Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Elmi araşdırma"

ERİX FROMM (1900-1980)

Erix Fromm görkəmli alman sosioloqu, filosofu, sosial psixoloqu, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi və neofreydizmin yaradıcılarından biridir. O, Almaniyanın Frankfurt na-Mayne şəhərində ortodoksal yəhudi ailəsində anadan olmuşdur. Erix Fromm 1925-ci ildə psixoanalitik hazırlığını başa çatdıraraq praktik psixoanalitik kimi fəaliyyətə başlamışdır. 
Hələ 12 yaşında olarkən, atasının ölümündən dərhal sonra intihar etmiş gənc rəssam qızın həyatı və onun atasının yanında dəfn edilməsi vəsiyyəti Erix Frommda dərin təəssürat yaratmışdır. O, anlaya bilmirdi ki, atası gənc rəssam qıza necə güclü təsir göstərmişdir ki, həmin qız həyat sevincini yaşamaqdan imtina edərək intihar yolunu seçmişdir. I Dünya Müharibəsi illərində baş verən hadisələr insanların bir-birinə nifrəti, millətçilik hisslərinin güclənməsi onu insanların bir-birini öldürməsinin səbəblərini öyrənməyə istiqamətləndirmişdir. Sonralar Erix Fromm Freydin psixoanalizi ilə yaxından tanış olmuş, lakin onun bioloji baxışlarını qəbul etməmiş və “Humanistik psixoanaliz” adlanan öz təlimini yaratmışdır. O, yazırdı ki, insanın inkişafının mühüm amillərindən biri onun ikili təbiətindən irəli gələn ziddiyyətlərlə bağlıdır. İnsan təbiətin bir hissəsidir. Onun qanunlarına tabedir, eyni zamanda düşüncəyə malik olan subyekt və sosial varlıqıdr. Bu ziddiyyəti o, “ekzistensial dixotomiya” adlandırmışdı. O, yazırdı ki, heyvanlarda yaşamağa kömək edən güclü instinktlər, insanlarda isə qərar qəbul etməyə imkan verən şüur mövcuddur. 
1941-ci ildə yazdığı “Azadlıqdan qaçış” adlı əsərində azadlığı “neqativ azadlıq” və “müsbət azadlıq” – deyə iki yerə ayırmışdır. O, həmçinin bu əsərdə “sosial xarakter” anlayışını elmi dövriyyəyə gətirmişdir. Psixoloqun özünə görə, “sosial xarakter” anlayışı ictimai proseslərin anlaşılması üçün açardır. 
Erix Fromm sonuncu “Freydin nəzəriyyəsinin böyüklüyü və məhdudluğu” adlı əsərində yazmışdır: “Freyd dahi ideyalar irəli sürmüşdür. Onun təfəkkürü paradiqmal təsirə malik olmuş, yəni insanların şüurunda inqilab yaratmışdır. Lakin Freydin baxışları insanın sosial təbiətini kölgədə qoyur və onun mahiyyətini analitik düşüncə mövqeyindən tam izah edə bilmir.”

 
- Mənbə: N.Z. Çələbiyev. Dünyanın məhşur və tanınmış psixoloqları. Bakı-2017. Səh: 123-126.

 Hazırladı : Sevinc Abuşova.
 

Go Back

Anna Freyd kimdir? - elmi araşdırma

                       

Əgər 19-cu əsrin ortalarında Freyberq əhalisindən Freyd soyadı sizə kimi xatırladır deyə soruşsaydılar hamı dəri alış-verişi ilə məşqul şəxsin ailəsini göstərərdi.Cəmi yarım əsir sonra bu soyad demək olar ki,bütün dünyada psixiatr Freyd sayəsində məhşurlaşmışdır.Lakin az adama məlumdur ki,bu soyadın daha bir daşıyıcısı məşhur psixiatrın qizi Anna Freyddir.

Ziqmund və Marta Freydlərin  altı uşağından sonuncusu olan Anna 3 dekabr 1895-ci ildə anadan olmuşdur. Freyd cox işləyirdi. O ailəsinə vaxtı yalnız tətil günlərində ayıra bilirdi.Uşaqları bu anları qaçırtmamağa çalışırdılar.Freyd də onların problemlərinə qulaq asar, anlara kömək etməyə çalışardı.

1901-ci ildə Anna xüsusi məktəbə daxıl oldu. 2 il orada oxuduqdan sonra adi məktəbə gedməyə başladi.Təhsilində növbəti addım xüsusi litseyə qəbul olmasi oldu.Bundan sonra o pedaqoji təhsil ala bilərdi.Lakin ali məktəbə qəbul olmaq üçün bu kifayət  deyildi. O,gimnaziyanida bitirməli idi.

1911-ci ildə Annanin bacısı ailə qurur və evi tərk edir.16 yaşlı Anna iki seçim arasinda qalmışdı-Təhsilini davam etdirmək yoxsa bacısı kimi ailə qurmaq.Atasının məsləhəti ilə o hər şeyi dahada yaxşı fikirləşmək üçün səyahətə çıxır. 5 ay İtaliyada olduqdan sonra o öz təhsilini davam etdirmək qərarina gəlir.1914-cü ildə Anna imtahan verərək sonraki 5 ilini müəllimlik fəaliyyətinə həsr edir.

Freyd qızının karyerasının inkişafindan razi idi.Lakin vaxdının çoxunu toxuma işlərinə  sərf etməsini heç sevmirdi. Onu da qeyd edək ki,psixoanaliz toxumani cinsi həyatla da əlaqələndirir.Psixoanaliz haqqinda Anna ilk dəfə 13 yaşi olarkən atasi ilə gəzintidə eşitmişdir.Qızının həddindən artiq marağini görən Freyd ona öz mühazirələrində, psixoanalitiklər cəmiyyətinin iclasinda, eləcədə pasient qəbulundada  iştirak etməyə icazə verir.Bu 1918 ci ildən 1921 ci ilə qədər davam edir.Bu psixoanalitik etikanin kobud şəkildə pozulmasi olsada Freydin nüfuzu ona kiminsə açıq etiraz etməsinə mane olurdu.

1918-ci ildən Anna bütün Beynəlxalq psixoanalitik iclaslarda həmçinin Vyana psixoanalitiklər cəmiyyətinin iclasinda iştirak etməyə başlayir.Vyana psixoanalitiklər cəmiyyətinə üzv qəbul olunmaq üçün elmi iş lazim idi.Anna özünün ilk araşdirmalarına 1922-ci ildə başlamışdır.Onun pasienti 15 yaşlı qiz idi.Bu araşdırmalardan sonra o Vyana psixoanalitiklər cəmiyyətinə üzv qəbul olunur.1923-cü ildən o özü pasient qəbul etməyə başlamişdir. Eyni evin bir tərəfində atasi böyükləri, özü isə balaca pasientləri qəbul edirdi.

Profisional karyeraya başlamamışdan öncə onu bir çox çətinliklər gözləyirdi.Onu tibbi təhsili yox idi.Z.Freyd psixoanalizi tibbdən daha çox psixologiyaya bağlı elm kimi göstərirdi.Lakin əksər analitiklər həkim idi.Buna görədə onun tibbi təhsilinin olmamasını qüsur kimi görür və çox vaxt ona pasient göndərmirdilər.O öz araşdırmalarına tanışları və dostlarının uşaqları ilə başlamışdır.

Kiçik yaşlılarla işdə daha bir çətinlik yaranmışdı.Böyüklərdən fərqli olaraq onları öz problemləri maraqlandırmırdı.Onlari valıdeynləri çox vaxd məcbur gətirirdilər.Elə buradada Annanın pedaqoji təhsili köməyinə çatmişdir.O müxtəlif hekayələr danışır, onlara foks göstərir, hətta lazim gələrsə stulun altina girib oyun oynayırdi.

1923-cü ildə Anna təsadüfən atasının xərçəng xəstəliyinə tutulduğunu öyrənir.Öz vəziyyətini gizlədərək Z.Freyd əməliyyata girir,lakin tezliklə bu qanaxma ilə nəticələnir.Bundan sonra Anna atasının  sağlamlığına nəzarət etməyə başlayır.Onu sayəsində Freyd daha 16 il yaşayır və 31 əməliyyat keçirir.Anna nəinki atasının sağlamlığı ilə məşqul olur həmçinin onun işlərinidə öz üstünə götürərək beynəlxalq konqreslədə iştirak edir, mühazirələr deyir.

Otuzuncu illər təkcə psixoanalitik istiqamətə deyil ,eləcədə Z.Freydin ailəsinədə bir çox probləmlər gətirdi.Psixoanalitik cəmiyyət böyük maliyyə problemi yaşasada A.Freydin səyi nəticəsində öz həllini tapır. Elə həmin il o bu cəmiyyətin katibi olur.

Atasinin 80 illik yubileyinə Anna xüsusi hədiyyə hazırlamışdır ki bu da onun tərəfindən çox xoş qarşılanmışdır.1936-ci ildə-Mən və müdafiə maxanizmi adlI kitabI çap olunur.

 Bu illərdə AvropanIn üzərini nasizm buludlarI tutmuşdur.Almaniyada Hitlerin hakimiyyətə gəlməsindən sonra psixoanaliz qadağan edilmişdir.Freydin bir çox əlyazmaları yandırılmışdır.Yaxınlaşan təhlükəni hiss eden psixoanalitiklər Avstriyani tərk etməyə başlamışdılar.Yaşli və xəstə Freydə öz ölkəsini tərk etmək çətin idi.22 mart 1938-ci ildə Anna Freyd gestapaya çağrılmışdır.Hemin gün onun yaddaşinda ömrünün sonuna qədər qorxu yaradirdi.Bundan sonra o ölümün gözünə baxdığı torpaqlara bir də qayıtmaq istəmirdi.Yalnız 1971-ci ildə o çoxsayli xaişləri nəzərə alaraq Vyanaya gəlmiş və nə vaxtsa özünün yaşadığı ,o zaman isə muzey kimi istifadə olunan evlərinə də getmişdir.

 Fransız şəhzadəsi Mariya Bonapartın, həmçinin Amerikanın Avstriya və Fransa səfirlərinin köməkliyi ilə Z.Freyd həyat yoldaşı və qızı böyük məbləğdə ödəniş edildikdən sonra Almanlardan alınır.4 iyun 1938-ci ildə ailə Parisə oradanda İngiltərəryə gedir.

İngiltərərdə işləmək üçün icazəni Anna asandliqla ala bilmir.Müharibə qurtardiqdan sonra o öz gücünü əziyyət çəkmiş uşaqlara yardım etmək üçün sərf edir.1939-cu ildə Anna uüaq bağçasi açır.1945-ci ilə qədər burada 80-dən artiq  müxtəlif yaşlarda uşaqlar yaşayirdi.Anna özü uşaqlari yedizdirir, çimdirir, onlarla oynayırdı.

1945-ci ildə güclü agciyər soyuqlaması keçirdir və 10 ay xəstə yatir.Müharibənin sonunda o çoxlu sayda kimsəsiz uşaq qəbul edir.Anna uşaqları diqqətlə öyrənir və hər birinə fərqli metodla yanaşmağa çalişirdi.

1947-ci ildə Anna tərəfindən bu günə qədərdə öz fəaliyyətini davam etdirən və Avropanın ən yaxşı uşaq psixoanalitiklərini yetişdirən mərkəz yaradılmışdır.

1950-ci ildə Anna ilk dəfə ABŞ-a getmiş və Klark universitetində mühazirə demişdir.Bundan sonra o 12 dəfədə ABŞ-da olmuş və mühazirələrlə çıxış etmişdir.

1965-ci ildə o Uşaqlığın norma və patalogiyası adlı kitabı bitirir.

1982-ci ilə qədər o özü pasientlərlə psixoanaliz keçirirdi.Ona bir çox məhşurlar müraciət edirdilər.Bunlardan biri Merlin Manro idi ki, Anna ona –isterik depressiv şəxsiyyət ikiləşməsi diaqnozu qoymuşdur.

Anna Freyd uşağın normal inkişafı üçün dəyişən fazaları müəyyənləşdirmişdir.Uşaqlıqdakı adi çətinliklərdən ağır autistik pozuntuya qədər araşdırmış və onlarla işləmə metodlari təklif etmişdir.

1973-cü ildə A.Freyd Beynəlxalq psixoanalitiklər birliyinin prezidenti seçilir.Lakin o çox qocalmışdi və xəstəlik onu əldən salırdı.1976-cı ildə xəstəliklərinə anemiyada əlavə olunur.Əvvəlcə zaman-zaman sonra isə hər həftə ona qan köçürülməli idi ki, bir az hərəkət edə bilsin.Onun artiq 80-dən çox yaşı var idi ,lakin aktiv fəaliyyətıni davam etdirirdi.Onun devizi F.Nitşenin sözləri olmuşdur.-Nə ki məni sındırmır o məni güclü edir.

Anna Freyd 1982-ci il 8 oktyabrda vəfat etmişdir.

Onun əlyazmaları arasında belə bir cümləyə rast gəlinmişdi-Mən gənc olarkən öz xarici  görünüşümdən narazı idim, lakin özümü bu sözlərlə sakitləşdirirdim Müəyyən yaşdan sonra hər bir qadin elə gərünüşə sahib olurki hansina ki, laiqdir.Bu isə o deməkdir ki, bu görünüşü o özü özü üçün yaradir.

Turanə Rzayeva

Bakı Qızlar Universitetinin Sosial Psixologiya fakultəsinin tələbəsi

Narınc Könüllü Qrupunun üzvü

Go Back

Qurban Bayramının tarixi haqqında

Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Yəni İslama görə ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun biri Qurban bayramıdır. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramının mühümlüyü başa düşülsə də, çox vaxt qoyun və qoç kəsməklə məhdudlaşan Qurban Bayramının vaciblik dərəcəsini heç də hamı başa düşə bilmir. Molla Nəsrəddin demişkən, min illərdir qeyd olunan bu bayram elə bir qoyunun üstündəmi bərqərardır?

Bu suala ən yaxşı cavab Əli Şəriətinin “Həcc” kitabının “Qurbanlıq” bölümündə verilib. Qurban Bayramı sadəcə Allah yolunda heyvan kəsmək deyil. Qurban Bayramı Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur.

Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan,mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, lakin Allahın möcüzəsi ilə oradan saq çıxan Hz. İbrahim qoca yaşlarına qədər övlad sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmail adında oğlu olur. Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmaili qoca vaxtında ona verilmiş nemət hesab edir. Lakin hələ bilmir ki, İsmail, ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yaninda kiçik görünəcək.

İsmail böyüyüb cavan oğlan olur. Atasının fəxr yerinə çevrilir. Atası onun gələcəyi haqda nələr düşünür.. Və belə bir vaxtda, Allah təala Hz. İbrahimə vəhy göndərərək onun son sınağını elan edir – İsmail Allah yolunda qurban kəsilməlidir. Atanın nə hisslər keçirdiyini təsəvvür etmək doğurdan da çətindir. Şeytanın onu bu addımdan çəkindirməsi üçün nələrə əl atdığı da məlumdur. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq bu əmrdən imtina etməyə, İsmaili can sevgisi ilə şirnikləndirərək atasından onu qurban kəsməməyi tələb etməyə, İsmailin anası Hacəri də oğlunu İbrahimlə buraxmamağa çağırır. Lakin çox böyük dəyərlər – həyat və övlad məhəbbəti ilə Allah əmri arasında seçim zorunda qalan bu üç nəfərin heç biri ona tabe olmur və hamısı Allahın əmrinə boyun əyir.

Sınaq, Hz. İbrahim bıçağı İsmailin boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmailin əvəzinə qoç kəsməyi tapşırır.

Ömrü boyu dünyaya qiymət verməyən Hz. İbrahim, beləcə, bu dünyada ən sevdiyi yeganə nemət ilə - oğlu ilə imtahan olunur və Allah yolunda oğlundan da keçməyə hazır olduğunu nümayiş etdirir.

Hər birirmiz də beləyik. Bu dünyada nəyisə sevirik. Nə isə bizim üçün həyati əhəmiyyətə malikdir. Kim üçünsə pul, mal dövlət, kiməsə vəzifə, şöhrət, kim üçünsə başqa bir şey. Hərəmizin qəlbində bu dünyada sevdiyimiz bir və ya daha çox “İsmailimiz” var. Qurban Bayramı bizə həmin daxildəki “İsmaildən” Allah yolunda keçməyə hazır olmağı öyrədir. Hz. İbrahim özündən sonra gələn bütün İbrahimi dinlər ardıcıllarına, ilk növbədə isə bu dini ən kamil surətdə qoruduğumuzu iddia edən biz müsəlmanlara möhtəşəm bir dərs verib. Bu dərs - Allahın əmri olan yerdə, bu dünyaya bağlı hər bir şeydən, nə qədər dəyərli olursa olsun keçməyə hazır olmaq və keçmək dərsidir. Bu dərs imtahanın heç bir zaman qurtarmaması dərsidir, bu dərs Allaha ən ali yaxınlıq Günü(1) dərsidir. 

Məhz buna görə də Allah təala bu günü ilin digər günləri içindən seçərək iki böyük bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım gəlsə yaşaya bilməyi bizə tövsiyyə etmişdir. 

Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm.


(1)“Qurban” - ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və "(Allaha) ən yüksək dərəcədə yaxın olmaq” mənasını verir. 


Elçin Əsgərov
islam.az

Go Back

Hər kəsin oxumalı olduğu 10 kitab

Frans Kafka deyir ki, oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, onda onu niyə oxumalıyıq? 

Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur. 

Biz də bu günün Dünya Kitab Günü olmağından istifadə edib, redaktorlar arasında sorğu keçirdik. Soruşduq ki, sizcə hamının oxumalı olduğu 10 kitab hansıdır? 

APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı:

1. Ernest Hemenquey- "Qoca və dəniz" 
2. Cek London- "Həyat eşqi"
3. Teodor Drayzer- "Dahi" 
4. Umberto Eko- "Gülün adı" 
5. Murad Adji - "Qıpçaq çölünün yovşanı"
6. Elif Şafak -"Aşk"
7. Avesta
8. Ceyms Oldirç- " Diplomat"
9. “Kitabi-Dədə Qorqud” dastanı
10. Qurban Səid -“Əli və Nino”

Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, "İncil", "Tövrat", "Qurani Kərim"i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”. 

“Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir:

1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
2. Lev Tolstoy -“Anna Karenina”
3. Corc Oruell -"1984" 
4. İohan Volfqanq Höte- "Gənc Verterin iztirabları"
5. Ceyms Coys – “Ulysess”
6. Viktor Hüqo -“Səfillər”
7. Lev Tolstoy- “Baldan sonra” 
8. F.M. Dostoyevski -“İdiot”
9. Nizami Gəncəvi -“Xəmsə” 
10. Füzuli- “Leyli və Məcnun”

“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”.

1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim” 
2. Elif Şafak – “İskender”
3. Xalid Hüseyni – “Çərpələng uçuran” 
4. Xalid Hüseyni – “Min möhtəşəm günəş”
5. Etel Lilian Voyniç – “Ovod”
6. Bernhard Şlink – “Qiraətçi”
7. Viktor Hüqo – “Səfillər”
8. Paulo Koelyo – “On bir dəqiqə”
9. Nikolas Sparks – “Sevgili Con”
10. Orxan Kamal - “Yad qızı”


“Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var:

1. Homer - "İlliada” və “Odisseya" 
2. “Kitabi - Dədə Qorqud” dastanı 
3. Bokkaçio - "Dekameron" 
4. Migel de Servantes – “Don Kixot”
5. Conatan Svift - "Qulliverin səyahəti"
6. Viktor Hüqo -"Səfillər"
7. F.M. Dostoyevski - "Cinayət və cəza"
8. Lev Tolstoy - "Dirilmə"
9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları”
10. Milan Kundera - "Varlığın dözülməz yüngüllüyü"

“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki, 

1. Quran
2. Karl Marks- "Kapital"
3. "Qabusnamə" 
4. Çingiz Aytmatov -"Qiyamət" 
5. Qabriel Qarsia Markes"-100 ilin tənhalığı"
6. Tarle. "İnqilablar tarixi"
7. "Dinlər tarixi" 
8. "Ümumdünya tarixi"
("Dinlər tarixi" və "Ümumdünya tarixi" adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.)
9. Heminquey- "Qoca və dəniz" 
10. Məhəmmədhüseyn Şəhriyar- "Heydərbabaya salam"

“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur: 

1. İncil
2. Quran
3. Bhaqavat-Qita
4. Platon- "Dövlət"
5. Aristotel- "Politika"
6. Makiavelli- "Hökmdar"
7. Atatürk-"Nutuk"
8. Heredot- "Tarix"
9. Ömər Xəyyam-"Rübailər"
10. Mirzə Fətəli Axundov- "Kəmalüddövlə məktubları"

“Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır:

1. "Azərbaycan nağılları" 
2. Robert Luis Stevenson- “Dəfinələr adası”
3. Mayn Rid- “Başsız atlı”
4. Jül Vern- "Klodius Bombarnak" 
5. Onore de Balzak- "Şaqren dərisi"
6. Qoqol -“Viy”
7. Patrik Züskind- “Ətriyyatçı” 
8. Qulamrza Saedi- “Bəyal əzadarları”
9. Xuan Rulfo-“Pedro Paramo” 
10. “Kitabi Dədə Qorqud” dastanı 

Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”.

“Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur:

1. Xalid Hüseyni- “Çərpələng uçuran”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Ana və oğul Vaxtinlər-“Muhammed” 
4. Teodor Drayzer-“Dahi”
5. Əkrəm Əylislinin əsərləri
6. Nodar Dumbadzenin əsərləri 
7. Cek London- “Martin İden”
8. Quran-i Kərim
9. Ramiz Rövşənin şeirləri
10. Nizami Gəncəvinin əsərləri 

“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir:

1. Quran-i Kərim 
2. İncil
3. Tövrat
4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim”
5. Qustav le Bon- “Kütlə psixologiyası”
6. Çingiz Aytmatov- “Əsrə bərabər gün”
7. F.M.Dostoyevski- “Cinayət və cəza”
8. Viktor Hüqo- “Səfillər”
9. Qoqolun seçilmiş əsərləri 
10. Lermontovun seçilmiş əsərləri 

Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər. 

“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur:

1. Viktor Hüqo “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Mixail Bulqakov- “Master və Marqarita” 
4. Ziqmund Freyd- “Psixoanalizə giriş”
5. Ernest Heminquey- “Qoca və dəniz”
6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə”
7. Frans Kafka- “Çevrilmə” 
8. Nassim Nikolas Taleb-“Qara sona”
9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?”
10. Riçard Dokinz- “Allah illüziyası”

“Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir: 

1. V.Hüqo- “Səfillər” 
2. Onore de Balzak- "Qorio ata"
3. E. Voyniç- "Ovod"
4. Q.Markes- "Yüz ilin tənhalığı"
5. T.Drayzer- "Dahi"
6. C.London- "Martin İden"
7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır”
8. X.Hüseyn -"Çərpələng uçuran"
9. Dostoyevski- "Cinayət və Cəza"
10. Qoqol -"Ölü canlar"

Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur:

1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil 

Fatimə Kərimli

azvision.az

Go Back

Uşaqların inkişafını ləngidən 8 əşya! - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər.

Ailə və uşaq psixoloqu Olqa Kramareviç (Ольга Крамаревич) maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir:

1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir.

Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir.

Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir.

Xodunok. Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır.

Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır.

3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır!

İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur.

Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynuyursa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər.

Vib.az

 

 

Go Back

Enerji və Qidalanma

Özünüzü hər zaman yorğun hiss edirsinizsə, səhərlər yataqdan qalxmaq və iş yerində, məktəbdə, konsentrasiyanızı bərpa etmək bir problem halına gəlibsə, enerji verən qidaları daha tez-tez yeyərək bu halsızlıq vəziyyətini yüngülləşdirə bilərsiniz. Adətən, enerji verən qidalarla yüksək kalorili qidalar bir-birilə qarışdırılır amma bu ikisi bir-birindən tamamilə fərqlidir. Məsələn, özünüzü əldən düşmüş hiss etdiyiniz zaman 1500 kalorilik bir fast-food qamburger menyusu yemək enerjinizi yerinə gətirmir, əksinə qan şəkərinin dalğalanmasına səbəb olacağı üçün bir müddət sonra özünüzü daha da yorğun hiss edə bilərsiniz. Enerji verən qidalar, həzmi asan, vitamin və mineral baxımından zəngin, təbii və qida dəyəri yüksək qidalardır.

kahvalti

Günün başlanğıcında bədənin yeni günə adaptasiya ola bilməsi üçün mütləq səhər yeməyi yeməlisiniz.

Enerji üçün səhər yeməyi: Enerji və konsentrasiyanı artıran qidalar siyahısına keçməmişdən öncə yediyiniz qidalardan tam mənasıyla faydalana bilməyiniz üçün diqqət etməniz lazım olan bəzi şeylər haqqında qısaca məlumat verək.

Günün başlanğıcında bədənin yeni günə adaptasiya ola bilməsi üçün mütləq səhər yeməyi yeməlisiniz. Adətən vaxt olmadığından, ərincəklikdən səhər yeməyini yeməsəniz, ofisə və ya məktəbə çatdıqdan 2-3 saat sonra yorğunluq qaçınılmazdır. Bunun səbəbi qan şəkərinin düşməsi və maddələr mübadiləsinin yavaş işləməsidir. Araşdırmalar, nizamlı olaraq səhər yeməyi yeməyin günorta və axşam yeməklərinin daha yüngül keçirilərək çəki itirməyə kömək olduğunu söyləyirlər.Yəni həm enerji, həm də çəki kontrolu üçün səhər yeməyinə önəm verməlisiniz. Səhər yeməyinin sizi artıq çəki, şəkər və ürək xəstəlikərindən qoruya biləcəyini unutmayın.

Enerji üçün karbohidratlar: Sağlam qidalanma, səhər yeməyi ilə bərabər gün ərzində yediyiniz qidalarla da əlaqəlidir. Nizamlı bir qidalanma proqramına sadiq qala bilsəniz, enerjinizin zamanla yüksəldiyini və daha məhsuldar olduğunuzu görəcəksiniz. Xüsusilə, pəhriz saxlayanlar arasında pis bir şey olaraq bilinən karbohidratlar əslində enerji üçün yaxşı bir mənbədir. Bədənin enerjisinin mümkün olan ən yüksək səviyyəyə daşımaq üçün kompleks və sadə karbohidratları bir yerdə yeməlisiniz. Kompleks karbohidrat tərkibli qidalar (kartof, kök, tam taxıllar…) yavaş həzm olunur və toxluq hissini uzadır. Sadə karbohidrat tərkibli qidalar (bal, şəkərli meyvə və tərəvəzlər..) daha qısa müddətdə həzm olunur və qısa müddətdə daha çox enerji verirlər.Yəni gün içində özünüzü yorğun hiss edəndə, 1 ədəd banan yesəniz, 5-10 dəq. içində enerjiniz yerinə gələcək Ancaq sadə karbohidrat tərkibli qidaların verdiyi enerjinin qısa müddətli olduğunu unutmayın. Karbohidratdan uzun müddətli enerji ala bilmək üçün kompleks karbohidrat tərkibli qidalar qəbul etməlisiniz.

Karbohidrat mənbəyi olaraq yediyiniz qidalarda diqət etməli olduğunuz bir nüans daha var, karbohidratların tərkibində olan lifin miqdarı. Ağ çörək, ağ un, makaron kimi rəfinə edilmiş karbohidratlar çox az lif ehtiva etdiyindən həm bədənin həzm zamanı istifadə etdiyi enerjini artırır həm də qəbzliyə səbəb ola bilir. Buna görə də lif baxımından zəngin olan qidaları seçməlisiz.

Yeməklərdən aldığınız doymuş və trans yağları, zeytun yağı, badam, qoz, fındıq kimi çərəzlərlə, doymamış yağlarla dəyişdirərək sağlamlığınızı qoruya bilər və enerjinizi artıra bilərsiniz.

Enerji üçün yağ: Bu gün, yağ pis bir şey kimi bilinir və hardasa heç yağ yeməməli olduğumuza inanmağa başlayırıq. Bəli, pis yağlar xərçəng, ürək və damar xəstəlikləri və bəzi xroniki xəstəliklərin yolunu açır amma hər yağ pis deyil.Yeməklərdən aldığınız doymuş və trans yağları, zeytun yağı, badam, qoz, fındıq kimi çərəzlərlə, doymamış yağlarla dəyişdirərək sağlamlığınızı qoruya bilər və enerjinizi artıra bilərsiniz. Təbii ki, hər bir şeydə olduğu kimi, doymamış yağın da çoxu ziyandı.

Enerji üçün protein: Yağ və karbohidratlar bədənə enerji verə bilər amma sistemin bu enerjini doğru və balanslı şəkildə istifadə edə bilməsi üçün proteinə ehtiyacı var. Protein hüceyrə quruluşunu qoruyur, böyüməni təmin edir, vitaminlərin, hormonların transferinə və əzələ kütləsinin qorunmasına kömək edir. Ən yaxşı protein qaynaqlarına misal olaraq, mal əti, toyuq, balıq, yumurta, fındıq, südü göstərmək olar.

iStock_000010278535Small

Enerji molekullarının istehsal oluna bilməsi üçün kifayət qədər su içmək şərtdir.

Enerji üçün su: Enerji molekullarının istehsal oluna bilməsi üçün kifayət qədər su içmək şərtdir. Kifayət qədər su içməmək bu gün enerji əskikliyinin ən önəmli səbəbləri arasındadır. Hər kəsin bir gündə içməli olduğu su miqdarı fərqli ola bilər amma orta hesabla, bir gündə 8 stəkan içmək lazımdır.Yay aylarında, tərlədiyiniz zaman, idmanla məşğul olarkən bu miqdar arta bilər.

Enerji verən qidalar:

Su, alma, banan, çiyələk, şaftalı, qoz, fındıq, badam, fıstıq, meyvə suyu, yumurta, pendir, kəpəkli çörək, portağal suyu, limon, qatıq, kartof, yüksək kakao faizli şokolad (50 və 50 üzəri), süd, mal əti, toyuq əti, balıq əti, badımcan.

Mənbə: iyigelenyiyecekler.com
Hazırladı: Fidan Aslanova

fitret.az

Go Back

Montessori təlimi

Montessori təlimi. Bu adı son zamanlar çox eşidirik və şəhərin bir sıra bağçalarında bu təlim tətbiq edilir. Bəs Montessori təlimi nə deməkdir? Bu təlim Mariya Montessori tərəfindən yaradılıb. 
Montessori kimdir? 
26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi. 
Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. 
Mariya Montessori pedaqogika, psixologiya və antropologiyanı tədqiq etməyə başlayır, fransız psixoloqları Qaspar İtard (fransız həkimi) və Eduard Segenin (fransız psixiatrı) əsərlərini oxuyur, Jan Piaje (isveçrəli psixoloq və filosof), Anna Freyd (Britaniya psixoloqu Ziqmund Freydin kiçik qızı) ilə müzakirələr edir, müşahidələr və təcrübələr aparır, nəticələrin üzərində düşünür. Tədqiqatları və mütaliələri əsasında belə qərara gəlir ki, əqli geriliyi olan uşaqlar tibdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır. Beləliklə, 1907-ci il yanvarın 6-da ilk Montessori məktəbi açılır. Bu, Roma ətrafında San-Lorensoda fəaliyyət göstərən Casa dei Bambini olur. 

Mariya Montessori ömrünün neçə ilini uşaqlarla bağlı təlim-tərbiyə metodlarını araşdırmaq və yaratmaq üçün sərf etmiş, minlərlə pedaqoq yetişdirmişdir. Uşaqlara göstərdiyi inanılmaz təsiri nəticəsində bu təlim geniş tətbiq edilməyə başladı. Getdikcə Amerika və Avropada yayıldı. Bu metod ən çox Hollandiyada tətbiq edilir. İkinci Dünya Müharibəsi ərəfəsində isə Montessori siyasətə boyun əymədiyi üçün qadağan edilir. Bu səbəbdən o, müharibə bitənədək Hindistanda yaşayır və orda oğlu ilə birlikdə minə yaxın montessori-pedaqoq yetişdirir. 

Zamanla Montessorinin davamçıları sistemə uyğun olaraq onu daha da işləyib təkmilləşdirdilər. İndi bu təlim dünyada geniş yayılıb. Autizmli və digər problemi olanlarla yanaşı sağlam uşaqlara da tətbiq edildikdə inanılmaz nəticələr əldə edilib. Montessori təlimi şəxsiyyət yetişdirməkdə hələ ki, ən mükəmməl və yeganə təlimdir. 
Montessori təlimçisindən evdə edə biləcəyiniz 6 tapşırıq  
Montessori haqqında daha geniş bilgi əldə etmək üçün şəhərimizin bağçalarından birində montessori təlimçisi olaraq çalışmış Gülay Cavadova ilə söhbətləşdik. 

— Montessori təlimi haqqında nə danışa bilərsiniz?
— Bu təlim sistemini keçən uşaq gələcəkdə bir şəxsiyyət kimi formalaşacaq. Uşağa özünü tanımaq, sərbəst şəkildə özünü idarə etmək, qərar vermək, yaşadığı çevrəyə hörmət etmək, danışaraq problemi həll etmək, özündən böyükləri izləyib kiçiklərə nümunə olmaq və s. kimi müsbət keyfiyyətlər aşılanır. Montessori sistemini bir kəlmə ilə ifadə edim — “Mənə kömək et ki, mən özüm edə bilim”. Uşaqlar bu sistemdə səbrli və diqqətli olmağı öyrənir.

— Bəs bu nailiyyətlər necə əldə olunur? Sistem fərqli nə edir ki, uşaq bunları mənimsəyir?
— Hər uşağın özəlliyini tapır, bunun əsasında uşaqla davranır. Adətən biz uşaqlarla söhbət edəndə, ayaq üstəyiksə, yuxarıdan aşağı baxaraq danışırıq. Bu zaman o, özünü kiçik kimi tanıyır. Amma montessoridə uşaqla söhbət edəndə onun boyu bərabərinə enib, oturub söhbət edirsən. Bu da onun özünü qarşısındakı səviyyəsində hiss etməsinə şərait yaradır. Özünəinamı artır. Uşaqlar “Sən bunu düz etmədin” deyəndə xoşlamırlar. Montessori isə müəllim və ya bu sistemi bilən hər bir anaya bu sözləri işlətməyə icazə vermir. Səhv olduqda sakitcə dayanır ki, uşaq özü öz səhvini tapsın. Bununla da uşaq kəşf edərək öyrənir. Sadəcə ana və ya müəllim istiqamətverici rol oynayır. Bir işi düzgün edəndə də “afərin” demirik, deyirik “yaxşıdı, amma sən bundan da gözəl edə bilərsən”. Bununla daxili intizamı artır.

— Dərslərin keçirilməsi haqda nə deyə bilərsiniz? 
— Dərslər keçirilən otaq, ortam tam sakit olur. Çünki heç olmasa 1 ay bu təlimi keçən uşaq özü sakitliyə riayət edir, dostlarına mane olmur. Bununla da ortam tam sakit olur. Baxanda montessori otağındakı vəsaitlər oyuncağı xatırladır. Amma əslində onların hər biri çalışmadı. 5 bölməli olur montessori: günlük yaşam, duyğu, riyaziyyat, nitqin inkişafı, kosmik təlim. Riyaziyyat bölməsində təlim keçən 5 yaşlı uşaq artıq 4 rəqəmli çalışmanı toplaya, çıxa, vura, bölə bilir. Və yaxud günlük yaşam bölməsində ətrafımızda gördüyümüz hər bir avadanlıqla uşaq sərbəst rəftar edə bilir. Qapını səliqə ilə örtmək, stulu səliqə ilə çəkib oturmaq, stolun tozunu astadan almaq, burnunu sərbəst şəkildə silmək, gülləri sulamaq və s. Bununla bərabər duyğu bölməsində uşaq gözü yumulu nəyinsə materialını hiss edib adını deyir, bu da onun əzələ və duyğusunu güclü inkişaf etməsinə gətirib çıxarır. Bu sistemdə uşağa cəza və mükafat vermək qəti qadağandır. 

— Bəzən uşaqlar kaprizli dönəmlərdən keçirlər, çox ağlağan olurlar, tərslik edirlər. Bu hallarda montessori nə məsləhət görür? Yəni necə davranmaq lazımdır? 

— Bir şəkildə onu ətrafda, əlinin altındakı nə iləsə cəlb edib, sakitləşdirib, fikrini tamamən yayındırırsan. Məsələn, elementar pazzlı götürüb deyirsən, “bax, sən bir ev tikə bilərsən, bir quş hazırlaya bilərsən”. Xörəyi yemirsə, demirsən “atan gəlsə, deyəcəyəm”. Deyirik “əziz balam, xörəyi yeməsən, yaşıdların səni ötüb keçəcək, sənsə bapbalaca qalarsan, utanarsan”. Beləliklə, o heç vaxt istəməz şəxsiyyəti alçalsın və razılaşacaq. Danışaraq problemi həll etmək budur. Montessori uşağa səbrli olmağı öyrədir. Bizdə bir çalışma var: maşa ilə noxud götürmə. Siz təsəvvür edin, bir uşağın başı balaca maşa ilə balaca noxud götürməyə qarışırsa, onda nə əsəb qalar, nə də kapriz. Bilirsiz, Montessori fikir vermişdi ki, uşaqların ev, məişət əşyalarına diqqəti, marağı daha çoxdur, nəinki oyuncaqlara. Ona görə elə çalışmalar hazırlamışdı ki, uşaq montessori otağına daxil olanda çevrə onu istər-istəməz cəlb edir.

Montessori təkcə sağlam deyil, əngəlli uşaqları da düşünüb. Əsasən də, hiperaktiv, daun sindromlu uşaqların diqqəti üçündü bu sistem. Montessori karlar üçün 6-cı duyumu da yaratmışdır: bu, əzələ hafizəsidir. Toxunur bir şeyə, əzələ hafizəsi il cavab verir.

Bu sistem gələcəyin yetişdirəcəyi şəxsin modelini sanki qabaqcadan yaradır. Uşağa sadəcə istiqamət verilir. Elə o sərbəstliyi sayəsində özünü tanıyır üzə çıxarır. Məncə, montessori dövrümüzün tələblərinə cavab verən ən doğru təlim metodudur. 

-Valideynlərə bu təlimdən evdə edə biləcəkləri bir-iki tapşırıq deyə bilərsiniz?

— Bayaq dediyim kimi montessori çalışmaları gündəlik məişətdə istifadə edilən vəsaitlərdən hazırlayıb. Buna görə heç çətinlik çəkmədən bir neçə çalışma hazırlaya bilərlər evdə.

 Tapşırıqlar:
1. Qaşıqlama çalışması: orda xüsusi qablardadı, ev şəraitində bildiyimiz maskuranı istifadə edə bilərik. 2 maskura, bir sini və 1 çay qaşığı gotürürük. Maskuraları sininin içinə biri sol tərəfdə, biri isə sağ tərəfdə olmaqla yerləşdiririk. Sol tərəfdəkinə mərci və ya qarabaşaq, yəni xırda dənli bitki toxumu tökürük. Sağ tərəfdəki isə boş qalır. Uşaqla məşğul olan şəxs isə uşağı sol tərəfində oturur. Burda məqsəd, nəyisə anladan zaman uşağa görməkdə mane olmamaqdır. Uşaq stulda düz oturur, qaşıqla sol tərəfdəki dənləri götürüb, səliqə ilə boş qaba qoymalıdır. Fərq etməz nə qədər götürməsi. Əsas odur ki, səliqə ilə dağıtmadan bunu etsin. Əgər uşaq hövsələsizlik edib, əli ilə götürmək istəsə, və ya tamamən bu qabdan o qaba boşaltmaq istəsə, bu zaman ona izah edib yenidən həvəsləndirməyə çalışmaq lazımdır. Bir az istirahət edib yenidən cəhd etmək olar. Bu çalışmanın məqsədi isə, yazı bacarığını inkişaf etdirməkdir. Soldan sağa yazmaq. Bununla yanaşı, burada həm də iki barmaq motorikası, biləklər işləyir. Səbr formalaşır. 

2. İrini xırdadan ayırmaq üçün belə bir çalışma etmək olar. 3 maskura götürürük. Birinə (sol tərəfdəkinə) xırda dənli bitki (qarabaşaq) və üzərinə də çox narın bir bitki və ya un tökürük (balaca süzgəcdən keçə biləcək narınlıqda olmalıdır). Sağ tərəfdə isə biri yuxarıda, biri aşağıda olmaqla iki maskura qoyuruq. Yenə siniyə qoyuruq nə dağılırsa, ora dağılsın, həm də uşaq səliqə-sahman öyrənir, anlamalıdır ki, harda gəldi, necə gəldi işləmək olmaz. Süzgəci götürüb sağ tərəfdə yuxarıdakı maskuranın içinə qoyuruq. Sol qabdakı qarabaşaqla mannını qaşıqla qarışıdırıb, 1 qaşıq tökürük süzgəcin içinə. Sonra yenə qaşıqla qarışdırırıq ki, süzgəcdən dənlər tökülsün. Bu zaman uşağa həvəsləndirici sözlər demək lazımdır: “bax gör sən nə elədin? Xırdanı böyükdən ayırdın. Necə oldu bu?” Axı o, hələ balacadı, onun üçün bunu etmək böyük bir şeydi. Belə olduqda uşaqda özgüvən artar. Süzgəcdə qalan qarabaşaqları isə digər boş qaba boşaldırıq. 

3. Uşaqlar çox zaman bir qabdan digərinə su tökə bilmirlər. Bu çalışma bunun üçündür. İki balaca qrafin götürürük. Biri boş olur, digərinə isə bir miqdar su tökürük. Boş qrafini sol tərəfə, dolu olanı isə sağ tərəfə qoyuruq. Bir də mütləq su ilə olan çalışmalarda uşağın yanına balaca da olsa, dəsmal qoyuruq ki, bir damcı belə su dağılsa, özü silə bilsin. Və uşaq sağdakı qrafindən soldakı qrafinə suyu ehmalca boşaldır. Diqqət edin: dənlilərlə olan çalışmalarda soldan sağa işləyirdiksə, burada sağdan sola işləmək lazım gəlir. Burada məqsəd beynin hər iki yarımkürəsini inkişaf etdirməkdir. 

4. Rəqəmləri uşağa rahat şəkildə öyrətmək üçün belə bir üsul çox uğurludur: satışda balacalara rəqəmləri və hərfləri öyrətmək üçün müxtəlif vəsaitlər var. Məsələn, taxta lövhələr, plastik, başı yumru çubuqlar və s. Bunlardan hansınısa əldə edin, üzərindəki rəqəmi və ya hərfi zərli dırnaq boyası ilə səliqəylə rəngləyin. Bu zaman həmin yazı əlinizi sürtdükdə hiss olunacaq və fərqli materiala oxşayacaq. Uşaq əllərini bu yazıya gəzdirərək onu hiss edir və onu beyninə yazır. Gələcəkdə yazmağa başlayanda bu bilgilər köməyə gələcək. Təbii ki, bunların montessori proqramında xüsusi taxtadan vəsaitləri var. Bu üsul tapşırığı ev şəraitində yerinə yetirə bilmək üçündür. 

5. Boş qutuları atmayın saxlayın, məsələn plastilin qutularını (ağzı qapaqlı). 3-dən çox qutunu götürürük. Birinin içinə şəkər, birinin içinə düyü, birininkinə 2 lobya, digərinə qabıqlı fındıq qoyuruq. Sayı istəyinizə görə dəyişə bilərsiniz. Qabların ağzını kip bağladıqdan sonra hər qabı 1 dəfə sağa və 1 dəfə də sola tərpədib uşaqdan səsini yadda saxlamasını tələb edirik. Çox silkələmək olmaz. Çünki çaşqınlıq yarada bilər. İkinci qabı tərpətdikdən sonra uşaqdan hansının səsinin daha nazik və ya qalın olduğunu soruşuruq. Bu çalışmanın musiqi duyumu ilə əlaqəsi yoxdur. Bu, tam diqqət çalışmasıdır və diqqəti artırmağa yardımçı olur. Uşaq diqqəti toplayıb fikirləşir və səsləri seçir. Diqqət edin ki, özünüz də qabları səhv salmayasız. Qabların altını dırnaq boyası ilə nömrələyin. Çünki bir dəfə yanlış desəniz, uşaq elə o cür yadda saxlayacaq. 

6. Daha bir asan çalışma: Bir qədər dərin siniyə mannı tökürük, qabın dibi görünməmək şərti ilə. Sonra üzərində barmağımızla rəqəmləri bir-bir cızırıq. Bu yolla uşaq həm rəqəmləri yadda saxlayır, həm də necə yazmağı öyrənir. 

ailem.az

 

Go Back

Musiqinin və laylayların körpələrə faydası

Erkən yaşda musiqi ilə tanış olanlar daha yaxşı qavrama qabiliyyətinə  sahibdir.

Musiqinin körpələrə faydası olduqca çoxdur.

Musiqi körpəyə həm fiziki, həm də zehni cəhətdən kömək edir.

Mütıxəssislər musiqinin körpələrə çox müsbət təsiri olduğunu dəfələrlə qeyd etmişdirlər.

Musiqinin körpələrə olan faydasını saymaqla bitmir.

 İnsan beyni inkişaf etdikcə son dərəcə açıq və işləndikcə işıldayan bir dəmir kimidir.

Onu nə qədər bəsləsəniz inkişafını da o dərəcədə sürətləndirmiş olacaqsınız.

Musiqi və ninnilər də körpənizin beyin hüceyrələri ilə   ilk tanışlığı və xarici aləmə ilk xəbərdarlığıdır. 

Buna görə də ana bətnində  olandan başlayaraq və xüsusi ilə də doğum sonrasından başlayaraq körpələrə həzin musiqi, klassik musiqi və ninnilər dinlətməyiniz tövsiyyə olunur.

 Eşitmə duyğusunu unkişaf etdirməklə bərabər yaşadıqlarını da hafizəsində depolayan körpəniz  doğumdan sonra  bu  metodla   qarşılaşdıqda özünü rahat və xoşbəxt hiss edəcəkdir.

Ninni və musiqinin uşaqların həyatında rolu.

Ninni və musiqi dinləmənin körpəniz üzərində meydana gətirdiyi müsbət təsiri xüsusi inkişaf sahələrinə görə fərqli başlıqlar altında qiymətləndirəcək olsaq da bunları söyləyə bilərik  ki,  körpənin zehni inkişafına etdiyi təsirləri saymaqla bitməz:

Məsələn, musiqi ilə erkən yaşlarda tanış olanlar, həm analitik və riyazi təfəkkür bacarıqlarına sahib olur,  musiqi dinləmə qabiliyyətinin yaşıdlarına nisbətən daha çox  inkişaf etdiyi müşahidə edilmişdir.

Sinirlərin inkişafı körpələrdə qavrama bacarığının daha yaxşı inkişaf etməsinə səbəb olur.

Mənəvi və ictimai inkişafa təsiri:

Aparılan araşdırmalardan məlum olmuşdur ki, ninni dinləyərək yatan körpə və ya musiqi ilə erkən tanış olan körpələr  doğum sonrası çox sakit olduqları, daha az ağladıqları, daha az tündxasiyyət olduqları ortaya çıxmışdır.

Xüsusi ilə ana bətnində ikən musiqi ilə tanış olan körpələr doğulduqdan sonra  da  ana qarnında olarkən dinlədikləri musiqini duyduqları zaman daha rahat olur və yuxuya getməsi çox tez olur.

Əsasən  yuxudan əvvəl körpələrinə ninni söyləyən  və ya ninniyə qulaq asdıran anaların körpələrini yatırdarkən daha az problem yaşadıqları, ninni ilə yatan körpələrin də yuxu əsnasında daha sakit, daha xoşbəxt olduqları diqqət çəkir.

Musiqi ilə təmasda olan körpələr dalaşmağa daha az meyilli olurlar.

Sakit və problemlərin qarşısını daha tez ala bilmək bacarıqlarına da sahib olduqları məlum olmuşdur.

Fiziki inkişaflarına da təsir edir:

Ana bətnində ikən musiqi dinləyən körpənin qulaqları da inkişaf etmiş olur, səslərə qarşı həssas olur. Səslərini bir-birindən ayıra bilən körpə doğulduqdan sonra da nitq inkişafında da  bir problem yaşamır.

Bunun yanında ritm duyğusu inkişaf edən körpə, uşaq mahnıları, laylalar və barmaq oyunları kimi musiqinin içərisində olduğu bir çox hadisələr zamanı  təcrübəsi sayəsində əzələ inkişafını sürətləndirir.

Xülasə, musiqi və ninni keçmişdən günümüzə, atalarımızdan və nənələrimizdən bu yana bilinən və tətbiq olunan ən sağlam körpə sakitləşdirmə yollarından biridir və qətiliklə itirilməməsi lazım olan bir dəyərdir. Xüsusilə laylalar  körpələrimizlə birlikdə yenidən inkişaf etdirdiyimiz həyatımızın ayrılmaz hissəsi  olmalıdır.

menimailem.com

Go Back

SİNESTEZİYA

Sinesteziya- bu rənglərin, səsin, formaların, iybilmə, dadbilmə və duyğu orqanlarının psixoloji əlaqələndirilməsidir. İlk dəfə bu hadisəyə yaradıcı şəxsiyyətlər - rəssamlar və yazıçılar diqqət yetirmişdir. 
Qöte həndəsi fiqurları müəyyən edilmiş rənglərlə qeyd edirdi (dairə - göy, ücbucaq - sarı). 
Artur Rembo yazırdı ki, “A” səsi - qara, “E” - ağ, “İ” – qırmızı, “U” – yaşıl, “O” - mavi rənglərdədir. 
İvan Bunin daha dərinə gedərək rus elifbasının bütün hərflərinin rəngötürücüsünü şərh etmişdir. 
XX əsrin ortalarında sinesteziyanı ətraflı şəkildə həmçinin psixoloqlar da öyrənməyə başladı. Onlar sübut etdilər ki, sinesteziya bütün insanlar üçün xarakterikdir, lakin o əksər vaxtlar özünü şüursuzluq halında göstərir. Rəngin səs və ya dad duyğusu spontan meydana gəlir. Sinesteziya effektini qablaşdırma reklamlarında istifadə etmək olar, belə ki, rəng reklamda istehlakçıya düzgün istiqamətə yönəlməyə kömek edir, onun mala olan münasibetini müsbət tərəfə yönəldir. Praktikada rəngin funksional faydalılığı böyük rol oynayır. Şəraitdən asılı olaraq bu və ya digər rəng müəyyən psixoloji hiss əmələ gətirir.
Qırmızı: isti, fəal, xoş, şən. Qida məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, siqaret reklamlarının tərtibatında məsləhət görülür. Şirniyyat məmulatlarının qablaşdırılmasında ehtiyatlı olmağı tələb edir, belə ki, şirniyyatda qırmızı rəng doyma və ya ürək bulanma hissi yarada bilər. Zəif qırmızı dekorativ kosmetika cərgəsi tərtibatında idealdır.
Göy: soyuq, dinc, xoş, sakit. Sevimli rəngler siyahısında sabit ikinci yeri tutur. Qida məhsullarə, mineral sular, məişət texnikaları (əsasən soyuducu ve kondisioner), santexnika avadanlıqlarının reklam tərtibatında məsləhət görülür.
Yaşıl: sabit, soyuq, səssiz, turş. Təbiət anlayışı ilə əlaqələndirilən təbii rəng, müalicə əhəmiyyətli, ekoloji cəhətdən təmiz məhsullar, dərman preparatlarə, müalicevi kosmetika və pivə (turş dadlı) üçün məsləhət görülür.
Sarı: ilıq, ince, yüngül, təlaşlı. Rəng olaraq ziddiyətli olması xarakterikdir.Buna görə də ondan müxtəlif qida reklamı tərtibatında istifadə etmek olar. (uşaq qidalarında, cürbəcür xörək yağlarında, dərman preparatlarə və turistik xidmətlərdə)
Bənövşəyi: çətin, səssiz, özbaşına. Hər hansı gözlənilməz aspekti, mürəkkəbliyi, özünə məxsusluğu ilə seçilən məhsullarla yaxşı uyğunlaşır.
Qəhvəyi: torpaq, təbii, rahat. Təcrübəliliyi və ənənəçiliyi ifadə edir. Ənənəyə sadiq qalan məhsullara uyğun gəlir. Qəhvəyi – zamanla sınanmanı və ağır təbiətliliyi nəzərə çatdırır.
Qara: çətin, səssiz, özünəçəkən. Cüt rənglərlə psixoloji təsiri müəyyənləşdirir. Rəng kimi reklamda təntənəni, məhsulun vacibliyini və ekskluziv məhsulun yüksək qiymətini “özünü doğrultmasını” ifadə edir.
Ağ: yüngül, işıqlı, musiqili, açılan. Qara rəng kimi cütlükdə dəyərli deyil. Soyuq rənglərlə birgə məhsulun “təravətli”, “təmiz”, “steril” olmasını ifadə edir.
Qeyd: Bu və ya digər məqsədlər üçün rənglərin istifadəsinə dair bütün tövsiyyələr yalnız sinesteziya effekti bazasında əsaslaşır. Rənglərin seçimində digər faktları da nəzərə almaq, onların cəmini qiymətləndirmək və prioritetləri seçmək lazımdır. Reklamda rəng əsas amillərdən biridir, onalar sizin şəxsi istəyiniz, seçiminiz və yaxud birmənalı şəkildə ədəbiyyatlarda tövsiyyə olunduğu kimi olmamalıdır.

psixomer.com

Go Back

Kabus və qarabasma görməyə başlamısınızsa - Oxuyun

Doqquz Eylül Universiteti (DEU) Tibb Fakültəsi Nevrologiya üzrə fundamental elm sahəsinin tədris üzvü, prof. dr. Barış Baklan uşaqlıq, yetkinlik dövrlərində və psixi xəstəliklərdən əziyyət çəkənlərin daha çox kabus gördüklərini bildirib.

Yetkinlərin tez-tez kabus görməsinə hansısa işlərinin yolunda getməməsi, həmçinin gizli depressiya səbəb ola bilər. Baklanın fikrincə, bu, iş və ya şəxsi həyatda problemlər, həmçinin psixi pozğunluqlardan da qaynaqlana bilər. Lakin sağlam və xoşbəxt insanlar da bəzən kabus görə bilər. Xoşbəxt insanlar anası, atası, övladı, sevgilisi, çox sevdiyi insanların başına pis bir iş gəldikdə bunu yuxuda görə bilərlər. Gözəl yuxu görmək üçün isə gündüz işlərin yolunda getməsi lazımdır. Eyni zamanda gecə qidalanma da ağır olmamalıdır, çünki bu, avtonom sinir sistemini yorduğu üçün tərləməyə səbəb olur və bu narahatlıq da yuxuda əks olunur.

Hər kəs yuxu görür və yuxu bədənin bir funksiyasıdır. Lakin bəzi insanlar gördükləri yuxunu xatırlamaya bilər. Yuxu mərkəzi ilə bağlı araşdırmaları zamanı yuxu əsnasında elektrofiziki dəyişikliklər müşahidə etdiklərini qeyd edən Baklan yuxu zamanı gözlərin hərəkət etdiyini, xüsusilə göz bəbəklərində bu hərəkətin daha nəzərəçarpan olduğunu söyləyib.

Yuxuları “məntiqli” və “məntiqsiz” olaraq 2 qrupa ayırmaq olar. “Məntiqli” yuxular daha çox ağ-qaradır və adətən gündəlik həyatla bağlıdır. Yuxunun erkən mərhələsində görülür. Non-rem (yuxuya getdikdən sonra ilk 45 dəqiqədəki yuxu mərhələsi) yuxulardır və yuxuya gedər-getməz görülür.

“Məntiqsiz” yuxular isə rem mərhələsinə aiddir. Bu zaman eşitmə, toxunma və görmə duyğuları çalışır, canlı yuxulardır. Bəzi insanlar bu mərhələdə uçduğunu və ya cəmiyyət içində çılpaq gəzdiyini söyləyir. Bu da yuxuya getdikdən təxminən 1,5 saat sonra gerçəkləşir.

saglamolun.az

Go Back

Dünyada zəka qalib gələcəkmi

                                                            

Dünyada zəka qalib gələcəkmi?-bu sual hər zaman insanları düşündürüb.Bunun üçun yüksək səviyyədə təhsilin olması çox önəmlidir.Mən bu qənaətə gələrək yeni üsülla  keçilən dərslərə nəzər saldım.Bu gün təlimdə yeniliklər çoxdur:”didaktik tələblər”,dialoq və əməkdaşlığın vacib sayılması,tədqiqat aparanın şagird,bələdçinin müəllim olması,şagirdlərin mövzu ilə bağlı araşdırmalar aparması,əqli fəallığın güclənməsi,faktların şagird tərəfindən toplanılması,müxtəlif imformasiyalar ilə dünyagörüşünün artılmasının təminatının görülməsi və s.Bütün bunlar onu göstərir ki,məktəblərdə tədrisin əsas məqsədi sagirdlərə hazır bilik vermək deyil,onların faktlar və mənbələrlə sərbəst işləmək,təhlil etmək,şəxsi nəticələr əsasında bacarıqlar inkişaf etdirməkdən ibarətdir.Burada hazır,illər bundan əvvəl mənimsənilmiş elmin öyrədilməsi deyil,oxuyaraq qavranılan mətn,mövzuya yaradıcı yanaşmaq,məntiqi düşünərək ümumiləşdirməyə müvəffəq olmaq,müstəqil işləmək əsas götürülür.Deməli,interaktiv metod məqsəd sayılmır,vasitə sayılır.Məqsəd Kurikulumda təsbit olunmuş məzmun standartlarını reallaşdırmaq bacarığıdır.Müəllim isə məqsədə nail olmaq üçün düzgün standartları seçməli və ən səmərəli fəaliyyət modelindən,təlim üsulundan istifadə etməlidir.Bütün bunlar sinfin səviyyəsinə uyğun təşkil edilməlidir.Bu tədris metodu elmi mətnlərlə işləmək -düşüncə,nitq,diskusiya,danışma qabliyyəti,analtik təfəkkür,söz ehtiyat bacarıqlarını aşılayır.                                               

Motivasiya hissəsində müəllim “danışma bacarığı”na üstünlük verməli ,sualları düzgün qurmalı,müxtəlif nitq situasiyalarını şagirdlərdən almalıdır.Əvvəlki sualıma qayıdıram:”qalib gəlməyə”can atanlar yeni dər üsulunun səmərəsini görəcəklər.”Dünyada qalib gəlmək “göründüyü kimi təkcə öz həyatını qorumaq deyil,elm,bacarıq,deyilmiş bütün məlumatları birləşdirən fikirləri,ideyaları dərk etmək  nəticəsində olar.Aydın,anlaşıqlı dildə yazılan vəsaitlərlə müəllimlərin bələdçilik yolunu işiqlandıraraq ”dünyada qalib gəlməy”ə nail olarıq.Dünyanın əşrəfi olan insanın sabahkı taleyi yeni təlim üsulu ilə verilən təhsildən asılıdır.Əmin olaq ki,gələcək nəsillərdən də ixtiraçı,alim,professor,elm xadimləri,yaradıcılıq dahiləri meydana gələcək.                                                                                                                       

XI əsrdə yaşamış fars şairi Nasir Xosrov (1004-1088) yazırdı:

Yeməyə, yatmağa heyvan can atar,

Bilikli insana söylə kim batar?   

Raminə Baloğlanova          

Go Back

Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.  

Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.

1. Rober Uden metodu

Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri

Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur. Gənc  yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə gəlirdi.  Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir.

2. London cibgirləri metodu

Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud

19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. «Oliver Tvist» əsərində olduğu kimi, Fedcin  timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya tuturdu –məsələn iki düymə, beş pens və bir nişan üzüyü. “Müəllim” bu əşyaları “tələbələrinə” cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini söyləməli idilər.

3. Canni Rodari metodu

Məşqlər üçün yer: təxəyyül

Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan biri –gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?». Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər,  mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s qoşub danışmaq.

4. Ayvazovski metodu

Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda cilan mənzərə

Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını inkişaf etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro sərnişinlərini seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir insanın və ya əşyanın üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın. Obyekti bütün detalları ilə yadda saxlamağa çalışın.  Daha sonra gözünüzü yumaraq onu təsəvvür edin. Sonra isə tədqiqat predmetinə bir daha nəzər salın, obrazı beyninizdə bir də canlandırın. Məşğələni davam etdirin. Insanlar cizgilərini və ya yoldan keçənlərin cüssələrini yadda saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar, həmçinin muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri ilə məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü yadda  saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın.

5. İtalyan oğlanları metodu

Məşq üçün məkan: növbələr

Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub: italyan qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin yeni sayının çıxmasını gözləyərkən “Morra” adlı oyun oynayır. Biri digərinə öz yumruğunu göstərib, qışqıraraq «Моrrа!» deyir, bu zaman o barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq qalır. İkinci oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir. Əgər deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar. «Morra» bir növ «Daş-qayçı- kağız» oyununa oxşayır, bu sadə oyunu hələdə balaca uşaqlar mərc gələrkən istifadə edir.

6. Siseron metodu

Məşq üçün məkan: şəxsi otağın

Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın, Əlbəttə bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə yadda saxlanması lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif hissələrində yerləşdirin. Bu sizin alman dilindən əzbərləməli olduğunu fellər, hazırladığınız təqdimatın statistik göstəriciləri, məruzənin hesabat hissəsi və s ola bilər. Əgər çətin gəlirsə, onda lazımı sözləri kağızların üzərində yazıb, onları divarlardan asın və sonra otaq boyu bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan assosiasiyası metodunu ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci onu çıxışlara hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini bir az fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı qonaqların üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ çıxdı. Sonra isə o kimin harada oturduğunu xatırlayaraq, qohumlara meyitləri tanımağa kömək etməli olmuşdu.

7. Yoqa metodu

Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur

Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik meditasiyasını isə istənilən bir şəraitdə sınamaq və məşq etmək olar: velosipeddə yürüş edərkən, duş qəbul edərkən, mühazirədə oturanda, amma yaxşısı özünlə tək qalanda. Bu metodun mahiyyəti ondan ibarətdir ki, həyatın hər bir anını  dərk edəsən. Öz vücudundan gələn siqnallara qarşı həssas olasan. Sizin bir kündən digərinə ritmik şəkildə yerişinizi də meditasiya hesab etmək olar, sadəcə bu vaxt vacibdir ki, sizin diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10 addım atın. Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz. Pəncənin necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq sizin üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri necə yerinə yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra hansı formada əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir siz hansı pozada olursunuz.

Mənbə:Banker.az

Go Back

Dünyanın müxtəlif ölkələrində Yeni il necə qeyd olunur

 
Yeni il  sözün əsl mənasında beynəlxalq bayramdır. Amma müxtəlif ölkələrdə bu bayramı fərqli tərzdə qeyd edirlər. Bəs yeni ili ilk dəfə kimlər qeyd edib?
 
Təqvim ilinin yanvarın 1-dən hesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulmuşdur. Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı Roma allahı Yanusun şərəfinə adlandırılıb.
 
Təxminən 3 yüz il öncə 1700-ci illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeyd edilməsi ilə bağlı qərar verdi. Elə həmin dövrdə də yolkaların bəzədilməsi, atəşfəşanlığın və kostyum karnavallarının təşkili ənənəsi yarandı.
Dünya ölkələrində Yeni il necə qeyd edilir?
 
İngiltərədə bütün gecə küçə satıcıları uşaqlar üçün oyuncaqlar, tütəklər, maskalar və şarlar satırlar. Uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Saatlar gecə yarısını göstərəndə köhnə ilin evdən çıxması üçün ingilislər evin arxa qapısını açırlar. Sonra isə evin ön qapısını açır və yeni ili qarşılayırlar. 
 
Macarıstanda yeni ilin ilk saniyəsində uşaqlar tütək, sümsü və fit çalmağa başlayırlar. Onlar inanırlar ki, bununla şər ruhlar evdən qovulur və evə xoşbəxtlik gəlir. 
 
Almanlar Yeni il gecəsi Santa Klausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. 
 
İtaliyada köhnə ilin son dəqiqəsində evdəki sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlar isə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evə daxil olmasını gözləyirlər. Bu sehrli pəri sobanın kənarına asılmış ayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur. 
 
Müasir Çində Yeni il fənər bayramıdır. Yeni il gecəsi küçələr və meydanlarda çoxlu sayda kiçik fənərlər yandırılır. Çinlilər inanırlar ki, fənərlərdən çıxan işıq şər qüvvələri uzaqlaşdırır.
 
Yaponiyada uşaqlar Yeni ili təzə geyimlərdə qarşılayırlar və bunun onlara sağlıq və uğur gətirəcəyinə inanırlar. Yeni il gecəsi onlar yastıqlarının altına arzuladıqları əşyanın şəklini qoyurlar və inanırlar ki, bununla arzuları yerinə yetəcəkdir. Yaponiyada Şaxta babanı “Seqaçu-san”, yəni “cənab Yeni il” adlandırırlar. 
 
Hindistanda Yeni ili il ərzində səkkiz dəfə qarşılayırlar. Qudi Padva adlanan belə günlərin birində nim-nim ağacının yarpağını yemək lazımdır. Onun çox acı və xoşagəlməz dadı var. Amma hindlilər inanırlar ki, bu yarpaq onları xəstəlik və bədbəxtliklərdən hifz edəcək.
 
Bolqarıstanda yeni ili ənənəvi olaraq evdə qarşılayırlar. Evin ən kiçiyi yolkanın qarşısında dayanaraq ailə üzvləri üçün mahnılar oxuyur. Ailə üzvləri isə ona hədiyyələr verirlər. 
 
ABŞ, Kanada, Böyük Britaniya və Qərbi Avropa ölkələrində Şaxta babanı Santa Klaus adlandırırlar. Santa Klaus ağ xəzli qırmızı gödəkcə və qırmızı şalvar geyinir. Başına da qırmızı papaq qoyur. 
 
İsveçdə Şaxta baba qarmaqvarı burnu olan Yultomten və cırtdanboylu Yulnissardır. Onların hər ikisi bayram günü pəncərələrin altına hədiyyələr qoyurlar. 
 
Fransada iki Şaxta baba var. Onlardan biri Per-Noel, yəni Noel babadır. Zənbillərdə uşaqlara hədiyyə gətirən Noel baba çox xeyirxahdır. Digərinin adı isə Şalanddır. Uzunsaqqal Şaland xəz papaq və isti palto geyinir. Onun səbətində nadinc və tənbəl uşaqlar üçün çubuqlar olur. 
 
Rumıniyada Şaxta babanı Moş Kreçun, Özbəkistanda isə Korbobo adlandırırlar. Korbobo zolaqlı xələt geyinir və qırmızı araqçın taxır. O, içərisində yeni il hədiyyələri ilə dolu kisələr yüklənmiş uzunqulağa minir.
 
Azərbaycan, Rusiya və digər keçmiş sovet ölkələrində Qriqorian təqvimindən də istifadə edilir, yeni il isə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə daxil olur. Ölkəmizdə yeni il dedikdə bəzənmiş yolka, bütün gecə davam edən şənliklər, bayram sağlıqları və yeni il hədiyyələri, həmçinin Şaxta baba yada düşür. Şaxta baba ağ xəzli qırmızı kürk geyinir. Onun uzun ağ saqqalı və əsası olur. O, Qar qız ilə birlikdə uşaqlara hədiyyələr gətirir. 
 
Yeni ili necə qeyd etməyinizdən asılı olmayaraq çalışın onu şən və unudulmaz təəssüratlarla qarşılayasınız. Qoy, bu bayram sizə parlaq ümidlər bəxş etsin və gələn il bütün arzularınız həyata keçsin.  
 
http://portal.azertag.az/
 
 

Go Back

DEPRESSİYA bəlası haqqında - ELMİ ARAŞDIRMA

Ümumi xüsusiyyətləri

Depressiya, gündəlik hadisələr nəticəsində yaşanan kədər və qəmdən fərqli olaraq, fərdin əhval ruhiyyəsinə uzun müddət təsir göstərən, ətraf tərəfindən hiss edilən psixi problemdir.

Depressiyanın əsas xüsusiyyətləri pessimizm, halsızlıq, çarəsizlik və həyatdan zövq almamaq, komorbid (yanaşı) müşahidə olunan simptomlardır. Depressiv şəxslərdə dəyərsizlik hissi, heç bir işdə bacarığının fərqinə varmama, gələcəklə bağlı ümidsizlik, özgüvən əksikliyi kimi əlamətlər üstünlük təşkil edir. Məsələn: fərd öz işində uğursuz olacağına, ailəsini məmnun etməyəcəyini düşünür, sağlamlığıyla bağlı təşviş keçirir, mütəmadi olaraq hər problemdə özünü günahlandırır, gündəlik hadisələrə qarşı laqeyd yanaşır, həyatdan zövq almır. Bütün bunlar depressiya zamanı tez-tez rastlanan simptomlar siyahısındadır. Depressiyada olan insanda ümidsizliklə yanaşı həyatın yaşamaq üçün yararlı olmadığı düşüncəsi intensiv şəkildə təkrarlanır. Belələri adətən bu tip simptomları müəyyən fiziki xəstəliklə əlaqələndirir və nəticədə psixoloji dəstək almaq müddətini uzadırlar. Zaman keçdikcə fərdin ümidsizliyi daha da dərinləşir, nəticədə bəzən o tək çıxış yolunun intihar olduğunu düşünür. Terapiyaya tabe olmayan və olmaq istəməyən pasiyentlərin 15%-də intihar göstəriciləri yüksəkdir.

Ağır dərəcəli depressiyada insanın hərəkətlərində, yerişində və nitqində müəyyən gecikmələr diqqəti cəlb edir. Depressiyanın fiziki simptomları arasında yuxusuzluq, iştahsızlıq və çəki itkisi, qəbzlik, cinsi istəyin azalması, mensturasiya tsiklinin pozulması qeyd olunur. Unutqanlıq və konsentrasiya olmama da xüsusilə fərqlənən simptomlar şəklində tez-tez müşahidə olunur.

Depressiyanın növləri

Atipik depressiya: bu tip insanlarda müsbət situasiyalarda ümumi vəziyyətlərində keçici proqres müşahidə olunur. Onlarda iştahın və yuxu tsiklinin artması, bilavasitə halsızlıq qeyd olunur.

Təşvişli depressiya: hədsiz dərəcədə narahat, hərəkətli və təşvişli vəziyyətlərdə olurlar. Nəticədə psixoloq tərəfindən pasiyent ilə münasibətin qurulmasında çətinliklər müşahidə olunur. Onlarda yuxusuzluq, iştahsızlıq, çəki itkisi, hərəkət və davranışın ləngiməsi olur.

Psixotik depressiya: ağır depressiv vəziyyətdə pasiyent funksionallığını tamamilə itirir. Qidalanma və özbaxımda hədsiz dərəcədə pozuntular olur. Yanaşı olaraq sayıqlama (yanlış və dəyişdirilməyən inanclar) və hallüsinasiyalar (qavrama pozuntusu) müşahidə olunur. Pasiyent əhəmiyyətli və çarəsi olmayan xəstəliyə tutulduğunu, mal-mülkünü itirdiyini, dəhşətli cinayət törətdiyini və günahkar olduğunu iddia edir, eyni zamanda buna inanır.

Postnatal depressiya: zahılıq dövründə mütəmadi təsir göstərən psixoloji səbəb olmadan başlayan ciddi depressiv vəziyyətdir. İnsan yaşadığı çarəsizlik duyğusuna görə uşağa baxa bilmir, daha ağır hallarda isə həm özünə, həm də uşağa xətər yetirə bilər.

Mövsümi depressiya: əsasən yeniyetmələrdə müşahidə olunan vəziyyətdir, təkrarlanan depressiv mərhələlər əsasən eyni fəsildə, xüsusilə də qış aylarında ortaya çıxır.

Depressiya diaqnozu necə qoyulur?

Depressiya diaqnozu mütləq şəkildə mütəxəssis tərəfindən qoyulmalıdır. Depressiyanın hepatit, böyrək çatışmazlığı, avitaminoz, parkinson xəstəliyi kimi müxtəlif fiziki xəstəliklərlə əlaqəli inkişaf edən formalarından başqa, psixiatrik xəstəliklərdən (altsheymer, təşvişli-nevrotik pozuntu) fərqləndirilməsi əhəmiyyəli məqamdır. Depressiv şəxslərdə ikincili simptomatika kimi fizioloji xəstəliklərə rast gəlinə bilər. Buna görə də psixiatr iki simptomatikanı fərqləndirmək məqsədiylə lazım olduğu təqdirdə qan analizi, MRT tələb edə bilər.

Depressiya və intihar

İntihar xüsusi əhəmiyyət daşıyan sağlamlıq problemidir. İnkişaf etmiş ölkələrdə intihar statistik cədvəllərə əsasən 5-ci ən çox rastlanılan ölüm səbəbi kimi göstərilir. İntihar davranışı təbiidir, insanın ətrafında baş verənlərə qarşı verdiyi real reaksiyadır. İntihar nəticəsində həyatını itirən insanların 70%-i hadisə öncəsində depressiv vəziyyətdə olanlardır. Depressiya xəstələrinin 15%-nin intihar səbəbiylə dünyasını dəyişdiyi fikri müxtəlif tədqiqatlarla öz təsdiqini tapmışdır. Depressiyanın effektiv şəkildə terapiyası bu ehtimalı müəyyən şəkildə azaldır. İntihar fikirli depressiv xəstələrin psixoloq tərəfindən müşahidə altında saxlanılması, onu bu ehtimaldan uzaqlaşdırır. Hansı səbəbdən qaynaqlanmasından asılı olmayaraq intihar cəhdi və düşüncələri mütləq şəkildə nəzərə alınmalı və psixoloqa müraciət edilməlidir.Bəzi hallarda pasiyent stasionar müalicəyə cəlb olunmalıdır.

Depressiya daha çox kimdə müşahidə olunar?

Depressiya iradə zəifliyinin nəticəsi deyil. Aparılan tədqiqatlar cəmiyyətin 25%-nin həyat müddətində ən az bir dəfə depressiya diaqnozu qoyulacaq bir keçid dönəmi keçirdiyini göstərir. Bu miqyas qadınlarda kişilərə nisbətən 2 dəfə daha artıqdır. Real sübutları nəzərə almaqla depressiyanın beyin xəstəliyi olduğunu dəqiq şəkildə qeyd edə bilərik. MRT kimi beyin strukturunu göstərən bir çox üsul vasitəsilə depressiyada beynin insanın duyğularını, qərar vermə və düşünmə bacarıqlarının fəaliyyətini təmin edən mərkəzlərin funksionallığında pozuntulara rast gəlinmişdir. Depressiyadakı şəxslər xüsusilə ilk depressiv atakdan əvvəl intensiv şəkildə mənfi hadisə yaşayıblarsa, bu zaman ortaya çıxan depressiv epizod həmin hadisənin mənfi nəticəsi kimi düşünülməməlidir. Eyni zamanda bir çox depressiya xəstəsinin anamnezində hər hansı təhlükəli və qorxu yaradan situasiyanın yanaşıldığı düşüncəsi absurd fikirdir. Depressiyada əhəmiyyətli faktorlardan biri isə genetik meyilliliyin olmasıdır. Yəni ailədə kimsə depressiya keçiribsə, genetik bağlılığı olan şəxsin depressiyaya meyilli olması yüksək faiz nisbəti ilə qeyd olunur. Bu da müxtəlif halların, ətraf və somatik faktorların (iş, status, pul itkisi, yaxın adamlardan birinin itkisi, ailə problemləri, həyatındakı uğursuzluqlar), həyati əhəmiyyət daşıyan xəstəliklər (onkoloji xəstəliklər), beyin xəstəlikləri (beyin qanaxması, parkinson xəstəliyi), alkoqol və maddə istifadəsi (müxtəlif dərmanlar və narkotik maddələr) depressiyaya gətirib çıxardığını sübut edir.

Depressiyanın terapiya üsulları

Depressiya, ilkin olaraq serotonin olmaqla beyindəki müxtəlif neyrotransmitterlərin funksionallığına təsir göstəririr. Terapiya bu maddələrin beyindəki funksiyalarının tənzimlənməsinə yönəlir. Depressiya korreksiya olunmadığı təqdirdə təxminən 6-18 ay davam edir. Son tədqiqatlar bu müddətin pasiyentlərin 30%-də 2 ildən artıq olduğu qənaətini təsdiqləyir. Lakin depressiya doğru terapiya olunduqda bu müddət 2-3 ay müddətlə məhdudlaşır. Depressiv dönəmdə pasiyentin ailə, iş və sosial həyatında ciddi bacarıq itkisi yaşayacağı düşünüldükdə erkən diaqnoz və terapiyanın əhəmiyyəti bir daha sübuta yetilir. Depressiya terapiyasında əsas məqsəd, pasiyentin xəstəlik öncəsi sağlam həyatına tamamilə qayıtmasını təmin etməkdir. Mövcud terapiyalar ilə pasiyentlərin 80%-də nəzərə çarpan korreksiyalar həyata keçirilir.

Psixoterapiya

Psixoterapiyanın depressiyada olan insanın müalicəsində yüksək effektivliyə malik olduğuna dair tədqiqatlar aparılmışdır. Effektivliyi elmi olaraq təsdiqlənmiş yanaşmalar koqnitiv-bihevioral terapiya və interpersonal terapiyadır. Müalicə müddəti 6-12 seansı əhatə edir.

Pasiyentin ailə üzvlərinə və yaxınlarına tövsiyələr

Depressiya xəstəlikdir, bu səbəbdən də yaxınınızı davranış və düşüncələrinə görə günahlandırmayın

Mütəxəssisə pasiyent haqqında lazımi məlumat verməyə xüsusi fikir verin

Onları terapiyaya yönəltməyə cəhd edin

Xəstəliklə bağlı mühakimələr yürütməyin

 

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

pcc.az

 

 

Go Back

Serialların ailələri məhv edən 8 cəhəti

Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortaya çıxdı.

Bəzi özəl türk kanallarında göstərilən serialların, uşaqlarımız və gənclərimizin təhsili və əxlaqı üzərindəki mənfi və dağıdıcı təsirinin fərqində olsaydıq, hər birimiz evimizdəki televiziyaları pəncərədən aşağı atar və ya baltayla parçalayardıq. Cəmiyyətdəki sosial problemləri araşdıran Türkiyəli psixoloqlar, əsasən də gənclərlə bağlı çəkilən serialların insanlar üzərindəki təsirlərini araşdırıblar.

Sputnik həmin araşdırmanın nəticələrini sizə olduğu kimi təqdim edir:

1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər.

2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.

3. Nikahsız cinsi əlaqəyə girməkdə heç bir problem yoxdur. Əgər böyümüsənsə, istədiyin qız və ya oğlanla istədiyin şəkildə bərabər ola bilərsən.

4. Kiminsə qiymətli, dəyərli və bəyənilən olması üçün gözəl, yaraşıqlı və zəngin olması vacibdir. Əks halda cəmiyyətdə dəyərsiz hesab edilir.

5. Başqalarını alçaltmaq və gözdən salmaq səni məşhur edər.

6. Yalan danışmaq və oğurluq etmək yaxşı məqsədlər üçün edilirsə, bu günah sayılmır.

7. Əgər ata və anan bir-birinə ilk günki kimi aşiq deyilsə, boşanıb başqaları ilə evlənməlidir və sən də onları dəstəkləməlisən.

8. Qadının gözəl olması onun arıqlığından və mini ətək geyinməsindən asılıdır. Kişinin yaraşıqlı olması isə güclü əzələlərdən və bunu hər fürsətdə göstərməkdən asılıdır.

Türk seriallarının uşaqlara, ümumiyyətlə cəmiyyətə təsiri ölkəmizdə də bir çox dəfə müzakirə edilmiş və tənqid olunmuşdu. Sonuncu dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu serialları çəkənlərə qarşı ağır ifadələr işlətmiş, xüsusilə Qanuni Sultan Süleymanın həyatı ilə bağlı çəkilən, gerçəklərdən uzaq “Möhtəşəm Yüz il” serialını sərt tənqid etmişdi.

Sputnik.az

Go Back

Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.  

Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.

1. Rober Uden metodu

Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri

Rober Uden -məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur. Gənc  yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə gəlirdi.  Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir.

2. London cibgirləri metodu

Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud

19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. "Oliver Tvist" əsərində olduğu kimi, Fedcin  timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya tuturdu -məsələn iki düymə, beş pens və bir nişan üzüyü. "Müəllim" bu əşyaları "tələbələrinə" cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini söyləməli idilər.

3. Canni Rodari metodu

Məşqlər üçün yer: təxəyyül

Özünün "Fantaziya qrammatikası" kitabında Canni Rodari təxəyyülü və əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan biri -gülməli fərziyyələr irəli sürməkdir. "Məsələn Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?". Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər,  mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s qoşub danışmaq.

4. Ayvazovski metodu

Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda cilan mənzərə

Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını inkişaf etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro sərnişinlərini seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir insanın və ya əşyanın üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın. Obyekti bütün detalları ilə yadda saxlamağa çalışın.  Daha sonra gözünüzü yumaraq onu təsəvvür edin. Sonra isə tədqiqat predmetinə bir daha nəzər salın, obrazı beyninizdə bir də canlandırın. Məşğələni davam etdirin. Insanlar cizgilərini və ya yoldan keçənlərin cüssələrini yadda saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar, həmçinin muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri ilə məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü yadda  saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın.

5. İtalyan oğlanları metodu

Məşq üçün məkan: növbələr

Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub: italyan qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin yeni sayının çıxmasını gözləyərkən "Morra" adlı oyun oynayır. Biri digərinə öz yumruğunu göstərib, qışqıraraq "Моrrа!" deyir, bu zaman o barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq qalır. İkinci oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir. Əgər deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar. "Morra" bir növ "Daş-qayçı- kağız" oyununa oxşayır, bu sadə oyunu hələdə balaca uşaqlar mərc gələrkən istifadə edir.

6. Siseron metodu

Məşq üçün məkan: şəxsi otağın

Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın, Əlbəttə bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə yadda saxlanması lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif hissələrində yerləşdirin. Bu sizin alman dilindən əzbərləməli olduğunu fellər, hazırladığınız təqdimatın statistik göstəriciləri, məruzənin hesabat hissəsi və s ola bilər. Əgər çətin gəlirsə, onda lazımı sözləri kağızların üzərində yazıb, onları divarlardan asın və sonra otaq boyu bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan assosiasiyası metodunu ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci onu çıxışlara hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini bir az fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı qonaqların üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ çıxdı. Sonra isə o kimin harada oturduğunu xatırlayaraq, qohumlara meyitləri tanımağa kömək etməli olmuşdu.

7. Yoqa metodu

Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur

Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik meditasiyasını isə istənilən bir şəraitdə sınamaq və məşq etmək olar: velosipeddə yürüş edərkən, duş qəbul edərkən, mühazirədə oturanda, amma yaxşısı özünlə tək qalanda. Bu metodun mahiyyəti ondan ibarətdir ki, həyatın hər bir anını  dərk edəsən. Öz vücudundan gələn siqnallara qarşı həssas olasan. Sizin bir kündən digərinə ritmik şəkildə yerişinizi də meditasiya hesab etmək olar, sadəcə bu vaxt vacibdir ki, sizin diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10 addım atın. Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz. Pəncənin necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq sizin üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri necə yerinə yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra hansı formada əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir siz hansı pozada olursunuz.

banker.az

Go Back

Kişi kollektivlərində işləmək qadınlarda xroniki stressə səbəb olur

Amerika alimləri müəyyənləşdiriblər ki, kişi kollektivlərində işləyən qadınlar xroniki stressdən əziyyət çəkir. Bu xanımlar daim sosial təcrid, seksual təqib, bacarığından şübhə etmək və karyerada irəliləmək imkanının olmaması kimi problemlərə məruz qalır. Trend bu barədə "Science World Report"-a istinadən məlumat verir.

Qeyd edilir ki, kişi həmkarlar qadınlara məhəl qoymur və ya, əksinə, onlara daha çox diqqət ayırırlar. Bununla əlaqədar yaranan xroniki stress müxtəlif xəstəliklərə səbəb olur və vaxtından əvvəl ölüm riskini artırır.

Mütəxəssislər tədqiqat zamanı hər gün kişi kollektivlərində çalışan iştirakçı qadınların orqanizmlərində kortilozun (stress hormonu) səviyyəsini ölçüblər. Məlum olub ki, başqaları ilə müqayisədə belə kollektivlərdə işləyən qadınların stress səviyyəsi gün ərzində tez-tez dəyişikliyə məruz qalıb.

Go Back

Beyin üçün 20 tövsiyyə

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?

3. Xarici bir dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə xarici ya da yerli yeni söz öyrənib, istifadə edə bilərsiniz. Lüğət oxuya bilərsiniz. Alış – veriş siyahısı və ya telefon nömrələrini əzbərləməyi yoxlaya bilərsiniz.

4. Zehni gimnastika/məşq edin. Bunun üçün müxtəlif bilməcələri həll edə bilərsiniz. Şahmat kimi zəka oyunları oynayın.

5. Gündəlik olaraq təkrarladığınız davranışlardan imtina edin. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın, evinizə başqa bir yoldan gedin. Ən azından bir günlük televizor pultunu tez-tez istifadə etmədiyiniz əlinizdə tutun.

6. İntellektual zövqlərinizi inkişaf edtirmək üçün hər gün mütləq yaxşı bir aforizm antologiyasından bir neçə cümlə oxuyun. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın.

7. Hər gün gözəl bir rəsmə və ya fotoya baxmağa çalışın. Estetik qavrayışınız, gördüyünüz estetik şeylər qədər inkişaf edər.

8. Sevdiyiniz bir musiqini bir müddət gözləriniz bağlı dinləyin. Klassik musiqinin zəkaya 7 xal əlavə edə bildiyi iddia edilir.

9. Gün ərzində ağlınızdan 60 min – 80 min arası düşüncə keçir. Bu düşüncələr nə haqqındadırsa, həyatınız da ona görə formlaşır. Unutmayın, beyninizdə ən çox nəyi düşünsəniz, həyatınızda da onu çoxaldarsınız.

10. Bir mövzu haqında düşünərkən, necə düşündüyünüzü də müşahidə edin. Düşünmək haqqında düşünmək, beyin və düşüncə gücünü artırır.

11. Yaxşı bir yuxu, keyfiyyətli bir beyin üçün şərtdir. Çox yatıram deyə, narahat olmayın. Eynşteynin, hər gün 10 saatdan çox yatdığı söylənilir. 24 saatı keçən yuxusuzluq beyində sərxoşluğa bənzər bir təsir yaradır.

12. Bol və təmiz oksigen beyin üçün çox önəmlidir. Beynimiz, ağırlıq cəhətdən bədənimizin 2 faizini meydana gətirdiyi halda, bədənə gələn oksigenin 25 faizini istehlak edir. Oksigensiz qaldığımız zaman ölümü həyata keçən ilk orqanımız beynimizdir. Otağınızın pəncərəsini açaraq özünüzə bol- bol oksigen ismarlayın.

13. Fərqli düşünmə tərzləri beyninizi inkişaf etdirir. Uşaqlar və heyvanlarla daha çox vaxt keçirin. Sizdən fərqli düşünən insanlarla danışın.

14. İstifadə edilməyən orqan paslanar. Davamlı olaraq televiziya seyr edərək beyninizi “aşağı sürətdə” işlətməyin.

15. Beynin ən təhlükəli tərəfi «əks səy» qaydasına əsasən işlədiyi anlardır. Başınıza gəlməsindən ən çox qorxduğunuz şeyə diqqətinizi versəniz, qorxduğunuz şey başınıza gələr. Buna «əks səy» qaydası deyilir. Beyin, diqqətin toplandığı hədəf mənfi olsa belə, bunu gerçəkləşdirmək üçün işləyir. İnsanlar qarşısında çıxış edərkən –görəsən həyəcanlanaram?- deyə düşünsəniz, həyəcanlanarsınız.

16. Beyni yoran monotonluqdur. Həyatınızı nə qədər rəngləndirsəniz, beyninizi o qədər şadlandırarsınız.

17. Beyin, qısamüddətli hafizədə beş-yeddi arasında məlumat üzərində işləyə bilər. Yeni bir məlumat gələndə, bu məlumatlardan birini atar. Buna «sehirli say» qaydası deyilir. Bu qayda pozulub, məlumat yüklənməsi nəticəsində beynimiz « xidmət xarici» olur. Həyatınızın ən böyük qərarlarını aldığınız zaman « başdan» yox, eynilə beşrəqəmli iki sayın üzərində vurma əməliyyatı apardığınız kimi bir kağız üzərinə yazaraq nə edəcəyinizi hesablayın.

18. Sağlam beyin, sağlam bədəndə olar. Fiziki gümrahlıq, zehni gümrahlığı gətirir. Uzun müddət hərəkətsiz qalmaq, zehini də hərəkətsizləşdirir. İdmanla məşğul olmağa, artıq çəkilərinizdən qurtulmağa diqqət edin. Kifayət qədər su için. Çünki insan beyninin 78 faizi su ilə örtülüdür.

19. Dərs çalışarkən ilk öyrənilənlər, son öyrənilənlər, tez-tez təkrarlananlar və maraqlı gələnlər ən çox beyində qalanlardır. Dərsləri qısa aralar verərək çalışmaq ağıllı bir işdir.

20. Bu həftə beyninizi daha yaxşı neçə işlədə biləcəyiniz haqqında daha çox düşünün. Unutmayın, beynimizi daha yaxşı işlətmək üçün istifadə edəcəyimiz orqan yenə də beynimizdir. “Ağlınıza başınıza toplayın” və istifadə edin.

kayzen.az

Go Back

Orucun tibbi faydaları

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.

Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.

Tibb elmləri doktoru, professor Faiq Cəfərov orucun tibbi faydaları haqqında belə deyir: "Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur".

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc - ən yaxşı dərmanlardan biridir. Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır: "Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".

Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyyə edirik: "Oruc tutun ki, sağlam olasınız".


islam.az

Go Back

Paralel dünya haqqında faktlar

Məşhur "Həyatdan sonra həyat" və "Ölümdən sonra həyat" kitablarının müəllifi Raymond Moudi həkim tanışı Corc Ritçidən eşitdiyi bir hadisədən sonra bu mövzularla maraqlanmağa başlayıb. Gənc həkim Ritçi 1949-cu ildə Texasda yerləşən Kemp-Barkli hərbi xəstəxanasında ağır sətəlcəmdən müalicə alırdı. Dekabrın 20-si qəfildən onun temperaturu yüksəlir və o, şüurunu itirir.

"Ayıldıqdan sonra gördüm ki, naməlum yerdə uzanmışam. Yerimdən qalxıb, paltarlarımı axtarmağa başladım. Paltarlarım yox idi. Lakin bayaq uzandığım yerdə, qəribə sarımtıl dərili adam uzanmışdı. Bu ölü idi. Onun barmağında iri qaşlı almaz üzük vardı. Bu mənim anamın üzüyü idi və mən onu dörd il idi ki, özümdə saxlayırdım".
Meyidin ona aid olduğunu anlayan Ritçi dəhşətli dərəcədə qorxur və dəhlizə çıxıb, sanitarı çağırır. Lakin sanitar onu eşitmir.

"Sanitar mənə fikir vermirdi, elə bil ki, mən yox idim. Bir neçə dəqiqədən sonra, o, mənim içimdən keçdi. Mənə aydın oldu ki, hansı yol iləsə, bədənim hissi qabiliyyətini itirib. Həm də başa düşürdüm ki, orada - morqda uzanan meyit mənə məxsusdur. Gedib onunla birləşməliyəm". 

Otaqdan-otağa girən Ritçi, öz bədənini axtarmağa başlayır. "Nəhayət həmin otağı tapdım. Meyidimin üstünü örtmüşdülər. Lakin əlləri çöldə qalmışdı. Sol əlində həmin üzük vardı. Mən meyidin üstünə örtülmüş mələfəni qaldırmağa cəhd etdim, amma alınmadı. Onda başa düşdüm: bu ölümdür! Həmin anda otaq işıqla doldu. Elə sakitlik və xoşbəxtlik idi ki, əbədiyyən həmin işıqda qalmaq istəyirdim..."

Bütün həyatı Ritçinin göz önündən keçir. Ona belə bir sual verirlər: "Yerdə olduğun müddətdə nələr etmisən?" Heyrətlənmiş Ritçi cavab verir ki, nəsə etmək üçün çox cavan olub.

Paralel dünyalar

"Sonra otağa yeni işıq doldu və mən birdən bizim dünyamıza paralel bir dünyaya düşdüm. Orada qəribə kədərli üzlü insanlar vardı. Mən əvvəllər işlədikləri müəssisənin dəhlizlərini gəzən məmurlar gördüm. Amma onları heç kim görmürdü. Öz altı yaşlı oğlunun yanı ilə gedib, dayanmdan onunla danışan ana gördüm, amma uşaq nə onu görür, nə də eşidirdi. Düşündüm ki, bəlkə də bu insanların beyni o qədər iş-güclə doludur ki, ölərkən də onlardan ayrıla bilmirlər. Düşündüm ki, görəsən, bu cəhənnəmdir? Sonra daha iki dünyaya baxdım. İkinci dünya da paralel yerləşmişdi, amma tamam fərqli idi. Orada hər kəs özünə qapanaraq, həqiqəti axtarırdı. Mən heykəltəraşlar, filosoflar, bəstəkarlar, ixtiraçılar gördüm. Orada kitabxanalar, elmi düşüncələrin saxlanıldığı müxtəlif laboratoriyalar vardı. Sonuncu dünyaya gözucu baxdım. Orada işıqdan düzəlmiş şəhər gördüm. Evlər, divarlar, küçələr parıldayırdı, orada gəzənlər isə mənim yanımdakı varlıq kimi işıq saçırdılar".

Sonra həkim Ritçi yenidən xəstəxana otağına düşür və yavaş-yavaş özünə gəlir. Qeydiyyat otağına girən Ritçi öz xəstəlik tarixçəsinə göz gəzdirir. Orada yazılmışdı: Sıravi Corc Ritçi: ölüm 20 dekabr 1949-cu ildə baş verib, ikitərəfli sətəlcəm".

"Sonralar mən ölümüm haqqında nəticə çıxaran həkimlə danışdım. O dedi ki, öldüyümə şübhəsi olmayıb. Lakin on dəqiqə sonra, onun yanına bir sanitar qaçıb və mənə adrenalin vurulmasını istəyib. Həkim ürək nahiyəmdən adrenalin vurub və görüb ki, bədənim canlanmağa başlayır".

Keçmiş, indi və gələcək yoxdur

Raymond Moudi deyir ki, kliniki ölüm keçirən insanların təxminən 40%-i iddia edir ki, keçmiş, indi və gələcək haqqında bütün biliklərin yox olduğu bir məkana düşüblər. 
Moudinin tədqiq etdiyi pasiyent qadınlardan biri danışırdı: "Bütün həyatım gözlərimin önündən keçdi. Sonra hiss etdim ki, əsrlərin sirrini, bəşəriyyətin, varlığın məğzini bilirəm. Mən hər şeyi bilirdim. Geri qayıtmağa qərar verdikdə isə mənə dedilər ki, bu biliklər itəcək. Lakin heç nə üçün peşman deyiləm. Ölümümə az qalmış, uşaqlarımın yanına qayıtdım.Yadımdadır, biliklər bütün formalarda idi: Görüntü, fikir, səs... Elə hiss edirdim ki, sanki mənə naməlum heç nə yoxdur."

Ya hər şeyi bil, ya da yerdəki həyatına davam et!

2500 il əvvəl Platon döyüşdə öldürülən Eranın, ölüm hadisəsini analiz edirdi. Ölən döyüşçülərin meyitləri 12 gün sonra yandırılarkən, Era qəfildən dirilmişdi. O, paralel dünyada çox şeylər görmüşdü. Onu həyata qaytarmışdılar ki, ölümdən sonrakı həyat barədə danışsın.

Bəzi kliniki ölüm keçirən insanlar əminliklə deyir ki, ölümdən sonrakı həyatda da universitetlər və təhsil ocaqları var. 19 yaşlı Villi Kraiçça: "Mən əmin idim ki, tələbəyəm. Qarşımda müəllimlər var idi. Onların bilikləri mənə daxil olurdu. Lakin mən qayıtdım".

Beş gün komada qalan 49 yaşlı bombeyli Rəhman Padeşa deyir: "Elm və məlumatlar çox asanlıqla mənə daxil olurdu. Sanki mən onları hazır cavablar şəklində udurdum".

Ölümdən sonrakı həyatın bilikləri bəzən, insanların alt şüuruna girə bilir. İtaliyan bəstəkarı və skripkaçısı Cüzeppe Tartini bir dəfə yuxuda görür ki, şeytan onun skripkasını çalır. İlk səslər Tartinini heyrətləndirir. Səhər ayılanda o, musiqini xatırlayır və ona " Şeytanın zənguləsi" adını verir. Bu sonata bəstəkarın ən gözəl əsəri hesab edilir.

anspress

Go Back

20 nəticə göstərilir