaxta qədər problemin həlli ilə əlaqədar bütün faktların toplanması ilə məşğul oluram. Mən narahat olmur və vahiməyə də düşmürəm və sadəcə olaraq bütün diqqətimi faktların toplanmasına yönəldirəm. Çərşənbə axşamı gəldikdə, əgər mənim sərəncamımda bütün faktlar vardırsa, problem adətən özü həllini tapacaqdır.” Mən Xoksdan soruşdum ki, bu, belə deməkdirmi ki, siz narahatçılıqdan tamamilə yaxa qurtarmışsınız? O, bildirdi ki, elə düşünürəm ki, həyatım bu narahatçılıqdan, demək olar ki, tamamilə xilas olmuşdur. Mən dərk etdim ki, əgər insan vaxtını faktların toplanmasına sərf edirsə və bunu qərəzsiz və obyektiv bir surətdə həyata keçirirsə, onda narahatçılıq adətən biliyin işığında yoxa çıxır, əriyib gedir. İcazə verin təkrar edim:

“Əgər insan vaxtını faktların toplanmasına sərf edirsə və bunu qərəzsiz və obyektiv bir surətdə həyata keçirirsə, onda narahatçılıq adətən biliyin işığında yoxa çıxır, əriyib gedir.” Bəs bizim əksəriyyətimiz bu barədə necə hərəkət edirik? Biz faktlarla tanış olmağa kiçicik də olsa, səy göstəririkmi? Tomas Edison əbəs yerə tam ciddiliyilə söyləməmişdi ki: “İnsan hər addımı atmağa hazırdır, təki zehni qüvvəsini sərf etməsin” (doğrudan da paradoksal da olsa, bu belədir – tərcüməçidən)

Əgər biz faktları toplamaq zəhmətinə qatlaşırıqsa, artıq biliyimizi təsdiqləyə bilən faktların ardınca qaçırıq, qalan bütün faktlara məhəl qoymuruq. Məhz keçmişlərdən qavradığımız və yalnız düşüncələrimizə uyğun olan hərəkətimizi təsdiqləyən faktların qəbulu bizi qane edir. Andre Moruanın dediyi kimi: “Arzularımıza uyğun gələn hər şey bizə doğra görünür. İstəyimizə uyğun gəlməyənlər isə bizi qəzəbləndirir.” Problemlərimizin həlli yollarını axtardıqda böyük çətinliklərlə qarşılaşmağımız sizdə təəccüb doğurmurmu? Əgər biz iki üstə gəl iki bərabərdir beş mülahizəsindən çıxış etsəydik, bizim üçün daha adi arifmetik misalları həll etmək yəqin ki, çox çətinlik törətmiş olardı. Bununla belə, həyatda hələ də çox adamlar var ki, “iki üstə gəl iki bərabərdir beşə və ya ola bilər beş yüzə” fikrinə israr edirlər və bu yolla həm öz həyatlarını, həm də başqalarının həyatını cəhənnəmə döndərirlər. Bəs belə halda biz necə hərəkət etməliyik? Belə halda biz həyəcanları fikrimizdən, təfəkkürümüzdən uzaqlaşdırmalıyıq. Xoksun dediyi kimi, faktları ədalətlə və qərəzsiz toplamalıyıq. Əgər biz tam narahatçılıq içərisindəyiksə, bu məsələni yerinə yetirmək asan olmayacaqdır. Belə hallarda bizim emosiyalarımız daha fəal olur. Mən sizə öz problemlərimizi kənar adamın mövqeyindən çıxış etməklə dərk etmək üçün iki faydalı üsul təklif edirəm. Bu, problemlərə tam aydınlığı və obyektivliyi ilə baxılmağa kömək edir.

1. Faktları toplayan zaman mən özlüyümdə təsəvvür edirəm ki, məlumatları özüm üçün deyil, hər hansı başqa bir nəfər üçün toplayıram. Bu hal məsələyə şüurlu və qərəzsiz yanaşmağıma kömək edir.

2. Məni həyəcanlandıran problem ilə əlaqəli faktları aydınlaşdırmağa çalışdıqda özümü arabir qarşı tərəfin müdafiəsinə hazırlaşan hüquqçu kimi təsəvvür edirəm. Başqa sözlə, mənim əksimə şahidlik edən bütün faktları, mənim istəyimə müxalif olan faktları toplamağa çalışıram. Elə faktları ki, mən onlara heç müraciət etmək istəməzdim.

Sonra isə bunların lehimə və əleyhimə olanlarını ayrılıqda yazıram. Bir qayda olaraq, belə bir nəticəyə gəlirəm ki, həqiqət haradasa, iki kənar nöqteyi-nəzərin arasındadır. Bax budur mənim düşüncələrimin mahiyyəti. Nə mən, nə sən, nə Eynşteyn, nə də Amerika Ştatlarının ali məhkəməsi sadəcə olaraq faktlarla ilk tanışlıq olmadan bu və ya digər problemin ağıllı həllinə yiyələnə bilmərik.

Tomas Edison bu barədə bilirdi. Onun ölümündən sonra evindən qarşılaşdığı problemlər haqda iki min beş yüz faktla dolu yazı dəftərləri tapılmışdı. Beləliklə problemlərimizin həlli üçün zəruri olan birinci qayda: “Faktları toplayın.” Bu barədə Xoksdan nümunə götürəcəyik. İlkin, qərəzsiz məlumatları toplamamışdan öz problemlərimizin həllinə cəhd göstərməyəcəyik. Birdə ki, biz həyatda olan bütün faktları toplaya biləriksə də, lakin nə qədər ki, onları araşdırmamışıq, dərk etməmişik, bizə zərrə qədər kömək etməz. Mən şəxsən özümün acı həyat təcrübəmdən anladım ki, faktların ilk qeydiyyatından sonra onların analizini aparmaq olduqca asandır.Mən öz fikirlərimin səhv olduğunu,yoldaşımın müalicəsinin uğurlu keçdiyini öyrəndim. Arzuma çatdım,ana oldum. Oxuduqlarımdan nümunələr yazmaq istəyirəm; Doğurdan da, dərdlə, fəlakətlə üz-üzə gəlmiş adamlar fəaliyyətsiz olurlar. Onlar nəinki fiziki cəhətdən lazımı qədər iş görə bilmir, adətən onların düşünmə qabiliyyəti də zəifləyir, Çünki əzələlərində, beyinlərində damarlar daralmış olur. Qoqulun Taras Bulbasını xatırladım. Oğlu həlak olandan sonra Taras həmişə eyni sözləri təkrar edir; ”Ostap, Ostap, mənim oğlum…..”İnsan ümidsizliyə qapılanda, dərdi dözülməz olanda – dinmir, onun nə danışdığını, nə şikayətini, nə də iniltisini eşitmək olmur. Curae laves loguuntur ingentes stupent (“Nə cür alovlandığını ifadə etmək iqtiqarında olan adam-zəif alovla yanır”.Petrarka) Yalnız kiçik dərd danışa bilir, böyük dərd dilsiz olur” -antik dövrün müdrik adamları belə demişlər. M.Qorki yazırdı; ”Kədər-dünyanın qaranlığıdır ,onu məhv etmək üçün ona nifrət bəsləmək lazımdır” Depressiya və suisidin əsas qanunu – bu zaman onu yaradan vasitələri danışmaqdır. Etirafın özü bir növ emosiyadan yaxa qurtarmaq, yüngülləşmək ehtiyacıdır. A.P.Çexov emosiya qanunlarını gözəl bilirdi. Onun “Dərd” adlı gözəl bir hekayəsi var. Oğul ölür. Ata dərdlidir. Ürəyini boşaltmaq, dərdini danışmaq üçün adam axtarır, heç kəs onu dinləmək istəmir. Qoca axşam atına yem verəndə dərddən dolub- daşan ürəyini ona boşaldır. At qəmgin hekayəti dinləyir. Ata isə öz dərdini danışdıqdan sonra (heyvana da olsa,)xeyli yüngülləşir. Deməli, nə baş verir? Toplanıb qalmış emosiya özünə çıxış yolu tapır.

Həyat – kitabdır, bu kitabı hər kəs özü yazır. Bu kitabı qaralamaq və səhv yazmaq olmaz-üzünü köçürməyə vaxt verilmir. Həyatda nə etmisənsə, o da qalacaq. Elə yazmalısan ki, sonra bəzi səhifələri pozmaq istəməyəsən. Allah bütün yaratdığı məxluqları sevir. İnsan isə onun yaratdığı ən ali əsərdir. Biz dünyaya xoşbəxt olmaq üçün göndərilmişik. Sevin, sevilin! Sizə də bütün həyatınız boyu uğurlar!. AMİN

Raminə Baloğlanova

​pcc.az

Go Back

Təhminə Yaqubova - DEPRESSİYA VƏ SUİSİD

Zamanla depressiya arasındakı tərs mütənasiblik Kiçik bir uğursuzluqla üzləşdikdə,işimiz düz gətirmədikdə əhvalımız korlanır,bəzi şəxslər hətta “depressiya”ya düşdüklərini söyləyir. Bəs depressiya nədir? Depressiya-həyatdan artıq zövq almamaq,içimizdən eliyəcək nəsə gəlməməsi,istəksizlikdir. Beynin ön hissələrindəki,alın və gicgah payının patologiyası ilə yaranır. Depressiv pozuntu həm bədəni,həm düşüncələri,həm də emosional vəziyyətimizə təsir edir. Ümidsizlik hissi,dəyərsizlik hissi ,çarəsizlik hissi,mədə ağrıları yaranır.Həmçinin Depressiya yaşayanlar özlərini gücsüz,heçnəyi bacarmayan insan hesab edirlər. Depressiya insanın yemək yeməsindən tutmuş,yatmasına qədər hər şeyə təsir edir. Depressiya heç də hər zaman keçici hal olmur. Dərmanların təsirindən də yarana bilir. Yaxın şəxsi itirən şəxslər üzgün olur və bu halı Depressiya adlandırır.

İnsanın yas tuması heç də depressiya deyil. Əgər üzgünlüklə bərabər insan özünü gücsüz, dəyərsiz və bacarıqsız hiss edirsə onda depressiya diaqnozu qoyula bilər.Qadınlar kişilərə nisbətən depressiyaya daha çox meyillidir. Bəzən qadınlarda doğumsonrası depressiya yaranır. Doğumdan sonrakı 4 həftə içində baş verir.Bəzən bu zaman 6 həftəyə qədər uzana bilər. Səbəblərinə isə bunlar aid edilir:hormonal dəyişiklik,psixoloji stress,uşağa qarşı həddindən artıq məsuliyyətin artması,həyat yoldaşının onu anlamadğını düşünməsi,maddi vəziyyətin aşağı olması və s. Doğuşdasonrakı 1-5 gün içində depressiyanın bəlirtiləri ortaya çıxır. İlkin əlamətlər halsızlıq, istəksizlik, əsəbilik, yuxusuzluq, unutqanlıqdır.Bir qədər sonra bunlara panik atak, ağlama krizləri,uşağa qarşı diqqətsizlik də qoşulur.Hippokratın təsnif etdiyi temperament tiplərindən biri olan Melanxolik tip depressiyaya ən çox düşən tipdir. Depressiyada olmaq əsasən insanın psixoloji gücündən,enerjisindən asılıdır. Depressiyada olan şəxslər zamana buraxsaq düzəlməz. “Zaman hər şeyi düzəldər” fikri depressiyaya uyğun deyil,hətta tərs mütənasibdir.Zaman keçdikcə hətta vəziyyət dahada pisləşə və intihara gətirə bilər. Suisid psixologiyanın ən önəmli problemlərindən biri sayılır. İntiharın yaranmasına səbəblərinə isə sosial problemlər,işsizlik,qumarda çox pul itirmək,yaxın adamın itirilməsi,ciddi xəstəliyə tutulmaq aiddir. İntiharda bioloji faktorlara da diqqət yetirilir. Beləki intihara meyilli insanlarda digər insanlara nisbətən serotonin və noradrenalin sistemi aşağıdır. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. Depressiya da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir.

Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

1. Psixiatrik xəstəliklər

2. Sosial səbəblər

3. Psixoloji səbəblər

4. Bioloji səbəblər

5. Genetik yaxınlıq

6. Fiziki xəstəliklər

 

Təhminə Yaqubova

Bakı Qızlar Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Günel Əliyeva - DEPRESSİYA VƏ SUİSİD PROBLEMİ İLƏ QARŞILAŞAN İNSAN

-Depressiya hissi sənin üçün nədir?

- Mənim üçün bu hissin bir açıqlaması yoxdur;

Yəni-

-Yəni, mən sanki bütün həyatım boyu depressiya yaşayıram və hələdə davam edirəm. Sanki məni hələdə başa düşmürlər. Ailəm, yaxınlarım olsa da mən onlardan tamamilə uzaq olan bir insanam. İçimdəkiləri danışsam məni başa düşməyəcəklərini adım kimi bilirəm. Çünki mən danışsam yenə başladı bu, yenə ağıllı-ağıllı danışacaq deyəcəklər. Bəlkə də mən hamını bezdirirəm. Bu günə kimi hər şeyi özüm əldə etmişəm. Bununla özümlə fəxr edirəm. Təbii ki, yaxınlarım üçün yetəri qədər uğur qazanmamış ola bilərəm. Bunu da başa düşürəm.

- Yəni, sizi dinləyəcək heç bir insan yoxdurmu?

-Var, bəlkə də amma həmin insan hələ də mənə rast gəlməyib. Bəlkə də bu insan evlənəcəyim insan olacaq. Nə bilim. İNŞALLAH…

- Bəs suisid halları ilə qarşılaşmısız?

- Kifayət qədər. Bu hal məndə yeniyetməlik dövründə yaranıb. Evdəki məişət problemlərinin olması, mənim özümü təsdiq etmək istəyim, amma bunun alınmaması və s. kimi problemləri bura aid edə bilər. Hər uğursuzluğumdan çıxış yolu kimi intiharı görürdüm. Hətta məktublarda yazıb qoymuşam. Düzdür, indi mənə bunlar gülünc gəlir.

-Niyə?

- Çünki düşünürəm ki, o vaxt indiki ağlım olsa idi, mübarizə aparıb, istədiyimə nail olardım. Bir çox şeylərə adi hal kimi baxardım. Bu qədər böyütməzdim hər şeyi. Necə deyirlər, dünya mənim üçün o zaman rənglərdən ibarət idi, mən nə qədər qırmızı, çəhrayı rəngləri götürmək istəsəm belə, həyat mənə ağ və qara rəngləri təklif edirdi. Mənə seçmək imkanı verilmədiyini, boş yerə yaşadığımı düşünürdüm. Bəlkə də hər bir insan yaşamaq üçün bu kimi çətinliklərlə üzləşə bilər. Nə bilim, bəlkə yenə də səhv düşünürəm. Hər birimizin dediyi bir söz var. Həyat hələ qabaqdadır. Məndə bu şüarla yaşayıram desəm, yanılmaram.

- Bəs indiki həyatınız necə?

- İndiki həyatımda məqsədlərim var, mübarizə apara bilirəm. Çünki artıq kamilləşmişəm.

- Fikirləriniz üçün təşəkkürlər…

-Siz sağ olun, sayənizdə ürəyimdəkilərin çox az faizini sizlərə danışa bildim…

3. Çox sevdiyim Ronda Bern-in “Secret” əsəri var. Bu əsərin əsas bir mənası var : “Pisi deyil, yaxşını özümüzə çəkək”, başqa sözlə, müsbət düşünək ki, müsbət şeylər olsun. Çünki bizim dövrdə depressiya halları demək olar ki, gündən-günə çoxalır. Ona görə də müsbət fikirli belə əsərlər oxuyaq ki, həm maariflənək, həm də beynimizi müsbət fikirlərlə dolduraq.

Secret əsərinin məğzi də bunu təşkil edir. Yaxşılığa qarşı yaxşılıq baş verir. Amma təbii ki, sən yaxşını özünə cəlb etmək istəyirsən, amma hər zaman bunun alınmadığını şikayət edirsənsə, deməli sən bunu yetərincə yaxşı istəməmisən. Təbii bu o demək deyil ki, sən istəyəsən və oturub istədiyinin nəticəsini gözləyəsən.

-Xeyr. Təbii ki, sən istəyin üçün mübarizə aparmağı bacara bilməlisən, bunu içində hiss etməlisən. İstədiklərini bir kağıza qeyd edib, onu görə biləcəyin yerə qoyub, məqsədini hər zaman göz önündə saxlamalısan….

İstəklərin, məqsədlərin sənin üçün adi bir arzu olmamalıdır. Sözün əsl mənasında mübarizə apara bilməlisən. Çünki insan mübarizə apara-apara öz məqsədinə çata bilirsənsə bu insana daha şirin gəlir.

Bu əsərdə çox sevdiyim bir ifadə var: “Sizin gücünüz – sizin düşüncələrinizdir. Başqa sözlə “xatırlamağı xatırlayın”.

Bizim düşüncə məhdudiyyətimiz bizim gücümüzü göstərir. Mənim fikrimcə, insanın düşünmə qabiliyyəti, yaratmaq qabiliyyətindən çox şey asılıdır. Düşündüklərini həyata keçirdə bilmək bacarığı isə insana çox gözəl hisslər bəxş edə bilir. Bu isə ayrı bir zövq tələb edir. Bunu da bacara bilmək lazımdır ki…….

4. Mənim fikrimcə, depressiya halı adi bir inciklik, adi bir sevgi problemi deyil. İnsan onu dərk edərək yaşayır. Və özü dərk edərək bu vəziyyətdən çıxış yolu tapa bilməli, özünə lazım olanın əslində bu olmadığını, özü üçün yaxşı mənada mübarizə apara bilməlidir. Çünki həyatda ona bir daha belə şans verilməyə bilər. Mənim fikrimcə çox zaman depressiya yaşayan insanlar insanların deyimi ilə desək, çox düşürlər. Onlar bu zaman ayağa qalxaraq yaxşı şəkildə mübarizə apara bilərlər, əgər istəsələr təbii ki….

Suisid halları isə yeniyetməlik dövründə yaransa belə, bu dövrü tam keçirdə bilməyən yeniyetmələr üçün bu problem hələ də mövcud şəkildə özünü göstərə bilir. Bu problem insanlar üçün adi bir problem kimi qələmə verilməməlidir. Yaxşı olardı ki, bu barədə valideynlərlə seminarlar keçirdilsin. Valideynlər uşaqlarının səhvlərini onlarla qarşılıqlı anlaşma şəkildə başa sala bilməlidirlər. Çünki uşaqlar bizim dəyərlimizdir… Bəzən deyirik ki, “insan istəsə hər şeyi bacarar”. Bəli, insan istəsə çox şey əldə edə bilər. Əgər istəsə……..

Günel Əliyeva Psixoloq

​pcc.az

Go Back

Günel Əliyeva - DEPRESSİYA VƏ SUİSİD

Depressiya - çox zaman insanlar həyatda müxtəlif çətinliklərlə rastlaşdıqda, bu çətinliklərin qarşısını ala bilmədikdə bunu ancaq depressiya vəziyyəti kimi yozurlar. Əslində depressiya və suisid halları nədir?

- Bilirik ki, insanın həyatında müxtəlif krizis dövrləri var. Bunlardan biri və ən əsası isə “yeniyetməlik krizisi”dir. Bu krizis əsasən 13 yaşda baş verir. Bu krizis bizə 3 yaşın krizisini xatırladır. 3 yaş krizisi kimi yeniyetməlik krizisinin əsasında mən anlayışı olur. Sanki insan özünü başqa tərəflərdən dərk edə bilir. Bu zaman onlar dərslərinə fikir vermirlər, çünki onlar üçün lazım olan hal-hazırda öz “sosial-mən”lərinin dərk edilməsidir. Bu zaman valideynlər təbii ki, narahatçılığa düşürlər. Amma onları başa düşmək lazımdır. Onların buna ehtiyacı var. Onlara valideynlərin nəzarəti həmişə lazımdır. Amma bu yaşda yaxşı olardı ki, onlara nəzarət qıraqdan olmalıdır. Onlar bunu hiss etməsin. Çünki onlar hələki özlərini axtarıb tapmağa çalışırlar. Əgər biz valideynlər onlara müxtəlif müdaxilələr etməyə çalışırıqsa, bu zaman biz onları depressiyaya salmış oluruq. Biz özümüz bunu fərq etməsək belə. Onlar üçün bu dövrdə ətrafı və ətrafdakılar insanları düşünürlər. Çünki onlar bu dövrdə özlərini cəmiyyətdə tanıtmaq istəyirlər. Bu dövrdə valideynlər uşaqlarının qarşısında deyil, onların yanında olmalıdır.

Suisid - Bu hallar ilk dəfə 13 yaşda baş verir. Təbii ki, onların yaşadığı problemlər bizim üçün adi, heç bir əsası olmayan problemi ola bilər. Burada əsas olan budur : biz onları başa düşüb, özümüzü onların yerinə qoya bilirikmi?

Onlar əgər özünə qəsd haqqında düşünürsə, bu zaman onu müəyyən cümlələrlə vurğulayır. “Məni bir daha görməyəcəksiz, o zaman istədiyiniz həyatı yaşaya bilərsiz. Əslində onlar üçün suisid (özünə qəsd) adi bir haldır. Onlar bunun tam fərqinə vara bilmirlər. “Onlar üçün mən intihar etdim və məni incidənlərə öz cəzamı verdim”. Onlar bunun tam sonunu düşünə bilmirlər. Bunun sonunda ölüm olacağını düşünə bilmirlər. Onların fikrində sadəcə onları incidənlərə “cəza vermək” durur.

Günel Əliyeva

Psixoloq

pcc.az

Go Back

Sabrina Ramazanova - DEPRESSİYA VE SUİSİD

                                                                                                    

İnsanlar problemlərlə üzləşdikləri zaman stressə düşərlər və bu stress cox davam etdiyi zaman gətirib depressiyaya çıxardar və bu proseslərin ən son həddi suisiddir. Belə hadisələr cox ziyalı insanların belə başına gəlib məsələn: cox məşhur həkim Reydinq hansıki özünü qarajda asıb. Bele bir hadisə professor Kerlinin başinada gəlib o özunü metro relsinə atib bu insanın öz televiziya kanalı var idi. Baxmayaraq ki bu insanların heçnəyə ehtiyacı olmayıb və çox tanınmış biriləri olublar bəs bunları bunu etməyə nə məcbur edib? Onları bu yolda birləşdirən nədir? Bu çox aktualdı sualdır. Mən düşünürəmki və bunu çox kitablardan oxumuşam ki əsasən çox agilli və həyatda çox naliyyətlər qazanmış insanlar özlərini pis hiss etdikləri zaman bunu hec kimə deməzlər çünku insanların onları piss hiss etdiklərini bilməsini istəməzlər. Əsasən isə onlar hər kəsin onlara verəcəyi məsləhətin eyni oldugunu bilərlər: özünü ələ al və s. məsləhətləri kimi…

Bütün insanlara aid olan bir xüsusiyyət var hər bir insan özünü piss hiss etdiyi zaman özü-özünə bu suali verər: mən bu dünyaya niyə gəlmişəm? Həyatın mənası nədir kimi? Və ən maraqlısıda odurki insanlar bu sualları yalnız özlərini pis hiss etdikləri zaman verərlər. Heç bir insan hansıki özünü xoşbəxt hiss edir o bunu düşünməz və əgər o insana sual versənki: Həyatın mənasi nədir? o bu haqda çox düşünməz çünkü o onun sualı deyil. İnsanlar özlərini pis hiss etdikləri zaman həyatin bir məna daşimadıgını düşünər və onsuzda öləcəyik deyib intihar etməyə meyilli olurlar. Bu əsasən 10-25 yaşlar arasi baş verir çünkü bu yaş zamanı insanlar özlərini tanimaga çalışırlar və bu zaman onlara dogru istiqamət verən insanlara dogurdanda ehtiyac duyarlar məsələn valideynlərə amma hər zaman valideynlər uşaqlarının yanında olmur onlarla sıx münasibət qurmurlar bir sözlə öz uşaqlarını tanımırlar ve bunun nəticəsi çox vaxt suisid olur. İndiki zamanda bütün ölkələrdə cox gözəl irəlləmiş psixoloq anlayışı var hansıki normal olaraq her bir ailənin öz psixoloqu olmalıdı. Öz övladlarını bir psixoloqa emanət etsələr gec olmamış daha gözəl olmazmı? Sağlam fikirli bir dostu olsa? Əlbətdə çox gözəl olar.

Depressiyada olan bir insana sual veriblərmiş: Sağalmağın yolu nədir? O isə çox ağıllı cavab verib: Özünü sağaltmaq. İnsam özu-özünün həkimi olmalıdır. Depressiyaya daha çox mənasız həyat tərzi keçirən və gələcək planları olmayan insanlar düşür. İnsan həmişə hansısa bir işlə məşğul olmalıdı əsasən həyatda yararlı və özünü həyata bağlayan işlərlə məşğul olmalıdı. İnsan özünü harda görərsə ordada olar deyə düşünürəm.

Dünyada bildiyimiz bir fakt var çox təəsüflər olsun ki gənclərin depressiyaya düşməsi və bunun suisidlə nəticələnməsi daha çoxdur. Bunun səbəbi isə düşünürem ki gənclərin saglam düşüncəsi olmamasıdır. İnsanları mariflənməsi mütləqdir düşünürəm ki bu çox vacibdir. İnsan bütün həyatı boyu nəsə oxumalı və nəsə öyrənməlidir. Həyatın dəyərini bilməli və hər aniyla yararlanmalıdır. Məndə bir Azərbaycan gənciyəm və öz həmyaşıdlarıma demək isterdimki stressdən uzaq olun , həyat dolu olmaga çalışın , həyatın gözəlliklərini görməyə çalışın, hər bir hadisəyə yaxşı tərəfdən yanaşmaga çalışın axi həyatda saglamlıqdan daha önemli bir şey yoxdu, və ən əsası həyatı sevin. Birdə ən əsas amillərdən biridə odur ki gülün həmişə gülün və əmin olun güldüyünüz zaman pis fikir gəlməyəcək həyada gülün :)

Sabrina Ramazanova

Xəzər Universitetinin, Humanitar və Sosial Elmlər fakültəsinin, regionşünaslıq ixtisasının, 1-ci kurs tələbəsi

Go Back

Nizami Əlisoy - İNTİHARA APARAN YOLLAR

                                                                                          

Alın yazısına inan insan təsədüflərə inanmaz, təsədüfə inan adamsa öz alın yazısını əlində tuta bilməz demişlər.. Mən də öz alın yazımı əlimdə tuta bilmədim.

Xoşbəxt insanlar heç nə düşünmədən ürək dolusu çox rahat gülə bilirlər. Bəs mən?! Bircə gülümsəmə üçün hər cür şərait olduğu halda, yenə də açılmayan qaşqabaq, nifrət dolu sima.. Sanki gülməyi unudanlar şəhərindən qaçmış bir bəndəyəm..

Düşünürdüm, düşündükcə düşüncələrimlə savaşırdım. Nələr görmədim ki, mən bu dünyada. Görəsən bu insanlar niyə belədilər?! Heç kimə etibar qalmayıb! Bilmirsən dostun kimdi, düşmənin kimdir.. Həyata olan sevgimi insanlar tükətmişdilər. Təsəlli axtardığımda özümü şüşənin yanında tapmışdım. Kimsənin haqqı yox idi məni bu vəziyyətimə görə günahlandırsın. Nə vermişdilər ki mənə, nə də istəsinlər? Həyatın əsl üzünü intihara gedən yollarda öyrənmişəm mən. Yollar öyrətmişdi nifrətin açan tumurcuğu ilə mərhəmətin bitdiyini.

Həqiqətən də, biz özümüzü doğub, özümüzü öldürəcək qədər qəddar cəlladlarıq! Küçədəydim onda, insanların sıx hərəkət etdiyi bir küçədə. Sentyabr ayı olduğundan havalar meyxoş keçirdi. Yağışlar payızın gəlişini yada salırdılar. Bəzənsə külək vıyıltısı əsrarəngiz fon yaradırdı Bakı üçün. Məni gözləyən birinin xəyalı ilə arxama baxmadan atdımlayırdım. Mən getdikcə yol da gedirdi, yol getdikcə, mən də gedirdim.

Bütün gecəni qısa fasilələrlə naməlum istiqamətdə addımlayaraq keçirtmişdim. Düşdüyüm haldan utanırdım. Məni tanımasınlar deyənə üzümü gizlədirdim. Nəm küçələrdən keçdikcə sevinirdim, qəmlənirdim, həyacanlanırdım. Arxada qalan uşaqlıq, gənclik, qorxular, pis günlər, problemlər irəllədikcə uzaqlaşıb itirdilər. Çoxdan bu yolu keçməli idim. Yolun sonunda məni xoşbəxtlik gözləyirdi. Buna əmin idim! Sonu düşündükcə sevinirdim, qanad açıb uçmaq istəyirdim..

Çiyinlərimdə qısa həyatımın əzabını aparırdım. Əlimdə çeynənmiş qürurum, gözlərimdə doğmalaşan nifrət var idi. Ayaqlarım tələsirdi. Bom-boz ömrümü son kəs daşıyırdım. Tələsirdim.. Varlığımı son nəfəsə sürükləyirdim. Çürümüş hisslərimdə acı-acı bir cəsarət yaşayırdı. Yavaş-yavaş yolun sonuna yaxınlaşdığımı hiss edirdim.. Atdımlarım susdu birdən. Qollarımı geniş açdım, hönkürtü ilə güldüm içdən. Kirlənmiş sifətimi tozlu ovucuma alaraq, hey qış olan yaz ömrümü günahlarıma bələdim. Başım döndü bir anda. Donmuş sözlərimdə bu həyatın acığına xoş söz demək daha azdı.. Uduzduğum həyatın son bir qələbəsi vardı, intihar!

Bu da son!.. Yolun sonunda başqa bir yol başlayırdı. Necə? Demək kimsə məndən qabaq artıq tapmışdı mənim xoşbəxtliyimi..

Nizami Əlisoy

Go Back

Creative author

            Psixologiya və Konsultasiya Mərkəzi, Düşüncə jurnalı və Xəzər Universitetinin birlikdə layihəsi

"Creative author" müsabiqəsi

 

1.Məqalə mövzusu: "Depressiya və suisid" və aşağıdakı istiqamətlər üzrə

  • Problemlə bağlı ümumi xarakteristika
  • "Depressiya və suisid"lə qarşılaşan şəxslərlə aparılan müsahibə
  • Bu istiqamətdə hər hansı əsərin, mahnının və ya filmin təhlili
  • Elmi cəhətdən problemin analizi

2.Qəbul müddəti: 21 yanvar-28 fevral

3.Məqalənin həcmi: 14 shrift, səhifə sayı mütləq deyil

4.Məlumat: məqaləni göndərənin adı, soyadı, əlaqə nömrələri və oxuduğu yer, ixtisas qeyd olunmalıdır.

5.Nəticə:  Mövzu ilə bağlı mütəxəssislər tərəfindən training keçiriləcək; iştirakçılar sonda iştirak etdikləri və yazdıqları mövzularla bağlı müxtəlif nominasiyalar üzrə, ən əsası isə qalib sertifikatı və mükafatlar ilə təltif olunacaqlar.

6.Müsabiqənin informasiya dəstəyi: pcc.az   ;   psixotest.az    ;  dushunce.az    ; khazar.org

 E mail: pccmerkez@gmail.com

 

 Məqalələr mütəxəsisslər tərəfindən nəzərdən keçiriləcək və sonda qaliblər müəyyən ediləcək.

Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi və Düşüncə jurnalının birgə layihəsi olan "CREATİVE AUTHOR" müsabiqəsinə artıq start verildi!

"Depresiya və Suisid" mövzusu ilə bağlı elanda əks olunan müxtəlif istiqamətlər üzrə məqalələrinizi pccmerkez@gmail.com adresinə göndərməklə müsabiqədə istirak edə bilərsiz.

Müsabiqədə iştirakla bağlı hər hansı məhdudiyyət qeyd olunmur.

Məqalələr münsiflər heyəti tərəfindən yoxlanılacaq və sonda qaliblər müəyyən ediləcək.

Ən əsası sonda təşkil olunacaq tədbirdə mövzu ilə bağlı mütəxəssislər tərəfindən training keçiriləcək , iştirakçılar iştirak etdikləri və yazdıqları mövzularla bağlı müxtəlif nominasiyalar üzrə, ən əsası isə qalib sertifikatı və mükafatlar ilə təltif olunacaqlar.

Müsabiqənin informasiya dəstəyi: www.khazar.orgwww.pcc.az,www.psixotest.azwww.dushunce.az

Go Back

7 nəticə göstərilir