Düşüncə Jurnalı

header photo

Bir şizofrenin dünyası

26-12-2014


Şizofreniya, zehnin parçalanması mənasını verən bir xəstəlikdir. Biyoloji və genetik faktorlarla berabər, xüsusi ilə hər hansı ciddi travma insanda bu xəstəliyə səbəb ola bilər. Nəticə etibarı ilə, bu xəstəlik insanın həqiqətlərdən tamamilə qopmasına və xəyal dünyasında yaşamasına gətirib çıxardır. Bu xəstəliyi tam başa düşməyiniz üçün sizə bir hekayə danışacağam. Hekayəmiz həqiqi bir həyat hekayəsidir. Anonimliyi qorumaq üçün bir sıra dəyişikliklər etmişəm.

“Mənim heçnəyim yoxdur,mən özümü çox yaxşı hiss edirəm.Valideynlərim məndən qurtulmaq üçün məni buraya gətiriblər”ilk cümləsi bu idi Anarın xəstəxanaya gətirilərkən.Daha iyirmi iki yaşında idi.Həyata daha yeni addımlar atırdı.Həkim və Anar arasında qısa dialoq yarandı:

Həkim- Nə üçün burdasınız?

Anar- Bayaq dediyim kimi mənim heçnəyim yoxdur,məcbur gətiriblər.

H- Nə üçün səni buraya gətiriblər,bilirsiniz?

A- Bilirsiz,mən bir qızı sevirəm ancaq ailəm o qızın əslində var olmadığını deyir və bizi ayırmaq istəyirlər.Məni evdə tək anam başa düşür.

H- Ananız hardan bilirsiniz ki,sizi başa düşür?

A- O,da sevdiyim qızla ailə qurmağıma razıdır.

H-Başqa nə kimi vəziyyətlərinizdən şikayətçidirlər?

A- Həkim,mən uzun zamandır bunu hiss edirəm,hara gedirəmsə hər yerdə məndən danışırlar.Hətta televizorda belə,eşidirəm mənim adımı çəkirlər.Bunları ailəmə dediyimdə dəli olduğumu düşünürlər.İnsanlar mənim düşündüklərimi oxuya bilirlər.Mən bunları bilirəm və deməyə də qorxuram.Baxın həkim dedim deyə,bu gün buradayam.

  Bu danışıqlardan sonra həkim Anarı otaqda qoyub,valideynleri olan zala keçdi.Məsələni bir də valideynlərinin dilindən eşitmək istəyirdi həkim.Valideynlərindən problemlərin necə başladığını soruşdu həkim.Anası ağlayaraq danışmağa başladı “Həkim,mənim iki oğlum var idi,böyük oğlum keçən il avtomobil qəzasında vəfat etdi.Oğlanlarım qardaşdan əlavə çox yaxşı dost idilər.Anar qardaşının ölümündən sonra belə olub.Əvvəllər kitab oxuyan,dərslərinə vaxtında gedən Anar qardaşınıitirdikdən sonra hər şeyi dəyişdi həyatında.Daima susur,dərslərə getmir heç kimlə əlaqə saxlamaq istəmirdi.Bir dəfə universitetdən dostu Anarı çox çətinliklə ad gününə apardı.O gündən Anar evə çox xoşbəxt gədi.Dörd ay sonra mənə dediki ailə qurmaq istəyir və qızı tanış eləmək istəyir bizimlə.İnanmazsınız həkim,çox sevindim.Axşam qızla birlikdə gəlməsini gözləyirdik,qapı döyüldü qapını açdıq və oğlum tək idi,ancaq özünü yanında biri var imiş kimi aparırdı.Biz çox dəhşətli anlar yaşadıq həmin gün,ancaq yenədə oğlum pis olmasın deyə yanında adam var imiş kimi davrandıq ona.Səbəb isə oğlum qəbul etməyəcəkdi bunu və yenə dava edəcəkdi.Əvvəllər də olmuşdu ki,olmayan insanlarla dava etmişdi sadəcə gözünə görünürdü və otağında hər tərəfi dəfələrlə dağıtmışdı.Həkim heç yerə getmək istəmir,düşünür ki,hamı ona baxır gülür,televizora baxanda radioya qulaq asanda belə ondan danışdıqlarını düşünür.Oğlum çox xəstədi həkim,mənim iki oğlum var idi birini cismən itirdim,digərini ruhən itirmək istəmir.Kömək edin.”

 Həkim hər iki tərəfə də qula asdıqdan sonra diaqnozu qoydu “Paranoidal şizofreniya” .Anar xəstəxanaya qoyuldu və artıq on ildir ki müalicə alır,demək olar ki,səslər və görüntü azalıb,lakin dərmanları azaldanda yenidən vizuallar görünür.

Şizofreniya ruhun cismi tərk etməsidir!

Aygül Rüstəmova
Xəzər Universiteti, Psixologiya 4cu kurs

Go Back

Sorğu göndər