Düşüncə Jurnalı

header photo

Mən şizofren deyiləm

26-12-2014

Hamı şizofren olduğu üçün məni şizofren zənn edir. Həyatım boyunca özümlə tək qala biləcəyim bir yer axtardım. İnsanın özü ola biləcəyi tək yer qəlbidir deyə fikirləşdim, insan yalnızkən belə özü deyil deyib susdum. Özünlə tək qalmağı bacarmadığın müddətcə həmişə əzab çəkəcəksən. Hər şey lənətə gəlmiş o gün başladı. 

O gün düşünürdüm ki, həyatımda mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Valideynlərim mənim həkim olmağımı istəsələr də uşaqlığımdan bəri arzusunda olduğum kimi Bakı Dövlət Universitetinin Psixologiya fakultəsinə qəbul oldum. O'nu daha əvvəldə görmüşdüm amma onunla ilk dəfə 3cü kursda oxuyarkən əyani olaraq tanışdım və ona psixoloji olaraq kömək etməyimi istədi. O 27 yaşında gənc oğlan idi. Sakitcə otağa daxil oldu. Və otaqda dərin sükut var idi. İçimdə çox qəribə hiss var idi. İndi başa düşürəm ki bu hiss gələcəkdə baş verəcək hadisələrlə bağlı intuisiya imiş. Mən o'nunla bir ppsixoloq kimi yox bir dost kimi danışmağa başladım. O artıq mənim həyatımın hər anında var idi. Lakin onun əlaqədar məni qorxudan bəzi şeylər var idi. O tez-tez öz-özünə danışırdı, o ətrafımdakı insanlardan qaçırdı və o məndən bəzi şeyləri gizlədirdi. 
Seminar dərsində şizofreniya haqqında qrup işi hazırlanmışdı. Bu xəstəlik məni çox qorxutdu. Hətta o'nun şizofren ola biləcəyindən şübhələndim. Artıq onu müşahidə etməyə başladım. Xəstəlik haqqında araşdırmalar edirdim bütün gün o'nun və xəstəliyin haqqında düşünürdüm. Tez-tez onun dilindən inandırıcı olmayan sözlər, fikirlər eşidirdim. Amma heç cürr onun xəstə olduğunu qəbul edə bilmirdim. Artıq onun və xəstəliyi haqqında olan fikirlər məni ailəmdən, dostlarımdan tamamilə uzaqlaşdırmışdı. Getdikcə fikirlərim öz təsdiqqini tapırdı. Onu bir mütəxəssislə görüşdürməyi qərara almışdım. Bu fikri onunla paylaşanda o qəti olaraq etirazını bildirdi. 

Offff... axı mən hələdə düşünə bilmirəm. Bir kitabda oxumuşdum ki "fikirləşirsənsə deməli hələdə ağıllısan". Görəsən bu cəhənnəmdən nə vaxt qurtulacam. 

Universitetde psixoloq-müəllimi görən kimi qeyri-ixtiyari olaraq ona yaxınlaşdım və o'nunlar baş verənləri müəllimə danışdım. Müəllim mənə bəzi suallar verdi və məni dərsdən sonra yanına çağırdı. Hər şeyi daha ətraflı ən incə ayrıntısı ilə danışdım.

O gündən bilmirəm nə qədər müddət keçib. Mənim şizofren olduğumu deyən şizofrenlərlə doludu ətrafım. Artıq o'nuda az görürəm. Bu xəstəxanada yatandan bəri bir neçə dəfə gəlib. O'da unudub məni.

Hərdən düşünürəm ki bəlkə həqiqətən də mən xəstəyəm. Bəlkə sadəcə şizofren mənəm? Fikirləşirəm... fikirləşirəm... Görəsən o niyə gəlmir? Görəsən o niyə həmişə mənimlə tək qalmaq istəyirdi? Görəsən niyə o həmişə insanlardan qaçırdı? Bu fikirlər məni çox yorur. Nə qədər cəhənnəm adlandırsam da burda o olmadan daha rahatam. Artıq onun haqda daha az düşünürəm.

DÜNYANI SEVMƏYƏ YENİDƏN CƏHD ETMƏYƏ QƏRAR VERDİM.

 

Elnarə Əhmədli

BDU, Sosial Elmlər və Psixologiya fakultəsi, II k

Go Back

Sorğu göndər