Düşüncə Jurnalı

header photo

Kabus və qarabasma görməyə başlamısınızsa - Oxuyun

Doqquz Eylül Universiteti (DEU) Tibb Fakültəsi Nevrologiya üzrə fundamental elm sahəsinin tədris üzvü, prof. dr. Barış Baklan uşaqlıq, yetkinlik dövrlərində və psixi xəstəliklərdən əziyyət çəkənlərin daha çox kabus gördüklərini bildirib.

Yetkinlərin tez-tez kabus görməsinə hansısa işlərinin yolunda getməməsi, həmçinin gizli depressiya səbəb ola bilər. Baklanın fikrincə, bu, iş və ya şəxsi həyatda problemlər, həmçinin psixi pozğunluqlardan da qaynaqlana bilər. Lakin sağlam və xoşbəxt insanlar da bəzən kabus görə bilər. Xoşbəxt insanlar anası, atası, övladı, sevgilisi, çox sevdiyi insanların başına pis bir iş gəldikdə bunu yuxuda görə bilərlər. Gözəl yuxu görmək üçün isə gündüz işlərin yolunda getməsi lazımdır. Eyni zamanda gecə qidalanma da ağır olmamalıdır, çünki bu, avtonom sinir sistemini yorduğu üçün tərləməyə səbəb olur və bu narahatlıq da yuxuda əks olunur.

Hər kəs yuxu görür və yuxu bədənin bir funksiyasıdır. Lakin bəzi insanlar gördükləri yuxunu xatırlamaya bilər. Yuxu mərkəzi ilə bağlı araşdırmaları zamanı yuxu əsnasında elektrofiziki dəyişikliklər müşahidə etdiklərini qeyd edən Baklan yuxu zamanı gözlərin hərəkət etdiyini, xüsusilə göz bəbəklərində bu hərəkətin daha nəzərəçarpan olduğunu söyləyib.

Yuxuları “məntiqli” və “məntiqsiz” olaraq 2 qrupa ayırmaq olar. “Məntiqli” yuxular daha çox ağ-qaradır və adətən gündəlik həyatla bağlıdır. Yuxunun erkən mərhələsində görülür. Non-rem (yuxuya getdikdən sonra ilk 45 dəqiqədəki yuxu mərhələsi) yuxulardır və yuxuya gedər-getməz görülür.

“Məntiqsiz” yuxular isə rem mərhələsinə aiddir. Bu zaman eşitmə, toxunma və görmə duyğuları çalışır, canlı yuxulardır. Bəzi insanlar bu mərhələdə uçduğunu və ya cəmiyyət içində çılpaq gəzdiyini söyləyir. Bu da yuxuya getdikdən təxminən 1,5 saat sonra gerçəkləşir.

saglamolun.az

Go Back

Sorğu göndər