Düşüncə Jurnalı

header photo

ŞİZOFREN olmaq gərəkdir bəzən - HEKAYƏ

30-12-2014

 

Gözləri qara pərdə ilə örtülən Babək həyatının da birdəfəlik qaranlığa qərq olacağını zənn etmişdi. Onun bəxti bu dəfə də gətirmiş oldu. Əgər demək olarsa, gətirdi. Bəlkə də, bu cür final daha yaxşı olardı onun üçün, ancaq ömrünün süjeti bu cür inkişaf etdi. “...kəndin ətrafında keçirdiyimiz çətin günlər hər an gözümün önündədir.Yuxular mənim üçün dözülməz əzab və iztirab olub. Əslində özümün hər kəsdən daha istedadlı, daha bacarıqlı hesab edirəm. Amma döyüş günlərinin vurduğu sağalmaz yaralar məni cəmiyyətin şikəstinə çevirmişdi. Hər gün nələrəsə cəhd etmək, nələrəsə nail olmaq və əslində illər əvvəl düşmənlə üz-üzə vuruşarkən sərf etdiyim güc və qətiyyətimi indi də ətrafımdakı insanlara, cəmiyyətə qarşı yönəltmək məcburiyyətindəyəm. Hər saat, hər an daxili mübarizə kimidir. Sənin fikrini düzgün başa düşməyənlər, ciddiyə almayan və təcrid edən toplumun  içində yaşamaqdan zor nə ola bilər?” “Bəzən evdə olanda anamın mənim köhnə şəkillərimə baxdığını və ötən illərdə qazandığım diplom və fəxri fərmanlarıma baxaraq necə ağladığının şahidi oluram. Doğrusu, ilk dövrlərdə bunu heç cür ağlıma sığdıra bilmirdim. Axı, niyə? Mən ki, həmin Babəkəm...” Ancaq o, həmin Babək deyildi.“Mənim ən nifrət etdiyim bilirsiniz nədir? İnsanların məni yola verməsi. Onlar məni anlamaq belə istəmirlər. Üç il öncə anam məni hansısa şirkətə aparmışdı. Şirkət onun tanışlarından birinə məxsus idi. Anam mənim qayğıma qalır, istəyir ki, özümü hər kəsdən biri kimi hiss edim. Bu da onun məni işə düzəltmək üçün növbəti cəhdi idi. Reklam şirkətinin başçısı məni qarşıladı və səliqəli otaqlardan birinə apardı. Orada bir gənc xanım var idi. İlk görüşdən mənim o insana qarşı müsbət fikirlərim yaranmışdı. Bir neçə gün idi artıq. Amma mən yalnız tapşırılan xırda işləri yerinə yetirməkdan başqa heç nə etmirdim” “Xeyli müddətdir ki, anamın tanışı gözümə dəymirdi. Axı, ola bilməz ki, o mənim yazılarımı oxusun və bir dəfə də olsun mənə təşəkkür etmək və ya sadəcə halımı öyrənmək üçün otağımıza baş çəkməsin. Bu məndə narahatlıq doğururdu. Bu qədər çalış, çalış, amma müdirin bir xoş sözünü də eşitmə. Ola bilməz! Gedib mütləq nəsə öyrənəcəm. Hə, gedib deyəcəm ki, mən sizə bu qədər yazı vermişəm. Siz isə qımıllanmırsınız. Necə adamsınız siz?” Birdən uzaqdan yüksək adam səsləri eşidilməyə başladı. Xatırələr fırtınasından ayılan Babək yolunu dəyişərək, səs gələn istiqamətə doğru addımladı. Artıq milis bölməsində Qırmızı, bazarın yanında toplaşanların əslində etirazçı, plakatda yazılanların isə sökülməsi haqqında qərar verilmiş heyvanlar sığınacağının qorunması çağırışları olduğunu öyrəndi. Səhər oyananda Babək, bu məsələni həll edəcəyinə qərar verdi. Blokda qarşısına çıxan qonşusu, 60 yaşlı Əhməd dayıya planını danışan gənc, qarşı tərəfin gülüşünə zəmin yaratdı. -Ay oğlum, sən bilirsənmi o otel kimindir? Bilirsənmi kim tikdirir onu? Ora heç BMT-nin katibi qarışsa belə, mənasızdır. Get, get, ağıllı işlərlə məşğul ol mənim balam... -Kimdir axı o? Qoy, Kim olur olsun. Bir canı məhv etmək hüququnu ona kim verib? Yoxsa ki, Uca Tanrıdan da yüksəkdir o? BMT? Mən BMT-nin katibini də qarışdıraram bu məsələyə. Ancaq o sığınacaq yenidən tikiləcək, görərsən! Arxadan gülüş səsləri eşidildi. “Mən nə etdiyimi bilmirəm. Haralara müraciət etmədim, başçıya məktub yazdım. Nələrə əl atmadın? Ancaq hamısı mənasızdır. Niyə insanlar bu qədər laqeyd olublar. Bəyəm heyvanlar canlı deyillərmi?” Babək yazdığı ssenarilən aqibətini öyrənmək üçün baş müdirin kabinetinə getməyi qərarlaşdırdı. Koridorda onu binan işçisi, zibilləri daşıyan oğlan qarşıladı. -Oo, Babək, necəsən? Eşitdim BMT-nin katibinə müraciət edirsən. Ahaha. İmkan olsa, mənim yerimə də bir ağız aç. Bezmişəm vallah zibil daşımaqdan. Babək onun üzə nə belə baxmadı, çünki daşıdığı arabanın içində yalnız onların otağında olan açıq mavi rəngli kağızları gördü. O dərhal bütün zibil arabasını yerə tökdü. -Nə edirsən, ey dəli? Mühafizə, kömək edin!!, - deyə zibil daşıyan qışqırdı.Qırmızı, əyilərək çoxlu sayda vərəqlərə bir-bir baxmağa başladı. “Gözlərimə inanmırdım. Bu mənim yazdığın mətnlər idi. Zibillərə qarışmış halda. Özümdən çıxdım. Sanki üzümə sillə vurmuşdular. Vaxt itirmədən, kağızların bir neçəsini əli götürərək müdirin otağına yollandım. Ondan sonra nələrin baş verdiyi yadımda deyildi” Ertəsi gün məhkəməyə təqdim olunan arayış əsasında o, azadlığa buraxıldı. Qanunvericiliyə görə, şizofreniya xəstələrini cinayət məsuliyyətinə cəlb etmək mümkün deyildi. Babək evə qayıtdı. Artıq o işsiz idi. Həmin gün anası ilər bir kəlimə belə kəsmədi. Onun düşündüyü yalnız Nigar və yarımçıq qalmış işi idi. “Mən həqiqətən də bu həyatda lazımsız birisiyəm. Mənim bu dünyada yaşamağa haqqım yoxdur. Əl atdığım işi ancaq korlamağı bacarıram. Axı, kimə lazım idi mənim yazılarım? Kimə? Mən bunu özüm anlamalı idim. Nigar məni çox istədiyi üçün xətrimə dəymək istəmirdi və ssenarilərimi tərifləyirdi. Mən başa düşmürdüm bunları.”Babəkin şəkli getdiyi bütün idarələrdəki kameralar tərəfindən çəkilmişdi və elə həmin fotolar oteli tikdirəm biznesmenin adamlarına verilmişdi. Onlardan ikisi  Babəkin də keçdiyi küçədə imişlər və onu görər-görməz tələsik şəkildə ona hücum etdilər. Küçənin ortasında iki nəfər cavan oğlan tapança ilə Babəkin ürəyinə atəş açdılar -Nigar, BMT-dən ,deyəsən, cavab gəlib axı. Get öyrən... O, artıq, dünyadan getmişdi. Bəli, o həyatda yox idi. Bütün nağıllar və filmərdən fərqli olaraq, sonluq yaxşı olmadı. Ola da bilməzdi. Babəkin ölümündən sonra məlum oldu ki, BMT-dən məktub gəlib və bütün qanunsuzluq və özbaşınalıqlara son qoyulacaqdı. Hətta katib özü şəxsən ölkəyə gələrək, sığınacağı açılışında iştirak etdi. Babəkin adı Qırmızı Zanbaqlar küçəsinə verildi. Qırmızının yazdığı ssenarilər bir yerə toplandı və onlardan bəzilərinin əsasında filmlər ekranlaşdırıldı. Onun adı yaşayırdı, bu gün də yaşayır. Babək əslində heç nəyin qeyri-mümkün olmadığını isbat etmiş oldu. Kimlərəsə real görünməyən və sadəcə xülya kimi olanların mümkün olduğunu sübut etdi. İnsan hər şeyə rəğmən öz arzusu, məqsədi uğrunda hər şeyə hazır olmalıdır. Mücadilə aparmaq, sərhədləri aşmaq, bacaracağını göstərməkdir qəhrəmanlıq. Qoy sizə inanmasınlar, kinayə ilə yanaşaraq, ələ salsınlar, bu sizə daha da çox güc verməlidir. Çətin və keşməkeşli həyatda öz arzu şamının yanacağına ümin edərək yaşamaq, onun reallaşdırılması üçün gücün ortaya qoymaq, ŞİZOFREN olmaq gərəkdir. Hər bir insanın, bəzən, daxilindəki şizofreni oyatmağa ehtiyacı vardır. İçinizdəki şizofreni öldürməyin!

RƏŞİD MUSTAFAZADƏ , 19 yaş.

BDU Jurnalistika, III kurs, qrup 019.

 

 

 

Go Back

Sorğu göndər