Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Elmi Əsərlər toplusu"

ƏQLI CƏHƏTDƏN GERI QALAN UŞAQLAR VƏ ONLARIN TERAPIYASI

06-11-2015

 Uşaqlıq - insanın gələcək həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiyalar bəzən ömürlük yaddaşda qalır. Lakin insan beyni daim inkişafdadır və həmişə daha yeni, mürəkkəb funksiyaların qavranılması üçün məşq etdirilə və istifadə oluna bilər. Uşaqların bütün hissiyat bacarıqları ( görmə, toxunma, iybilmə, dadbilmə, eşitmə) oyun vasitəsilə inkişaf etdirilməlidir. Hissetmə bizə ətraf mühit haqqında məlumat əldə etməyə imkan verir. Beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər çox inkişaf etmiş olar. Əgər uşaqların beyni informasiyalardan təcrid edilərsə, o heç vaxt normal inkişaf etməyəcək. [2,s. 50]

Hər bir uşaq 3 əsas sahədə inkişaf edir:

1. Fiziki (bədən) inkişaf

2. Əqli (intellektual) inkişaf

3. Sosial (ünsiyyət) inkişaf

 Uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf etməsi zəruridir. Lakin istisna hallar da mümkündür. Məsələn, ictimai həyatımızda bəzən elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan bir şəxs öz sosial inkişafına görə tipik olan həmyaşıdların heç də geri qalmır. Sual olunur: “Əgər insanın sosial inkişafı onun əqli inkişafından asılıdırsa, bu necə olur?” Sualın cavabı çox sadədir: Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri qalan uşaqla mütəxəssis məşğul olub və onun ətrafındakı insanlar məsələnin ciddiliyini başa düşüb problemi tez və müştərək həll etməyə çalışıblar. Bəzən istər tipik , istərsə də əqli cəhətdən geri qalan uşağın sosial inkişafına elə onun ətrafındakı insanlar mane olur. Bu ya məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir. Bu məhdudiyyətlər göstərilən diaqnozlu uşağın adi uşaqlardan fərqli olaraq daha ləng inkişaf etməsinə, onunu öyrənmə qabiliyyətinin daha zəif olmasına səbəb olur. Əqli geriliyi olan uşaqlarda danışmaq, yerimək, öz paltarlarını geyinmək, yemək qəbulu ilə bağlı fərdi ehtiyaclarını ödəmək prosesləri ləng gedir. Məktəbdə oxuyan zaman da, çətinliklər meydana çıxır. Onlar nəyə isə nail ola bilsələr də, bunun üçün çox vaxt tələb olunur.

 Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini aşkar etmişlər. Bunlardan ən mühümləri aşağıdakılardır:

  • · Genetik hallar.
  •  · Hamiləlik zamanı yaranan problemlər.
  • · Doğuş problemləri.
  • · Sağlamlıq problemləri.

Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından yoluxa bilməz. [4,s.34-35] Əqli geriliyin 3 dərəcəsi var:

  • Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb qavraya bilmir.
  • Ağır və orta dərəcə ( imbessillik). İmbesil uşaqlar nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin dərk etmə, hafizə, təfəkkür, emosional-iradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini demək olar ki, qeyri-mümkün edir.
  • Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil proqramına yiyələnməyə imkan vermir. [3,s.34-35]
  • Qüsurun müəyyən qədər kompensasiyası üçün oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi metodlardan istifadə olunur. Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji metodlar aşağıdakılardır:
  • · İnkişafetdirici oyunlar - bu, uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər komplesidir.
  •  · Kukloterapiya – bu metod sosial həyatda tələb olunan bacarıqların mənimsənilməsi məqsədilə qrup məşğələləri zamanı istifadə olunur. (başqalarını dinləmək, birgə oyunda iştirak etmək, münaqişələrin davasız həll edilməsi).
  •  · Rəsm çəkmə və nə isə düzəltmə - yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərini inkişafına təsir etdiyi məlumdur.
  •  · Psixoloji nağıl – bu üsul hər bir uşaq üçün tanış olan bir yol nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.
  •  · Art-terapiya ( yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi) – uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.[4,s.431- 432]
  • Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan qeyri - ənənəvi metodlar isə aşağıdakılardır:
  • · Cıdır terapiya – atlar üzərində gəzmək. Uşaqlarda hərəki reflekslərin inkişafına həddindən artıq köməklik göstərir. Atın üzərində əyləşməklə uşaq müvazinətini saxlamağı öyrənir, onda düzgün duruş formalaşır, əzələlər inkişaf edir. Cıdır terapiya üçün xüsusi şərt – yəhərlənməmiş atlar olmalıdır və nəzarətçi olduqca diqqətli olmalıdır. At üzərində gəzinti zamanı bütün əzələlər işə düşür, əzələ tonusu normallaşır. Fiziki inkişafa müsbət təsirdən əlavə, atlarla ünsiyyət onlarda psixoemosional sahəyə də təsir edir. Əqli cəhətdən geri qalan uşaqlar bəzən ətraf mühitlə ünsiyyətdə çətinlik çəkirlər, özlərinə qapanıq olurlar və onları bu vəziyyətdən çıxarmaq olduqca çətin olur.
  •  · Yoqa – reabilitasiya üçün digər effektiv metodlardan biridir. Bu tip uşaqlar güclü elastikliyə sahib olurlar. Yoqa üçün lazım olanlar duruş, əyilmə onlar üçün problem deyil. Oynaqlardakı elastikliyə görə yoqa mütəxəssisi onlara xüsusi ehtiyatlılıqla yanaşaraq əzələ gücünün artılmasına, hərəkətlərdəki koordinasiyanın inkişafına, ayaqların gücünə nəzər yetirməlidir. Yoqa, diqqətin inkişafı, bilik əldə etmə, saymağı öyrənmək üçün əla vasitə ola bilər. Yoqa terapiya nəticəsində əqli cəhətdən geri qalan uşaqlar düzgün nəfəs almağı, diqqətlərini cəmləşdirməyi, öz bədənlərini hiss etməyi, məkanda özünü hiss etməyi öyrənmiş olurlar.
  •  · Musiqi terapiya – musiqi ilə müalicədir. Musiqiyə heç kim biganə yanaşa bilmir. Uşaqdan tutmuş böyüyə qədər hamı musiqiyə reaksiya verir. Musiqi əhval – ruhiyyəni qaldırmağa, insanı dərin düşüncələrə dalmağa, arzu və istəklərin daha da qabarmasına səbəb olur. Bütün bunlar əqli cəhətdən geri qalan uşaqlarda da belədir. Düzgün musiqi seçimi nəticəsində müəllim uşaqda inam hissini artıra, əhval –ruhiyyəsini yaxşılaşdıra bilər. Musiqi terapiya sayəsində diqqət və hafizə inkişaf etdirilir, hərəkətlərin koordinyasiyası 15 yaxşılaşdırılır. Hər bir uşaq üçün ayrılıqda musiqi seçilməlidir. Bununla aqressiyanın azalmasına, rahatlaşdırmaya, və ya əksinə bəzi uşaqlarda ləngimə, hərəkət etməyə məcbur etməyə, tapşırıqlarda rahatlıqla iştirak etməyə nail olmaq olar.
  •  · Kanisterapiya – itlərlə müalicə. Xüsusi təlim keçmiş itləri əqli cəhətdən geri qalan uşaq olan evlərə verirlər. Uşaqlarda qayğı bacarıqlarını, ünsiyyət qurmaq vərdişlərini inkişaf etdirməyə istiqamətlənib.
  •  · Delfinoterapiya – delfinlər vasitəsilə müalicə üsuludur. Ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustuk dalğalarla həmin uşaqlara təsir etmək olar. Delfinlər vasitəsilə sinə qəfəsində masaja nail olmaq olar. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girə bilirsə demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor, sensor sferanı inkişaf etdirmək olar. Uşaqlar daha açıq, ünsiyyətcil, yaddaşları, diqqətləri, nitqləri inkişaf etmiş olur. [5]

Qeyd etmək lazımdır ki, əqli cəhətdən geri qalan uşaqlar daha həssas olurlar. İnsana gec öyrəşdikləri kimi, öyrəşdikdən sonra ondan uzaqlaşmaları da çətin olur. Belə uşaqlar terapevtləri, psixoloqları, inkişaf metodistləri gənc olduqda dərsə daha tez həvəslənirlər.

PS. Onlardan öyrənəcəklərimiz çoxdur.

Bir neçə il bundan əvvəl Seatlle olimpiyadasında fiziki və əqli cəhətdən geri qalan 9 yarışçı, 100 m qaçış üçün başlanğıc xəttinə gəldilər. Başlamaq üçün göstəriş verildi, onlar birlikdə yarışmağa başladılar.Yarış başladıqdan az sonra 1 yarışçı yıxıldı və ağlamağa başladı. Qaçan digər 8 yarışçı onun səsinə arxaya çevrildilər və onun yıxıldığını gördülər. Onlar yarışı dayandırıb geri qayıtdılar. 8 yarışçı onun qoluna girdi və onlar hamısı birlikdə qaçmağa başladılar, finişə də birlikdə çatdılar. Yarışı izləyənlər onları ayaqüstə, saatlarla alqışladılar. [1,s.36]

Ədəbiyyat siyahısı:

 1. Çocuk gelişimi və eğitimi. Zihinsel engelliler. Ankara, 2007

2. Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair rəhbərlik: metodik vəsait. Bakı, 2009

3. Rüstəmova L.H.,Hüseynova N.T. Xüsusi pedaqogika. Bakı, 2007

4. Uşaq inkişafı metodikası: metodik vəsait / Açıq Cəmiyyət İn-tu-Yardım Fondu. - Bakı : Qanun, 2011

5. http://psixologiya.net/tehsil_telebe/650.html

 

Həsənova Günel Vaqif qızı,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Ümumi psixologiya kafedrasının magistrantı

SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR PROBLEMLƏRİ ELMİ ƏSƏRLƏR TOPLUSU BURAXILIŞ № 10 BAKI – 2013 

Go Back

PANIK ATAK xəstəliyi haqqında bilmədikləriniz! - DƏRİN ELMİ ARAŞDIRMA

26-10-2015

Bu məqalədə panik pozuntusu olan şəxslərdə yaranan somatik simptomların xəstələrdə yaratdığı təşviş araşdırılmışdır. Panik pozuntusu olan insanlarda  kəskin ölüm qorxusu, infarktla bağlı narahatlıqlar, özünənəzarəti itirmə və dəli olma qorxusu mövcuddur. Təşviş əlamətləri adlanan  bu simptomlarla yanaşı, insanda baş gicəllənməsi, ürəkgetmə və buna uyğun hissin yaranması, asfiksiya (boğulma hissi), nəfəs darlığı, tənəffüs çətinliyi, taxikardiya (ürək döyüntülərinin artması), sinədə ağrı hissi, mədə bulanması, epiqastral nahiyədə ağrı (qarın ağrısı), tərləmə, titrəmə, keyimə hissi kimi orqanik simptomların bir qismi panik atakla yanaşı qeyd olunur. Bu tip insanlarda qeyd edilən əlamətlərlə paralel bir çox mütəxəssislərin qeyd etmədiyi hipertoniya da müşahidə olunur.

Panik atak zamanı damarlarda daralma və ürək ritmlərində sürət artdığı üçün qan təzyiqində artım qeydə alınır. Yüksəlib, azalan təzyiq “oynayan təzyiq” şəklində özünü büruzə verir. Artan hipertoniyaya görə yanlış olaraq hipertoniya diaqnozu qoyulur və bununla bağlı medikamentoz terapiya tətbiq olunur. Bu yanaşma panik pozuntu diaqnozu dəqiqləşmiş xəstələrdə mövcud olan təşviş halının daha da artmasına səbəb olur. Panik pozuntu diaqnozu qoyulmuş xəstə hipertoniya xəstəsi olduğunu düşünərək somatik simptomlara köklənir və davamlı olaraq təzyiqinin qalxacağı, bilavasitə beyin qansızması keçirəcəyi narahatlığıyla həyat tərzində neqativ hallar yaşayır. Bu araşdırmada panik pozuntu ilə komorbid (yanaşı) müşahidə olunan artan təzyiq və onun insanın həyat fəaliyyətinə göstədiyi təsir öz əksini tapacaqdır.

Giriş

Panik pozuntu zamanı yaşanan somatik simptomlar, insanın bütün düşüncəsini öz orqanizminə yönəltməsinə səbəb olur. Pasiyent xüsusilə, infarkt və ya artan təzyiqlə bağlı beyin qanaxması keçirəcəyi ilə bağlı narahatlıqlar keçirir.

Qan təzyiqi, tənəffüs sistemi, mədə-bağırsaq problemləri səbəbiylə mütəmadi ortaya çıxan narahatlıqlardan dolayı mütəxəssislərə müraciət olunur. Bu zaman aparılan müayinə və analizlərdə simptomların səbəbini açıqlayacaq hər hansı orqanik əlamətlər qeydə alınmır. Xəstə bilavasitə psixiatra, yaxud psixoloqa yönəldilir.

Psixiatra yönləndirilən xəstəyə, psixiatrik dəyərləndirmədən sonra panik atak diaqnozu qoyulur. Panik pozuntu diaqnozu qoyulmuş xəstəyə əsasən antidepressant və ehtiyac olarsa anksiolitik  preparatlar təyin olunur. Panik pozuntuda tətbiq olunan terapiya üsulları üzrə aparılan tezis araşdırmaya görə “Panik pozuntu diaqnozu qoyulmuş xəstələrdə tətbiq olunan terapiya üsulları və Psixoterapiya tətbiqi nisbətinin dəyərləndirilməsi”nə əsasən xəstəliyin korreksiyası zamanı koqnitiv və bihevioral terapiyadan çox az istifadə olunduğu ortaya çıxmışdır.

Psixoterapiya tətbiq olunmayan müalicə yanaşması zamanı xəstəliyini tam mənada tanımayan xəstədə, somatik əlamətlərdən qaynaqlanan təşviş vəziyyəti, panik atak tutmalarını artırır. Nəticədə panik atak, təşviş pozuntusu, agorofobiya və somatik simptomları yaşayan xəstədə həyat keyfiyyəti pozulur. Ona görə panik atak pozuntusu zamanı psixoterapiya bir şərt kimi irəli sürülür.

Diaqnoz qoyulmuş xəstələrdə yaşanan somatik əlamətlərdə, xəstələr tərəfindən beyin qanaxması keçirəcəyinə aid narahatlıq onların həyatına mənfi təsir göstərir. Xəstələr əsasən bu tip narahatlıqları ifadə etmir, bu da nəticədə dəstək almaqla bağlı fərqindəlik yaratmır. Panik pozuntu diaqnozu qoyulmuş xəstələrə hipertoniya xəstəsi olmadıqları; panik vəziyyətdə artan təzyiqin, pozuntu ilə bağlı keçici vəziyyət olduğu başa salınmalı və terapiyanın əsas məqsədi hesab olunmalıdır.

Panik sözünün mənası

Dilimizdə panik pozuntu əsasən panik atak olaraq adlandırılır. Bu iki anlayış xəstəliyin davam edən və əlavə simptomlarına görə fərqlənməsinə baxmayaraq, ümumi mənada insanlar tərəfindən panik atak olaraq ifadə olunur. Bu diaqnozu bir çox mütəxəssislər də eyni şəkildə adlandırırlar. “Panik” sözü yunan mifologiyasında “panikos=pan”dan yaranmışdır. Qədim yunan mifologiyasında “panikos” ölümlü yeganə tanrıdır. Bu mifoloji əfsanə türk tədqiqatçısı Behçet Necatigilin “100 sualda mifologiya” əsərində qeyd olunmuşdur: ” Pan dağlıq Arkadiada kiçikbuynuzlu heyvanların, çobanların tanrısıdır. Keçi ayaqlı Pan, Hermesin oğludur. Tanrıların, insan vücudunda deyil, heyvan görünüşündə düşünüldüyü ilk vaxtlarda Pan da keçi başlıydı, sonradan keçi başında sadəcə buynuzlar və saqqalı qalaraq insan üzü yarandı.” Azra Erhat isə mifologiya lüğətində Panı belə təsvir edir: “Pan, çoban qavalını sevir, gözəl nimphaların ardına düşərdi. İnsanların, heyvanların yatdığı qızğın, tənha yay aylarında günorta vaxtı anidən gözlənilməyən səs çıxarır, hər tərəfə `panik` qorxular saçardı. Maraton döyüşlərində perslərə bu tərzdə panik yaşatdığı üçün, Afinalılar müharibədən sonra tanrı Pana Akrapolis ətəyində sığınacaq düzəltdilər. Pan sözü yunan dilində `bütün, tam` mənasını ifadə etdiyinə görə mistiklər, daha sonralar Panı hər şeyi edən tanrı pilləsinə ucaltdılar”.

Panik pozuntu

Hazırda panik pozuntu, panik atak olaraq adlandırılır. Bu iki anlayış bir-birindən tamamilə fərqlənir. Panik atak, sadəcə panik atakların olduğu diaqnozdur. Panik pozuntu isə panik ataklarla yanaşı təşvişli-nevrotik pozuntu diaqnozudur. Təşvişli-nevrotik pozuntu, yeni bir panik atak gözləntisi və narahatlığı ilə panik atak yaşamaqdır. Panik pozuntu, panik ataka nisbətdə reabilitasiya müddəti daha uzun və daha xroniki olan patologiyadır. Panik atakda nevrotik təşviş yoxdur. Panik pozuntu, anidən ortaya çıxan, qəfil partlayışlarla özünü göstərir. Xəstənin növbəti ataklarla bağlı nevrotik təşviş yaşayıb agorofobiyaya (müdafiə mexanizmi-qaçış davranışı) şərait yaratdığı müşahidə olunan pozuntudur. Ümumdünya Sağlamlıq Təşkilatının apardığı beynəlxalq tədqiqatda (İCQ-10 a əsasən) panik pozuntunun ilk ambulator müayinəyə müraciət edən xəstələr arasında bu narahatlığın həyat boyu prevalansı 3.4% nisbətində ortaya çıxmışdır (Wiley, 1995). Panik pozuntu olan xəstələr, əsasən daxili cərrahiyyə və kardiologiya kimi klinikalara tez-tez müraciət edirlər. Kardioloji problemlə bağlı mütəxəssislərə müraciət edən xəstələrin 16 %-i, hiperventilyasiya şikayətləriylə xəstəxanaya müraciət edənlərin təxminən 35%-nə panik pozuntu diaqnozu qoyulduğu ortaya çıxmışdır (Dunitz, 1999).

Panik pozuntu daha çox 17-30 yaş arası ortaya çıxır. 45 yaşdan sonra görülmə tezliyi azalmağa başlayır. 45 yaşdan sonra xəstələrdə daha çox orqanik narahatlıq panik atakı ortaya çıxarır. Belə bir vəziyyət psixiatr tərəfindən qiymətləndirilir. Panik pozuntu kişilərə nisbətən qadınlarda daha çox ortaya çıxır.

Panik atakların yaranması ilə bağlı müxtəliflik səbəblər göstərilir. Situativ simptom olmadan yaranan panik atak, “gözlənilməz” panik atakdır. Buna bəlli bir vəziyyətə məruz qalmaqla ortaya çıxan “situativ uyğunlaşan” panik atak da deyilir. Digər panik atak tipi isə situativ təkan verici ilə qarşılaşmadan sonra ortaya çıxan “situativ” panik atakdır.

Panik pozuntunun əlamətləri

Panik pozuntunun əlamətlərinin iki formada təsnifatlaşdıra bilərik:

Fiziki simptomlar:

  1. Taxikardiya (ürək döyüntüsünün artması), ürək ritminin hiss edilməsi və yüksək rəqəmlərə qədər çatması
  2. Sinədə ağırlıq hissi
  3. Nəfəs darlığı
  4. Sinədə ağrı hissi
  5. Asfiksiya (boğulma)
  6. Baş gicəllənməsi və yıxılacaqmış kimi olmaq, bədəndə tarazlığın pozulması
  7. Gözün qaralması
  8. Hipertoniya
  9. Bədən temperaturunun aşağı düşməsi və ya yüksəlməsi, xüsusilə qulaq və yanaqda istilik hissi
  10. Bədəndə həddindən artıq titrəmə
  11. Mədəyə nəyinsə çökdüyü hissi
  12. Ovuclarda tərləmə
  13. Bulantı və ya ishal
  14. Ağızda quruluq
  15. Boğazda düyün hissi (isterik düyün)
  16. Qeyri-real hisslərə aludə olma
  17. Konsentrasiyada pozulma və aydın düşünməmək
  18. Qismən iflic olma hissi

 

Panik pozuntunun ruhi simptomları (əsas qorxu ölüm qorxusudur) aşağıdakı hisslər şəklində təsnifat olunur:

  1. Ölürəm
  2. İnfarkt keçirirəm
  3. Dəli oluram
  4. Özümənəzarəti itirirəm
  5. Nəfəs ala bilməyəcəm və öləcəm
  6. İflic oluram
  7. Təzyiqim çox artdı, beyin qanaxması keçirəcəm
  8. Nəbz vurğusu dəqiqədə 80/60, ürək döyüntüsü səbəbiylə qorxu yaşama
  9. Hipertoniya xəstəsi və ya ürək xəstəsi olduğunu düşünmə

 

Agorofobiya

Aparılan bəzi tədqiqatlarda agorofobiyanın panik ataklarla birlikdə müşahidə olunduğu irəli sürülür. Hazırki psixiatik diaqnoz kriteriyaları isə agorofobiya olmadan da panik atakın olduğunu göstərir.

Panik pozuntu diaqnozu qoyulan xəstələrin əksəriyyətində qaçma davranışları (müdafiə mexanizmi) müşahidə olunur. Panik atak zamanı fərd qaçmağın mümkün olmayacağı və ya kömək etməyin qeyri-mümkün olduğu yerlərdən uzaqlaşır. Agorofobiyası olan xəstələrin uzaqlaşdığı vəziyyətlər bu şəkildə göstərilir: metro, tramvay, körpü, gəmi, tıxacda qalmaq, təyyarə ilə səyahət, uzun müddətli avtobus gəzintisi, salona getmək, xəstəxanaya getmək, təzyiq ölçdürmək, insanlarla dolu küçələrdən uzaqlaşma kimi qaçma davranışları sərgiləyirlər.

Bəzi insanlar üçün agorofobiya çox zəif əlamətdir; məsələn, yalnız təyyarə ilə səyahət edərkən panik atak yaşamaqdan qorxa bilərlər; bəzilərində isə qaçma davranışı kimi özünü göstərə bilər. Müəyyən qrup xəstələrdə isə agorofobiya çox ağır yaşanılır, şəxs evdən çıxmağa belə risk etmir. Panik pozuntusu olan insanların əksəriyyəti bu iki vəziyyətin qarşılığını yaşayırlar.

Panik atak diaqnozu qoyulmuş xəstələrdə agorofobiya 50-70% arasında dəyişir. DEPAMın 5000 şəxs arasında apardığı tədqiqatda panik pozuntu xəstələrin 65%-də qeydə alınmışdır (2010)

DSM-IV üzrə agorofobiya diaqnoz kriteriyaları:

  1. Gözlənilməyən və situativ görünən panik atak və ya panik vəziyyətə oxşar əlamətlərin ortaya çıxmasıyla, kömək olunmayacağı və ya qaçmağın çətin olacağı (narahatlıq yaradacağı) yerlərdə və ya vəziyyətlərdə olmaqdan dolayı təşviş keçirmək. Agorofobik qorxular arasında; tək evdən uzaqlaşmaq, insanlar çox olan mühitdə olmaq və ya növbədə gözləmək, körpünün üstündə olmaq və ya maşın, qatarla səyahətə çıxmaq
  2. Bu vəziyyətdən qaçır, panik atak yaxud panikaya bənzər simptomların ortaya çıxacağı düşüncəsi ilə və ya narahatlığı ilə bu vəziyyətə dözür, yanında kiminsə olmasına ehtiyac duyur.
  3. Bu narahatlıq və ya fobik uzaqlaşma sosial fobiya (utancaqlıq qorxusuyla sosial mühitdən uzaqlaşma), spesifik fobiya (lift kimi qapalı sahələrdə narahatlıq keçirmə), obsessiv-kompulsiv pozuntu (xəstəliyə yoluxa bilmə səbəbiylə natəmizlikdən qaçma), postravmatik stress pozuntusu (ağır stress yaşadıqdan sonra stress faktorlardan qaçma) və ya generalizə olunmuş təşviş pozuntusu (evdən və ya qohumlardan kimisə itirməkdən qorxma) və s.

Panik atak ilə Agorofobiyanın əlaqəsi

Bu əlaqə haqqında bir çox tədqiqatlar aparılmışdır. Panik pozuntuda agorofobiya müşahidə olunursa, tətbiq olunan terapiya daha uzun müddəti əhatə edir və çətin olur. Aparılan bir çox araşdırmaya görə: psixoloji konsultasiya vasitəsilə panik atakla yanaşı agorofobiya olmayanlar daha qısa müddətə sağalırlar.

Yunan sözü olan agorofobiya mərkəzi və ya yığılmış məhsul mənasını ifadə edən “agora” sözündən götürülmüşdür. Agorofobiya, illərlə insan tərəfindən baxımsız qalan açıq sahə olaraq qeyd olunmuşdur. Sonralar bu təyinatın klinik olaraq yanlış olduğu müəyyənləşdirilmişdir. Karl Marks, agorofobiyanı izdiham olan sahələrdən qorxma kimi ifadə etmişdir. O, agorofobiyanı xarici təkan vericilərə qarşı, fobik xəstəlik olaraq qeyd etmişdir (K.Marks, 1970; 538-553).

“Klinik müşahidələr, agorofobiyanın izdihamlı sahələrdə olmaqdan qorxu kimi, psixoloji təhlükəsizliyi təmin edən, öyrənilmiş mühit və insanlardan uzaq olmaqdan qorxunu da əhatə etdiyini ortaya qoyur. Həqiqətən də agorofobiklərin asanlıqla “təhlükəsiz sahələrə” (ev, öyrəşdiyi mühit) çəkilmələrinin mümkün olmadığı vəziyyətlərdən qorxma fəaliyyətləri diqqət çəkir”.

Təşvişli-nevrotik pozuntu

İlk panik atakdan sonra xəstəxanaya yerləşdirilən insan bir müddət gərgin və narahat olur. Pasiyent eyni zamanda yeni atak gələcəyi narahatlığı içində gərginlik yaşayır. Bu narahat gözləntiyə, “təşvişli-nevrotik pozuntu” deyilir. Pasiyent atakdan sonra ortaya çıxacaq nəticələr haqqında çox yüksək narahatlıq yaşayır. Problem nəticəsində yaranan narahatlıq, gərginlik, sıxıntı və yeni panik qorxu; xəstədə panik atakın təkrarlanma riskini ortaya çıxarır.

Təşvişli-nevrotik pozuntunun 3 mərhələsi var:

  1. Yeni bir panik atak keçirəcəyi ilə bağlı narahatlıq, yüksək neqativ düşüncələr
  2. Yenə panik atak keçirəcəm, yenə müdafiəsiz qalacam
  3. Qorxulu gözləmə fəaliyyətindən dolayı orqanik simptomlara fokuslanma

 

Epidemiologiya

Panik pozuntunun yaşam müddətində yayılması 0.7-2.0% olaraq qeyd olunur. (1997) Panik pozuntu 18-25 yaş arasında ortaya çıxmaqla yanaşı daha sonrakı mərhələlərdə də başlaya bilər .

Qadınlarda kişilərə nisbətdə panik atak 2-3 dəfə daha çox rast gəlinir. (2011) Aparılan bəzi tədqiqatlara əsasən panik pozuntu xəstəsi uşaq və yeniyetmələrin 18%-də 10 yaşından əvvəl simptomların ortaya çıxdığı müşahidə edilmişdir. (2005) 10-17 yaş arasında olan yeniyetmələrlə aparılan nümunələrlə aparılan araşdırmada isə panik pozuntusunun yayılması 0.6% olaraq dəyərləndirilmişdir (2007)

Komorbid diaqnoz

Yanaşı görülən psixopatologiyalar

Panik pozuntu, digər psixiatrik narahatlıqlarla birlikdə mütəmadi olaraq müşahidə olunur. Digər təşviş pozuntuları, fobiyalar və depressiya, populyasiyaya görə panik pozuntu xəstələrində daha çox görünür (2007).

Panik pozuntuda depressiya (50-65%), yayılmış təşviş pozuntu (25%), sosial fobiya (15-30%), spesifik fobiya (10-20%), panik pozuntudakı atakların anidən ortaya çıxması, digər xəstəliklərdə olan simptomların olmaması, panik pozuntunu digər psixiatrik narahatlıqlardan ayırır (2012).

Etiologiya

Psixoanalitik

Psixoanalitik anlayışlarda, panik atakların təşvişə təkan verici impulslardan, uğursuz müdafiədən dolayı ortaya çıxdığı iddia edilir. Agorofobiyanın ortaya çıxmasında uşaqlıq mərhələsində yaşanan valideyn itkisi və ayrılıq probleminin əhəmiyyəti qeyd edilir. Sosial həyat daxilində tək qalmaq və tərkolunma narahatlığı, uşaqlıq narahatlıqlarının yenidən ortaya çıxmasına yol açır. Uşaqlıq mərhələsi ayrılıq təşvişin yenidən ortaya çıxmasına, yer dəyişdirmə, qaçma kimi bəzi müdafiə mexanizmlərinin fəaliyyətə keçməsinə səbəb olur. Uşaqlıq mərhələsində yaşanılan ayrılıq zaman keçdikcə uşağın inkişaf edən sinir sisteminə təsir göstərir. İnkişaf mərhələsində təsirlənən sinir sistemi, yetkin şəxslərdə təşvişi daha üst səviyyəyə  gətirir. Neyrofizioloji səbəbdən, ətraf faktorlar və stress nəticəsində panik atak ortaya çıxa bilər (2004).

Bioloji faktorlar

Panik pozuntunun bioloji təsiri ilə bağlı aparılan tədqiqatlarda, limbik sistem (təşvişli-nevrotik pozuntu üzərində təsiri olduğu qeyd olunmaqla), beyin kötüyü (locus seruleus noradrenergik neyronlar və orta raphe nüvəsinin serotonergik neyronları), prefrontal kortex (fobik qaçmanın ortaya çıxmasından yaranan məsuliyyət) üzərinə köklənmişdir (2004). Bu tədqiqatın nəticələri göstərmişdir ki, panik pozuntuda bioloji səbəblər son dərəcə vacibdir.

Genetik faktorlar

Müxtəlif araşdırmaların nəticəsi olaraq panik pozuntunun yaranmasında genetik faktorların əsas təşkil etdiyi, genetikanın qarşılıqlı təsiri nəticəsində ortaya çıxdığı qeyd olunur. Əkizlər üzərində aparılan tədqiqatda panik pozuntunun proqressivləşməsində genetik faktorların rolu xüsusilə qeyd olunur (1997).

Bir ailə üzərində aparılan eksperimentdə 4 uşaqdan üçünün müəyyən yaş mərhələlərində panik atak yaşadığı ortaya çıxır. İki uşaqda təxminən 18 yaşda panik atak başlanması qeyd olunur. Uşaqlardan birində panik pozuntuyla agorofobiya, digərində isə sadəcə agorofobiyasız panik atak yaşandığı göstərilib. Digər uşağın isə panik atakı 38 yaşında, daha gec başlanmışdır. Valideynlər üzərində aparılan qiymətləndirmə nəticəsində ananın ümumi təşviş pozuntusu yaşadığı ortaya çıxmışdır. Bu qısa ailə tədqiqatı belə, panik pozuntuda genetik faktorun əhəmiyyətini ortaya çıxarır.

Öyrənmə qaydaları

İnsan həyatında öyrənmə, həyatın özüdür: yaşadığı təcrübə və məlumatların nəticəsidir. Bəzən müsbət öyrənmələrin əksi olan mənfi öyrənmələrin yaratdığı yanlış stimullaşdırıcılar, panik pozuntu xəstələrinin atak yaşamasına gətirib çıxara bilər. Panik pozuntunun yaşatdığı yanlış stimullaşdırıcılarla mənfi düşüncə və duyğuların təsiri altına düşərik.

Öyrənilmiş çarəsizlik, panik pozuntuların terapiyası zamanı böyük bir maneədir. Aparılan təcrübələrə əsaslanaraq onu qeyd etmək olar ki, insandakı panik pozuntuların, depressiyaların, fobik və obsessiv-kompulsiv pozuntuların kökündə öyrənilmiş çarəsizlik vəziyyəti dayanır. Panik pozuntuda mövcud olan öyrənilmiş çarəsizlik xəstənin davamlı narahatlıq və qorxu yaşamasına səbəb olur. Xəstə, bu çarəsizliyin fərqində olmaya bilər. Əsas diqqət pasiyentdə düşdüyü duruma qarşı fərqindəlik yaratmağa yönlənməlidir.

Koqnitiv model

Koqnitiv anlayışa əsasən; pozuntuda əsas açar ifrat mənfi senarilərdir. Yaşanan ilk panik atakdan sonra xəstələr, koqnitiv reaksiyalar verir. Mütəxəssislər qeyd edirlər ki, panik pozuntuda yaşanılan somatik simptomların ifrat mənfi formada şərh olunması (məsələn, ürək döyüntüsünü infarkt olaraq şərhləndirmək) panik atakı ortaya çıxarır (2012).

Panik pozuntuda koqnitiv reaksiyalar xüsusi çərçivə yaradır. Bu çərçivə xəstəni daha da narahat vəziyyətə gətirib çıxarır və yeni panik atak keçirməsinə səbəb olur.

Erkən həyat hadisələri

Panik pozuntu haqqındakı tədqiqatlarda erkən həyat mərhələlərində valideyn itkisi, cinsi təcavüz, mənfi fiziki davranışlar kimi hadisələrin təsir göstərdiyi müəyyənləşdirilmişdir. Araşdırmalardan birində, panik pozuntu diaqnozu qoyulan xəstələrdə 8%-nin cinsi, 12%-nin fiziki olaraq neqativ davranıldığı ortaya çıxmışdır (Breier, 1985)

Ayrılıq təşvişi (generalizə olunmuş təşviş pozuntusu)

Panik pozuntu xəstəliyin yaranmasında, uşaqlıq mərhələsində yaşanan ayrılıq təşvişinin təsir göstərdiyi irəli sürülür. Panik pozuntu diaqnozu almış xəstələr üzərində aparılan bəzi işlərdə, uşaqlıq mərhələsi ayrılıq həyəcanı yaşadıqları ortaya çıxmışdır (2007).

Stressli həyat hadisələri

Panik pozuntu diaqnozu almış xəstələr üzərində aparılan müəyyən qrup tədqiqatların nəticəsində, panik pozuntu başlanğıc mərhələdə xəstələrin stressli mühitlərdə olduğu ortaya çıxmışdır. Bu stressli həyat hadisələri, xəstəliyin başlamasına zəmin yaradır.

Bunlardan birində xəstələrin təxminən 2/3-də, xəstəlik başlamadan öncəki 6 ay müddətində stressli vəziyyətlər yaşadıqları ortaya çıxmışdır (Breier, 1985). İşin nəticəsinə görə; görülən stressli həyat hadisələri, yaxın birinin itkisi (17%), iş həyatı ilə bağlı problemlər (17%), sevdiyi insandan ayrılma (14%) kimi nəticələr çıxmışdır (2014). Neqativ stressli həyat hadisələri, yaranacaq panik pozuntu üçün psixoloji və neyrobioloji əsasdır (2001). İnsan üçün mövcud problemlər, çox işləmək və ya gündəlik ortaya çıxan problemlər; xəstənin panik atakını stimullaşdıra bilər. Bu nəticə gündəlik mənfi vəziyyətlərdən qaçma fəaliyyətinin ortaya çıxmasına səbəb olur. Bu qaçma davranışı agorofobiyadan fərqlidir. Bu davranışlar daha çox “zərər görməkdən qaçma” fəaliyyəti olaraq diqqətə alınır (2004).

Genetik faktor və stressli vəziyyətlərin yaşanması nəticəsində panik pozuntu diaqnozu almış xəstələrin təşviş, depressiya və somatizasiya kimi komorbid diaqnozların müşahidə tezliyi yüksəkdir (2001).

İnkişaf qaydası

Psixiatr və psixoanalitik John Bowlby təşvişli-nevrotik pozuntunun diaqnozu üçün daxili instinktlərin əhəmiyyətini vurğulayır. O, ən vacib instinktin bağlılıq olduğunu bildirmişdir. Bağlılıq və itirmə vəziyyəti, təşvişi ortaya çıxarır. Təşviş, qorxunun da daxilində olan qarışıq vəziyyətdir.

Xəstəliyin gedişatı

Panik pozuntuda xəstəliyin gedişatı xəstənin terapiyaya uyğunlaşması, medikamentoz və psixoterapiya seçimi, digər alternativ terapiya seçimlərindən faydalanması şəklində insandan-insana dəyişir. Panik pozuntuda başlanğıc yaş əsasən 16-25 arası olmaqla yanaşı daha sonrakı yaş mərhələlərində də ortaya çıxa bilir. 45 yaş ilə uşaqlıq mərhələsində ortaya çıxması nadir hallarda olur. Panik pozuntu təkrarlana bilən və daimi olan psixiatrik narahatlıqdır. Aparılan tədqiqatda, təxminən iki il arası 25-72% arasında remissiya, beş on il arasında 10-30% intermissiya olduğu müəyyənləşmişdir.

Əgər pasiyentdə panik pozuntu ilə yanaşı agorofobiya müşahidə olunursa, o zaman xəstəlik daha şiddətli və müalicəsi daha uzun müddəti əhatə edir. Agorofobiyadan dolayı müşahidə olunan müdafiə mexanimzləri, terapiyanın müdaxiləsi ilə müddətlə azalsa da panik atak davam edir. Panik pozuntu ilə yanaşı ekvivalent diaqnozlu depressiyada da, xəstəlik daha uzun müddət davam edir, təşvişlə birlikdə kəskin simptomlar, daha çox müşahidə olunan fobik qaçmalar və panik ataklar keçirdiyi qeydə alınmışdır (Noyes, 1990).

Panik pozuntuda həyat keyfiyyəti pozulur. Xəstələr düşüncə, duyğu və davranışlarda bir çox mənfi hallarla qarşı-qarşıya dayanır. Bu neqativ düşüncələr xəstənin maliyyə vəziyyətinə, iş həyatına, ailə münasibətlərinə təsir göstərməklə yanaşı xəstənin sosial funksionallığını da pozur.

Panik pozuntu diaqnozu qoyulmuş xəstələr, somatik simptomlara görə səhhəti ilə bağlı son dərəcə ciddi narahatlıqlarla qarşılaşırlar. Panik əsnasında artan təzyiqlə bağlı beyin qanaxması keçirəcəyi narahatlığı və gənc yaşda hipertoniya xəstəsi, ürək xəstəsi olduğunu və ya hər an infarkt nəticəsində öləcəyi həyəcanını yaşayır.

Xəstəliyin terapiyasından sonra böyük miqyasda sağalma təmin olmaqla yanaşı nəzərə alınmalıdır ki, həyatın sonrakı mərhələlərində panik pozuntunun yenilənməsi ehtimalı mümkündür. Hətta bəzi xəstələrdə ömür boyu preparat istifadəsi də ola bilər.

Fərqləndirici diaqnoz

Xəstələrə panik pozuntu diaqnozu qoyulmazdan əvvəl mütləq şəkildə fərqləndirici diaqnoz qoyulması son dərəcə vacibdir. Son illərdə aparılan araşdırmalar göstərir ki, bir çox xəstədə orqanik narahatlıqların nəticəsində panik atak yaranır. Panik pozuntu aşağıdakı göstərilən bəzi orqanik və ruhi xəstəliklərlə qarşılaşdırılır:

Fiziki xəstəliklər:

  • Abstensiya sindromu (alkoqol, benzodiazepin)
  • İntoksikasiya (alkoqol, benzodiazepin, amfetamin, kofein, kokain)
  • Menopauza
  • Anemiya

Endokrin xəstəliklər:

  • Hipertiroid
  • Hipoglisemiya
  • Feokromositoma
  • Hipoparatiroid
  • Cushing xəstəliyi
  • Ürək xəstəlikləri:
  • Paroksismal supraventrikulyar taxikardiya
  • Angine pektoris
  • Mitral valv prolapsusu

Ağciyər xəstəlikləri:

  • Bronxial asma
  • Pulmoner emboliya
  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Nevroloji xəstəliklər:
  • Keçici iskemik atak
  • Parsiyal kompleks tutmalar
  • Migren

Panik ataka səbəb olan psixiatrik pozuntular:

  1. Depressiya
  2. Agorofobiya
  3. Generalizə olunmuş təşviş pozuntusu
  4. Obsessiv-kompulsiv pozuntu (OCD)
  5. Sosial fobiya
  6. Alkoqol-maddə istifadəsi pozuntuları
  7. Posttravmatik stress pozuntusu
  8. Manik-depressiv pozuntu (Bipolyar pozuntu)
  9. Bəzi şizofreniya xəstələri
  10. Somotoform pozuntular
  11. İpoxondriya

Panik Pozuntunun Terapiyası

Bu diaqnoz qoyulmuş xəstələrin yaşadıqları panik atakların somatik simptomları insan üçün dözə bilmədiyi narahatlığa səbəb olmaqla yanaşı həyat keyfiyyətlərinə də təsir göstərir.

Panik pozuntu hazırda terapiyası çox asan aparılan psixiatrik narahatlıqdır. Terapiya üsulu həkimin müşahidə və xəstənin terapiya müddətinə adaptasiyası ilə birlikdə tam korreksiya olunana qədər davam edir. Aşağıda panik pozuntuda istifadə olunan terapiya üsulları göstərilmişdir:

Psixoterapiyalar: Psixoterapiyanın geniş ifadə olunan mənası düşüncə, duyğu və davranışları, mütəxəssis-pasiyentin ortaq işbirliyini quraraq dəyişdirmə və reabilitasiya kimi dəyərləndirilə bilər. Pasiyentə mütəxəssis tərəfindən diaqnozunun qoyulması və ruhi vəziyyətini dəyərləndirərək psixoanalitik, koqnitiv, bihevioral və humanistik yanaşmalar olmaqla müxtəlif terapiyalar tətbiq olunur. Ümumiyyətlə, panik və digər təşviş pozuntuları üçün koqnitiv-bihevioral terapiyanın təsiri elmi cəhətdən sübut olunmuşdur. Bu yanaşmanın panik pozuntuda medikamentoz terapiyasına əlavə olaraq istifadə olunduğu və nəticədə uğurlu reabilitasiya planı alındığı ortaya çıxmışdır. Panik pozuntuda psixoterapiya, xüsusilə koqnitiv-bihevioral yanaşmanın medikamentoz terapiyaya əlavə olması reabilitasiya müddətini qısaldır və qalıcı nəticələr əldə etmək üçün son dərəcə böyük əhəmiyyət kəsb edir.

Panik pozuntunun terapiyasında, psixoterapiyanın əhəmiyyətini aşağıdakı formada vurğulaya bilərik: beyninizi komputer olaraq düşünün və bu komputeri istifadə etmək üçün klaviaturaya ehtiyac var. Klaviaturada hansı düyməyə basılsa, cihaz həmin funksiyanı yerinə yetirəcək. Psixoterapevt burada klaviaturadakı panik düyməsinin əhəmiyyətini xəstəyə göstərərək bu düymənin beyin üzərindəki təsirindən danışır. Mənfi düşüncə; mənfi duyğunu yaradır, yaranan mənfi düşüncə və duyğu somatik simptomları ortaya çıxarır. Beləliklə proses panik atakla nəticələnir. Panik pozuntunun terapiyasında istifadə olunan psixoterapiya klaviaturasında panik düyməsinə basılaraq edilən yanlış fəaliyyətin nəticələri; mənfi düşüncələri, duyğuları və davranışları korreksiya etməyə yönəlir. Beyninizi komputer olaraq düşünsəniz, psixoterapiya: klaviatura düymələri, funksiyaları öyrətməyi və tətbiq etməyi məqsədə çevirər.

Digər alternativ terapiyalar:

Panik pozuntunun terapiyasında dərman və psixoterapiyadan başqa bəzi alternativ terapiyalar da istifadə olunur. Bu terapiya üsulları hər xəsətəyə uyğun olmaya bilər. Alternativ terapiyalar bunlardır: akapunktur, eft, TMS, yoga-meditasiya, NLP.

Panik pozuntu və hipertoniya

Panik pozuntu olan xəstələrdə əsasən hipertoniya göstəriciləri yüksəkdir. Damarlarda daralma və ürək ritminin artması səbəbindən təzyiq artır. Artıb-azalan təzyiq panik pozuntunun əlaməti ola bilər. Bu artıb-azalan təzyiqə görə pasiyentə yanlış olaraq hipertoniya diaqnozu qoyulur və təzyiqi aşağı salan dərman terapiyasına başlanır.

Panik pozuntu ilə birlikdə müşahidə olunan Hipertoniyanın müalicəsi

Hipertoniya panik pozuntunun terapiyasıyla birlikdə düzəlir. Xüsusilə, panik atak əsnasında yaşanan stress və təşviş vəziyyəti səbəbindən qan təzyiqi yüksəlir. Panik əsnasında artan hipertoniya üçün əsasən panik pozuntunun müalicəsinə əlavə kömək edən dərman qrupu beta-blokatorlar verilir. Xüsusilə, panik pozuntu ilə müşahidə olunan hipertoniyaya fərqləndirici diaqnoz qoyulması, terapiya üçün son dərəcə vacibdir. Çünki xəstələrdə mövcud olan hipertoniyada, panik atak bənzəri əlamətlər ola bilər. Mütəxəssis tərəfindən xəstə müşahidə altına alınaraq panik atakla komorbid hipertoniyanın panik pozuntudan qaynaqlandığı qənaətinə gəlinmişdir. Evdə və xəstəxana mühitində gündəlik olaraq ölçüləcək təzyiq, mütəxəssisə diaqnoz üçün yol göstərəcək. Ümumiyyətlə, panik pozuntu diaqnozu almış xəstələrin, xəstəxana mühitində təzyiqləri həmişə yüksək olur. Ev mühitində təzyiq qiymətləri əksərən normal olur.

Nəticə:

Yaşadığımız dövr “təşviş dövrü” olaraq adlandırılır. Panik pozuntu, yaşadığımız əsrin vacib psixopatologiyasıdır. Bu xəstəlik, hazırda çox rahatlıqla müalicə olunur. Panik pozuntu yaşayan xəstələrin həyat keyfiyyətləri mənfi istiqamətdə formalaşır. Bir çox xəstə iş, məktəb, ailəvi və sosial funksionallıqlar göstərir. Panik pozuntuda mövcud olan; infarkt keçirirəm, iflic olacam kimi simptomlarla yanaşı hipertoniya xəstəsi oldum düşüncəsi də hakimdir. Bu neqativ düşüncələr digər neqativ düşüncələrlə birləşərək xəstəyə reabilitasiya müddətində maneə yaradır. Xüsusilə, xəstəyə hipertoniya diaqnozunun qoyulması, xəstənin koqnitiv fəallığını daha da artırır.

 

İstifadə olunan ədəbiyyatlar:

1.DSM IV (Diagnostic and Statistical Manual of Mental Disorders) (Nyu-York 1994, 886 səh):

  • Anxiety Disorders pg.393 (general information)
  • Panic Attack pg.394
  • Agorophobia pg.396
  • Panic disorder pg.397
  • Agorophobia without history of panik disorder pg. 403

2.Shirley Swede, Seymour Sheooard Jaffe “Panik ataklardan kurtulmanın yolları” (Nyu-York 2003, 317 səh.)

3.Ədalət Həsənov “Patoloji anatomiya” (Hipertoniya xəstəliyi) (Bakı 2003, 761 səh)

  • Etio-patogenezi səh.308
  • Patomorfologiyası səh.311
  • Klinik-morfoloji formaları səh.314

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

 

Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

pcc.az

Go Back

YENİYETMƏLƏRDƏ ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN FORMALAŞMASI

28-02-2015

Kazımova Z . C.

BDU-nun psixologiya kafedrasının magistrantı

Açar sözlər: Yeniyetmə, keçid dövrü, özünüqiymətləndirmə, mənlik şüuru ,məktəbli, böhran dövrü, şəxsiyyət, özünütənzimetmə, özünə nəzarət

Ключевые слова: Подросток, переходной период, самооценка, самосознание, школьник, кризисный период, личность, саморегулирование, самоконтроль

Key words: Teenager, transition period, self-certification, self- consciousness, schoolboy, crisis period, personality, self-regulation, self- control

Yeniyetməlik dövrünü bir çox müəlliflər “keçid dövrü”, ”çətin dövr”, ”dönüş dövrü”, hətta “böhran dövrü” belə adlandırmışlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır. Bu vaxt istər fiziki, istərsə də psixi inkişaf həm sürətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyi, eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyət əsaslı dəyişikliklərə uğrayır. Belə ki, bu yaşda onlar “kicik”uşaqdan “böyük”uşaga cevrilir. Yeniyetməlik dövründə uşaqların davranış və rəftarında əvvəlki yaş dövürlərində müşahidə edilməyən yeni xüsusiyyətlər özünü göstərməyə başlayır. Hələ yeniyetməliyin əvvəlində o qədərdə fərqlənməyən uşaq sanki birdən birə dəyişir, yaşlılaşır. Bu cür dəyişmə çox vaxt böyüklər üçün gözlənilməz olur, yeniyetmənin böyüklər üçün o qədər də rəğbətlə qarşılanmayan davranışında təzahür edir. Həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetginliklər, dəyişikliklər, törəmələr baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında müxtəlif tipli çətinliklər: şıltaqlıq, inadkarlıq, tənbəllik, kobudluq, qapalılıq, adamdan qaçmag və bu kimi keyfiyyətlər meydana gəlir, uşagı cəzalandırmaq qətiyyən fayda vermir, valideyn uşaqla “ümumi dil” tapmaqda çətinlik çəkir. Yeniyetmə get - gedə valideynlərindən uzaqlaşır və öz qapalı şəxsi həyatını yaşamağa başlayır.

Bu yaş dövrü ən tərəddüdlü, ən böhranlı və ən müvazinətsiz dövrdür. Yeniyetmə yaşında şəxsiyyətin inkişafi , bu sahədə özünü göstərən dəyişikliklər onda yaşlılıq hissinin formalaşması, yeni tip qarşılıqlı münasibətlərin meydana gəlməsi, sərvət meyillərinin təşəkkülü, özünüqiymətləndirmənin formalaşmasi , mənlik şüurunun inkişafa başlamasi və s. cəhətlər təzahür edir. Yeniyetməlik dövründə şəxsiyyətin strukturunda nəzərə çarpan əsaslı dəyişikliklərin biri uşağın özünüderketməsinin inkişafinda keyfiyyətli irəliləyiş baş verməsindən ibarətdir. Məhz buna görə də yeniyetmə özünü artıq heç də uşaq deyil, yaşlı hesab edir və onda belə bir təlabat əmələ gəlir ki, ətrafdakı adamlar ona kiçik uşaq kimi deyil, yaşli adam kimi yanaşsınlar.Psixoloji ədəbiyyatda yeniyetmənin özünü dərk etməsində baş verən bu spesifik törəməni, adətən yaşlılıq hissi adlandırırlar[1]. Kicik məktəb yaşı dövründən fərqli olaraq, yeniyetməlik dövründə yaşlılıq hissinin meydana gəlməsi uşaqların özünü qiymətləndirməsinədə əsaslı təsir göstərir.

Uşaqda onun yaşlılaşması haqda təsəvvür o vaxt meydana gəlir ki, o, özü ilə yaşlı arasında oxşarlıq olmasını müəyyən edir: bu oxşarlıq müəyyən sahələrdə-bilik bacarıq və vərdişlərdə, cəsarətlilikdə, boyda, gücdə və s. özünü göstərə bilər. Adətən bu vaxt yeniyetmə yaşlı ilə özünü müqayisə üçün ele cəhətləri seçir ki, həmin cəhətlər onda daha çox üstünluk təşkil edir. Bununlada yeniyetmə özünün yaşlı adamdan xeyli üstün olmasını sübut etməyə çalışır. Məsələn,”mən almanca sərbəst oxuyuram ,o, isə ikicə kəlmənidə başa düşmür”. Belə bir cəhəti də qeyd etmək lazim gəlir ki, uşaqlar yaş məsələsinə, hətta özlərindən bircə yaş belə böyük olanı da yaşlı hesab edir. Uşaq özündən böyüklərlə bir qrupda olduğu şəraitdə , onlarla birgə oynadıqda , söhbət etdikdə, yaxud hər hansı bir işi icra etdikdə, ələlxüsus yaşlılar uşaqlarla hesablaşdıqda bu, onları xeyli yaşlılaşdırır.

Yaşlılaşmanın inkişafi və sərvət meyillərinin təşəkkülü yeniyetmənin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Yeniyetmənin tələbləri onun həyat təcrübəsi və ixtiyarında olan müstəqillik imkanı ilə müqayisdə xeyli irəli qaçır, yeniyetmə həyat tərzini hec də öz imkanlarına müvafiq deyil, onlardan xeyli geniş şəkildə qurmağa can atır. Buna görə də yaşlılar bir tərəfdən yeniyetmənin müstəqilliyə olan hədsiz meylini müəyyən qədər məhdudlaşdırmalı, digər tərəfdən isə onlarda yaşlılığa olan tələbatı durmadan inkişaf etdirməli, şagirdləri elə mürəkkəbləşən fəaliyyət növlərinə cəlb etməlidirlər ki, bu proses, onlarda çatışmayan müstəqillik, özünütənzimetmə, özünənəzarət və özünü adekvat qiymətləndirmə vərdişlərini formalaşdıra bilsin.

Kiçik məktəblidən fərqli olaraq , yeniyetmələrdə özünə, öz şəxsi həyatına, şəxsiyyətin xüsusiyyətlərinə maraq yaranır. İndi yeniyetmə əvvəlki kimi öz həyatına passiv münasibət bəsləmir. Bu cür özünəyönəliş maraqların təsiri altında yeniyetmələrdə özünüqiymətləndirmə tələbatı, özünü, öz imkan və bacarıqlarını başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Özünüqiymətləndirmə - insanın özünə verdiyi qiymətdir: özünün keyfiyyətləri, imkan, qabiliyyəti və fəaliyyətinə verdiyi qiymətidir. İnsan özü-özündə hansı cəhətləri qiymətləndirir?

Onun üçün bir insan kimi mühüm olan hər şeyi: özünün qabiliyyətlərini, mənəvi keyfiyyətlərini, əməllərini, öz imkan və perspektivlərini, özünün qarşılıqlı münasibətlərini, qrup və kollektivdə, başqa adamlar içərisində tutduğu yeri və s. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kolleltivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, konflikt şəraiti yrandıqda və s. -də özünüqiymətləndirmə xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Aydın məsələdir ki, özünüqiymətləndirmə mürəkkəb prosesdir: o, özünümüşahidə və özünüəhlil yolu ilə formalaşır, bu zaman insan özünə adətən başqa adamların gözüylə baxır, bir qayda olaraq, özünü onlarla müqayisə edir. Özünüqiymətləndirmə insanin fəaliyyətinin səmərəliyinə və onun bir şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir. İnsanin başqa adamlarla qarşılıqlı münasibətləri, onun öz uğurlarına və uğursuzluqlarına münasibəti, ayri - ayri həyati situasiyalarda davranış və rəftarı özünüqiymətləndirmədən asılıdır.

Özünüqiymətləndirmənin strukturu iki komponentdən - koqnitiv və emosional komponentdən ibarətdir.

Koqnitiv komponent insanın özü haqqında bilikləri, düşüncələri təşkil edir.

Emosional komponentə isə onsanın özünə münasibəti aiddir.

Özünüqiymətləndirmə prossesində bu komponentlərin heç biri ayrı ayrılıqda məna kəsb etmir[5]. Özünüqiymətləndirmənin səviyyəsi iki mühüm amilin – müvəffəqiyyət və iddianın qarşılıqlı əlaqəsi ilə şərtlənir. Özünüqiymətləndirmə zamanı qiymətin müxtəlif növlərindən -əxlaqi, estetik, intellektual ,emosional və s. qiymətlərdən istifadə olunur. Lakin bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur: əxlaqi qiymət də, intellektual qiymət də özünüqiymətləndirmə səviyyəsində emosional çalar kəsb edir. Özünüqiymətləndirmə, hər şeydən əvvəl, özünüsevmə, özünəhörmət, öz ləyaqətini saxlamag və s. kimi hisslərlə çulğaşır, yəni emosional qiymətlərə əsaslanır.

Bu onunla bağlıdır ki, özünüqiymətləndirmə eyni bir adamın şəxsində birləşir: mən-mən - ə qiymət verir. Bu zaman insan hətta müəyyən obyektiv meyara əsaslansa belə özünüqiymətləndirmədə subyektiv amillər əsas yer tutmağa başlayır. Atalar sözlərində özünüqiymətləndirmənin bu xüsusiyyəti dəqiq ifadə olunmuşdur: ” öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir ”. Bu o deməkdir ki, özünütərbiyənin səviyyəsi insanın özünə tənqidi yanşıb yanaşmamasından, özünə qarşı tələbkar olub olmamasından bilavasitə asılıdır.

Özünüqiymətləndirməni sistemli təhlil edərkən aşağıdakı cəhətləri xüsusilə nəzərə almag lazımdır:

- Özünüqiymətləndirmə prosesində “ real mən ” obrazı ilə “ ideal mən ” obrazının müqayisə edilməsi mühüm rol oynayır. Onların bir - birinə uyğun gəlməsi psixi sağlamlığın əsas şərtidir. İnsanın “ real mən “ obrazı “ ideal mən ” obrazına mürvafiq olduqda, o, adətən özünü yüksək qiymətləndirir. İnsan bu iki amil arasında uçurum hiss etdikdə özünü adətən aşağı qiymətləndirir. Bəzən belə hallarda insanın özü öz gözündə hörmətdən düşür.

- Yaş artıqca insanın sərvət meyilləri formalaşır, idealların xarakteri dəyişir və buna müvafiq olaraq onun etalonlar sistemi mürəkkəbləşir. Biz hər hansı bir adamın özünü necə qiymətləndirdiyini aydınlaşdırmag üçün onun özünü hansı etalonla tutşdurduğunu, özünə hansı etalona əsasən qiymət verdiyini bilməliyik. Bu yolla biz həm də onun “ ideal mən ” inin məzmununu təhlil etmək imkanı əldə edirik. Çünki müvafiq etalonlar “ ideal mən ” də xüsusi yer tutur.

- İnsanın özünəməxsus qiymətlər sistemi vardır. Bir tərəfdən, insan öz - özünü qiymətləndirir, digər tərəfdən, onun davranış və rəftarı mənsub olduğu qrup tərəfindən qiymətləndirilir. Bundan başqa, insan bu və ya digər tərzdə hərəkət edərkən ətrafdakı adamların, həmyaşıdlarının, dostlarının onu necə qiymətləndirəcəklərini nəzərə alır. Buna gözlənilən qiymətlər deyilir. Qrupun şəxsiyyətə verdiyi qiymətlərlə gözlənilən qiymətlər bir - bir ilə vəhdətdə olsa da, onları eyniləşdirmək olmaz. Qrupun şəxsiyyətə verdiyi qiymət real qiymətdir[4].

Psixoloji tadqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirmək imkanı verir. Adekvat özünüqiymətləndirmədə şagird özünün ayrı – ayrı keyfiyyətlərini əsasən düzgün qiymətləndirir. Tutaq ki, onun qabiliyyəti “ 5 ” ə bərabərdir. O, özünə “ 5 ” qiymət verir. Müəyyən edilmişdir ki, insanın “real mən ” obrazı “ ideal mən ” obrazına müvafiq olduqda o, adətən özünü yüksək qiymətləndirir. İnsan bu iki mühüm xarakteriztika arasında uçurum hiss etdikdə isə, özünü adətən aşağı qiymətləndirir. Bəzən belə hallarda insanın özü öz gözündə hörmətdən düşür. Əgər şagird özünə adekvat qiymət verirsə, onu daha da möhkəmləndirmək lazımdır. Şagirdin özünə qeyri - adekvat qiymətlər verməsini şərtləndirən amilləri müəyyənləşdirmək və aradan qaldırmag lazımdır. Ailənin tipi [ uğurlu və ya uğursuz tam-natamam, çoxuşaqlı-təkuşaqlı ] ailə münasibətlərinin xarakteri, tərbiyə üsulu[ avtoritar və ya demokratik ],sinif kollektivində şagirdin mövqeyi ,onun fiziki və psixi inkişaf səviyyəsi – bunların hamısı özünüqiymətləndirməyə mühüm təsir göstərir və onun adekvatlıq dərəcəsini müəyyən edir.

Özünüqiymətləndirmə müxtəlif üsullarla öyrənilir. Məsələn, şagirdlərə özlərini sərbəst surətdə təsvir etmək təklif olunur, yaxud onlara müəyyən qiymətverici hökmlər yazılmış vərəqlər verilir: bu zaman şagirdlərə onların zahiri görkəmini və ya hisslərini ifadə edən vərəqləri qruplaşdırmag təklif olunur :

-Mən ən yaxşı şagirdlərdən biriyəm;

-Mənim qabiliyyətlərim orta səviyyədən yüksəkdir;

-Mənim qabiliyyətlərim orta səviyyədən aşağıdır;

-Mən az qabiliyyətli şagirdlərdən biriyəm.

Bəzi tadqiqatlarda eksperimental tapşırıqlardan istifadə edilir. Şagirdlərə ayrı - ayrılıqda belə bir sual vermək təklif olunur: tapşırığı icra edə biləcəksənmi? Bu zaman hansı bal ala bilərsən?

Bundan sonra aşağıdakı sual verilir: Bəs sənin sinif yoldaşların Anar, Nigar və başqaları bu tapşırıqların öhdəsindən gələ biləcəklərmi? Bu zaman şagirdin özünə verdiyi qiymətlərlə onun yoldaşlarına verdikləri qiymətlərin əlaqəsi müəyyən olunur.

Bir çox tədqiqat metodikalarında şagirdlərin özlərinə verdikləri qiymətlər obyektiv məlumatlarla – fizioloji göstəricilər, imtahanların real nəticələri, psixoloji testlər və qrup qiymətlərinin yekunları, zəruri hallarda isə eksperiment qiymətləri ilə müqayisə edilir.

Yeniyetməlik yaşında yoldaşa sadiq qalmag, düzgünlük və doğruçuluq, bərabərlik və qarşılıqlı münasibət kimi keyfiyyətlər ön plana keçərək “ yoldaşlıq məcəlləsi ” normasına çevrilir, əxlaqi - etik meyar məzmunu daşıyır və onlar bir - birilərini qiymətləndirərkən bu meyara xüsusi diqqət yetirirlər. Eyni zamanda yeniyetmə yoldaşlarının iradlarını, tənqidi göstərişlərini qəbul edir, həmyaşıdların rəy və qiymətlərilə razılaşır tədricən özünü dərk edir. Əks təqdirdə isə özünə qeyri - adekvat, həddindən artıq qiymət verən yeniyetmə nüfuzdan düşür, ” yoldaşliq məcəlləsinin ” etik məzmununu təhlil edə bilmir və nəticədə qarşılıqlı münasibətlər pozulur.

Yeniyetmələrin yoldaşlığı tadricən seçici xarakterdə inkişaf edir. Adətən yeniyetmələr yuxarıda göstərdiyimiz keyfiyyətlərə , yaxınlıq dərəcəsinə görə yoldaşını üç tipdə qiymətləndirir : sadəcə olaraq yoldaş, yaxın yoldaş və şəxs dost. Yeniyetmə əvvəlcə özünə yaxın yoldaş və dost seçir, sirdaşını həmkarını müəyyənləşdirir; seçdiyi dostunu özü ilə müqayisə edir, onu müxtəlif nöqteyi nəzərdən qiymətləndirir. Bu baxımdan, yeniyetmələrdə “ oğlan – qız ” münasibətləri də formalaşır, onlar bir - birilə maraqlanır, bir -birinin xoşuna gəlməyə cəhd edirlər. Oğlan və qızların qarşılıqlı münasibəti onların bir - birinə tələbkarlığında, qayğı və hörmətində, inam və etibarında ifadə olunaraq kollektivçilik hissinə çevrilir. Lakin yeniyetmə yaşının ayrı-ayrı dövrlərində “ oğlan və qız ”münasibətlərində fərqli cəhətlər özünü göstərir[3].

Buradan aydın olur ki, yeniyetmələr bir - birilərinə fəal qarşılıqlı münasibət bəsləyir; onlar nəinki özlərinin, həmdə yaxın yoldaş və dostlarının nöqsanlarına dözmür, onları islah etməyə çalışır, bir növ, bir - birlərinin tərbiyəçisi kimi çıxış edirlər. Psixoloji ədəbiyyatda bu cəhətə yüksək qiymət verilərərək göstərilir ki , həmin zəmində yeniyetmədə yeni və çox mühüm bir xüsusiyyət – başqa adamlara təsir göstərmək cəhdi əmələ gəlir. Bu isə yeniyetmənin ictimai fəallığını ifadə etməklə yanaşı, həmyaşıdları ilə qarşılıqlı münasibətlərinin yeni xarakter kəsb etdiyini, yaşlılara məxsus normalar əsasında qurulduğunu göstərir[2].

Çox vaxt ilk dövrlər yeniyetmənin özünüqiymətləndirməsi faktik imkanlarına ,kollektivdəki real mövqeyinə uyğun gəlməsə də yəni iddia səviyyəsinin həddindən artıq yüksəkliyi ilə xarakterizə olunsada bunun sayəsində o, bir növ öz “ mən ” ini kəşf edir. Bu isə uşağın sonrakı həyat və fəaliyyəti üçün zəruri əhəmiyyətə malikdir. Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir.

Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyətlərinə, fikir və hisslərinə , davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Mənlik şüurunda şüurun bütün xüsusiyyətləri insanın “ məni ” vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Bu o deməkdir ki, mənlik şüuru bimodal xarakter daşıyır: onda eyni vaxtda həm “ mən ” ə, həm də “ qeyri – mən ” ə mənsub olan cəhətlər əks olunur. Təcrübə göstərir ki, mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafi yeniyetmənin bütün psixi həyatına , onun təlim fəaliyyətinin xarakterinə, gerçəkliyin onu əhatə edən cisim və hadisələrinə münasibətinə, yaşlılarla, yoldaşları, şagird kollektivi üzvlərilə qarşılıqlı münasibətlərinə əsaslı təsir bağışlayır. Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik yaşı dövründə formalaşır. Lakin o, birdən - birə əmələ gəlmir. Əvvəlki yaş dövrlərində körpə uşağın özünü güzgüdə tanıması,”bədənin sxeminin”təşəkkülü ,refleksiyanin əmələ gəlməsi –bunların hamısı mənlik şüurunun yenityetməlik yaşı dövründə keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə daxil olmasını şərtləndirir.

Yeniyetmələrdə öz davranışını, özünün mənsub olduğu mənəvi keyfiyyətləri, xarakter və qabiliyyətlərinin xüsusiyyətlərini dərk etmələrinin başlanğıcı həm də mənlik şüurunun formalaşmağa başladığını göstərir. Belə ki, kiçik yeniyetməlik dövründə uşaqlar özlərini ən çox böyüklərin verdiyi qiymətlə qiymətləndirdiklərinə görə onların mənlik şüurunun əsasını başqa adamların onun haqqındakı mülahizələri təşkil edir. Ona görədə böyüklərin onun haqqındakı fikri düzgün olduqda yeniyetmənin özünü qiymətləndirməsi də düzgün olur. Yaş artıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır. Bu baxımdan yeniyetmənin başqalarının və özünün qiymətləndirmə meyarlarına, əxlaq normalarına yiyələnməsi onda mənlik şüurunun formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Yeniyetməlik yaşı dövründə mənlik şüurunun mühüm bir cəhəti kimi cinsi mənlik şüuru formalaşır.A.İ.Belkin konstant ve konseptual mənlik şüurunu fərqləndirirlər. Konstant mənlik şüuru bütün cinsi davranış aktlarında iştirak edir.Məlum olduğu kimi , uşaq kiçik olduqça, bu özünəməxsusus nəzarət valideynlər, müəllimlər və başqa adamlar vasitəsilə həyata kecirilir[7]. Belə hesab etmək olar ki, konstant cinsi mənlik şüuru valideyn nəzarətinin uşaqlar tərəfindən mənimsənilməsi yolu ilə formalaşır. Cinsi konseptual mənlik şüuru isə əsasən stress şəraitində, şəxsiyyət üçün bu və ya digər situasiyada mühüm məna kesb edən, ümumiyyətlə, həyati əhəmiyyətə malik olan problemləri həll etmək zərurəti meydana cıxdıqda aktivləşir[6].

Yeniyetmənin öz şəxsiyyətini dərk etməsi tədrici xarakter daşıyır. O, əvvəlcə təlim təlim fəaliyyətinin icrası ilə baglı olan keyfiyyətləri , sonra başqa adamlara münasibəti ifadə edən keyfiyyətləri dərk etməyə başlayır. Bu yaş dövründə özünüdərketmə tələbatı xüsusi məna kəsb etsə də , onun özü haqqındakı obyektiv biliklərinin səviyyəcə aşağı olması diqqəti cəlb edir. Yeniyetmənin bir çox hallarda özünün şəxsi keyfiyyətlərini düzgün təhlil edə bilməməsinin köklərini, birinci növbədə, məhz burada axtarmaq lazımdı .Bu əsasda da bəzən yeniyetmənin iddia səviyyəsi ilə kollektivdəki real mövqeyi arasında, özünə münasibəti ilə başqa adamların – yaşlıların və yoldaşların ona münasibəti arasında zidiyyətdən nəşət edən münaqişələr meydana çıxir. Yeniyetmə öz davranış və xüsusiyyətlərini dərk etdikcə, onda özünütərbiyə tələbati yaranir ki, bu prosesdə də ayırd edilmiş nümunə və əxlaqi etalon müstəsna rol oynayır.

Yeniyetmələrin şəxsiyyətinin inkişaf xüsusiyyətlərini öyrənməklə əlaqədar V.A.Krutetski,L.İ,Bojoviç və başqalarinin apardıqları tədqiqatlar göstərmişdir ki, yeniyetmələrin öz şəxsiyyətini dərk etməsi bütün sahələrdə birdən - birə baş vermir . Yeniyetməlik dövrü şexsiyyətin inkişafının ikinci mərhələsidir. Bu dövrdə yeniyetmə böyüklər tərəfindən başa düşülməməkdən, xoşagəlməz hisslərdən, niyyətlərdən, maraqlardan əziyyət cəkirlər. Yeniyetmələrin kobud, özünəqapalı olması böyüklərə əzab verir. Əbəttə ki, yeniyetmələrin dünyası çox çətindir, hər saat, hər gun onlar dəyişirlər. Yeniyetmələr iki müxtəlif, hətta bir - birinin əleyhinə olan həvəsə sahibdir: a)ətraf aləmə, hədsiz maraq və b)öz daxili aləmlərinə, fikirlərinə, hisslərinə, həyəcanlarına diqqətli baxış.Yeniyetmənin öz davranış və rəftar xüsusiyyətlərini , şəxsiyyətin digər əlamətlərini dərk etməsi sadəcə psixi keyfiyyət olaraq qalmır. Bu sahədə özünüdərketmə şagirdə öz şəxsiyyətindəki, davranışındakı qüsurları aradan qaldırmag, müsbət keyfiyyətləri inkişaf etdirmək imkanı verir. Ona görə də müəllim və valideynlər yeniyetmələrin özünüqiymətləndirməsinə, özünüdərketməsinə lazımi şərait yaratmalı, onlarda özünütərbiyə tələbatının formalaşmasının qayğısına qalmalıdırlar.

Ədəbiyyat:

1. Qədirov. Ə .Yaş psixologiyası. Bakı, Maarif, 2003

2. Quliyev E. M. , Əzimov Q. E., Əlizadə Ə. Ə. Yaş və pedaqoji psixologiya. II hissə, Bakı, 1978

3. Əlizadə. Ə. Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. Bakı, Maarif, 1986

4. Bayramov Ə. S. , Əlizadə Ə. Ə. Sosial psixologiya. Baki, 2003

5. А. А. Реан. Психология подростка. Москва, 2004

6. Л. А. Регуш. Психология современного подростка. Санкт - Петербург, 2005

7. Кочетиов А. И. Перевоспитание подростка. Москва, 1972

8. Абрамова. Г. С. Возрастная психология. Москва, 1972

9. Фельдштейн. Л. И. Психологии воспитания подростка. Москва, 1978

Формирование самооценки у подростков

В данной статье автор исследовал психологические особенности возрастного периода у подростков. Также были рассмотрены исследования проведенные в этой области, была дана критическая оценка этим исследованиям. В заключении статье было систематизированы исследования, проведенные в этом направлении. Наравне с этим, в статье выводится на передний план вопросы, связанные с решением проблем возникающих в этом возрастном периоде и факторы которые должны учитываться в процессе воспитания.

Formation of self-certification in adolescents

In this article, the author investigated the psychological characteristics of adolescent age period. Also reviewed studies conducted in this area, was given a critical assessment of these studies. In conclusion, the article was systematized studies in this direction. On a par with this, the article appears to the fore issues relating to the solution of problems arising in this age period and the factors to be considered in the process of education.

Go Back

TALASSEMİYA XƏSTƏLƏRİNİN SOSİAL - PSİXOLOJİ PROBLEMLƏRİ

15-01-2015

 TALASSEMİYA XƏSTƏLƏRİNİN SOSİAL - PSİXOLOJİ

PROBLEMLƏRİ

 

Səməd İntizarghofran Cavad o.

Major talassemiya xəstəliyi qanda hemoqlobin çatışmamazlığına səbəb olur və insanda ciddi qanazlığı əmələ gəlir. Hemoqlobinləri kifayət qədər alfa zolalı  (proteini)  istehsal  etməyən  insanlar  alfa  talassemiyası  xəstəliyinə tutulmuş olurlar. Bu tip insanlarda təxminən 6 aylıq körpə olduqları vaxtdan etibarən xəstəliyin aşağıdakı əlamətləri müşahidə edilməyə başlayır:

üz  cizgilərində  dəyişiklik,  inkişafın  qeyri-müntəzəmliyi,  cinsi yetkinliyin gecikməsi, ürək çatışmamazlığı, daxili vəzlərin o cümədən mədəaltı vəzin fəaliyyətində çatışmamazlıq və diabetə (şəkər xəstəliyi) tutulma, ürək- damar xəstəlikləri, həzm prosesində problemlər və s.

Major  beta  talassemiya  talassemiyanın  daha  mürəkkəb  növü  olaraq xüsusi  müalicələr  və  dərmanlar  tələb  edir,  xəstənin  həyatının  müxtəlif sahələrinə təsir edir. belə ki, bütün müalicələr və cəhdlərə baxmayaraq xəstə müxtəlif fiziki və psixoloji problemlərlə qarşılaşır.

Qlobal Sanitariya Təşkilatının hesabatına əsasən dünyanın 60 ölkəsi talassemiyanın (xronoloji genetik xəstəlik kimi) ən çox yayıldığı ölkə hesab edilir.   İran   həmin   ölkələr   siyahısına  daxildir   və   hazırda   22000   nəfər talassemiya xəstəsi kimi qeydə alınıb (xüsusi xəstəliklər təşkilatı, 1381).

Yuxarıdakı statistik məlumata əsasən İran talassemiya xəstələrinin sayı baxımından birinci yerdədir və hər il ölkədə 1500 talassemiya xəstəliyinə malik körpə doğulur (Mərəndi və Laricani, 1380).

Demək olar ki, talassemiya xəstəliyi ölkənin ən əhəmiyyətli və çox yayılmış irsi (anadangəlmə) xəstəliyi hesab edilir. Buna görə də həmin xəstəliyin kontrolu, xəstələrin fiziki və psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülməli və ciddi planlar həyata keçirilməlidir.

Talassemiya xəstələrinin sosial və psixoloji problemlərini nəzərə aldıqda həmin xəstəliyin xəstələr üzərində psixoloji təsirini inkar etmək olmaz. Bu problemlər xəstəliyin mahiyyəti və gedişindən əlaqədardır. Müntəzəm olaraq klinikalar və xəstəxanalar da müalicə alan xəstələrin gündəlik həyat ritmi pozulur, məktəb və təhsillə əlaqədar problemlər yaranır və ümumilikdə onların ictimai həyat və fəaliyyətləri məhdudlaşır.

Bu problemlərin nəticəsi olaraq həmin xəstələrdə psixoloji təzyiq və gərginlik artır, onların təbii-fiziki və sosial-psixoloji inkişafında problemlər yaranır. Bu xəstələrin fiziki inkişafındakı problemlər onlarda öz yaşıdları ilə münasibətdə həqarət, ziddiyyət və bacarıqsızlıq hisslərinin yaranmasına səbəb olur.

Bu tip hisslərin təsiri xəstələrin ictimai inkişafının ləngiməsi və yaxud dayanmasında, onların özləri haqda təsəvvürlərinin formalaşmasında aydıncasına müşahidə edilir. Qeyd etdiklərimizi hipotezanı təsdiq edən arqumentlər kimi fiziki zəifliyi, zahiri görünüşdəki problemləri, fiziki zəiflik və müalicə ilə əlaqədar olaraq təhsil prosesində yaranan problemləri, iş-peşə və evliliklə əlaqədar yaranan problemləri qeyd etmək olar. Bu problemlərin ən əhəmiyyətlisi isə cəmiyyətdə bu xəstəlik və bu xəstələrə olan qeyri-düzgün və məsuliyyətsiz münasibətin mövcudluğudur. Bütün bu problemlər xəstələrin ictimai inkişafı və özünü təsəvvür səviyyəsinə mənfi təsir edir.

Qeyd edilən münasibət və amillərin dəqiq öyrənilməsi və təhlili xəstələri üzərindəki mənfi təsirlərin azaldılması və onların sosial inkişafına optimal şəraitin yaradılması üçün çox vacibdir.

Xəstələri və onların ailə üzvlərini maarifləndirmək həm xəstəliyin mahiyyətinin aydınlaşmasına, həmdə xəstələrin üzərindəki sosial və psixoloji təzyiqin azaldılmasına kömək edəcək. Xəstəliyə tutulmuş yeniyetmələri öz yaşıdları ilə əlaqə və münasibətlərini genişləndirməyə maraqlandırmaq, xəstələrə iş tapmaq və evlənmək prosesində dəstək olmaq onların şəxsiyyətinin normal formalaşması və psixoloji təzyiqlərdən azad olması üçün əlverişli şərait yaratmış olacaq.

 

Ədəbiyyat siyahısı:

Azərbaycan dilində

1.  Ə.S.Bayramoм, Ə.Ə.Əlizadə. Psixologiya

2.  Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Sosial Psixologiya

3.  Fazil Vahidov, Tahir Ağayev. Sosiyologiya

Ingilis dilində:

 1 - Psychological problems of thalassemic subjects [Article in Italian] Guasco G, Gamalero PC, Cuniolo A 1985 Mar-Apr;7(2):271-8

2 - Psychosocial burden of beta-thalassaemia major in Antalya, south

Turkey. Canatan D, Ratip S, Kaptan S, Cosan R. 2003 Feb;56(4):815-9.

3 - Thalassemic children's understanding of illness: a study of cognitive and emotional factors. Sherman M, Koch D, Giardina P, Hymowitz P, Siegel R, Shapiro T. 1985;445:327-36

4 - Psychosocial integration of adolescents and young adults with thalassemia major.  Di Palma A, Vullo C, Zani B, Facchini A. Ann N Y Acad Sci. 1998 Jun 30;850:355-60

5 - Psychosocial aspects and psychiatric disorders in young adult with thalassemia major.   Messina G, Colombo E, Cassinerio E, Ferri F, Curti R, Altamura C, Cappellini MD2008 Dec;3(4):339-43.         Epub 2008 Jun 13

6- Psychosocial Care & Protection of Children in Emergencies. A Field Guide • Laura Arntson and Christine Knudsen Amy Hepburn 2004, Save the Children Federation, Inc ISBN 1-888393-11-4

 

 Mənbə:BDU, "MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ" ELMİ ƏSƏRLƏR TOPLUSU , BURAXILIŞ № 4, BAKI – 2010

 

Go Back

XƏRÇƏNG XƏSTƏLİYİNİN İNKİŞAFININ PSİXOFİZİOLOJİ MODELİ

15-01-2015

XƏƏNG XƏSTƏLİYİNİN İNKİŞAFININ PSİXOFIZİOLOJİ

MODELİ

 

BDU- III kurs magistranı Qurbanova Ləman Elman q.

Xərçəng  xəstəliyinin  inkişafının  psixofizioloji  modelinə  əsasən  qeyd etmək  olar  ki,  xərçəngin  yaranmasına  əsas  səbəb  psixoloji  və  fizioloji faktorların qarşılıqlı  əlaqəsidir.  Bu  modeli  sxematik  olaraq  aşağıdakı  kimi göstərmək olar:

 

          Psixoloji stress
           Deprivasiya, ümidsizlik
        Limbik sistem
  Hipotalamusun fəaliyyəti -Hipofizin fəliyyəti
               İmmun sistem ( orqanizmin müdafiəedici funksiyası) - Endokrin system (hormonal tarazlığın bərpa edilməsi)
                          İmmun sistemin dağılması - Atipik hüceyrələrin sayının artması
         Xərçəngin inkişafı

 

 Sxem 1. Xərçəng xəstəliyinin inkişafının psixofizioloji modeli

Sxemdə qeyd edilən bu mərhələlərin hər birinin xərçəngin inkişafında mühüm rolu vardır. Aşağıda biz bunların daha geniş izahını görəcik.( 3;103)

Psixoloji stress

Bir çox xəstəliklərlə yanaşı xərçəngində inkişaf etməsində stressin rolu

bir  faktor  kimi  sübut  edilmişdir.  Müəyyən  dövrlərdə  insanın  qarşılaşdığı stressli vəziyyətlərinin sayına əsaslanaraq qeyd etmək olar ki, əsasən bundan sonra insanlarda müxtəlif ağır xəstəliklər meydana gəlmişdir. Lakin hər bir stressli vəziyyət insana dərin zərbə vurmur. Stress insana o zaman daha ağır təsir edir ki, bu insan üçün vacib əhəmiyyət daşısın, müxtəlif şəxsiyyətlərarası münasibətlərdə onun özünü təqdim etməsinə mane olsun. Müəyyən edilmişdir ki, bu cür stressor vəziyyətlərə orta yaşlarda daha çox rast gəlinir.( 4; 221)

Depressiya

İnsan həyatı boyunca bir çox stressor vəziyyətlərlə qarşılaşır. Hər bir insan bu dünyada müxtəlif cür özünü təqdim etmə bacarığına malikdir və hər bir insan bu və ya digər situasiyada müxtəlif cür hərəkət edir. Buna əsasən insanın stressli vəziyyətdən necə çıxacağını qeyd etmək olar. Bəzən onlar stresslə mübarizənin mümkünlüyünü o qədər məhdudlaşdırır ki, insan çıxılmaz vəziyyətə düşür. Nəticədə o, depressiyaya düşür, onu ümidsizlik əhatə edir, özünü köməksiz, çarəsiz hiss edir. Bir sözlə, insanda o hisslər yaranır ki, onlar xərçəngin yaranmasında mühüm rol oynayır. Beləliklə, insan şüurlu olaraq öz ağır xəstəliyinə və ya ölümünə hazırki vəziyyətdən çıxış yolu kimi baxır. ( 2;154)

Limbik sistem

Limbik sistem baş beyinin ən dərin qatları ilə əlaqəlidir və o orqanizmin  özünümühafizəsinə istiqamətlənmiş  bütün  proseslərdə  iştirak  edir.  O, “mübarizə aparmaq və ya qaçmaq” kimi reaksiya tipinə cavab verir. Bu limbik sistem stress, onun nəticələrini, insanın bütün hiss və duyğularını qeydə alır.

Hipotalamusun fəliyyəti

Limbik  sistem  orqanizmə  baş  beyinin  kiçik  bir  sahəsi-  hipotalamus vasitəsilə təsir edir. Limbik sistemdən aldığı siqnalları hipotalamus iki kanal vasitəsilə ötürür. Birincisi, hipotalamus emosional stressə qarşı reaksiyaya cavabdeh olaraq immun sistemin idarəsində iştirak edir. İkincisi, hipotalamus hipofizin fəaliyyətinin tənzim edilməsində mühüm rol oynayır. Eyni zamanda hipofiz də öz növbəsində endokrin sistemin o hissəsini tənzim edir ki, o hissə insan orqanizmində hormonlara cavabdehdir.

İmmun sistem

İmmun sistem orqanizmin təbii müdafiəsi olub, müasir təbabətində qeyd etdiyi kimi zamandan-zamana hər bir insanın orqanizmində təşkil olunan hər hansı ağır xassəli hüceyrəni məhv etmək və təcrid etmək üçün yaranmışdır. İmmun sistemin zəifləməsi xərçəng hüceyrələrinin yayılmasına gətirib çıxara bilər. Limbik sistem və hipotalamus vasitəsilə gətirilən emosional stressin yüksək modeli immun sistemi əsarət altına alır və bu da xərçəngin inkişafı üçün orqanizmi zəiflədir.

Hipofiz, endokrin sistem

Verilənlərə əsasən onu söyləmək olar ki, hipotalamusun mexanizmi qeyd edilənlərdən başqa stressə reaksiya göstərməklə hipofizə təsir edir, onun işini elə dəyişir ki, endokrin sistem orqanizmin hormonal   balansını dəyişir. Orqanizmin hormonal tarazlığının pozulması orqanizmin kanserogen cisimlərə qarşı həssaslığını artırır.

Atipik hüceyrələrinin sayının artması

Hormonal tarazlığın pozulması atipik hüceyrələrin təkrar istehsalının inkişafına   gətirib   çıxarır   və   bu   da   immun   sistemin   onlarla   mübarizə qabiliyyətini zəiflədir.( 3;107)

Xərçəngin inkişafı

Fizioloji  dəyişikliklərdəki  bu  cür  ardıcıllıq  xərçəngin  inkişafı  üçün optimal şərait yaradır, eyni zamanda da orqanizmin arzuolunmaz elementlərə müqavimət göstərmək qabiliyyətini azaldır və atipik hüceyrələrin təkrar istehsalını artırır. Bütün bunlar nəticədə insan həyatı üçün təhlükəli xəstəliyə gətirib çıxara bilər. (5)

Əks dövr : sağalma modeli

Bu  modeli  əks  etdirməkdə əsas  məqsəd  ondan  ibarətdir  ki,  onkoloji xəstəliyin inkişafını müsbət istiqamətdə dəyişmək olar. Xərçəngin inkişafına gətirib çıxaran hiss və duyğuların bu mexanizmi eyni zamanda sağlamlığının bərpa olunmasında da istifadə oluna bilər. Bu sxemi aşağıdakı kimi göstərmək olar:

Sxem 2. Sağalmanın psixofizioloji modeli

      Psixoloji müdaxilə

        Ümid, gələcəyə inam

      Limbik sistem

           Hipotalamusun fəaliyyəti  - Hipofizin fəliyyəti

                                                      İmmun sistem  - Atipik hüceyrələrin sayının azalması

                         İmmun sistemin işinin formalaşması   -  Endokrin sistem (hormonal tarazlığın bərpa edilməsi)

                                                                              Şişin itməsi


Psixoloji müdaxilə

İlk növbədə xəstəyə elə kömək etmək lazımdır ki, o müalicənin effektivliyinə və öz orqanizminin xəstəliyə müqavimət göstərmək bacarığına inansın. Bundan sonra onu öyrətmək lazımdır ki, o stressli situasiyanın öhdəsindən gəlməyi bilsin. Xüsusilə vacibdir ki, onlar özlərinə olan baxışlarını dəyişsinlər: xəstə öz gücünə inanmalıdır, öz probleminin effektiv həll edəcəyini bilməlidir.

Ümid, gələcəyə inam

Xəstədə   sağalacağına    inam    və    qarşısında    duran    problemə    yeni münasibətin meydana gəlməsi özündə ümid və gələcəyə inam əks etdirən yeni həyati vəziyyəti formalaşdırır.

Limbik sistem

Limbik sistem inam və ümid hissini yenidən qeydə alır. (hansı ki, bunu ümidsizlik və inamsızlıq qeyd etmişdi)

Hipotalamus

Limbik sistem bu hissləri qeydə alan kimi, hipotalamus ondan güclü yaşamaq arzusunu özündə əks etdirən emosional vəziyyətdəki dəyişiklik haqqında siqnalı alır. Hipotalamus da öz növbəsində bu dəyişiklik haqqında siqnalı hipofizə ötürür.

İmmun sistem

Hipotalamus   immun   sistemi   hərəkətə     gətirir    və   insanın   müdafiə mexanizmi yenidən atipik hüceyrələrə müqavimət göstərməyə başlayır.

Hipofiz və endokrin sistem

Hipofiz endokrin sistemin bir hissəsi kimi hipotalamusdan bu cür siqnalı alaraq onu endokrin sistemin digər hissəsinə ötürür ki, bu da öz növbəsində orqanizmdə hormonal tarazlığı bərpa edir.

Atipik hüceyrələrin sayının azalması

Orqanizmdə hormonal fon bərpa olunan kimi atipik hüceyrələrin böyük sayda istehsalı azalır və immun sistem yenidən aktivləşir. (3;110)

Xərçəngin zəifləməsi

İmmun sistemin    normal funksiyası və atipik hüceyrələrin istehsalının azalması xərçəngin zəifləməsi üçün optimal şərait yaradır. Psixoloji  planda  öz  sağlamlığı  üçün     mübarizə  aparan  pasiyentlər xəstəliyə qədərki vaxtdan daha da güclü olur. Ölümün real təhlükəsi ilə qarşılaşan xəstələr öz sağlamlıqlarına təsir edəcəklərini bilərək həyata yeni baxışla  baxmağa  başlayırlar,  onlar  bu  böhrandan  yalnız  öz  sağlamlıqlarını bərpa etməklə deyil, eyni zamanda öz gücləri ilə öz həyatlarına təsir edə biləcəkləri hisslə çıxırlar.( 1;132)

Sağalma: bədənin və ruhun müalicəsi

Onkoloji xəstəliklərin aradan qalxmasında iki yol vardır ki, bunlar insanı sağlamlığa aparır: bu ya immun sistemin işinin güclənməsi, yaxud atipik hüceyrələrin   sayının   azalmasıdır.   Terapevtik   metodun   əsasında atipik hüceyrələrin  kimyəvi  terapiya  və  ya  şüalanma  vasitəsilə  azalması  durur. Cərrahi metodda öz növbəsində xərçəng hüceyrələrini bir dəfəlik yox edir və immunterapiya isə orqanizmin müdafiə aktivliyini gücləndirir. İmmunterapiya cəhd edir ki, orqanizmdəki bakteriya və dəyuişilmiş xərçəng hüceyrələri vasitəsilə pasiyentin təbii müdafiə mexanizmini situmullaşdırır. Bu cisimlərin immun sistemə hücumu ilə eyni zamanda o xərçəng hüceyrələrinə hücum edir. Hələlik immunterapiya öz inkişafının lap başlanğıcındadır, ancaq gələcəkdə o insan orqanizminin təbii müdafiəsini gücləndirməyə yönəlmiş daha effektli metod olacaqdır.(3;111)

 

 İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

 1.  Березин Ф.Б. Психическая  и психофизическая адаптация человека.- Л.Наука, 1998.- 269с

2. Русина Н.А. Эмоции и стресс при онкологических заболеваниях //

Мир психологии. Научно –методический журнал.- 2002.- №4.- с.152-160.

3. Саймонтон К., Саймонтон С. Психотерапия рака. СПб: Питер, 2001.

288 с

4.  Судаков К.В. Системные механизмы эмоционального стресса.- М.:

Медицина, 1981.- 232с.

5. www.rak.by

 

 

 Mənbə: BDU, "MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ" ELMİ ƏSƏRLƏR TOPLUSU , BURAXILIŞ № 4, BAKI – 2010

 

Go Back

Kompüterdən istifadənin kiçikyaşlı məktəblilərin sağlamlığına təsiri - KURS İŞİ

14-01-2015


Kompüteri uşaq və ya yataq otağına qoymaq olmaz

Uşaqları kompüterin zərərli təsirindən qorumaq üçün əvvəlcə kompüterin qoyulduğu məkana diqqət etmək lazımdır. Kompüteri ailənin bütünlüklə yığışdığı, televizora baxdığı salona qoyun. Bununla da ailənin bütün üzvlərinin bir-birinə nəzarət etmək imkanı daha çox olacaq. Xüsusilə uşaqları kompüter qarşısında nəzarətsiz buraxmaq olmaz. Yaddan çıxartmaq olmaz ki, internetdə yayılan materiallara nəzarət etmək mümkün deyil. Psixoloqlar uşaqları pis vərdişlərdən çəkindirmək üçün valideynlərə belə məsləhət verirlər: Əgər siz “Bunu etmə, onu etmə” deyərək uşağınızı zərərli şeylərdən çəkindirmək istəsəniz, uğursuz alınacaq. Çünki uşaq sizin qadağan etdiyiniz bir çox şeyi sərbəst həyata keçirmək üçün əlverişli mühit axtarışında olacaq. Ən yaxşı yol danışıq yolu ilə ortaq nəticəyə gəlməkdir. Uşaqları zərərli məzmunu olan bilgilərdən və oyunlardan uzaq tutmaq üçün kompüterdə gözəl, faydalı işlərlə məşğul olmağa sövq etmək lazımdır.

(Mətni yükləyə bilərsiniz)

 KOMPÜTERDƏN İSTİFADƏNİN KİÇİKYAŞLI MƏKTƏBLİLƏRİN SAĞLAMLIĞINA TƏSİRİ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

1. “Azərbaycan müəllimi” qəzeti”, aprel 2006

2. Bəşirov N.Ə. Kompüter oyunları İnformatika müəllimləri üçün metodik vəsait. Bakı. Azərnəşr,1996

3. Bəşirov N.Ə., Məmmədov V.A. İbtidai siniflərdə kompüterdən istifadə, İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1997

4. Bəşirov N.Ə., Seyidov E.V Kompüterdən istifadə haqqında, Azərbaycan məktəbi jurnalı, 1997

5. Bəşirov N.Ə., Təlim prosesi və kompüter texnologiyaları, Azərbaycan məktəbi jurnalı, 2001

6. Əliyev M.N., Seyidov E.V Kopüter təlimi Bakı, 2002

7. İsmayılzadə N, Bir daha kompüter texnologiyaları haqqında, Təhsil mədəniyyət və incəsənət jurnalı, 2006

8. Kərimova C., Təlim prosesində komputerdən istifadənin imkanları, ARTPİ-nin elmi əsərləri, 2007

9. Qasımova A. İbtidi siniflərdə kompüter təliminin psixoloji pedoqoji məsələləri, ARTPİ-nin elmi əsərləri, 2008

10. Məmmədova Z.B., Orta ümumtəhsil məktəblərində kompüterlərin tətbiqi ilə tədris prosesinin təşkilinə dair gigiyenik təlləblər (Metodik tövsiyyələr), Bakı Çaşıoğlu mətbəəsi, 2001

11. Musayev T., Kompüter və görmə orqanı, Sağlamlıq jurnalı, 2007

12. Rəcəbova N., Müasir musiqi müəllimlərinin formalaşmasında kompüter texnologiyalarının yeri və rolu, ARTPİ-nin elmi əsərləri, 2008

13. Rəhmanov R.R., Kompüterlə işləyən uşaqların yorğunluğunun qarşısının alınması və imkanları, ARTPİ-nin elmi əsərləri, 2007

14. Rəhmanov R.R. Uşaq qəlbinə televiziyanın və kompüterin təsiri, ARTPİ-nin elmi əsərləri, 2008

15. Rəhmanov R.R. Novruzova N, Kompüterin uşaqlara təsiri, ARTPİ-nin elmi əsərləri, 2009

 

Go Back

MUSİQİ FANATİZMİ ŞƏXSİYYƏTARASI ÜNSİYYƏT MODELİ KİMİ

11-01-2015


Eyvazova Elgül Tərlan qızı,
BDU – nun II kurs magistrantı


Açar sözlər: Fanatizm, psixoloji asılılıq, empatiya, ritual, kumir-fanat münasibəti.

Ключевые слова: Фанатизм, психологическая зависимость, емпатия, ритуал, отношения кумир-фанат.

Keywords: Fanaticism, psychological dependence, empathy, ritual, relition between idol-fanat

Əyləncəyə meyilli müasir cəmiyyətdə fanatizm hadisəsi keçən əsrin əvvəlində olan fanatizmə nisbətən başqa məna və başqa xüsusiyyət əldə etmişdir. Bu ilk növbədə həyatın bütün sahələrinə nüfuz edən və həm cəmiyyətin şüuruna, həm şəxsiyətarası ünsiyyətin adi təzahürlərinə təsir edən kütləvi mədəniyyətin hökmranlığı ilə əlaqədardır. Müasir anlamda fanatlar dedikdə nəyinsə, əsasən müasir musiqi xadimləri, aktyorlar, idmançıların coşqun pərəstişkarı adlandırırlar.

Fanatizm – fərdin müəyyən əqidələrə sarsılmaz və alternativləri rədd edən bağlılığıdır ki, bu da onun fəaliyyətində və ünsiyyətdə ifadə olunur. Fanatizm fədakarlığa hazır olma ilə əlaqədardır; İdeyaya sədaqət, başqa cür düşünənlərə qarşı dözümsüzlük, ümumi məqsədin əldə olunmasına mane olan etik normativlərə etinasızlıqla uzlaşır. Fanatizm çox vaxt ideoloji (o cümlədən dini) çalara malikdir[1].

Musiqinin psixikaya bu cür geniş təsirini emosionallığı özünə qəbul etmə və fanatizm adlandırılan xüsusi hisslər növünün əmələ gəlməsi prosesi kifayət qədər həcmli izah edə bilər. Həmçinin qeyd etmək lazımdır ki, musiqi özlüyündə güclü affektasiya yaratmaya bilər və fanatizmin xüsusi növünün – musiqi fanatizminin yaranması üçün şərt deyil, əsas ola bilər. Axı kütləvi mədəniyyət nöqteyi-nəzərindən müasir dünyaya təsir çərçivəsində musiqi dinləyiciyə əsasən estrada incəsənəti növündə gəlir.

İnsan musiqini tez-tez eşidə bilər, lakin onda fanatik asılılığın formalaşması mexanizmi yalnız o şərtlə yaranır ki, fərdin xarici qıcıqlandırıcıdan aldığı güclü siqnal ona reaksiyanın artmasına səbəb olur və bu qıcıqlandırıcıda sonradan tam cəmlənməyə gətirib çıxarır. Özünə yeni, qüvvəcə bərabər mənbə tapmaq əvəzinə potensial fanat daim əvvəlkinə qayıtmağa davam edir, çünki məhz onunla o, daha güclü və onun xoşuna gələn həyəcanı almışdır [2].

Beləliklə, musiqi fanatizmi – bu ilk növbədə qrup və sosial psixologiyanın təzahürüdür. Bütün millətlərdən olan fanatların yaşından asılı olmayaraq sosial qruplara toplanmağa və ətraf aləmlə öz münasibətlərini onların bu qrupda konkret hazırladıqları prinsip üzrə qurmağa meyilli olmaları buna sübutdur. Fanatlar bunu əsasən şəxsiyyətlərarası münasibətlərin üç cəhətli sxemi üzrə edirlər, bunları ümumi şəkildə belə göstərmək olar:

- fanat-kumir sistemi (fanat üçün sarsılmaz nüfuzlu adam və fəal pərəstiş obyekti olan şəxsiyyətlə münasibətlər);
- fanat-fanat sistemi (fərdlərin öz qruplarının nümayəndələri ilə həmin maraqlar üzrə ünsiyyəti)
- fanat - qalan hamısı sistemi (digər sosial qrupların nümayəndələri və heç bir qrupa mənsub olmayan şəxslərlə, məsələn valideynlərlə münasibətlər) [3].

Qeyd etmək lazımdır ki, fanatlar arasında gender fərqləri də xüsusi əhəmiyyətə malikdir. Təcrübə göstərir ki, kişi və qadın fanatlar arasında keyfiyyət faizi qadınlara tərəf kifayət qədər böyük irəliləyiş yaradır. Buna aşağıdakı izahları vermək olar. Birincisi kumirin qadınlar tərəfindən psixoloji qəbul edilməsi xüsusiyyətlərindən ibarətdir. Hələ nəzərdən keçiriləcək qadın seksuallığının inkişafı burada xüsusi rola malikdir. Qadınların fanatizm prosesinə cəlb edilməsində əsas rolu empatiya hissi oynayır. Empatiya başqasının dərdinə şərik olma və özünü digər insanın emosional vəziyyətinə cəlb etmə qabiliyyətidir. Attraksiyaya əsaslanan empatiya təzahürü qadın fanatı öz kumirinə münasibətdə istiqamətləndirir. Hesab edilir ki, gənc qızların kumirləri və fanatizm istqamətinin obyektləri kişilərdir. Qadın kumir eyni dərəcədə təqlid üçün obyekt və özünü eyniləşdirmə üçün nümunədir. Hesab edilir ki, təqlid cinsdən asılıdır – kişilər adətən qadınlara nisbətən təqlidə az meyillidirlər. Təqlidin xarakteri də müxtəlifdir. Qadınlarda bu emosiyalara əsaslanmışdır. Emosiyalar isə attraksiya zamanı üstün əhəmiyyətə malikdir, bu zaman qadın fanat onun kumiri olan digər insana istiqamətlənir və bu fərd sonradan onda məhəbbət, dostluq və simpatiya kimi müsbət hisslər yaradır. Fanatizm sistemində kişilərə gəldikdə isə burada onların olması əhəmiyyətlidir və bir qədər digər məna daşıyır. Keyfiyyət cəhətdən müəyyən edilmişdir ki, «kişi musiqisi» çalan musiqi ifaçıları arasında kişi fanatları daha çoxdur. Bu ağır rok, xard-rok, metal, pankdır. Əslində bu cür musiqi məişətdə də «kişi musiqisi» adlanır məhz ona görə ki, onun dinləyicilərinin və ya fanatlarının əksəriyyətini kişilər təşkil edir. Burada yeni mövzu yaranır ki, bu da musiqi üslubunun fanatların gender tərkibinə təsirindən ibarətdir. Kumir və fanat arasında qarşılıqlı münasibətləri ümumi sözlərlə iki hala bölmək olar. Birinci hal ondan ibarətdir ki, fanat öz kumirinə nadir halda həqiqətdə rast gəlmək imkanına malikdir, xüsusilə əgər o, digər ölkədə yaşayırsa. Ona görə də bu zaman ünsiyyət üsulları nadir halda canlı və yazılmış çoxsaylı konsertlər olur. Canlı konsert zamanı biz açıq ünsiyyət üsuluna malikik. Bu yığılmış emosiyaların çıxmasından ibarətdir və bəzən digərləri üçün utandırıcı olan isterik tipə malikdir. Əvvəlki Bittlzin konsertlərinin yazıları fanatların, ağlayan və qışqıran qadınları ağlı başından çıxmış vəziyyətdə qeyd edir. Öz birinci əlçatmaz kumirini sərbəst şəraitdə görməyə müvəffəq olmuş fanatlarla bu cür hal baş verir. Emosiyaların reallıqla müqayisə edilməzliyi əsəb pozğunluğuna qədər güclü emosional vəziyyətlər yaradır. Burada Moskvaya qrupun çıxışına gəlmiş Tokio Xotelin fanatlarının davranışını qeyd etmək olar. Qapalı ünsiyyət üsuluna bütün qalan halları aid etmək olar. Öz kumirinə çıxa bilməyən fanat musiqi yazıları, konsertlərin videoyazıları, fotoşəkillər, qəzet məqalələri və özünə oxşarlarla ünsiyyətlə kifayətlənir. Bu halda emosiyaların öz-özünə əmələ gələn (spontan) və güclü çıxışı baş vermir. Fanatizm halını nəzərdən keçirdikdə fanatların təxmini yaşının müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Bunların yeniyetmlər (12-13 yaşından 18 yaşadək insanlar) və formalaşmamış həyat təcrübəsinə malik müxtəlif yaşlı insanların xüsusi qrupu olduğu qəbul edilir.

Həyata, o cümlədən onun mədəniyyətinə, onun təzahürlərinə emosional-hissiyatlı münasibət yeniyetmə və gənc yaş üçün xarakterikdir. Fanatizm – bu özünütəsdiqin xüsusi növüdür. Ruhən yaxın nümunələrə istiqamətlənərək insan öz şəxsiyyətini qurur. Bu hadisənin təbiəti insanın özünüeyniləşdirmə tələbatı ilə izah olunur. İnsana, xüsusilə gənc insana sosial- mədəni nümunələr zəruridir. Fanatizm təzahürünün əsasını ilk növbədə «Mən-konsepsiyası» fenomeni təşkil edir. Bu mürəkkəb qarışıq obrazdır, bura şəxsiyyətin özü haqqında təsəvvürlər məcmusu daxildir (4).
Lakin fanatın öz kumirini izləməsində əsas ünsiyyətdir. Fanat öz kumirini məsələn, onun müsahibə verdiyi radiostansiyadan çıxdıqda və ya konsertdən sonra və ya mağazada rast gəldiyinə müvəffəq olduğuna sevinir və bununla fəxr edir. Kumirin ruhi-emosional vəziyyəti, onun şəxsi hissləri bu halda fanat üçün heç bir məna kəsb etmir. 

Fanat üçün başlıcası – kumirdən öz diqqət payını almaqdır. Fanatın kumirdən avtoqraf almaq kimi daimi arzusunu ünsiyyət həvəsi ilə izah etmək olar. Çox vaxt fanat bir avtoqrafla kifayətlənir, lakin elə olur ki, fanat kumiri təqib edir və dəfələrlə avtoqraf verməyi xahiş edir. Birgə fotoşəkillərlə də bu cürdür, bu zaman fanat öz şəklini kumirlə dəfələrlə müxtəlif vəziyyətlərdə çəkdirir. Bu cür təmkinsizlik həm də onunla izah olunur ki, fanata ilk növbədə kumirlə ünsiyyət prosesinin özü, onun deyə biləcəyi sözlər, edə biləcəyi hərəkətlər vacibdir. Kumirə aid olan hər şey, onu əhatə edən insanlar istisna olmaqla fanat üçün vacib olur. Fanatların diqqətinin bir hissəsi onlara keçir. Adətən bu assosiasiyaların (təsəvvürlər arasındakı əlaqə) təsiri nəticəsində baş verir, bunun nəticəsində kumirlə bu və ya digər şəkildə qarşılıqlı əlaqədə olan insanlar fanatda müəyyən cazibədarlıq və maraq oyadırlar. Çox vaxt bunlar kumirin qrup üzrə həmkarları, rəqqaslar, şou-biznes üzrə həmkarlar, qohumları və ya digər dostlarıdır. Fanatın diqqətinin bu insanlara yönəlməsi adətən bütün bu cür təzahürlərlə müşayiət olunur. Məsələn, müəyyən bir musiqiçinin fanatı digər qrupun digər musiqiçilərinin, rəqqasların həyatına nəzarət edə bilər, onlarla şəkil çəkdirə bilər, avtoqraflar götürə bilər, təqib edə bilər. Kumirin konsertlərinə getməyi də kumirlə ünsiyyət növü hesab etmək olar. Bu, fanatla kumir arasında mümkün ola bilən yeganə kontakt növüdür və təhtəlşüur olaraq hər bir fanat bunu başa düşür. Konsertə getmə hər bir fanat üçün rituala bənzəyişdir. Bu doğma şəhərdə konsetə getməyə aiddir, lakin fanatların əksəriyyəti digər şəhərlərə də səfərlər edirlər. Adətən konsertlərə getmə qrup xarakterlidir. Fanatlar bir yerdə toplaşırlar və birgə səyahət edirlər. Fanatizmə xas olan bu xüsusiyyət - adətən musiqi ifaçısının pərəstşkarı konsertə qrupda deyil, özü müstəqil şəkildə gedir. Konsert kumirlə ünsiyyət modelidir, bu zaman bu proses birtərəflidir. Fanatın kumirə hədiyyələr bəxş etməsi prosesi ritualın bir hissəsidir. Hələ qədim zamanlarda insanlar bütlərin diqqətini və iltifatını qazanmaq üçün nəzir verirdilər. Müasir fanatizmdə kumirin rəğbətini qazanmaq zəruriyyəti ilə bağlı bu cür ritualın nə isə bir bənzəyişi mövcuddur. Hədiyyə diqqətin cəlb edilməsi vasitəsi və eyni zamanda iltifat əlaməti kimi nəzərdən keçirilir. Adətən fanatlar az dəyərli əşyaları – oyuncaqlar, güllər, kitabları hədiyyə edirlər, lakin bəzən elə fanatlara rast gəlinir ki, onlar kumirin diqqətini xüsusi bahalı hədiyyə ilə cəlb etmək istəyirlər. Bu saatlar, zinət əşyaları, istənilən digər əşyalardır ki, onların bu və ya digər şəkildə hədiyyə edilməsi kumiri fanata qarşı minnətdar edəcək. Fan-kluba kumirin adına məktublar fanatın kumirlə bilavasitə ünsiyyət üsuludur. Fanat çox vaxt bu cür üsula kumirlə bilavasitə əlaqə saxlamaq axtarışında əl atır. Öz məktublarında fanatlar kumirə onları narahat edən məsələlər, öz həyatları haqqında danışır və hökmən cavab gözləyirlər. Bu onunla əlaqədardır ki, fanat özünü bu cür kumirə, onun həyatına yaxınlaşdırır, onunla hər hansı dialoq imkanı, qarşılıqlı əlaqələrin yaranması və davam etməsinə nəsə ümid əldə edir. Bu halda fanat-kumir interaktiv ünsiyyət modelinin yaranması imkanı yaranır, bu zaman kumir İnternet-çatlarda və ya hər hansı digər şəkildə suallara cavab verir. Əgər kumir populyar qalmaq məqsədilə yalnız gündəlikdə qeydlər və ya fanatlara paylanmış möhürlü məktublarla məhdudlaşırsa, interaktiv modelin deformasiyası baş verir.

Fanat-fanat qarşılıqlı münasibətləri sisteminə keçərkən əsas onu qeyd etmək lazımdır ki, bu, bu cür təzahürün yalnız qruplarda mövcud olması imkanıdır. Fanatlar maraqlara görə kiçik qrup təşkil edirlər və həmin qrup çərçivəsində bir-biri ilə ünsiyyətdə olurlar. Kiçik qrup bir qarşılıqlı əlaqə və maraqla bağlı olan insanların kiçik birləşməsidir. Qrup üzvlərinin bir-biri ilə ünsiyyətdə olmaq imkanı kimi ünsiyyətlilik qrupun qorunub saxlanmasının başlıca şərtidir. Həmçinin qrup psixoloji və sosial planda bütövdür və bütöv qəbul edilir.

Fanatlar qrupunu qeyri-rəsmi kiçik qrupa aid etmək olar, belə ki, qrup çərçivəsində ünsiyyət ünsiyyətdə, anlaşmada və məhəbbətdə daxili tələbatlar əsasında baş verir. Fanatlar öz qarşılıqlı münasibətlərini ümumi maraqlara əsaslanmaqla və öz tələbatlarını təmin etmək üçün qururlar. Bu cür qarşılıqlı münasibətlər həmrəylik kimi xarakterizə oluna bilər, belə ki, bu halda fanatların ümumi fəaliyyətdə birləşmə cəhdi vardır (konsertlərə getmə, kumirin təqib edilməsi, hədiyyələrin yaradılması), bu zaman yaxın və ya bir-birinə uyğun məqsədlər əldə olunur [3]

Digər sosial qrupun fanat-üzv qarşılıqlı münasibətlər sisteminə keçərkən qeyd etmək lazımdır ki, fanatın özü bu cür qrupa ən əvvəl onun fikrincə, sosial prosesin düşmən iştirakçılarını daxil edir, bu ilk növbədə valideynlərdir, fanatizm prosesinə cəlb olunmamış qardaş və bacılar, onların maraqlarını və istənilən digərini qəbul etməyən həmsinifləri, həmçinin fanat və ya onun kumiri haqqında qəti şəkildə məlumat verməyə hazır olan kənardan yad insandır.

Şəxsiyyətlərarası qarşılıqlı əlaqə kimi rəqabət anına həm digər, dost olmayan qruplaşmanın üzvləri ilə, həm cari qruplaşmaya daxil olmayan fərdlə qərəzli münasibət daxildir. Rəqib təhlükəli görünür, onun maraqları yalnız onunla mümkün mübarizəyə əsaslanmaqla nəzərə alınır. Belə ki, müxtəlif musiqi üslublarına aidiyyəti olan musiqi ifaçılarının fanatları çox vaxt rəqib olur və bir-birinə qarşı ədavət aparırlar [4].

ƏDƏBİYYAT


1. Ким В.В. Фанатизм как социальный феномен: Дис…канд.филос.наук: 09.00.11// В.В.Ким.– Москва, 2003.
2. Круглова Ю. По ту сторону рампы// Круглова.Ю. «Психология на каждый день».– 2007. – №4.
3. Менделевич В.Д. Клиническая и медицинская психология: Учебное пособие// В.Д. Менделевич.– 5-е изд.– М., 2005.
4. Психологические проблемы социальной регуляции поведения// Под ред. Е.В. Шороховой, М.И. Бобневой.– М., 1976. РЕЗЮМЕ В статье повествуется об определенных проявлениях и формах музыкального фаматизма в процессе общения. Заостряется внимание на различие музыкальной зависимости в обществе по половому принципу, а точнее на вопросе различия ее проявления в женщинах и мужчинах. Особо подчеркиваются отношения кумир-фанат. А также выясняются причины схематичные наглядные формы музыкального фанатизма в межличностных отношениях с социально-психологической точки зрения и тяготения того или иного человека к фанатизму.

SUMMARY

In this article touched upon some manifestation and formation of the music fanatism in the interpersonal communication process. It is paid attention on the differentiate of music dependence on gender, that is, in different it is showed in the different ways on men and women. Particularly emphasized idol -fan relations. As well as it is investigated schematic description forms of the music fanatism in interpersonal relations on socio-psychological perspective and the causes of the inclination for music fanatism on someone.

Go Back

OYUN VƏ UŞAQ

11-01-2015

1.Xülasə

Bu araşdırmada siz oyun və oyunun növləri,oyunun mədəniyyətə təsiri haqqında məlumat alacaqsınız.Həmçinin bu yazıda bir çox tanınmış alimin oyuna olan münasibəti və oyunun uşağın həyatına təsiri haqqındakı fikirlərini də dərindən mənimsəməyinizə çalışılıb.Piagetin,oyuna olan münasibətinə geniş yer verilib. Uşağın xəyal dünyasında oyun vasitəsilə körpü qurarlar,inkişaf etdirərlər və böyüdərlər. Uşaq oyunları uşağın inkişafında,təhsilində və şəxsiyyətinin inkişafında əsaslı yer tutur.Uşaq lazımlı olan davranışı, bilgi ve bacarıqlarını oyun içərisində öz- özlüyündən öyrənir.Uşağın şəxsiyyəti oyun içərisində daha da ortaya çıxır və inkişaf edir.Oyun fiziki,sosyal,zehni psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Açar sözlər: Oyun,Oyunun tərifi, oyunun uşağın fiziki və psixomotor inkişafına təsiri, Jean Piaget oyun
haqqında teoremi, Növləri, Mədəniyyət və oyun.

 

2. Oyun

2.1 Oyunun tərifi

Oyunun nə olduğu haqqında keçmiş zamanlardan bir çox məqamlara toxunulmuşdur. Bütün bu məsələlər arasında ən önəmli ortaq nöqtə odurki oyun uşağın həyatında çox vacib bir rol oynayır. Oyun haqqında bir çox deyilənlər var. Oyun daxili olaraq nəzərə çarpan müəyyən bir məqsədi olmayan yetişkinlər tərəfindən deyil də, uşağın göstərdiyi qanunlara bağlı olaraq özündən inkişaf edən zövq ünsürü daşıyan davranışlarda ortaya çıxan bir çağırışımdır.Piagete görə oyun bir uyğunlaşmadır.2 Grossa göre oyun bir praktikadır. Gələcəkdə qarşılaşılabiləcək davranış formaları oyunla əldə edilir.Geniş adıyla oyun, müəyyən bir məqsədə istiqamətli olan ya da olmayan, qanuni ya da qanunsuz doğrulana bilən fəqət hər vəziyyətdə uşağın istəyərək və bəyənərək yer aldığı fiziki, zehni, dil, emosional və sosyal inkişafa təməl olan həqiqi həyatın bir parçası və uşaq üçün ən aktiv öyrənmə müddətidir. 4

2.2 Oyunun usagin fiziki ve psixomotor inkisafina təsiri

Oyun müddətində uşağın bütün bədəni hərəkət edir.Oyun zamanı uşağın bütün böyük və kiçik əzələləri sıxılma, rahatlanma,davamlı işləmək halındadır.Hərəkətli oyunlarda qan dövranı aktivləşir,ürək döyüntülərinin sayı aktivliyi artır nəfəs almaq aktivliyi isə normanın üstüne çıxır.5 Bunun müqabilində qana bol oksigen keçir, qan axışı yolu ilə toxumalara daha çox oksigen və qida çatır. Bədən oyun sırasında tərliyir və zərərli maddələr xaric olunur tər vasitəsilə.Oyun başlıca psixomotor bacarıqlar olan güc, surət, diqqət, koordinasiya və elastikliyin inkişafı üçün ideal bir vasitədir.Oyunda hərəkətlərin davamlılığı və təkrarı bədənin performansını artırır.Diqqəti və yaddaşı güclənir.Davamlı olaraq etdiyi hərəkətlər bədəninin elastikliyini artırır və daha sağlam olmasına gətirib çıxarır.Bundan başqa oyun usağın emosional, dil öyrənmə və başqa bacarıqlarını inkişaf etdirməsində böyük rol oynayır. Kompyuter oyunları da oyun oynamada xüsusi yer tutur.

2.3 Jean Piagetin oyun haqqında teoremi

Piagetin oyun teoremi koqnitiv inkişafına söykənir.Oyunu sturuktual olaraq ələ alan Piagete görə oyun,insan davranışında tapılan və uşağın koqnitiv inkişafını dəstəkləyən bir ünsürdür.Piaget oyunu 3 mərhələdə araşdırıb izah edir. Bu mərhələlər alışdırmalı oyun,simvolik oyun,qanunu oyundur. 6

1) Alışdırmalı oyun (0-2 yaş)

Bu mərhələdə motor fəaliyyətlər,ən öndə olan xüsusiyyətidir.Əmmək,əlləri açıb bağlamaq və digər bədənsəl fəaliyyətlər motor fəaliyyetləridir.Bu fəaliyyətlər,uşaq üçün hardasa bir oyundur və bu bədənsəl fəaliyyətlərin doydurulması təkrarlanmasına səbəb olur.4 aylıq olarkən yaxınında olan bütün obyektləri tutur, yellədir, atır.Alışdırma oyunlarında uşaq nələr edə bildiyini isbatlayır.Etdiklərindən zövq alır və bu hərəkətləri təkrarlayır.

2) Simvolik oyun (2-7 yaş)

Simvolik oyun təmsili düşünmənin əsasını təşkil edir.Bu dönəmdə həqiqətdə olan vacib hadisələri oyunda istifadə edir,ancaq oyunda həqiqətə uyğunlaşma zəruriliyi olmadığından hadisələr dəyişiklikliyə uğrayaraq oyuna yansıya bilir.Uşaq oyunlarındakı simvollaşdırma iki formada görülür.

a) Bir fəaliyyətin bir obyektdən digərinə keçirilməsi.Məsələn yemək fəaliyyətini körpəsinə yemək verməkdə tətbiqi,sopanı at yerində istifadə edilməsi,qazan qapağının rol olaraq istifadə edilməsi,telefon istifadə edirmiş kimi davranması.

b)Uşağın başqa birinin rolunu üzərinə götürməsi.Məsələn avtobus şoferi,həkim,ana,ata kimi rolları icra etməsi.Simvolik oyun müddətində,əsaslıca da 2-4 yaş müddətində xəyalı insanları qatdıqları oyunlar oynandığı da göz önüne alınıb.Misal üçün bacı-qardaş istəyən biri xəyali birini,yaxud da öz günahlarını boynuna atmaq üçün xəyali bir dost yaratması da nəzərdən qaçmır.Simvollaşdırma bacarığı yaş artdıqca inkişaf edir.Uşağın oyunda koqnitiv bacarıqlarda göstərdiyi fəaliyyəti nəticəsində zehni daha məntiqli düşünməyə başlayır.

3) Qanunu oyun (7-12 yaş)

Bu mərhələnin daha irəli bir koqnitiv fəaliyyətinin lazımı olduğunu Piagete görə məntiqli düşünmə,uşaqların yalnızca obyektlərlə maraqlanmaları da olmaz.Məntiqli düşünmə,uşaqların digər uşaqlarla oynamasında daha da inkişaf edir.Qanunu oyun mərhələsində davam etməkde olan drammatik oyunlarda qanunlar var.Həqiqi ayrıntılara diqqət edilməkdədir.Bu mərhələdə,oyunun qanunları və qanunlara riayət etməyənlərə veriləcək cəza böyük önəm daşıyır.Oyunda qanunlara tabe olaraq sosyal normalara uyğun davranmağa da başlayır.11-12 yaş ərəfəsindən sonra yeniyetməlik və yetişkilikdə də qanunlu oyun əsasları görülür.7

2.4 Oyunun növləri

Oyun növlərini qrupda araşdırmaq olar. Xarakterinə görə oyunun növləri:

  • Funksiyon oyunları
  • Xəyal oyunları
  • Qrup Oyunları


Funksiyon oyunlari
Uşağın ilk hərəkətləri,koqnitiv və kontrolsuz olur.Uşağın şüursuz etdiyi bu hərəkətlər,onun gələcəkdə etdiyi yerimə,qaçma,tullanma tutmaq kimi təbii və şüurlu hərəkətləri edə bilməsi ve orqanlarını kontrol altına ala bilməsi üçün alışdırmaq xüsusiyyətindədir.Uşağın ilk şüursuz və sadə hərəkətləri onun üçün oyundur.Elə onun ilk hərəkətləri ilk alışdırmalar veya ilk funksiyon oyunları deyilir. Uşağın ilk hərəkətləri,həqiqi bir oyun xarakteri daşımır. 8

Xəyal oyunlari
Funksiyon oyunların müddəti qısa davam edir.Üç yaşından sonra,xəyal gücünə istinad edən oyunları oynamağı sevir.Oyuncaqları ilə danışır,onlarla canlıdırlaşmış kimi yanaşırlar.Qız uşaqları kuklalarını yatızdırır, dəcəllik etdiklərində cəzalandırırlar. Oğlan uşaqlari isə sopadan olan atlarına minirlər,polis olub cinayətkarları yaxalayırlar,kubiklərdən körpülər,yollar düzəldirlər.Uşaq bu cür oyunlarda özünü başqasının yerinə qoyur,gizli duyğu və düşüncələrini ortaya bu yola çıxardır.Balacalığını və gücsüzlüyünü belə oyunlar oynamaqla aradan qaldırır,çünki bu oyunlarda güclü insanı özü oynayır.Burada əsas olan oyuncağı tam həyatdakına bənzətmək deyil önəmli olan odurki uşağın xəyal gücünü genişləndirəsən.Misal üçün stulları düzüb onlardan qatar düzəltmək olar və uşaq özünü bu qatarla istədiyi yerə apara bilər təbiiki xəyal gücünün köməyi ilə. 9

Qrup oyunları
Uşaqların birlikdə oynadıqları oyunlara qrup oyunları deyilir.Uşaqların qrup oyunlarına yönəlmələri 5-6 yaşlarında başlayır.Artıq oyuncaqları ilə tək başına sıxılan uşaq ətrafı tanimağa insanlarla münasibətə başlayır.Qrup oyunlarında yaş və güc tərəfindən üstün olan uşaqlar oyunda lider olurlar.Bu qrup oyunlarında yaranan bir qanunauyğunluqdur.Qrup oyunlarında uşaqların diqqəti yayılmasın deyə oyun müddəti çox uzun olmamalıdır. 10


3.Mədəniyyət .Oyun və mədəniyyət arasında təsir. 

Hər cəmiyyətin özünə uyğun mədəniyyəti var.Mədəniyyət keçmişdən bu günə uzun bir yol keçmişdir.İnsanlar mədəniyyəti özləri yaradır və arxasınca ona tabe olurlar.Mədəniyyət insan həyatında güclü təsirə malikdir.Bunu nəzərə alaraq oyuna da təsirindən danışmaq mümkündür.Hər cəmiyyət uşağa körpəliyindən gələcəyi kimi baxır və uşaqların hər formada inkişafında öz mədəniyyətlərini geniş şəkildə təbliğ edirlər.Oyunların öyrədilməsində mental dəyərlər xüsusi yer tutur. Buna misal göstərə bilərik,məsələn Azərbaycanda və bir çox ölkələrdə hansıkı daim kişi və qadın fərqi geniş şəkildə əks olunur orada seçilən oyuncaqlarda belə deyilir ki kukla ilə qız,maşın ilə oğlan oynamalıdır və başqa bunun kimi göstəricilər.Mədəniyyət hər anlayış kimi oyuna da böyük təsir göstərir.Uşaq oyunu mədəniyyətdən mədəniyyətə fərqlidir.Hətta mədəniyyətlərdə oyuncaqlar belə fərqli istehsal olunur.11 Həmçinin oyun bir xalqın mədəniyyətini öyrənmək üçün ən əsas vasitədir.Oyun fərqli mədəniyyətlərin əsasını təşkil edir.Qərb uşaqları daha çox qrup və sosial oyunlar oynayırlar,Şərqdəkilər isə daha çox azad oyunları oynayırlar.Korean-Amerikan uşaqları,Anglo-Amerikan uşaqlarından daha az oyun oynayan və daha az sosial görünürlər.İnsan həyatı heçnədən asılı olmadan mədəniyyətinə tabedir.

 

 

Conclusion

Nəticədə onu deyə bilərəm ki,oyun uşağın boş vaxtlarını doldurmaq üçün vasitə olaraq görülməməlidir.Bəzi yetişkinlərin oyunu bu formada düşündükləri nəzərə çarpır. Halbuki oyun həqiqi və vacib bir təhsil vasitəsidir. Oyun uşağın xəyal gücünü, yaradıcılığını inkişaf etdirir, insan münasibətlərini, köməkləşmə aktivasiyasını artırır. Uşağa məcburi öyrədilən çox sayda qayda oyun sırasında daha asand yolla öyrədilə bilər.Qısacası oyun insanın özünü göstərə bildiyi ən asand yoldur və təhsilin bir parçasıdır.Düşünürəm ki , uşaqlarla erkən yaşlarından oynanılan oyun yaradıcı və intellektual olmalıdır.Oyunda yüksək dərəcəli qadağalar olmamalıdır çünki yüksək dərəcəli qadağalar oyunun qeyri düzgün şəkildə mənimsənilməyinə bilavasitə gətirib çıxara bilər.Mədəniyyətlər nə qədər fərqli olsa da insan dediyimiz varlıq hamısı eynidir ve hamısı ilə eyni münasibət qurulmalı erkən yaşlarından bütün mədəniyyətə sahib dövlətlərdə uşaqla uşaq kimi davranılmalı ve diqqət qayği göstərilməlidir.Bu nəticəyə gəldimki uşaqlar lap uşaq yaşlarından düzgün yolla  düzgün oyunlara istiqamətləndirilməli ve oyun növləri düzgün seçilməlidir.Hətta qüsurlu uşaqlar belə oyun üçün cəlb olunmalıdır və onlara uyğun formada tedris olunmalıdır nə də olsa fərqi yoxdur qüsurlu yaxud sağlam uşaqların hamısı çox dəyərlidir. Sonda yazımı Piajetin gözəl bir sözü ilə bitirmək istəyirəm “ Oyun uşagın ən önəmli işidir”.

 

Qeydlər

1.Prof.DR.Haluk Yavuzer (Anne baba tutumlari sh.10)

2 .Doc.DR Halil Eksi ( Anne baba tutumlari sh.15)

3. http://www.atasozleri.gen.tr/ilgili/oyun/

4.Diane E.Papalia,Sally Wendkos Olds,Ruth Duskin Feldman -A child’s world: Infancy through adolescence 8th editionMcGraw

5.Hill; Çocuklarla Doğru İletişim sh.5 Sabiha Paktuna Keskin (#99483221)

6 .Prof.Dr.Ozcan Koknel

7.Çocuk Gelişimi - Laura E. Berk - İmge (#99188837)

8.http://search.yahoo.com/search;_ylt=A0oG7iTpKslSpn0A.C1XNyoA;_ylc

9.http://childdevelopmentinfo.com/child-development/play-work-of-children/pl1

10.Psikolog Yasemin Yalçın Aktosun

11.http://educ350-shima.blogspot.com/2010/11/culture-and-childrens-play.html

 

References :

Aral N., Kandır A., Yaşar M.C.: Okul Öncesi E-ğitim ve Okul Öncesi Eğitim Programı. Gelişti-rilmiş
2.Baskı, Ya-Pa Yayın Pazarlama, s.89, İstanbul 2002.

Özer D.S., Özer K.: Çocuklarda Motor Gelişim. Kazancı Kitap Tic. A.Ş., s.12, İstanbul 2000.
. Sel R.: Okulöncesi Çocuklarına Oyunlar-Rond-lar. Ya-Pa Yayın Pazarlama, s.9, İstanbul 2000

Diane E.Papalia,Sally Wendkos Olds,Ruth Duskin Feldman -A child’s world: Infancy through
adolescence 8th edition-McGraw -Hill;

http://www.hepcocuk.com/kitap-135805-cocuk-gelisimi.html

http://mimesis-dergi.org/2011/05/oyunun-tanimi-ve-toplum-yasantisindaki-yeri/

 

Aygül Rüstəmova

Xəzər Universiteti, Psixologiya, 4cu kurs


Go Back

AİLƏDƏ KONFLİKTLƏR VƏ ONLARIN TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ

11-01-2015

 AİLƏDƏ KONFLİKTLƏR VƏ ONLARIN

TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ

 

Piriyeva Elnarə Abbas qızı

Psixologiya üzrə fəlsəfə doktoru,

Həmidova Bəhiyyə İlham qızı

BDU-nun III kurs magistrantı

 

Açar sözlər: ailə institutu, ailədaxili münasibətlər, ailədaxili münaqişələr,

psixoloji iqlim, sosial rollar.

Ключевые слова: институт семьи, внутрисемейные отношения, внутрисемейные конфликты, психологический климат, социальные роли.

Keywords: institution of the family, family relations, conflicts within the family, psychological climate, social roles.

 Son dövrlərdə sosial psixologiyada ailədaxili münaqişə probleminə xüsisi diqqət yetirilir. Ailə üzvləri arasında münaqişənin olması təbii hal kimi qəbul edilir. Yəni ailə həyatı nə qədər xoşbəxt olsa da münaqişə onun tərkib hissələrindən biri olur. Çunki istənilən ailədə müəyyən maraqların, fikir və mülahizələrin toqquşması üçün bəhanə tapılır, başqa sözlə desek, ailə üzvlərinin bir-birinə qarşı durması üçün zəmin olur. Məhz həmin zəmində ailə üzvləri arasında münaqişələrin xarakteri, təzahürləri bir-birindən fərqlənir. Ailə canlı təsisatdır, onun görünən və görünməyən tərəfləri vardır. Təbii ki, ailələr eyni cür olmur. Bəziləri sülh və qarşılıqlı razılıq şəraitində yaşasa da, bəziləri ailə həyatının ilk günlərindən ziddiyyətlərlə qarşılaşırlar, nəticədə isə qarşısıalınmaz çətinliklərlə üzləşırlər. Müxtəlif məsələlərdə qarşılıqlı anlaşmanın olmaması ya nigahın dağılmasına, ya evliliyin xoşbəxt olmamasına gətirib çıxarır.

Ailədə qarşılıqlı münasibətləri nə qədər dərindən öyrənsələr də konfliktsiz ailələrin mövcudluğunun qeyri-mümkünlüyünə bir o qədər əmin olurlar. Psixologiya konflikt dedikdə, zidd məqsədlərin, maraqların, motivlərin, mövqelərin, fikirlərin, meyarların ünsiyyət prosesində bir-birinə qarşı durması başa düşülür. Konfliktlət aşkar və gizli olur. Aşkar konfliklər mübahisə, davadalaş şəklində olur. Gizli konfikrlər isə aydın təzahürə malik olmayıb daxili narazılığı bildirir və onlar münasibətlərə aşkar münaqişələrdən daha çox təsir edir. Konfiktli situasiyalar ailənin inkişafının müxtəlif mərhələləri üçün spesifikdir. Bu, xüsusilə uyğunlaşma dövründə olur. Eyni zamanda münaqişələr konstruktiv (arzuolunan və ailənin inkişafı üçün lazımlı) və destruktiv (adaptasiya prosesinə mane olan) olur .

Destruktiv ailədaxili konfiktlər o zaman meydana gəlir ki, tərəflərdən biri əxlaqi cəhətdən rəva görülməyən mübarizə üsullarına əl atır, çalışır ki, qarşı tərəfi psixoloji cəhətdən əzsin, sıxışdırsın, onu başqalarının gözü qarşısında nüfuzdan salsın. Adətən, belə münasibət, mübarizə üsulu qarşı tərəfdə kəskin müqavimət yaradır. Bu zaman isə ziddiyyətin həlli çətinləşir və ailədaxili münasibətlər pozulur.

Ailədaxili konfiktlər yalnız o zaman konstruktiv ola bilər ki, mübahisə edən tərəflər etika normalarını gözləyir, ədəb qaydalarından, ailə münasibətləri çərçivəsindən kənara çıxmırlar. Konstruktiv münaqişələr sosial-psixoloji proselərin strukturuna, dinamikası və məhsuldarlığına, ailə üzvlərinin özünütəkmilləşdirməsinə və özünü inkişafına müsbət təsir göstərir.

Konstruktivdən fərqli olaraq destruktiv münaqişələr mövcud rəftar və davranış normalarını dağıdır, konflikt situasiyanı daha da dərinləşdirir. Bu münaqişənin iştirakçıları öz vaxt və strategiyalarını bir-birlərinə nəzarət etməyə, müqavimət göstərməyə sərf edirlər.

 Ailədaxili konfiktlərin müxtəlif cəhətləri və təzahürləri vardır. Sosioloqlar, demoqraflar ailədaxili münaqişələri daha çox nigahın davamlılığı nöqteyi – nəzərindən araşdırırlar. Başqa sözlə, nigaın davamlılığı ilə ər-arvad arasındakı konfliktlilik eyni bir problemin iki əsas cəhəti və ya qütbüdür. Buna görə də ailə münasibətlərindəki konfiktlərin mühüm təzahürü kimi nigahın möhkəmliliyinin araşdırılması istər sosioloji, istərsə də sosial-psixoloji tədqiqatlarda mühüm yer tutur. Çünki nigahın möhkəmliyi bir sıra sosialpsixoloji amillərlə şərtənir. Bu cəhətdən T.Şibutani də xüsusi olaraq qeyd etmişdir ki, “nigahda insanın mühüm sosial tələbatlarından biri – məhəbbət tələbatı, öz şəxsiyyətinin təkrarolunmazlığına, əhəmiyyətliliyinə, unikallığına, qiymətliliyinə inam tələbatı təmin olunmalıdır”. Burada öz “Mən”ini dərk edən sosial varlıq kimi insanın çox mühüm bir sosial tələbatı ətraf adamlar tərəfindən dərk edilib, düzgün qiymətləndirilmək tələbatı ödənilməlidir. Yəni özünü dərk edən hər bir ailə üzvü ailə içərisində belə öz sosial mövqeyini qoruyub saxlamağa can atır. Təsadüfi deyildir ki, öz valideynlərinə dərin hörmət bəsləyən övlad belə, bəzən başqa adamların, hətta digər ailə üzvlərinin yanında belə onun ləyaqətinə toxunan, şəxsiyyətini təhqir edən iradlara dözə bilmir, asilik edir, valideynlərinə qarşı kobudluq etməkdən çəkinmir. Buraya onun emosional haləti ilə yanaşı hansı əhatədə olarkən ona irad tutulması faktı mühüm rol oynayır. Bunun nəticəsində də ailə üzvlərinin özünəhörmət hissi onlara başqa adamların yanında tutulan iradlara xüsusi emosional reaksiyalarla cavab verməsinə gəətirib çıxarır.

Ümumiyyətlə, ailədaxili münaqişələrdən danışarkən uşaqlarla valideynlər arasındakı münaqişələri xüsusilə qeyd etmək lazımdır. Valideyn və uşaqlar arasında olan münaqişələr gündəlik həyatımızda ən geniş yayılmış münaqişələrdən biridir. Bu məsələ müəyyən dərəcədə mütəxəssislərin – psixoloq və pedaqoqların diqqətini cəlb etmişdir.

 Ailə üzvləri arasında münasibətlərin pozulmasına ailə üzvlərinin tələbatlarının ödənilib ödənilməməsi məsələsinin də təsiri vardır. Burada onu qeyd etmək lazımdır ki, ailə üzvlərinin maddi (mənzil, yemək-içmək, geyim və s.) tələbatları ilə yanaşı mənəvi sosial tələbatlarının – hörmət və nəvazişə, emosional istiiyə, şəxsi ləyaqətinin təsdiqinə, öz şəxsiyyətinin vacibliyi və gərəkliliyini dırk etmək, ünsiyyət tələbatı, qarşılıqlı anlaşmaya və ehtirama və s. olan tələbatları da ödənilməlidir. Yəni insanın ailədə belə sosial-psixoloji tələbatlarının ödənilməsi onun mənəvi rahatlığını təmin edir, ailə münasibətlərinin tənzimi üçün ciddi əhəmiyyət kəsb edir. Bunların hamısı ailə münasibətlərində təməl və ya istinad tələbatları hesab olunur. Belə təməl tələbatlarının ödənilməməsi şəxsiyyətin psixoloji dözümlülüyünə xələl gətirir, narahatlıq duyğusu törədir, nəticədə ailə həyatından narazılıq hissi yaradır.

Təsadüfi deyildir ki, V.A.Sisenko tələbat nəzəriyyəsindən çıxış edərək münaqişələrin müxtəlif məzmun və formasına görə maraqlı təsnifatını verərək həmin amillərdən asılı olaraq ailə münaqişələrinin 3 qrupunu ayırd edir:

1. Ailədə əmək bölgüsünün düzgün aparılmamasından törəyən konfliktlər, yəni ailə üzvlərinin öz hüquq və vəzifələrinin müxtəlif şəkildə başa düşülməsindən, bu və ya digər ailə üzvünün ev əməyinə, özünəxidmətə lazımınca cəlb olunmamasından irəli gələn ziddiyyətlər.

2. Ailə üzvlərindən kiminsə hər hansı tələbatlarının xroniki olaraq uzun müddət ödənilməməsindən törəyən konfliktlər. Buraya maddi və mənəvi tələbatlarla yanaşı bioloji tələbatlar da daxildir.

3. Ailə üzvlərinin tərbiyəsində, xarakterində. əxlaqi tərəqqisində nəzərəçarpan çatışmazlıqdan törəyən konfliktlər.

V.A.Sisenkonun fikrincə şəxiyyətin bu və ya digər tələbatlarını ödəmək imkanının olmaması qeyri-adi situasiya yaradaraq insanda mənfi hisslər doğurur, sosial və psixoloji narahatlıq, məhrumiyyətlilik yaradır. Tələbatların ödənilməməsi insanda aqressivlik, qəddarlıq kimi mənfi keyfiyyətlərin yaranmasına da gətirib çıxarır.

Ailədaxili münaqişələr qlobal problemdir, ona görə də ona təsir edən amillər həddən artıq çoxdur, həm də hər bir təsiredici amil hər yerdə və hər zaman eyni nəticəni vermir, buna görə də daha daha çox amillər kompleksindən və onun başlıca nəticələrindən, yəni əsas təzahürlərindən danışılmalıdır. Məlumdur ki, əslində ailə cəmiyyətin əsas nüvəsini təşkil edir. Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək axlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışır. Ailə münasibətlərinin tənzimi üçün müxtəlif qanunvericilik aktlarından istifadə olunur. Hətta həmin qanunvericilik aktlarında hər bir ailə üzvünün hüquq və vəzifələri də əks etdirilmişdir. Əlbəttə, ailə münasibətlərinin bütün çalarlarını qanunlarla tənzim etmək mümkün deyildir. Sanki hər bir ailənin də öz daxili, yalnız özünəməxsus qayda və qanunları vardır. Çox zaman onlar ümumi ictimai qayda və qanunlara o qədər də uyğun gəlmirç öz məxsusiliyini qoruyub saxlayır. Bu həm də onunla əlaqədardır ki, hər bir xalqın, hətta hər bir ailənin özünəməxsus ideal ailə təsəvvürü olur. Bu təsəvvürlər bir sıra hallarda reallıqla uyğun gəlmir ki, bu da təbiidir.

Ailə inkişaf etdikcə ailə münasibətləri də mürəkkəbləşir, çoxsahəli, çoxplanlı olur, həmin münasibətlər sisteminin müxtəlif təzahürləri meydana çıxır. Ailə münasibətlərinin müxtəlif təzahürləri içərisində ailədaxili münaqişələr özünəməxsus yer tutur və yeni məzmun və xarakter kəsb edir. Ailədaxili münaqişələrin təzahür sahələrinə uşaqlar, ailə üzvləri, yaxın qohumlar və dostlar, cəmiyyət aid edilir. Halbuki normal ailə şəraitində boya-başa çatan uşaqlarda yüksək əxlaqi keyfiyyətlər, insansevərlik, mənəvi mədəniyyət daha asanlıqla təşəkkül edə bilir. Münaqişəli ailələrdə isə uşaqlarda insan münasibətlərinin pis nümunələrini nümayiş etdirirlər. Belə bir mənfiliklər uşaqların şəxsi tərbiyəsində möhkəmlənə bilir, başqa insanlarla rəftat və davranış qaydaları üçün meyar ola bilir.

Ailədaxili münaqişələrin mənfi sosial nəticələri bütün ailə üzvlərində hiss olunur. Ailədə münaqişənin kəskinliyi nəinki uşaqlara, eyni zamanda ərarvada, ata-anaya, gəlin və qaynanaya, baldız və gəlinə, qardaş və bacılara da xüsusilə mənfi təsir göstərir. Bu halda ailədə parçalanma baş verir, onun ən ağır nəticəsi isə ailədə boşanma hallarının baş verməsində özünü büruzə verir. Ailədaxili münaqişələrin təzahür forması kimi özünü göstərən boşanma halına çox vaxt böhrandan çıxış yolu kimi baxırlar. Boşanmanın səbəblərini araşdıran rus müəlliflərindən olan L.V.Çuyko boşanmaya səbəb olan aşağıdakı motivləri xüsusi olaraq qey edirlər:

1. Ər və ya arvadın alkoqolizmə meyl etməsi.

2. Ailədə xəyanət.

3. Başqa şəxslərin müdaxiləsi.

4. Nigahın saxtalığı.

Müəllifin sadaladığı motivləri bizim respublikamıza aid etmək zənnimizcə düzgün olmazdı çünki sadalanan motivlərdən bəziləri bizim milli əxlaqi dəyərlərə istinad edən ailə münasibətləri üçün tamamilə yaddır. Bu onu göstərir ki, ailə münasibətlərinə etnik-psixoloji amillər də ciddi təsir göstərir. Psixoloji tədqiqatlardan məlumdur ki, istər ailə münaqişələri, istərsə də hər hansı bir münaqişə 3 səviyyədə təzahür edir: insanın rəftar və davranışında, emosional sferasında və koqnitiv (yəni idrak fəaliyyətində) səviyyədə.

Konflikt şəraiti insanda emosional böhran halətləri yaratmaqla yanaşı rəftar və davranışın tənziminə, idrak fəaliyyətinin intensivliyi və məhsuldarlığına mənfi təsir göstərir. Ona görə də belə gümün etmək olmaz ki, ailədaxili münaqişlərdə iştirak edən bu və ya digər tərəf udur, qazanır, digər tərəf isə yalnız uduzur və ya itirir. Əslində isə ziyan hər iki tərəfə dəyir. Burada söhbət hansı tərəfin çox əzab çəkməsindən (emosional səviyyədə), yaxud özünü itirməsindən (rəftar və davranış səviyyəsində), hadisələri adekvat qiymətləndirə bilməməsindən (qnostik səviyyədə) gedə bilər. Əslində münaqişə iştirakçılarının hamısı bu və ya digər mənəvi və psixoloji əzaba düçar olur.

Deməli, ailədaxili münaqişələr bütün ailə üzvlərinə təsir etməklə yanaşı, yaxın qohum və dostlara, son nəticədə isə ümumən cəmiyyətə mənfi təsir göstərir. Ona görə də həmin təsirləri və mənfi nəticələri təfsilatı ilə şərh etmədən əsas məsələnin həmin münaqişələrin vaxtında düzgün təhlil edilməsi, onları doğuran səbəb və nəticələrin dəqiq müəyyənləşdirilməsi və aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasındadır.

 Ədəbiyyat:

1. Bаyrаmоv Ə.S. Еtnik psiхоlоgiyа məsələləri. Bаkı: Еlm və həyаt, 1996, 202s.

2. Əlizаdə Ə.Ə. Uşаq və yеniyеtmələrin cinsi tərbiyəsi. Bаkı

 

İstinad:SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR PROBLEMLƏRİ” - ELMİ ƏSƏRLƏR TOPLUSU, BURAXILIŞ № 10, BAKI – 2013

 

 

Go Back