Düşüncə Jurnalı

header photo

Şizofreniya xəstələrinin özünə və ətrafdakılara qarşı münasibətin emosional və koqnitiv komponenti

18-12-2014

                                 “Şizofreniya – daxili səsin öz müstəqilliyini bildirməsidir.”

                    S. Fedin

 Şizofreniya xəstəliyinin yayılma surəti cəmiyyətə geniş miqyasda ziyan vura bilən  psixi pozuntular çərçivəsində böyük dövriyyələri əhatə edir.  

 Vaxtında kliniki diaqnostika və həqiqi simptomokompleksin üzə çıxardılması üçün insanın psixi varlığının bilavasitə hər gün rastlaşdığımız  sferalarını öyrənmək lazımdır.

 Şizofreniya xəstəliyi ən birinci insanın emosional və koqnitiv sferalarını pozur. Emosional pozuntulara ətrafdakı qıcıqlara qeyri- adekvat reaksiyalar, apatiya, abuliya və parabuliyaya qədər çatan davranış, situasiyaları səhv başa düşmək, impulsivlik, təkliyə can atma, insanlarnan ünsiyyətdən qaçmaq aiddir. Koqnitiv pozuntular arasında daha çox rezenyorluq, neologizmlərin istifadəsi, təfəkkürün və nitqin qırıqlığı  geniş yer alır.

 Tədqiq etdiyimiz sahə məhs şizofrenik xəstələrdə emosional və koqnitiv komponentlər barədədir. Tədqiqat üçün A.R. Luriyanın “Piktoqramma” proyektiv metodikası və V.İ. Dadonovun “Şəxsiyyətin ümumi emosional yönəlişinin təyini ” metodikasından həm kontrol həmdə eksperimental qrupplarda istifadə olmuşdur.

 Metodikalar arasındaki fasilə zamanı  daha çox xəstələrlə ümümi suallar müzakirə edilirdi. Söhbət əsnansında özünə qarşı münasibəti müəyyən etməyə çalışdıq. Ümid, özünə əminlik, pozitivizm, nadir hallarda neqativizm, çox ümumi sualların fərdiləşdirməsi, öz həyatı üçün qorxu, eqoist münasibət təzahür edildi.

 Ətrafdakəlara qarşı münasibətin təzahürü zamanı etibarsızlıq, gizlinlik, uyğunlaşmanın uzun prosesi, hiddət(əgər onları bir şeyə görə narahat edirlərsə), köməyin axtarışı, ünsiyyətin prosesinə giriş – yalnız öz ehtiyaclarını təmin ortaya çıxdı.

 Şizofrenik xəstələrdən “Şəxsiyyətin ümumi emosional yönəlişinin təyini ” metodikasıyla alınan qeydlər zamanı: qloristik (şöhrətpərəstlik), hedonistik, akkizitiv (kolleksiyalar yığmaq), puqnik (risk etməyi sevmək), estetik emosiyalara daha çox rast gəlinir. Bu tip xəstələrdə ən az miqyasda isə altruistik, kommunikativ, praksik (aktivlik), qnostik emosiyalara rast gəlindi.

 Şizofrenik xəstələrnən söhbət əsnasında məlum olduki, onların emosiyları fərqlənir. Onlarda daha çox özünə qapalılıq, autistik emosiyaların çoxluğu, emosional keyləşmə, soyuqluq, ambivalentlik və özünə qarşı yönəlmiş emosiyalar təzahür edilir.

 Koqnitiv sferanın öyrənilməsi bizim tədqiqatda əsasən şizofrenik xəstələrinin təfəkkürünün qeyri-adi olmasının bir təsdiqidir. Burada onların “Piktoqramma” metodikası vasitəsi ilə hər bir deyilən sözə və ya sözbirləşməsinə şəkillərin və obrazların çəkilməsi təfəkkürün analizini etməyə imkan verdi. Təhlil zamanı aşkar olunan komponentlər aşağıdakılardır: əgər normal insanlarda geometrik simvollardan az istifadə olunursa, şizofrenik xəstələrdə bu simvollardan 2-3 dəfə daha çox istifadə olunur,konkret obrazlar isə daha az istifadə edilir, fərdliləşdirmə simvollarına həddən artıq çox rast gəlinir, qeyri-adekvat obrazlardan istifadə edilməsi aşkar olunur, standart şəkillərin təsvir edilməsi çox nadir hallarda olur. Çəkilən şəkilləri özləri analiz edən zaman, bəzən qeyri-adekvat izahat verirdilər, və ya söhbətdən qırağa çıxır, ümümi söhbətlərə daha çox üstünlük verirdilər.

 Bunların hamısı şizofrenik xəstələrin təfəkkürünün dəyişməsindən xəbər verir. Onların daha abstrakt düşünməsi gözə çarpır, daha çox deduksiya və induksiya proseslərindən istifadə etməsindən, həyata başqa prizmadan baxmaları, öz eqosunu hamıdan yüksək tutmaq (və ya tam əksi – özünü ən pis saymaq) – qeyri-adekvat özünü qiymətləndirmə gözə çarpır.

 Lakin bəzən təfəkkür pozuntuları, şizofrenik xəsətlərin peşəkar fəaliyyətin müxtəlif sahələrində gözəl nəticələrə nail olmağa imkan verir. Bəzi xəstələrə yüksək İQ, abstrakt düşüncə, qeyristandartlılıq xasdır. Bunların sırasına İ.Nyuton, Van Qoq, İ.V.Qoqol, F.Niçşeni aid etmək olar.

 “Piktoqramma” metodikası vasitəsi ilə həmçinin kontrol və eksperimental qrupplarda hafizənin dəyişikliyini öyrənməyə çalışdıq. Şizofreniya xəstələrində hafizə ilə problemlər aşkar edilmədi. Bəzən, sözləri və söz birləşmələrini yada salmağın mümkünsüzlüyü tapşırığın mənasının onlar tərəfindən anlaşılmaması ilə  bağlı idi.

 Emosional – koqnitiv sferada, davranış tərzində təzahür edilən bütün dəyişikliklərə baxmayaraq şizofrenik xəstələr də bizim cəmiyyətin bir hissəsidir və biz onlara qayğı və hörmətlə yanaşmalıyıq. Stiqmatizasiya və stereotiplərdən uzaq olmalıyıq. Yalnız bu zaman sağlam və xoşbəxt bir cəmiyyət qura biləcəyik.

 

 

Xasməmmədzadə Aydan

BDU (Sosial elmlər və psixologiya fakultəsi, psixologiya ixtisası üzrə bakalavr),

Xəzər universiteti (Humanitar və sosial elmlər fakultəsi, klinik psixologiya ixtisası üzrə magistr, 1 kurs)

 

Go Back

Sorğu göndər