Düşüncə Jurnalı

header photo

Nə olar damğalamayın və qorxmayın

19-12-2014

Şizofreniya deyəndə hamı hürkür.Sanki bu xəstəlik yalnız başqaları tutulsun deyə yaranmışdır.Heç kim bu xəstəliyi özünə və doğmalarına yaraşdırmaz.Ona görə də belə bir xəstə görəndə onu görməzdən gəlib, yox sayıb və ya özümüzü onlardan qoruyarsaq bizi bu bəla yaxalaya bilməz.Odur ki bu xəstəlik  qədim zamanlardan e.ə. 1400-cü illərdə Hindistanda, Çinde, Tevratda və antik Yunan mifologiyasında yer almışdır.

Yunan həkimlərinin yazılarında özünü həddindən artıq yüksək qiymətləndirən, böyük görən, digər bütün insanlardan pislik görəcəyi qorxusu ilə yaşayan insanlardan söz edilir və onlara necə kömək edilə biləcəklərinə dair yollar axtarmaqdan bəhs edilir.

İnsanlar orta əsrlərdə Avropada yaranan sxolartik düşüncə nəticəsində belə xəstələri qorxulu və düşmən kimi görmüşlər.Hətta onları zəncirlə bağlayıb odda yandırarlarmış.Bu vəziyyət 1744-cü ildə Fransada Pinel  (1745-1826)ilk dəfə belə xəstələrin arasına girib gəzinmiş və onları zəncirlərindən qurtarmışdır.Bu qurtarma bir simvol kimi hafizələrə həkk olunmuşdur.Hal-hazırda şizofreniyadan əziyyət çəkən insanlara baxışlar orta əsrlərdəki baxışlardan çox da fərqli deyil.Bu daha çox sosial-psixoloji cəhətdən onları cəmiyyətdən təcrid etmişdir.Adətən onlara təhlükə mənbəyi kimi baxmışlar.Bunda təkcə tək insanlardan yox, cəmiyyəti idarə edən və onlara təsir göstərən quruluşların da rolu heç də az deyil.Məsələn:Medya şəkər xəstəliyindən əziyyət çəkən bir xəstənin törətdiyi cinayəti xəbər edərkən xəstəlikdən bəhs etməz.Ancaq şizofreniyadan əziyyət çəkən bir xəstənin törətdiyi cinayət adətən gündəlikdən düşmür.

Ailəsində şizofreniya xəstəsi olan şəxslər bu vəziyyəti evlərinin xaricinə çıxarmamaq üçün əllərindən gələni edirlər.Beləcə xəstə 4 divar arasında qalmış,heç bir sosial və insani ehtiyaclarını qarşılaya bilməyəcək vəziyyətə gəlmişdir.Ailə də bu vəziyyətdən əziyyət çəkir.Nəticədə bir yana gedə bilmir və qonaq qəbul edə bilmir.Beləcə də cəmiyyətin ən kiçik institutu olan bir ailə cəmiyyətdən özünü təcrid etmiş olur.Şizofreniyanın yayılma  sıxlığını nəzərə alsaq ki,100 insandan biri şizefroniyadan əziyyət cəkirsə ,deməli hər 100 ailədən biri cəmiyyətdən təcrid olunmuş ailədir.

Bu vəziyyət həm cəmiyyət, həm də dövlətlər üçün ciddi itkilərə səbəb olur.Həm sosial həm də psixoloji olaraq insanlar ən faydalı ola biləcəkləri dövrdə cəmiyyətdən ayrı bir vəziyyətdə yaşayırlar.Bu o ailədəki yaşayışı tamamilə dəyişdirər.O ailənin ümidlərini,xəyallarını,gələcəklərini tamamilə poza bilər.

Ona görə də biz onlara bir xəstə kimi baxıb,onlara acığımız gəlmədən,onları damğalamadan həyatlarını daha yaxşı hala gətirə bilərik.Ona görə ki,şizofreniya xəstələrinə ailələri,yaxın dostları,iş yoldaşları hamısı birdən psixoloji olaraq yanında ola bilsək və dərmanlarını içməkdə ona kömək etsək bir cox xəstələr həyatda öz yerlərini tuta bilərlər.

Belə olan halda müalicə  %– 80 faiz daha səmərəli olar.

Yadımımızdan çıxarmayaq ki,kiçik yaxşılıqlar birləşərək gözəllikləri əmələ gətirər.

 

Züleyha İCİK

BDU Sosial elmlər və Psixologiya fakultəsi III kurs tələbəsi.

 

 

Go Back

Sorğu göndər